Kbt я25 uot (059) Baş redaktor


Siyasət.Hərbi iş   595



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə252/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   248   249   250   251   252   253   254   255   ...   276

525

Siyasət.Hərbi iş  

595 

illiyi

Uzun Həsən 

1423-1478  

2018

Ucaboylu  olduğuna  görə  “Uzun 

Həsən” ləqəbini almış Həsən bəy Bayan-

dur 1423-cü ildə anadan olmuşdur. Trab-

zon  imperatoru  IV  İoanın  (1429-1458) 

qızı Dəspinə xatunla evlənmişdir. Onun 

başqa  məzhəbə  və  dinlərə  etiqad  edən 

əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı 

ölkədə sabitləşdirici rol oynamışdır. 

Uzun  Həsən  Osmanlı  imperiyası, 

Venesiya  Respublikası,  Böyük  Moskva 

Knyazlığı,  Qızıl  Orda,  Polşa,  Avstriya, 

Macarıstan, Çexiya, Almaniya, Papalıq, 

Burqundiya,  Neopolitan  Krallığı,  Ro-

dos, Kipr, Qaraman bəyliyi, Misir, Hin-

distan  və  başqa  dövlətlərlə  diplomatik 

münasibətlər saxlamışdır.

Uzun  Həsən  Ağqoyunlu  tayfaları-

nı  birləşdirərək,  Dəclə  və  Fərat  çay-

larının  yuxarı  axarı  boyunca  paytaxtı 

Diyarbəkirdə  yerləşən  kiçik  bir  ərazidə 

öz  hakimiyyətini  qurmuş  və  o  vaxtdan 

da adı tarixə düşmüşdür.

O bir neçə Avropa ölkəsi ilə ona odlu 

silah  yardımı  göstərilməsi  barədə  danı-

şıqlar  aparmışdır.  Həmin  yardım  Qara 

dəniz  və  Aralıq  dənizi  vasitəsilə  Uzun 

Həsənin  müttəfiqi, Ağqoyunlu  tayfaları 

ilə  qədimdən  əməkdaşlıq  edən  və  Qa-

raman  bəyliyinin  Qərb  sərhədlərində 

yerləşən  yunan  Trapezund  imperiyası 

üzərindən keçib gəlməli idi.

Osmanlılar  bunun  qarşısını  almaq 

istəmiş  və  1453-cü  ildə  Fateh  II  Meh-

met  tərəfindən  Konstantinopol  işğal 

olunduqdan  sonra  Trapezund  imperi-

yasını  məhv  etmək  qərarına  gəlmişlər. 

Uzun  Həsən  buna  mane  olmaq  istəsə 

də,  Osmanlı  qoşunlarının  Ağqoyunlu 

ərazisinə müdaxiləsi onu sülh xahişi ilə 

onlara  müraciət  etməyə  məcbur  etmiş-

di. Osmanlıların Yastıçəmən yaylağında 

yerləşən düşərgəsinə Uzun Həsənin ana-

sı Sara xatunun başçılığı ilə elçilər yol-

lamışdı.

Sara  xatun  mahir  bir  diplomat  kimi 

öz ölkəsindən çox-çox uzaqlarda da ta-

nınmışdı.  O,  bu  dəfə  də  öz  vəzifəsinin 

öhdəsindən  gəlmiş  -  sülh  bağlamışdır. 

Bu  sülhün  şərtlərinə  görə,  Uzun  Həsən 

osmanlıların Trapezundu işğal etməsinə 

mane  olmamalı,  osmanlılar  isə  onun 

dövlətinin ərazisindən çıxmalı idilər.

Uzun  Həsəni  neytrallaşdırmaq  üçün 

II  Mehmet  Trapezund  üzərinə  hücuma 

keçərkən  Sara  xatunu  və  onun  başçılıq 

etdiyi heyəti də özü ilə götürmüş, 1461-

ci il oktyabr ayının 26-da Trapezundun 

mühasirəsi qələbə ilə nəticələnmişdi. 

Osmanlı  dövləti  ilə  mübarizə  apar-

maq  üçün  ölkəni  iqtisadi  cəhətdən 

möhkəmləndirmək, ordunu yenidən təşkil 

etmək və güclü müttəfiqlər tapmaq lazım 

idi. Uzun Həsən ilk növbədə ölkə iqtisa-

diyyatının inkişafına təkan vermək üçün 

bir sıra islahatlar aparmış, onun xəzinəsi 

dolmuş və Azərbaycanda möhtəşəm bir 

mərkəzləşdirilmiş  dövlət  yaranmışdır. 

Ordusunun  təkmilləşdirilməsi  haqqında 

çox  düşünən  Uzun  Həsən  bu  məqsədlə 

Avropadan mütəxəssislər çağırmış və ni-

zami ordu yaratmaq istəmişdir. 

Uzun  Həsənin  sarayında  alimlər 

məclisi fəaliyyət göstərmiş və zəngin ki-

tabxana yaradılmışdır. 

Uzun Həsən 1478-ci il yanvar ayının 

5-də  vəfat  etmiş,  onu  özünün  tikdirdi-

yi  Nəsriyyə  məscid  kompleksində  dəfn 

etmişlər.  Bundan  sonra  həmin  məscid 

“Həsən  padşahın  məscidi”  adlandırıl-

mışdır.

Dövlət xadimi

Ə d ə b i y y a t

Qacar, Ç. Qədim 

orta əsrlər 

Azərbaycanın görkəmli 

şəxsiyyətləri /Ç.Qacar; 

red. E.Namazov; tərtib 

edənlər: N.Qaramanlı, 

N.Quliyev.- Bakı: [Ni-

cat], 1997.- 304 s.

Qocayev, Ə.S. Uzun 

Həsən /[Ə.Qocayev; 

red. R.İsmayılov; 

rəssam. E.Cabbarov; 

dizayn. R.İsmayılov].- 

Bakı: Altun Kitab, 

2015. - 14 s.

Karvan /red. hey. 

O.Salamzadə [və b.].-

Bakı: Yazıçı, 1990.-109 

s.; Roman-qəzet May

1990-cı il, № 8(5)

Qaraoğlu, F. Tarixdə 

iz buraxanlar: Uzun 

Həsən /F.Qaraoğlu       

//Bakı xəbər.-2016.- 2 

iyun.- S.13.

İ n t e r n e t d ə

http://www.anl.

az/down/meqale/

baki_xeber/2016/

iyun/494934.jpg



526

Siyasət.Hərbi iş  

270 

illiyi

Cavad xan 

1748-1804      

2018

Cavad  xan  Şahverdi  xan  oğlu  (Zi-

yadoğlu)  Qacar  1748-ci  ildə  Gəncə 

şəhərində anadan olmuşdur. Cavad xa-

nın  atası  Şahverdi  xan  1756-cı  ildən 

(1761-ci  ilə  qədər)  Gəncənin  xanı  ol-

muşdur. Qacarlar nəslindən olan böyük 

Azərbaycan  sərkərdəsi,  dövlət  xadimi, 

Gəncə  xanlığının  sonuncu  hökmdarı 

Cavad xan Gəncədə XVI əsrdən hökm-

ranlıq  edən  Ziyadoğlular  nəslindəndir. 

Ziyadoğlular  ilk  doqquz  Qızılbaş  tay-

falarından olan Qacarların bir qoludur. 

Cavad  xan  o  dövrdə  sürətlə  bir-birini 

əvəz  edən  mürəkkəb  hadisələr  fonun-

da  öz  fəal  siyasi  fəaliyyəti  ilə  digər 

Azərbaycan  xanlarından  seçilirdi.  Ya-

xınlaşan təhlükə qarşısında Azərbaycan, 

Dağıstan və Gürcüstan hakimlərinin va-

hid cəbhədən çıxış etmək meyillərindən 

məharətlə istifadə edən Gəncə xanı an-

tirus  koalisiya  yaratmağa  çalışır,  hətta 

buna  müyəyyən  qədər  müvəffəq  olur. 

Gəncə,  Qarabağ,  Şəki  xanları,  ləzgi 

şamxalları və gürcü şahzadəsi Aleksandr 

Rusiyaya qarşı birgə mübarizə aparacaq-

larına  and  içirlər.  Lakin  həlledici  anda 

Gəncə xanına heç kim kömək etmir və 

o, güclü düşmən qarşısında tək qalır.

II  Yekaterinanın  vəfatından  son-

ra  yeni  imperator  I  Pavel  qraf  Zubo-

va  Zaqafqaziyanı  tərk  etmək  əmrini 

vermişdir.  Rusların  gedişindən  dərhal 

sonra  İran  hökmdarı  Ağa  Məhəmməd 

Şah Qacar Azərbaycanın şimalına cəza 

yürüşünə  çıxmışdır.  O,  Şuşanı  tutmuş 

və  Bakı  xanı  Hüseynqulunu  silah  al-

tında buraya gətizdirmiş, Cavad xan da 

buraya  gəlmişdir.  1797-ci  ilin  5  iyun 

günü  şahın  öz  xidmətçiləri  tərəfindən 

qətlə yetirilməsi Cavad xanı mühakimə 

olunmaqdan xilas etmişdir. 1799-cu ildə 

rus  qoşunları  Gürcüstana  girmiş,  bir 

ildən  sonra  isə  Gürcüstanın  Rusiyaya 

birləşməsi haqqında manifest verilmiş-

dir.  1803-cü  ilin  22  noyabrında  ruslar 

Tiflisdən  Gəncə  istiqamətində  hərəkət 

etmiş,  şəhərin  yaxınlığında  dayanan 

Sisiyanov yenidən Cavad xana məktub 

yazaraq, şəhəri təslim etmək barədə ul-

timatum vermişdir. Cavad xan Gəncəni 

döyüşərək müdafiə edəcəyini bildirmiş-

dir.  Cavad  xan  öz  qoşununu  və  yaxın 

adamlarını  başına  yığaraq,  düşmənin 

üzərinə  yerimişdir.  Döyüş  dahi  şairi-

miz Nizami Gəncəvinin məqbərəsi ya-

xınlığında,  Quru  qobu  adlanan  yerdə 

baş vermişdir. Qüvvələr nisbəti bərabər 

olmadığı  üçün  gəncəlilər  ağır  itkilər 

verdikdən  sonra  geri  çəkilərək  qala-

nın  darvazalarını  bağlamışlar.  Onla-

rı  təqib  edən  ruslar  da  şəhərə  girərək, 

qalanı  dörd  bir  tərəfdən  mühasirəyə 

almış,  düz  bir  ay  Sisyanovun  ultima-

tumlarına  Cavad  xan  eyni  cür  cavab 

vermişdir: “Şəhəri verməyə gəlincə, bu 

niyyətinizdən əl çəkin, çünki bu olan iş 

deyil.  Sən  Gəncəyə  yalnız  mənim  me-

yitimin  üzərindən  girə  bilərsən.  Başa 

düşürsənmi? Ancaq mən öləndən sonra, 

başqa  heç  cür.”  Cavad  xanın  başcılığı 

ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan 

artıq müddətdə mübarizə aparırlar.

1786-cı  ildən  Gəncəni  idarə  edən 

Cavad xan 1804-cü ilin yanvarın 3-dən 

4-nə  keçən  gecə  general  Pavel  Sisia-

novun başçılığı ilə uzun müddət şəhəri 

mühasirədə saxlayan rus işğalçı qoşun-

ları  ilə  qeyri-bərabər  döyüşdə  oğulları 

ilə  birlikdə  qəhrəmancasına  həlak  ol-

muşdur.

  Gəncədə Şah I Abbas tərəfindən ti-



kilmiş  məşhur  Cümə  məscidində  dəfn 

olunmuşdur.



Dövlət xadimi

Ə d ə b i y y a t

Dilsuz. Cavad xan /Dilsuz; 

layih. məsl. Elçin; ideya 

müəl. Q.Qarayev; layih. 

rəhb. Qaraqoyunlu; məsul 

red. A.Dənzizadə; rəssam 

İ.Mehdiyev.- Bakı: Beşik, 

2008.- 18 s.

Məmmədli, N. Cavad 

Xan: [tarixi roman] 

/N.Məmmədli; tərt.- red. 

Vasif - Т.Qərib.- Bakı: 

Adiloğlu, 2005.- 190 s.

Rüstəmxanlı, S. 

Ölüm zirvəsi: roman 

/S.Rüstəmxanlı; red. 

N.Əbdülrəhmanlı; naşir. 

Ş.Xuduoğlu.- Bakı: Qanun, 

2007.- 554 s.

Hidayətqızı, S. Cavad xan - 

xalq öz qəhrəman oğulları-

nı unutmur! /S.Hidayətqızı                                        

//Mədəniyyət.az.-2016.- 

№1.- S.46-47.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə