11
BMT-nin qidalanma problemi ilə məşğul olan beynəlxalq FAO təşkilatının
məlumatına görə müxtəlif ölkələrdə zülalların gündəlik istehlakı aşağıdakı
cədvəldəki kimi olmuşdur.
Cədvəl 1
Göstəricilər
Gün ərzində əhalinin hər bir nəfərinə düşən zülal
istehlakı (...........................), q
1961-1963
1980
2000
İnkişaf etmiş ölkələrdə
Ümumi zülal istehlakı
85,6
89,4
92,4
o cümlədən heyvanat mənşəli zülal
45,3
50,6
54,6
İnkişaf etməkdə olan ölkələrdə
Ümumi zülal istehlakı
54,8
61,5
67,1
o cümlədən heyvanat mənşəli zülal
10,9
14,0
17,5
Normalara görə isə adambaşına gündəlik zülal tələbatı 80-100 q hesabı ilə 50 q heyvanat mənşəli,
30-50 q bitki mənşəli olmalıdır.
Cədvəl məlumatlarından göründüyü kimi, inkişaf etmiş ölkələrdə adambaşına
zülal istehlakı xeyli dərəcədə üstün olmuş, heyvanat mənşəli zülalların adambaşına
gündəlik qəbulu isə, inkişaf etməkdə olan ölkələrə nisbətən 4-5 dəfə artıq
olmuşdur. Bu ölkələrdə qida rasionunda kaloriliyin daha aşağı olmasını nəzərə
aldıqda isə göstərilən zülal defisiti daha acınacaqlı görünür.
Zülal çatışmazlığı isə insanın fiziki vəziyyətinin pisləşməsinə, əqli və zehni
qabiliyyətinin zəifləməsinə, infeksion xəstəliklərə qarşı müqavimətin zəifləməsinə
gətirib çıxarır.
Beləliklə, zülal defisiti nəinki indiki nəslə, hətta gələcək nəsillərin ölkələrdə
inkişafına mənfi təsir göstərir. Ona görə də zülal problemi mərkəzi milli və
beynəlxalq problem kimi bütün elm və istehsal aləminin problemlərindən hesab
olunur.
12
Zülal çatışmazlığının həllində, qida məhsulları istehsalının texnoloji
aspektlərinə nəzər saldıqda isə, zülal qıtlığına səbəb olan (onun artımını
məhdudlaşdıran) şərtlərdən ən əsası kənd təsərrüfatı məhsulları istehsalında tətbiq
edilən texnoloji sxemlərin hələ də (min illər ərzində) təxminən eyni qaydada
aparılmasıdır.
Burada digər səbəb kənd təsərrüfatı istehsalının mövsümiliyi və ərzaq
məhsullarının pis saxlanmasıdır. Təbii olaraq, saxlanma zamanı onların itkisi 25%-
dən artıq olur. Bu məqsədlə çəkilən xərclərin bahalığı da buna mənfi təsir göstərir
(soyuğun tətbiqi, yığım və daşıma xərcləri və s.).
Saxlanma, emal və konservləşdirmə zamanı isə bir sıra fiziki-kimyəvi təsirlər
altında (qurutma, qızdırılma, sürətlə dondurma, şüalanma və s.), antiseptik və
antioksidləşdiricilərin işlədilməsi, qatqıların əlavə edilməsi və s. nəticəsində
ərzağın orqanoleptiki, istehlak xassələrinin və qidalıq dəyərinin mənfi istiqamətə
dəyişilməsinə səbəb olur. Başqa sözlə, keyfiyyət də aşağı düşür.
Bir də onu nəzərə almaq lazımdır ki, istər heyvanat ərzağı, istərsə də bitki
xammalı ümumilikdə qeyri-standart məhsullardır.
Belə bir qeyri-standartlıq isə məhsulun emalını, saxlanmasını, təkrar emalını
bahalaşdırır və xərcləri artırır, əl əməyinin tətbiqini artırır.
Başqa sözlə, ənənəvi (mövcud) istehsal metodları qida məhsullarından itkinin
çoxaldılmasına səbəb olur. Orqanizmin bioloji tələbatının ödənilməsi baxımından
isə bu tullantılar çox zaman məhsulun özündən qiymətli sayılırlar.
Məsələn, bitki yağları, kərə yağı, pendir, nişasta istehsalında zülalla zəngin
məhsullar tullantı kimi (cecə, zərdab və s.) daha çox olur. Əksər hallarda bu
məhsul tullantıları heç yem kimi istifadəyə də yaramırlar, texniki məqsədlərə
yönəldilirlər.
Ənənəvi istehsalın digər bir xarakterik xüsusiyyəti istehlakla əlaqədar qida
zəncirinin çoxsəviyyəli olmasıdır. Bu üsulda bitki zülallarının yalnız bir hissəsi
13
qida ilə xammal kimi qəbul edilir, digər çox hissəsi isə birbaşa olmayan metodlarla
emala uğradılır. Başqa sözlə, bitkiçilik → heyvandarlıq → qida məhsulu zənciri ilə
ərzaq istehsalı çoxlu itkilərə gətirib çıxarır. Bu halda isə zülalın 95% itirilməsi,
karbohidratların 100%-ə qədər itkisinə gətirib çıxarır.
Heyvanat mənşəli məhsullar istehsalında yem zülallarının konversiya
olunması üzrə məlumatları aşağıdakı cədvəl məlumatlarından görmək olar:
Cədvəl 2
Yem zülallarının bir sıra məhsullar istehsalında heyvanat zülallarına konversiyası
Məhsul
Konversiya, %-
lə
Məhsul
Konversiya, %-
lə
Məhsul
Konversiya, %-
lə
Mal əti
6-10
Dovşan əti
17
Süd
23-38
Qoyun əti
9
Quş əti
17
Yumurta
25-31
Donuz əti
12-15
Balıq
20
Cücə əti
(broyler)
31
Müəyyən olunmuşdur ki, üçzəncirli qida istehsalı prosesdə yemin məhsula
konversiyası 3-dən 28%-ə qədər miqdarda baş verirsə, yem zülalının heyvanat
zülalına konversiyası 6-38% miqdarda baş verir. Başqa sözlə, heyvanat məhsulu
istehsalında bitki zülalının
4
3
hissəsi itirilir. Məsələn, bifşteks alınması üçün
təxminən 95% zülal itirilir. Ona görə də mal əti zülalı 30-50 dəfə baha olur (soya
unu zülalına nisbətən).
Onu da nəzərə almaq lazımdır ki, ənənəvi üsullarla qida məhsulu istehsalı
biosferanın çirklənməsinə, tərkibinin dəyişilməsinə gətirib çıxarır. Bu isə son
nəticədə, hələ qədimdən ekoloji fəlakətlərə - səhraların yaranmasına, əhalinin
köçürülməsinə, bir sıra xalqların yer üzündən silinməsinə gətirib çıxarmışdır.
Ekoloji krizislər kənd təsərrüfatının intensiv və ekstensiv üsullarla,
mexanikləşdirilməsi və kimyalaşdırılması zamanı da baş verir (Nümunələrlə:
gübrənin, pestisidlərin torpağa, suya təsirini, onun da yosunlara, insanlara, balığa