Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə255/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   251   252   253   254   255   256   257   258   ...   276

531

Siyasət.Hərbi iş 

125 

illiyi

Şəfi bəy Rüstəmbəyli   

1893-1960

2018

Şəfi  bəy  Mustafa  bəy  oğlu   

Rüstəmbəyli  1893-cü  ildə  Gəncə 

şəhərində  anadan  olmuşdur.  Orta 

təhsilini  Gəncə  gimnaziyasında  alan 

Şəfı bəy ali təhsil almaq üçün Rusiyaya 

getmiş, 1910-cu ildə Kiyev Universite-

tinin hüquq fakültəsinə daxil olmuşdur.

Şəfi bəy Rüstəmbəyli həmin ilin so-

nunda Kiyevdə təhsil alan tələbələrlə bir 

yerə  yığışaraq  özlərinin  “Həmyerlilər 

Cəmiyyəti”ni  (“Zemlyaçestvo”)  yarat-

mışdır. Cəmiyyətin sədri Kiyev Univer-

sitetinin Tibb fakültəsinin tələbəsi Mir 

Əbülfət xan Talışlı, katibi Xəlilulla Yeni-

keyev, xəzinədarı Şəfı bəy Rüstəmbəyli 

seçilmişdir.

Tələbələr  Rusiya  imperiyasında 

təhsil alan müsəlman tələbələrin arasın-

da əlaqə yaratmaq və onların qurultayını 

çağırmaq üçün xüsusi komissiya təşkil 

etmişlər.  Kiyevdə  təhsil  aldığı  illərdə 

“Həmyerlilər  Cəmiyyəti”nin  yaranma-

sında və fəaliyyətində yaxından iştirak 

edən  Şəfi  bəy,  eyni  zamanda,  Ümum-

rusiya müsəlman tələbələrinin qurulta-

yının  nizamnaməsini  hazırlayanlardan 

biri olmuşdur.

Kiyevdə təhsilini başa vuran Şəfi bəy 

1915-ci ildə Gəncəyə qayıtmışdır. Şəhər 

məhkəməsində  vəkil  kimi  çalışmışdır. 

1917-ci ilin mart ayında N.Yusifbəylinin 

rəhbərliyi  altında  Gəncədə  “Türk-

ədəmi  Mərkəziyyət”  Partiyası  yaradıl-

mış, onun ən fəal üzvlərindən biri Şəfi 

bəy  olmuşdur.  1917-ci  ilin  iyununda 

M.Ə.Rəsulzadənin  rəhbərliyi  altında 

Bakıda  fəaliyyət  göstərən  “Müsəlman 

Demokrat  Müsavat”  Partiyası  ilə 

Gəncədəki  “Türk-ədəmi-Mərkəziyyət” 

Partiyası  birləşərək  “Türk-ədəmi-

Mərkəziyyət  Müsavat”  Partiyası  ad-

lanmışdır.  Həmin  partiyanın  Mərkəzi 

Komitəsi  səkkiz  nəfərdən  ibarət  idi. 

Bunun  da  dörd  nəfəri  Gəncə  büro-

sunda  fəaliyyət  göstərirdi:  Nəsib  bəy 

Yusifbəyli, Həsən bəy Ağayev, Şəfı bəy 

Rüstəmbəyli və Məhəmməd Axundzadə.

İctimai-siyasi baxışlarına görə Şəfi bəy 

müsəlman fraksiyasına daxil idi. 1917-

ci  ilin  aprelində  Bakıda,  həmin  ilin 

may ayında Moskvada keçirilən Rusiya 

Müsəlmanlarının qurultayında Şəfı bəy 

fəal iştirak etmişdir.

1918-ci  ilin  may  ayının  28-də 

Azərbaycan  Xalq  Cümhuriyyəti  elan 

olunduqdan  sonra  Şəfi  bəy  İstiq-

lal  Bəyannaməsini  -  Azərbaycanın 

müstəqilliyi  barədə  sənədi  imzalayan 

Milli Şuranın 27 nəfər üzvündən biri , 

rus  dilində  nəşr  olunan  “Azərbaycan” 

qəzetinin ilk redaktoru olmuşdur.

Azərbaycanın milli istiqlalı uğrunda 

gedən mübarizənin fəal iştirakçısı Şəfı 

bəy  1918-ci  ilin  dekabrında  fəaliyyətə 

başlayan Azərbaycan parlamentinə üzv 

seçilmişdir.  1919-cu  ildə  Azərbaycan 

hökumətində  mətbuat  qanununun  ha-

zırlanmasında və parlamentdə müzakirə 

edilməsində  Şəfi  bəyin  xidmətləri  bö-

yükdür.

O, bir müddət  Azərbaycan hökuməti 



Daxili  İşlər  nazirinin  müavini  kimi 

məsul vəzifədə çalışmışdır.

Milli 

hökumətin 



süqutundan 

sonra      xaricə    mühacirət    etmək 

məcburiyyətində  qalmış,  uzun  müddət 

Türkiyədə  yaşamış,  bir  sıra  məsul 

vəzifələrdə çalışmışdır.

Şəfi  bəy  Rüstəmbəyli  1960-cı  ildə 

Türkiyədə  vəfat  etmiş,  orada  da  dəfn 

olunmuşdur.



Ə d ə b i y y a t

Aşırlı, A, Şəfi bəy 

Rüstəmbəyli //Aşır-

lı A. “Türk ocağı” 

Azərbaycanda.-Bakı, 

2015.-S.44-45. 

Rüstəmbəyli Şəfi 

bəy Mustafa  bəy 

oğlu //Azərbaycan 

Xalq Cümhuriyyəti 

Ensiklopediyası:2 cilddə.-

Bakı, 2004.-C.II.- S.317.

Şəymən. Vətən və 

Azərbaycan fədaisi - 

Şəfi bəy Rüstəmbəyli: 

Bu böyük mücahid son 

nəfəsinədək öz əqidəsini 

dəyişmədi /Şəymən //Şərq.-

2014.- 2 iyul.- S.11.

Tahirqızı, Ü.“Mətbuat 

haqda qanun”un 

ilk müəllifi...: Bir 

çox azərbaycanlı 

vətənpərvərlər kimi, onun 

istiqlal arzuları da bolşe-

vik işğalı nəticəsində ya-

rımçıq qaldı... /Ü.Tahirqızı 

//Xalq cəbhəsi.- 2014.- 9 

avqust.- S.11.

İctimai xadim


532

Sovet İttifaqı Qəhrəmanı

Sovet İttifaqı Qəhrəmanı

Siyasət.Hərbi iş 

Məstan Əliyev  

1918-1945 

2018

Məstan Astan oğlu Əliyev 1918-ci ildə Tovuz 

rayonunun  Əsrik  Çırdaxan  kəndində  anadan  ol-

muşdur. 


1939-cu  ildə  kənd  məktəbində  müəllim 

işləyən  Məstan  Əliyev  orduya  xidmətə  getmiş-

dir.  Müharibə başlandığı zamandan 47-ci ordunun 

tərkibində cəbhədə olmuş, Berlin ətrafında gedən 

döyüşlərə kimi müharibədə iştirak etmişdir. 

Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən 

biri 1945-ci ilin aprel ayının 16-da Oder çayının 

sol sahilində olmuşdur. Bu döyüşdə onun bölməsi 

72 əsgər və zabitini əsir götürmüşdü, şəxsən özü 

isə 20 nəfərə qədərə faşisti məhv etmişdir. Məstan 

Əliyev aprel ayının 23-də Berlin uğrunda  gedən 

döyüşlərdə həlak olmuşdur.

1945-ci il mayın 31-də M.Əliyevə “Sovet İttifa-

qı Qəhrəmanı” adı verilmişdir. 

Almaniyada  dəfn  edilmişdir.  Doğma  kəndinin 

məktəbi onun adını daşıyır.

Gəray Lətif oğlu Əsədov 1923-cü ildə Beyləqan 

rayonunun Şahsevən kəndində anadan olmuşdur.

 1942-ci ildə hərbi xidmətə getmişdir. Serjant 

Gəray  Əsədov  27-ci  ordunun  tərkibində  məşhur 

Kursk əməliyyatında döyüşmüş, Ukrayna, Molda-

viya və Rumıniyanın azad edilməsinə fəal iştirak 

etmişdir.

Qvardiya  serjantı  Gəray  Əsədov  Rumıniya-

nın  Markita  şəhəri  uğrunda  döyüşdə  misilsiz 

qəhrəmanlıq göstərmişdir: Öz bədəni ilə düşmənin 

güclü atəş nöqtəsini susduraraq əməliyyatın uğur-

lu olmasını təmin etmişdir.

12  oktyabr  1944-cü  ildə  Marqkita  adasında 

(Rumıniya) dəfn edilmişdir.

1945-ci il  mart ayının 24-də ona “Sovet İttifaqı 

Qəhrəmanı” adı verilmişdir.

Təhsil  aldığı  kənd  məktəbinə  və  rayonun  bir 

küçəsinə onun adı verilmişdir.



Gəray Əsədov 

1923-1944

Ə d ə b i y y a t

Babayev, S. Sovet İttifaqı Qəhrəmanı Məstan Əliyev /S.S.Babayev.- Bakı: Gənclik, 1975.- 28 s.

Əliyev Məstan Astan oğlu //Sovet İttifaqı Qəhrəmanları.- Bakı: İşıq, 1975.- S.15.

Əliyev Məstan Astan oğlu //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1980.- C.IV.- S.175.

Sadıqlı, F. Qəhrəmanlıq dərsi: Faşizm üzərində Qələbədən 70 il keçir /F.Sadıqlı //Azərbaycan.- 2015.- 29 aprel.- S.9.

http://www.anl.az/down/meqale/azerbaycan/2015/aprel/433266.htm

100 

illiyi

95 

illiyi

Ə d ə b i y y a t

Alıcanov, M. Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov /M.S.Alıcanov.-Bakı: Gənclik, 1975.- 28 s.

Əsədov Gəray Lətif oğlu //Sovet İttifaqı Qəhrəmanları.- Bakı: İşıq, 1975.- S.17.

Əsədov Gəray Lətif oğlu //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.-Bakı, 1980.- C.IV.- S.232.

Qəhrəmanların izi ilə //Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.11.

http://www.anl.az/down/meqale/medeniyyet/2016/oktyabr/509074.htm


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə