Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə31/35
tarix30.05.2018
ölçüsü3,31 Mb.
#46787
1   ...   27   28   29   30   31   32   33   34   35

1341) Xroniki ürək çatışmazlığı və simptomlu mədəcik aritmiyaları olan xəstələrə hansı halda İKD implantasiyası tövsiyə olunmur? (İKD - implantasiya edilən kardioverter defibrillyator).
A) Optimal farmakoloji müalicə alan və yaxşı funksional vəziyyətdə bir ildən çox sağqalma ehtimalı olanlarda

B) Mədəcik taxikardiyası ilə əlaqədar bayılması olmuş xəstələrdə

C) Əlavə keçirici yolların mövcudluğunda

D) Sol mədəciyin atım fraksiyası <40% - dən aşağı olan xəstələrdə

E) Mədəcik səyriməsindən sonra sağ qalmış və ya anamnezində hemodinamik qeyri - sabit mədəcik taxikardiyası olanlarda
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 43.
1342) İKD implantasiya olunmuş xəstələrdə tez - tez təkrarlanan aritmiyalar zamanı əsasən hansı preparatın istifadəsi tövsiyə olunur? (İKD - implantasiya edilən kardioverter defibrillyator).
A) amiodaron

B) diqoksin

C) robisol

D) xinidin

E) verapamil
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 43. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.895
1343) Ürək çatışmazlığı və davamlı mədəcik aritmiyası olan xəstələrdə hansı sinif antiaritmik dərmanlar təyin olunmamalıdır?
A) III

B) IC


C) II

D) IA


E) IB
Ədəbiyyat: Ürək catışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 43
1344) Xroniki ürək çatışmazlıqlı xəstələrdə aritmiya riskinin azalmasına kömək edən standart müalicəyə aid olmayan hansı qrup preparatdır?
A) Kalsium antaqonistləri

B) ARB (angiotenzin II reseptorlarının blokatorları)

C) β - adrenoblokatorlar

D) Angiontenzin çevirici fermentin inhibitorları

E) Aldosteronun blokatorları
Ədəbiyyat: Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.891
1345) III dərəcəli atrioventrikulyar blokadanın distal formasının EKQ əlamətlərinə aid olmayan hansıdır?
A) P - Q (R) intervalının müddətinin uzanması

B) P - P və R - R intervalların daimi, lakin R - R məsafəsinin P - P - dən çox olması

C) Mədəcik yığılmalarının (QRS kompleksinin) dəq. 40 - 45 - ə qədər və daha az azalması

D) Tam atrioventrikulyar dissosiasiya

E) QRS kompleksinin genişlənməsi və deformasiyaya uğraması
Ədəbiyyat: М. С. Кушаковский « Аритмии и блокады сердца» 2004г., səh. 178 - 181 V.Ə.Əzizov “Daxili xəstəliklər” Baki - 2011, səh. 433
1346) Miokard infarktında təsadüf olunan hansı ritm və keçiricilik pozğunluğu həyat üçün təhlükəli aritmiya hesab olunmur?
A) Mədəcik taxikardiyası

B) III dərəcəli tam atrioventrikulyar blokada

C) Mədəciklərin fibrilyasiyası

D) Asistoliya

E) His dəstəsinin sağ ayaqcığının blokadası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 570
1347) Miokard infarktında təsadüf olunan hansı aritmiya ürək çatışmazlığını və həyatı vacib orqanların hipoperfuziyasını dərinləşdirən ritm pozğunluğu hesab olunmur? (AV – atrioventrikulyar).
A) Mədəciküstü taxikardiya paroksizmi

B) Qulaqcıq titrəməsi və səyriməsi

C) Hər hansı mənşəli nəzərə çarpan bradikardiya

D) Nəzərə çarpan sinus taxikardiyası

E) I və II dərəcəli AV blokadalar (Mobitsə görə I tip)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 570
1348) Kəskin miokard infarktın “müşayiətçisi” hesab olunan, lakin eyni zamanda həyat üçün təhlükəli ritm pozğunluğundan xəbər verməyən aşagıdakilardan hansıdır? (AV - atrioventrikulyar).
A) Tez - tez, qoşa, erkən, politop mədəcik ekstrasistoliyalar

B) Mobitsə görə II dərəcəli II tip AV - blokada

C) Proqressivləşən mədəcikdaxili blokadalar

D) Mədəcik taxikardiyasının qısa paroksizmi (“qaçan”)

E) Ləng və sürətli düyün ritmi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 570
1349) Hansı ritm və keçiricilik pozğunluğu kəskin miokard infarktın “müşayiətçisi” hesab olunmur? (AV - atrioventrikulyar).
A) Tək - tək mədəcik ekstrasistoliyaları

B) Ləng və sürətli düyün ritmi

C) Mədəciküstü ekstrasistoliyalar

D) Mötədil sinus bradikardiyası

E) I və II dərəcəli AV - blokadalar (Mobitsə görə I tip)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
1350) Kəskin miokard infarktın “müşayiətçisi” hesab olunan ritm və keçiricilik pozğunluqlarında hansı antiaritmik preparat istifadə edilir?
A) IV - cü qrup preparatlar

B) IA qrup preparatlar

C) Xüsusi müalicə tələb olunmur

D) III - cü qrup preparatlar

E) IB qrup preparatlar
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571

1351) Ürək çatışmazlığı olan xəstələrdə bisoprololun başlanğıc dozası hansıdır?

A) 2 mq


B) 10 mq

C) 1,25 mq

D) 2,5 mq

E) 5 mq
Ədəbiyyat: С.Ю. Марцевич «β - адреноблокаторы с позиции доказательной медицины», кардиология, 2002, 4.


1352) Digoksini təyin etmək üçün göstərişlər hansıdır?

A) Hiperkalemiya

B) Ürək çatışmazlığının funksional sinif III və V

C) Ürək çatışmazlığının funksional sinif II.

D) Hipokalemiya

E) Ürək çatışmazlığının funksional sinif I.


Ədəbiyyat: Б.А. Сидоренко и др. «Место сердечных гликозидов в лечении ХСН», Кардиология, 2005, 4, с. 68
1353) Sistolik formalı ürək çatışmazlığı olan xəstələrdə I-ci pillə seçim preparatına hansı preparatlar aiddir?

A) Nitratlar

B) Kalsium kanallarının antaqonistləri.

C) Furosemid

D) Diqoksin

E) Kardioselektiv β-adrenoblokatorları


Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002, 6, с. 69
1354) Aşağıdakılardan hansı ürək çatışmazlığının sistolik formasının əmələ gəlməsinə daha tez səbəb olur?

A) Aortaqapaglarının revmatik mənşəli stenozu

B) Ürəyin işemik xəstəliyi

C) Qulaqcıq paroksizmal taxikardiyası zamanı ağciyər ödeminin inkişafı

D) Mitral gapağının revmatik mənşəli stenozu

E) Revmatik mənşəli aortal çatışmazıq


Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002, 6.
1355) Ürək çatışmazlığının sistolik formasını təyin etmək üçün əsas simptom hansıdır?

A) Baş gicələnmə

B) Boyun damarlarının şişməsi

C) Ortopnoe

D) Hepatomeqaliya

E) Ürək nahiyəsində sıxıcı ağrı


Ədəbiyyat: О.А. Штегман «Систолическая и диастолическая дисфункция левого желудочка – самостоятельные типы сердечной недостаточности», Кардиология, 2004, 2.
1356) Hansı exokardioqrafik göstərici ürək çatışmazlığının sistolik formasını təsdiqləyir?

A) Sol mədəciyin ölçüsü yüksək dərəcədə artır

B) Sol mədəciyin ölçüləri norma daxilində olur

C) Atım fraksiyası 40%-dan az

D) Sol və sağ mədəciklərdə dəyişiklik baş vermir

E) Sol mədəcik miokardının qalınliğı artır


Ədəbiyyat: Feyqenbaum H."Руководство по эхокардиографии", 5 издание, Вивар,1999
1357) Ümumi qanın neçə faizi, müvafiq olaraq, böyük və kicik qan dönranının payına düşür?
A) 74% və 26%

B) 66% və 34%

C) 84% və 16%

D) 44% və 56%

E) 88% və 12%
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
1358) Amortizasiyalı damarlara hansılar aiddir?
A) divarları az mıqdarda elastik və əzələ lıflərindən, lakin coxlu birləşdirici toxumadan ibarət damarlar

B) divarları qalın saya-əzələ lıflərindən təşkil olunmuş və geniş mənfəzli damarlar

C) divarları qalın saya-əzələ lıflərindən təşkil olunmuş və nisbətən dar mənfəzli damarlar

D) divarında çoxlu elastik liflər olan elastik tipli damarlar

E) divarları, ancaq bir qat endotel hüceyrələrindən təşkil olunmuş, saya-əzələ lıfləri elementləri olmayan damarlar
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
1359) Ürək əzələsinin ikincili zədələnməsi hesabına əmələ gələn ürək çatmamazlığı hansı xəstəliklər zamanı baş verir?

1. hipo - və ya hipertireoz

2. miokardın toksiko - allerqik zədələnməsi

3. birləşdirici toxumanın sistem xəstəliyi zamanı ürək əzələsinin zədələnməsi

4. miokarditlər

5. idiopatik dilatasion kardiomiopatiya
A) 2, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 3

D) 1, 2, 4

E) 3, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 60
1360) Aşağıda göstərilən şikayətlərdən hansı xroniki ürək çatmamazlığının erkən simptomu hesab olunmur?
A) baş ağrıları

B) nəzərə çarpacaq əzələ zəifliyi və aşağı ətraflarda ağırlıq hissiyatı

C) ürək astması və tez yorulma

D) aşağı ətraflarda ödem

E) ürəkdöyünmə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
1361) Xroniki ürək çatmamazlığı olan xəstələrdə təngnəfəslik əksər hallarda hansı xarakter daşıyır?
A) taxipnoe, nəfəsalma və ya nəfəsvermə çətinləşməsinin əsaslı obyektiv əlamətlərinin üstünlüyü olmadan

B) qisa müddətli tezləşmiş tənəffüs apnoe ilə növbələnir

C) ekspirator, nəfəvermə çətinləşməsinin obyektiv əlamətləri ilə

D) inspirator dispnoe, nəfəsalma çətinləşməsinin obyektiv əlamətləri ilə

E) qarışıq, nəfəsalma və nəfəsvermə çətinləşməsinin obyektiv əlamətləri ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
1362) Xroniki ürək çatmamazlığı olan xəstələrdə ürək ritminin və keçiriciliyinin çox vaxt hansı pozuntuları aşkar olunur? (AV - atrioventrikulyar ).
A) I - II dərəcəli AV blokadalar

B) mədəciklərin fibrillyasiyası və qayıdan ekstrasistoliya

C) tez - tez yaranan politop mədəcik ekstrasistoliyası

D) qulaqcıqların və mədəciklərin fibrillyasiyaları

E) qulaqcıqların fibrillyasiyası və ekstrasistoliya
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 86
1363) IIа mərhələ xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı hemodinamik dəyişikliklər baş verir? (N.D.Strajesko və V.X.Vasilenko təsnifatı əsasən. XÜÇ - xroniki ürək çatmamazlığı).
A) Bütöv ürək - damar sistemin (həm kiçik, həm də böyük qan dövranı) nəzərə çarpan hemodinamik pozuntuları

B) Nəzərə çarpan hemodinamik dəyişikliklər və ancaq böyük qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların kəskin perfuziya və metabolizm pozuntuları

C) Sakit halda XÜÇ əlamətləri zəif nəzərə çarpır. Hemodinamika ürək - damar sisteminin yalnız bir dövranında pozulmuşdur (kiçik və ya böyük qan dövranında)

D) Şikayətlər yalnız fiziki yüklənmədə meydana çıxır - təngnəfəslik, ürəkdöyünmə, tez yorulma ilə. Sakit halda bu klinik əlamətlər yox olur, hemodinamika normallaşır

E) Nəzərə çarpan hemodinamik dəyişikliklər və yalnız kiçik qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların kəskin perfuziya və metabolizm pozuntuları
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
1364) III funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə nəyin əsasında qoyulur? (Nyu - York ürək assosiyasının təsnifatına əsaslanaraq).
A) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorulma, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

B) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkünsüzdür. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

C) Fiziki aktivlik kəskin məhdudlaşıb. Təkcə sakit halda xəstə özünü yaxşı hiss edir, lakin azacıq fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gəlməsinə səbəb olur

D) Xəstə veloerqometrdə 150 kqm/dəq yükün öhdəsindən 3 dəqiqə gələ bilir

E) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patoloji siptomlar yoxdur, adi fiziki yük zəiflik, yorulma, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91
1365) Xəstəliklərin sonuncu Beynalxalq Təsnifatına (XBT - 10) əsasən ÜÇ ( ÜÇ - ürək çatışmazlığı) - nın klinik təsnifatına aşağıdakılardan hansılar aid edilir?

1. kəskin və xroniki

2. sol mədəcik və sağ mədəcik

3. sistolik və diastolik

4. yarımkəskin

5. dəqiqləşdirilməmiş
A) 1 , 3, 5

B) 1, 2, 3

C) 2, 3, 4

D) 1, 3, 4

E) 2, 3, 5
Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 10.
1366) Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığı (ÜÇ) təsnifatının C mərhələsində nələr baş verir?
A) ÜÇ - ın şikayət və ya əlamətləri yoxdur

B) ürəyin struktur xəstəliyi ilə bağlı olan simptomlu ÜÇ

C) kombinə olunmuş dərman müalicəsinə baxmayaraq, ürəyin nəzərə çarpan struktur dəyişikliyi və sakitlik vəziyyətində ÜÇ - ın nəzərə çarpan əlamətləri mövcuddur

D) ÜÇ - ın inkişafı üçün yüksək risk. Funksional və ya struktur dəyişikliklər aşkar olunmur

E) ürəyin struktur dəyişiklikləri ilə bağlı olan simptomsuz ÜÇ (ürəyin struktur dəyişikliyi, lakin şikayət və ya əlamətləri yoxdur)
Ədəbiyyat: Ürək çatışmazlığı diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
1367) Əks göstərişlər olmadıqda, funksional fiziki yük sınaqlarının hansı nəticəsindən ehtimal olunur ki, xroniki ürək çatışmazlığının mümkün səbəbi ürəyin işemik xəstəliyidir?
A) EKQ-da ST seqmentinin izoxətdən 0, 5 mm depressiyası

B) Ürək vurğularının sayının maksimal həddinin 85%-ə çatması

C) Sınağın müsbət olması

D) EKQ-da tək-tək mədəcik ekstrasistoliyalar

E) EKQ-da ST seqmentinin izoxətdən 0, 5 mm elevasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
1368) Əks göstərişlər olmadıqda, funksional fiziki yük sınaqlarının hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrin erkən diaqnostikasında və Nyu-York təsnifatına əsasən funksional siniflərinin obyektiv qiymətləndirilməsində köməklik göstərmirlər?
A) Arterial təzyiqin qəflətən kəskin qalxması (230/120 mm c. süt-nə qədər)

B) ST seqmentinin çəpqalxan itibucaqlı depressiyası

C) Fiziki yüklənmə zamanı hemodinamik göstəricilərin dəyişilməsi

D) Fiziki yüklənməyə qarşı tolerantlığın azalması

E) 1-1, 5 mm qədər ST seqmentinin horizontal depressiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
1369) Xroniki ürək çatışmazlıqlı xəstələrin minimal doza ürək qlikozidlərilə müalicəsi zamanı preparatın orta doyma dozasına çatmasına yox, əksinə individual terapevtik effektə əsaslanmalıyıq. Bu effektə aşağıdakılardan hansı aid deyil?
A) atım fraksiyasının artması

B) gecə yuxusunun normallaşması

C) diurezin artması

D) ürək vurğularının sayının dəq. 60 - 70 qədər azalması

E) təngnəfəsliyin və ödemlərin azalması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
1370) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ürək qlikozidlərinin qanda hansı doydurucu konsentrasiyası (mq/ml) ölümü 2 dəfə artırır?
A) 2, 5

B) 2, 0


C) 4, 0

D) 1, 0


E) 3, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
1371) Xroniki ürək çatışmazlıqlı (XÜÇ) xəstələrin diaqnostikasında funksional yüklənmə sınağı nəyi əks etdirir?
A) XÜÇ-ın diaqnostikasının xüsusi metodudur

B) Ürəkdə morfoloji dəyişiklikləri

C) Yalnız fiziki işgüzarlığın azalmasını

D) Ürəyin həcm dəyişikliyini

E) Miokardın perfuziya pozğunluğunu
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.97
1372) Xroniki ürək çatışmazlığının medikamentoz müalicəsində əsas dərman qruplarına hansı preparatlar aid deyil?
A) Angiotenzin çevirici fermentlərin inhibitorları

B) Diuretiklər, ürək qlikozidləri

C) “Ləng” kalsium kanallarının blokatorları

D) Aldosteronun antaqonistləri

E) β - adrenoblokatorlar
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.30 ; V.Ə.Əzizov. Daxili xəstəliklər.Baki-2011 Səh.468; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 119
1373) Medikamentoz müalicənin müasir konsepsiyasına müvafiq olaraq xroniki ürək çatışmazlığında istifadə olunan əlavə dərman qruplarına hansı aiddir?
A) Angiotenzin II reseptorlarının blokatorları, vazopeptidazaların inhibitorları

B) Statinlər, aspirin

C) Nitropreparatlar

D) “Sürətli” kalium kanalların blokatorları

E) İlgək diuretikləri, antikoaqulyatantlar
Ədəbiyyat: V. Ə. Əzizov. Daxili xəstəliklər. Bakı-2011. Səh. 468; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 119
1374) Xroniki ürək çatışmazlığı olan xəstələrdə medikamentoz müalicənin müasir konsepsiyasına müvafiq olaraq, istifadə olunan köməkçi dərman qruplarına hansı dərman maddələri aid deyil?
A) angiotenzin çevirici fermentin inhibitoru

B) antiaritmik dərmanlar (əsasən 3 sinif)

C) periferik vazodilatatorlar (nitratlar)

D) kalsium kanallarının blokatorları

E) aspirin, antikoaqulyantlar
Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər. Bakı-2011 Səh.468; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 119
1375) Xroniki ürək çatışmazlığında istifadə olunan AÇFİ –in hansı reaksiyaları müsbət hesab olunmur? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitoru).
A) miokardın interstisial fibrozunun formalaşmasının ləngiməsi

B) miokardın hipertrofiyasının geriyə inkişaf etməsi

C) sol mədəciyin dilatasiyasının proqressivləşməsinin qarşısının alınması

D) koronar damarların vazokonstriksiyası

E) ürək, damar və başqa orqanlarda remodelləşmə proseslərinin yavaşıması
Ədəbiyyat: Г. Е. Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 120-121
1376) ABŞ ekspertlərinin (1999) rəyinə əsasən xroniki ürək çatışmazlıqlı (XÜÇ) xəstələrdə ürək qlükozidləri hansı hallarda istifadə olunur?
A) ürəyin işemik xəstəliklərində

B) mədəcik ekstrasistoliyalı xəstələrdə

C) sol mədəciyin diastolik disfunksiyasının üstünlüyü ilə olan XÜÇ -da

D) sinus ritmi saxlanılmaqla miokardın infarktından sonrakı kardiosklerozda

E) taxisistolik səyrici aritmiya zamanı XÜÇ-ün bütün funksional siniflərində
Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər. Bakı-2011 Səh. 472; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 143
1377) Kiçik dozada ürək qlikozidlərinin XÜÇ - lı xəstələrin müalicəsində, müasir tendensiyaya görə, ikinci müalicə prinsipini gözləməyi tələb etdiyindən inotrop preparatlarla aşağıdakı dərmanlardan hansının mütləq birgə istifadəsi vacib deyil? (XÜÇ - xroniki ürək çatışmazlığı).
A) konkor

B) spironolakton

C) prazozin

D) enalapril

E) laziks
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 149
1378) Xroniki ürək çatışmazlıqlı xəstələrin ürək qlikozidləri ilə müalicəsində ücüncü prinsip dedikdə nə başa düşülür?
A) diuretiklər ilə vacib birliyi

B) ehtiyac olarsa β-adrenoblokatorlar ilə vacib birliyi

C) xəstəliyin klinik şəklinin, laborator və instrumental müayinə metodlarının əsaslı analizi

D) preparatın kiçik dozada istifadəsi (məsələn, diqoksin sutkada 0,25 mq dozaya qədər)

E) angiotenzin çevirici fermentin inhibitoru ilə vacib birliyi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 149
1379) Aşağıdakılardan hansı əlamət xroniki ürək çatışmazlığını xarakterizə edən kompleks sindromlara aid deyil?
A) Sakit vəziyyətdə ürəkdə struktur dəyişikliyin obyektiv əlamətləri

B) Sakitlik və ya fiziki gərginlik zamanı yaranan təngnəfəslik və/və ya ümumi zəiflik

C) Ağciyərlərdə və ya aşağı ətraflarda durğunluq əlamətləri

D) Sakit vəziyyətdə ürəkdə funksional dəyişikliyin obyektiv əlamətləri

E) Uzun müddət ayaq üstə durduqda yaranan huşun itməsi
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1380) Ürək çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) 150.0

B) 150.1


C) I 50.9

D) I 50


E) I 52
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1381) Durğunluq ürək çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 51

B) I 50.0

C) I 50

D) I 50.9



E) I 50.1
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1382) Sol mədəcik çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 50.0

B) I 22


C) I 21

D) I 20


E) I 50.1
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1383) Dəqiqləşdirilməmiş ürək çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 50.9

B) I 40.0

C) I 24

D) 1 25


E) I 40.1
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə