5
Bilməliyik ki, nə üçün yeni formalı qida məhsullarının istehsalı lazımdır.
Mövcud qida məhsullarına tələbat ödənilmir. Dünyada əhalinin çoxu aclıq keçirir.
Yeni formalı qida məhsulları nə deməkdir? Bunlar süni şəkildə mövcud qida
məhsullarının (yaxud ərzaq xammalının) əsas komponentləri, xüsusilə zülallar və
polişəkərlərin əsasında formalaşdırılmış məhsullardır və ilk növbədə orqanoleptiki
göstəricilərinə görə istehlakçıların tələbatını ödəməlidir.
Onların istehsalını doğuran daha hansı səbəblər mövcuddur? a) əhalinin sayı
çoxalmışdır. ...................; b) bir sıra ölkələrdə kənd təsərrüfatı məhsullarının
qıtlığı; c) ekoloji fəlakətlərin mövcudluğu; d) ərzaq məhsullarının qıtlığı; e) emal
zamanı çoxlu miqdarda qida tullantıları alınır ki, istifadəsiz qalır; j) ənənəvi
texnologiya metodları zülal defisitini meydana çıxarmışdır (emal zamanı zülallar
əksərən ya dəyişilir, ya da itirilir), dənli (yağlı), paxlalı və taxıl bitkilərinin həm də
ehtiyatlarının bolluğu səbəbi və onların zülallarının xoşagəlməyən vəziyyətdə
olması. Onların zülallarından toz, məhlul və pasta halında qida kimi istifadə etmək
olmur (iysiz, dadsız və rəngsizdirlər). Qatqı kimi işlədilmələri tam mənada
öyrənilməmişdir.
Deməli, yeni formalı qida məhsullarının yaradılmasının əsas məsələsi
zülalların qida kimi istehlaka yararlı vəziyyətə yönəltməkdir.
6
MÜHAZİRƏ 2
YENİ FORMALI QİDA MƏHSULLARI YARADILMASINI
ŞƏRTLƏNDİRƏN ƏSAS ƏLAMƏTLƏR, MÖVCUD
TEXNOLOGİYALARLA QİDA MƏHSULLARI İSTEHSALININ
ÇATIŞMAZLIQLARI
Hal-hazırda tam mənada, demək olar ki, dünya miqyasında qida məhsullarının
istehsalı planetimizin əhalisi üçün tələb olunan miqdarda və keyfiyyətdə həyata
keçirilmir. Bu özünü xüsusi olaraq onda göstərir ki, insan orqanizmi üçün tələb
olunan miqdarda zülalla təminat və kalori sayı yerinə yetirilmir.
Dünyada ərzaq probleminin həllində qeyri-bərabər miqdarda istehsalın
mövcudluğu və ərzaq xammalının bölüşdürülməsi və istehlakının ayrı-ayrı ölkələr
və regionlar üzrə qeyri-bərabər şəkildə olması da əhalinin qida məhsulları ilə
təminatına mənfi təsir göstərir. Bütün bunlar əhalinin az qala 60%-indən çoxunun
normal qidalanmamasına, xüsusilə zülala olan ehtiyacının ödənilməməsinə səbəb
olmuşdur. Başqa sözlə, dünya miqyasında Asiya, Afrika və Latın Amerikası
ölkələri əhalisinin xeyli hissəsi hal-hazırda aclıqdan və normal qidalanmama
ucbatından əziyyət çəkir.
Normal qidalanmamanın səbəblərinə əksər ölkələrin maliyyə sisteminin
zəifliyi, burada sənaye sahələrinin geniş inkişaf etməməsi, texnoloji və nəqliyyat
bazalarının zəifliyi, kənd təsərrüfatının monokultura (dar) səviyyəsində
mövcudluğu, ixtisasçı kadrların çatışmazlığı, qidalanma sahəsində əhalinin normal
biliyə malik olmaması, elm və texnikanın mövcud inkişaf səviyyəsindən hərtərəfli
istifadə edilməməsi və s. aiddir. Əlbəttə, buna mənfi təsir edən səbəblərdən biri də
inkişaf etmiş ölkələrdə təsərrüfat sahələrində, xüsusilə kənd təsərrüfatında müasir
emal metodlarının tətbiqi ilə əhali və ölkələr arasında gəlir və xərclərin düzgün
bölüşdürülməməsi, kiçik təsərrüfat sahələrinin sıxışdırılıb aradan çıxarılması,
məşğuliyyəti əsasən kənd təsərrüfatı ilə əlaqədar olan bir sıra ölkələrdə əhalinin
7
alıcılıq qabiliyyəti və qidaya olan tələbatının aşağı düşməsidir. Başqa sözlə, yeni
texnika və texnologiyaların tətbiqindən əldə olunan mənfəətin xalqın bütün
təbəqələrinə çatmamasıdır. Beləliklə, dünyada, o cümlədən bizim ölkəmizdə də
elm və texnikanın, texnologiyaların yüksək sürətlə inkişaf etməsinə baxmayaraq,
ərzaq məhsullarına və qida təminatına olan tələbat hələ də tam və yüksək mənada
ödənilmir ki, bu da ölkələrin sosial-iqtisadi baxımdan inkişafına qeyri-bərabər təsir
göstərir.
Əhali sayının artımı da, ekoloji tarazlığın pozulması, təbii fəlakətlər və bir
sıra qeyri-təbii fəlakətlərin mövcudluğu ərzaq qıtlığını doğuran səbəblərdəndir.
Bütün bunlar dövlətlərarası inteqrasiyanı artırmağı tələb etməklə bərabər, qida
məhsulları istehsalı tempinin artırılmasını, yeni-yeni xammal mənbələrinin
tapılmasını, ənənəvi istehsalla bərabər, keyfiyyətcə yeni istehsal metodlarının
işlənib hazırlanmasını və tətbiqini ön plana çəkir.
Bildiyimiz kimi, ənənəvi baxımdan qidalanma probleminin həlli əsasən
torpaqşünaslıqda məhsuldarlığın artırılması, heyvandarlığın genişləndirilməsi,
quşçuluq, balıqçılıq sahələrinin inkişafı, qida xammalının istehsalı və saxlanması
zamanı meydana çıxan itkilərin azaldılması ilə əlaqədardır. Bununla belə, ənənəvi
üsullarla qida məhsullarının istehsalında qida zülalı çatışmazlığının mövcudluğu
halında, rasional şəkildə istifadə olunmayan çoxlu miqdarda zülalla zəngin
ehtiyatların yaranması da meydana çıxır. Buraya yağ verən bitkilərin, paxlalıların
və dənli bitkilərin, südün, mayaların, təkhüceyrəli orqanizmlərin, yarpaqlı tərəvəz
bitkilərinin, qeyri-ənənəvi balıq və digər dəniz məhsullarının emalı zamanı
meydana çıxan və tam istifadə olunmayan ehtiyatlar aiddir. Bunların hamısı zülalla
zəngin olan ehtiyatlardır ki, hələ də zülal şəklində tam istifadə oluna bilmirlər.
Zülalların geniş istifadə olunmasını çətinləşdirən səbəblərdən biri də, onların
istehlakçılar üçün əlverişli görünüşdə olmamalarıdır. Belə ki, zülallar yüksək
molekullu birləşmələr olmaqla dada, iyə malik deyillər və əsasən rəngsizdirlər. Bu