Kahada öLÜm höKMÜ



Yüklə 43,71 Kb.
səhifə5/5
tarix31.08.2018
ölçüsü43,71 Kb.
#65926
1   2   3   4   5

Sultan kişi


(qəzəbli)
Sizdəki vicdandan xəbərim vardır,

Əfsus, beyninizdə hələ bahardır.

Biz gəlmə tayfanı millət eylədik,

Yurduna çevrildi hər düz, hər gədik.

Siz ki, qoltuqlarda daldalanansız,

Vazgen havasından ilham alansız.

İrəvən bölgəsin dövlət etdiniz,

Torpaq oğurlamaq ana xəttiniz.

Savaş istəyənlər bir gün qan qusar,

O taylı, bu taylı Azərbaycan var.

Ruslara güvənib qan tökənsiniz,

Ocaqlar söndürüb, yurd sökənsiniz

Savaş istəyənlər birgün qan qusar,

Dövran zalımları boğazdan asar!

O taylı, bu taylı Azərbaycan var

Qana hərisləri tutar ahı-zar!

Ölsək yerimiz sabah min olar,

Vətən oğulları qələbə çalar!..
Baş zabit

(tapançanı ona tuşlayır)
Al, bu tapançadan açılan güllə,

Sənə, millətinə dəyərli sillə.
Sultan kişi yıxılır, Fatimə ana nalələr içində qışqırır

ərinin üstünə atılır. Üst-başı qana bulanır

Fatimə ana

( fəryadla)
Aman, Tanrı, göstər öz qüdrətini,

Silahsız bəndənə sədəqətini
Baş zabit

(qəhqəhələrlə)
Qalibin əsəbin bir anda gərmək,

, nədi döşünə yatdı gəbərmək?!

Ölüm ayağında əyilmir bunlar,

Türkləri qorxutmur tökülən qanlar
(Bu zaman Azərtac gözlənilmədən ocaqdakı qaynar suyu zabitin üzünə atır, dəhşətli türkürpədici bağırtı qopurRus əskəri avtomatdan bir qatar gülləni kahadakıların üstünə səpir.Təkcə Qorqud anasını qucaqlamış halda sağ qalır. Kahanı insan iniltisi bürüyür! Qorqud bir əliylə Fatimə ananın qoynundan çıxardığı düyünçəni ocağa atır, bir əliyləsə neçə gündən bəri gizlətdiyi qumbaranı gödəkçəsinin cibindən çıxarıb əskərlərə tərəf atır. Özünü itirmiş düşmən əskərləri zaman qumbaranın onların ayağı altında partladığını duymadılar. Yaralanmış Suzanna ocaqda yanan pullara doğru can atır Kaha alışır Qanlar bir-birinə qarışır, can verən

insanların iniltisi kahanı titrədir

Suzanna


(ağır yaralı)

Ah, canım, üz-gözün yəqin ki, yandı,

Sən ki, can üstəsən qana boyandın!

Türklərin qorxusu yoxdu dünyada,

Doğra diri-diri, at yanan oda

Baş zabit

(iniltiylə)


Suzanna, kor oldum, yandı gözlərim,

Yanıb tuluq olub büs-bütün dərim.

Bu türklər puç etdi hər diləyimi,

Qızıl qan aparır bu ürəyimi

Qırılsın qalmasın qoy müsəlmanlar,

Dənizlərə dönsün bu axan qanlar

(ölür..)
(erməni əskərləri Suzanna artıq ölmüşdür.

Qorqudun anası, atası bacıları da şəhid düşmüşlər, qumbaradan ağır yaralanmış Qorqud can üstə pıçıltılarla)

Qorqud
İlahi, son nəfəs, son an, son zaman,

Qəlpə ürəyimdə ölürəm aman.

Əzizlər şəhidsə gözüm önündə,

Köksüm qan içində bu qara gündə!

Rəbbim, qisas aldım, qazidir adım,

Hənuz Allahıma çatdı fəryadım!

Aldın ürəyincə kamını Qorqud,

Qayıt öz soyuna, ey qurd oğlu, qurd!..

Yatın atam, anam, mərd bacılarım,

Fəqət ləkəsizdir namusum, arım

Ey qız qardaşım Günay, Azərtac uyu,

Bizi yad edəcək bu yurdun soyu!

Sabah Milli Ordu zəfər çalacaq,

Qarabağ bizimdir, bizim olacaq

Qarabağ bizimdir

(qana bulaşmış sinəsiylə torpağı qucaqlayır, şəhid olur.

Kaha yanır yana-yana bir-birinin ölümünə fərman

verən adəm övladlarına ilahi səs gülürha, ha, ha

İlahi səs

(kahanın içində gurlayır)
Qırın, bir-birini vəhşi insanlar,

Yandırın, dağıdın qoy axsın qanlar

Torpağı, ey bəşər, mən verdim sizə,

Mən həyat verirəm gecə-gündüzə.

Sonunuz ölümdür, dilsiz məzarlar,

Qalanlar ölənə məzar qazarlar.

Sizi yaradanı unudub nədən?

Məmləkət cızırsız dağdan, dərədən.

Qoymaram çoxalsın acgöz əsliniz,

Min il, milyon ildi qandı nəsliniz.

İnsan sümüyündən daşlar yarandı,

O adəm kökünüz hey pozdu andı.

Cəbrayıl, əzrayıl mənə müntəzir,

Ölüm ucuzlaşıb əllərdə gəzir.

Sizi qırdırıram bir-birinə mən,

Məzarlar içində çürüyəcək tən

İblis içinizdən verəcəm ehsan,

Ruhunuz deyəcək bu işə əhsən

Uçan boşqabları, səma daşları,

Dəmir canlıları, dəmir başları,

Göndərdim neçə yol yerin tərkinə,

İnsanlıq bürünsün həya kürkünə.

Xeyri yox qorxusu yoxdur bəşərin,

Kesib caynağına adəmlər şərin

Dünya başdan-başa batıb günaha,

Dönün iblislikdən, yetin Allaha!..

3-7.01.1994/Pirallahı-Neft Daşları
Yüklə 43,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə