Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə259/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   255   256   257   258   259   260   261   262   ...   276

539

155 

illiyi

Mirzə Əbdülxalıq Axundov

1863-1950

2018

Əbdülxalıq Hacı Abdulla oğlu Axun-

dov 1863-cü ildə Bakıda anadan olmuş-

dur.  


Mirzə  Həsib  Qüdsinin  (1828-1908) 

mədrəsəsində oxumuş, sonra Bakı gimna-

ziyasını qurtarmış; 1888-ci ildə Almani-

yanın Erlangen şəhərindəki Fridrix Alek-

sandr adına Universitetin tibb fakültəsini 

bitirmişdir. 

Burada “Göz bəbəyinin klinik tədqiqi” 

mövzusunda yazdığı əsərə görə tibb dok-

toru alimlik dərəcəsi almış, (əsər həmin 

şəhərdə 1890-cı ildə kitab kimi nəşr edil-

mişdir)  Bakıya  dönərək  burada  ilk  göz 

xəstəlikləri məntəqəsi açmışdır. 

Bakıda  Şərq  və  Qərb  əczaçılığının 

(farmakologiyasının)  tarixini  araşdır-

mış,  klassik  yunan  və  ərəb  alimlərinin 

əczaçılığa  dair  əsərlərini  almanca-

ya  çevirərək  Leypsiq  şəhərində  çıxan 

“Tsaytşrift  der  Doyçen  morgenlendişen 

Qazelşeft”  (“Zeitshrift  der  Deutshcen 

morgenlendishen Gaselsheft”) qəzetində 

dərc etdirmişdir. 

X əsrin əttarı Əbu Mənsur Müvəffəq 

bin Əli əl-Hərəvinin 466 bitki və 44 hey-

van  mənşəli  dərmanın  hazırlanmasına 

dair  əsərini  klassik  ərəbcədən  almanca-

ya  çevirərək  ona  geniş  şərh  yazmış  və 

1892-ci  ildə  Derpt  (indiki  Estoniyanın 

Tartu  şəhəri)  Universitetinə  təqdim  et-

miş,  tibb  elmləri  doktoru  elmi  dərəcəsi 

almışdır.  1893-cü  ildə  Derpt  Universi-

tetinin  əsərlərində  və Almaniyanın  Hal-

le şəhərində kitab şəklində buraxılan bu 

əsər uzun illər rus və Avropa farmakoloq-

larının stolüstü kitabı olmuşdur. 

Vətənə 

qayıtdıqdan 



sonra 

M.Ə.Axundov  həkim  Məhəmmədrza 

Vəkilovla  birgə  Azərbaycanda  ilk  ruhi 

xəstəliklər  müalicəxanasının  yaradıcıla-

rından  biri  olmuş,  1892-ci  il  aprel  ayı-

nın 24-də açılan bu xəstəxanada 1903-cü 

ilədək işləmişdir. 

1896-cı  ildə      tacir      İsgəndər    bəy  

Məlikov  və  müəllim  Sultanməcid 

Qənizadəylə  birgə  Bakıda  ilk  kütləvi 

kitabxana  açmış,  üç  ildən  sonra  kitab-

xana 1899-cu ilin mart ayının 17-də qa-

panmışdı.  Yeni  tipli  mətbəə  yaratmış 

və  2  ildə  (1899-1901)  N.Nərimanov, 

N.B.Vəzirov,  S.Qənizadə və Ə.Cəfərzadə, 

S.B.Hacıəlibəyov (Acalov) və başqaları-

nın kitablarını nəşr etmişdir. 

Bədii  yaradıcılıqla  da  məşğul  ol-

muş, “Əvvəli hənək, axırı dəyənək” (öz 

mətbəəsi, 1901) adlı üç pərdəli komediya 

qələmə almışdır (səhnəyə də qoyulmuş-

dur). “Müsəlman xeyriyyə cəmiyyəti”nin 

(1905), “Nəşri-maarif” cəmiyyətinin üzvü 

(1906);  “Səadət”  xeyriyyə  cəmiyyətinin 

(1907)  qurucularındandır  (katibi  olub). 

“Təkamül”  qəzeti  (1906-1907)  redaksi-

ya heyətinin üzvü, 1909-1910-cu illərdə 

satirik “Zənbur” jurnalının naşiri olmuş-

dur. 

Özü  burada  “Palazqulaq”,  “Zorba”, 



“Cümləqayğu”, “Sövtüməli-Dünyamalı”, 

“Vərzad”, “Toxmaq”, “Çərənçi” və başqa 

imzalarla çıxış etmişdir. 

1914-1919-cu  illərdə  nəşr  edilmiş 

“Müalicə  kitabı”  (1914),  “Uşaq  hifzi-

sihhəsi” (1916), “Həzm üzvlərinin azar-

ları”  (1919)  və  b.  kitabların  müəllifidir. 

Sovet hakimiyyətinin onunla vəhşicəsinə 

davranışından sonra Güney Azərbaycana 

köçmüş,  öncə  Rəşt  və  Ərdəbildə,  daha 

sonra isə Tehranda yaşamış və həkimliklə 

məşğul olmuşdur. 

Mirzə  Əbdülxalıq  Axundov  1950-ci 

ildə Tehranda vəfat etmiş, Qum şəhərində 

dəfn edilmişdir.

Ə d ə b i y y a t

Axundov Mirzə 

Əbdülxalıq Hacı 

Abdulla oğlu                   

//Azərbaycan Xalq 

Cümhuriyyəti 

ensiklopediyası: 2 

cilddə.-Bakı, 2004.- 

C.1.- S.108-109.

Axundov Mirzə 

Əbdülxalıq Hacı 

Abdulla oğlu //Cəlil 

Məmmədquluzadə en-

siklopediyası.- Bakı, 

2008.-S.44-45.

İ n t e r n e t d ə

www.anl.az

www.medekspert.az

Həkim

Kimya.Biologiya.Tibb



540

Kitabxanaşünaslıq.Biblioqrafiya

115

 illiyi

Salyan rayon ilk ictimai qiraətxanası

1903   

2018

Salyanda  ilk  ictimai  qiraətxana  1903-cü  ildə, 

xalq  müəllimlərindən  Mirzə  Əziz  Babazadə  və 

Mirzə Yaqub Ələkbər oğlu Əlizadənin təşəbbüsü 

və zəhməti ilə yaradılmışdır.

Əslində ilk qiraətxananın yaradılması 1880-ci 

ildə Salyanda təhsil müəssisəsinin yaradılmasına 

təsadüf edir. Salyan məktəbinin təsisi xalq təhsili 

ilə  bərabər  mədəni-maarif  işlərinin  də  inkişafı-

na  xeyli  təsir  etmişdi.  Bu  məktəbin  açılması  ilə 

Salyanda ilk dəfə ictimai kitabxana yaradılmışdı. 

Belə ki, məktəbin açılması mərasimi münasibətilə 

oraya toplaşanlar “məktəb ictimaiyyət kitabxana-

sı” adlı bir kitabxana təşkil etməyi qərara almış , 

bu məqsədlə könüllü olaraq pul toplamış və  qısa 

müddət ərzində 342 manat 40 qəpik toplanmışdır. 

Beləliklə, ictimaiyyətin köməyilə 1881-ci il okt-

yabrın 1-də Salyan normal məktəbi nəzdində ilk 

“məktəb-ictimaiyyət kitabxanası” açılmışdı. Lakin 

camaatdan toplanan kitab və dövri mətbuat məktəb 

şagirdlərinin təlabatını qismən ödəmişdir. Burada 

toplanılan təcrübə müstəqil ictimai qiraətxananın 

açılmasında mühüm rol oynamışdı. 

1903-cü  ildə  ilk  ictimai  qiraətxananın  təşkil 

olunmasını bütün tərəqqipərvər adamlar sevinclə 

qarşılamışdılar.  Çünki  xalqı  qəflət  yuxusundan  

oyatmaq,  maarifləndirmək lazım idi. Qiraətxana 

üçün ilk bina üçün köhnə dükanlardan biri kirayə 

edilmişdi. Hazırda həmin yerdə şəhid adını daşı-

yan bağ yerləşir. Qiraətxanaya 420 manat 60 qəpik 

məbləğində kitab və dövri mətbuat bağışlanmış-

dı.  Qiraətxanadan  istifadə  üçün  oxu  haqqı  da 

müəyyən edilmişdi. Oxu haqqı və ianə vasitəsi ilə 

toplanan pul fondun zənginləşməsinə xərclənirdi.

Bura  Salyanda  qabaqcıl  ideyaların  təbliği 

mərkəzinə  çevrilmişdi.  İnqilabi  ruhlu  əsərlərin 

müzakirəsi  keçirilərkən  M.Ə.Babazadənin  və 

M.Y.Əlizadənin şagirdləri keşikdə dayanmışdılar.

Sonradan bu ictimai qiraətxana hər il kitab fon-

du ilə zənginləşmiş və nəhayət, kütləvi kitabxana-

ya çevrilmişdi. Kitabxanaların müxtəlif idarələrə 

məxsus olması, onların fondlarının əlaqəli şəkildə 

komplektləşdirilməsi kitabdan daha geniş istifadə 

etmək  məqsədilə respublikada gedən mərkəzləşmə 

zamanı 1975-ci ildə Salyan rayon Kitabxanası da 

Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminə  çevril-

mişdir. 1978-ci ildə xüsusi layihə əsasında tikil-

miş yeni binaya köçürülmüşdür. Hazırda MKS-ə 

1 MK, 5 şəhər, 1 uşaq, 1 gənclər, 47 kənd kitab-

xana filialı daxildir. MKS-in ümumi kitab fondun-

da 506 min nüsxədən çox çap məhsulu saxlanılır. 

Oxucuların sayı 46 min nəfərdən artıqdır. MK-nın 

oxu zalında eyni vaxtda 80 nəfər oxucu mütaliə ilə 

məşğul ola bilir. 

MKS-in 

Mərkəzi 


kitabxanasında 

kompüterləşdirilmiş  infrastruktur  qurulmuş,  ki-

tabxana  yeni  informasiya  texnologiyaları  ilə 

təchiz  edilmiş,  ödənişsiz  Wi-Fi  zonası  yaradıl-

mışdır.  Kitabxanada  Azərbaycan  Respublikası 

Prezidentinin 2008-ci il “6” oktyabr tarixli 3072 

nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 

Respublikasında kitabxana-informasiya sahəsinin  

2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqra-

mı icrası ilə əlaqədar olaraq sayt yaradılaraq va-

hid mərkəzləşmiş kitabxana portalına (http://sal-

yan.cls.az)  daxil  edilmiş,  “ALİSA”  (Automated 

Library System of Azerbaijan) mərkəzləşdirilmiş 

elektron kitabxana sistemi yüklənmişdir.



Ə d ə b i y y a t

Salyan rayon Mərkəzləşmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası.- Bakı. 2015.-S.548-549. 


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə