Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə249/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   245   246   247   248   249   250   251   252   ...   276

519

Milli ədəbiyyat 

135 

illiyi

Əliabbas Müznib   

1883-1938 

2018

Əliabbas Mütəllib oğlu Mütəllibzadə 

- Əhmədov (Əliabbas Müznib) 1883-cü 

ildə  Bakı  şəhərində  anadan  olmuşdur. 

İbtidai təhsilini mədrəsədə almış, ərəb-

fars  dillərini  mükəmməl  öyrənmişdir.  

Bir  müddət  də  rus-tatar  (Azərbaycan) 

məktəbində  təhsilini  davam  etmişdir. 

Kiçik  yaşlarından  şeirə  böyük  maraq 

göstərmiş, bu həvəs onu Bakıda 1880-

ci  illərdən  fəaliyyət  göstərən  “Məcmə 

üş-şüəra”ya gətirmişdir. 

Müznib  də  bir  çox  yazıçı  və  şair 

çağdaşları  kimi  ədəbiyyat  və  mətbuat 

aləminə  1905-ci  ilin  rus  qiyamından 

sonra  gəlmiş  və  iti  qələm,  üsyankar 

ruhu, milliyyətçi və Türkçü inancları ilə 

qısa  zamanda  ədəbi  dairələrdə  böyük 

maraq toplamışdır. 1907-ci ildən başla-

yaraq “Tazə Həyat”, “İttifaq”, “Zənbur” 

kimi qəzet və jurnallarda ilk şeirlərini 

nəşr etdirən Əliabbas Müznib, qısa bir 

müddət sonra, 1910-cu ildə “Hilal” adlı 

bir qəzeti nəşr etdirmiş, həddindən ar-

tıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti 

çəkən bu qəzetin ilk sayı hələ mətbuatda 

ikən müsadirə olunmuşdur. 1911-ci ildə 

Müznib hökumətə qarşı yazılarına görə 

əvvəl qısa müddət üçün həbs olunmuş 

və  cəzalandırılaraq.  ömür  boyu  Sibirə 

sürgün edilmişdir.

 1913-cü ildə Romanovlar sülaləsinin 

hakimiyyətə  gəlməsinin  300  illiyi 

münasibətilə  elan  olunmuş  aministiya 

ömürlük Sibirə sürgün edilmiş Müznibə 

də  şamil  edilmişdir.  Lakin  ona  qəzet-

jurnal çap etməyə icazə verilmədiyindən 

savadsız qardaşı Əbülfəzin adına icazə 

alaraq  1914-cü  ildə  ictimai-siyasi  

ədəbi  “Dirilik”,  1915-ci  ildə  satirik 

“Babayi Əmir” jurnallarını nəşr etməyə 

başlamışdır.  Kərbəlayı  Vəli  Mikayı-

lov,  Məhəmmədəli  Rəsul-zadə,  Ab-

bas  Kazımzadə,  Seyid  Hüseyin  və  b. 

məsləkdaşları  ilə  birlikdə  Müsavat 

partiyasının  formalaşmasında  əlindən 

gələni əsirgəməyən naşir “Dirilik” jur-

nalını  “partiya”nın  tribunasına  çevir-

mişdir. 

Bolşevik  və  erməni  silahlılarının 

1918-ci  ilin  martında  müsəlmanları 

kütləvi  qırmasından  bəhs  edən  “Mart 

hadisələri”, məşhur Ənvər Paşaya həsr 

etdiyi kitabça böyük maraqla qarşılan-

mışdır. 

Ədəbiyyat 

tariximizin 

öyrənilməsində böyük xidmət göstərən   

Ə.Müznib  1928-ci  ildə  XIX  əsr 

Azərbaycan  ədəbiyyatı  seriyasından 

“Nakam (seçmə parçalar)”, “Aşıq Pəri 

və onun müasirləri” kitablarını nəşr et-

dirmişdir. Tərtib etdiyi “Natəvan”, “Sa-

bir”, “Abbas Səhhət”, “Hacı Seyid Əzim 

Şirvani” və onlarla başqa kitablara yaz-

dığı ön sözlər, çap etdirdiyi məqalələr 

ədəbiyyatşünaslığımıza  gözəl  töhfədir. 

Onlarca şairimizin əsərlərini toplamış, 

elmi  məqalələr  yazmışdır.  Nəşriyyatla 

Məhəmməd  Hadinin,  Molla  Pənah 

Vaqifin,  Cəfər  Cabbarlının  əsərlərinin 

tərtibi və nəşrə hazırlanması haqqında 

müqavilə  bağlamışdır.  Lakin  onları, 

eləcə də üzərində işlədiyi neçə-neçə ki-

tabı, yazmış olduğu məqaləni çap etdirə 

bilməmiş, bir çoxu da həbs zamanı itib 

batmışdır. 

1936-cı  il  dekabr  ayının  12-

də  Əliabbas  Müznib  həbs  edilmiş, 

işgəncələrə məruz qalmış və 1938-ci il 

avqustun  28-də  Sovetlər  Birliyinin  ən 

uzaq şəhərlərindən biri olan Vladivos-

tokdakı xüsusi həbs məntəqəsində vəfat 

etmişdir. 



Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Əliabbas 

Müznib; nəşrə hazırla-

yan, ön sözün və lüğətin 

müəl. S.Xəyal; AMEA, 

Məhəmməd Füzuli adına 

Əlyazmalar İnstitutu.-Bakı: 

Nurlan, 2007.-163 s.

Türkcə qəzəllər /Ə.Müznib; 

nəşrə haz. S.Gəncəli; red. 

A.Ramazanov; AMEA, 

M.Füzuli ad. Əlyazmalar 

İn-tu.-Bakı: “Elm və 

təhsil”, 2013.-193 s.

Xəyal, S. Əliabbas Müznib 

Bakı və bakılı şairlər 

haqqında /Sona Xəyal; elmi 

red. Azadə Musayeva; rеd. 

Vüsalə Səmədova; АМЕА, 

Məhəmməd Füzuli adına 

Əlyazmalar İnstitutu.-Bakı: 

Nurlan, 2003.-80 s.

Dünyaminqızı, Q. Vətən 

uğrunda fəda olmuş 

qardaşlar: Sovet hökuməti 

Əliabbas Müznib və 

Əmin Abidin taleyinə 

də acı sonluq yazmışdı 

/Q.Dünyaminqızı //Kaspi.-

2014.-19-21 dekabr.-S.7.

Şair


520

Folklor

150 

illiyi

90 

illiyi

 Hüseyn Bozalqanlı            

1868-1941            

 Aşıq İmran 

1928-1999 

 

       

2018

Hüseyn  Cəfərqulu  oğlu  Quliyev  (Bozalqan-

lı)  1868-ci  ildə  Yelizavetpol  quberniyası  Qa-

zax  qəzasının  (indiki  Tovuz  r-nun)  Bozalqanlı 

kəndində  anadan  olmuşdur.  Kənddə  yeni  açılan 

molla Səməd Axundun məktəbində üç il təhsil al-

mış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 

Kiçik yaşlarından aşıqlığa - saz çalıb, söz qoşmağa 

həvəsi olmuş, hələ on iki yaşında ikən şeir yazma-

ğa başlamışdır. 1890-cı ildən el arasında çalıb oxu-

mağa başlamış, şeirləri dövri mətbuatda müntəzəm 

çap  edilmişdir.  Bədahətən  söz  deməkdə  də Aşıq 

Hüseynin əvəzi olmamışdır. Buna görə də sevimli 

Xalq şairimiz Səməd Vurğun onu “əli qılınclı şair” 

adlandırmışdır.

Aşıq Ələsgər məktəbinin davamçısı olan Aşıq 

Hüseynin Azərbaycan xalq yaradıcılığının inkişa-

fında böyük xidməti olmuşdur. O, “Qara Tanrıver-

di”,  “Nəriman”,  “Xanlar”,  “Hacı Tağı”  dastanla-

rının yaradıcısıdır. “Koroğlu” dastanının ən kamil 

bilicisi məhz Aşıq Hüseyn hesab edilmişdir. Das-

tanın bir neçə qolu - “Koroğlunun Toqat səfəri”, 

“Bağdad  səfəri”,  “Həmzənin  Qıratı  aparması”, 

“Koroğlunun vuruşması” və s. qolları Aşıq Hüsey-

nin dilindən yazılmışdır. 1937-ci il noyabr ayının 

13-də aşıq Hüseyn Bozalqanlı Azərbaycan Yazıçı-

lar İttifaqının üzvü və ittifaq nəzdində olan Aşıq-

lar  bölməsinin rəhbəri seçilmişdir.  I  və  II   Aşıq-

lar qurultayının, Mockvada keçirilən Azərbaycan 

ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı 

olmuşdur. “Şərəf nişanı” ordeni və fəxri fərmanla 

mükafatlandırılmış, 1941-ci il oktyabrın 16-da isə 

Azərbaycan Respublikasının “Əməkdar incəsənət 

xadimi” fəxri adına layiq görülmüşdür.  

  Hüseyn  Bozalqanlı  1941-ci  il  noyabr  ayının 

13-də Bozalqanlı kəndində vəfat etmişdir.



Ə d ə b i y y a t

Əsərləri: 2 cilddə /H.Aşıq Bozalqanlı.- Bakı: Nurlan, 2008. - C.1: Şeirləri.- 296 s.; C.2.-287 s.

Qasımova, S. Hüseyn Bozalqanlının poetik irsi /S.H.Qasımova; elm. red. M.Qasımlı.-Bakı: Elm və təhsil, 2012.-173, [3] s.

Aşıq

Aşıq

İmran  Mehralı  oğlu  Həsənov  (Aşıq  İmran) 

1928-ci ildə Göyçənin Ağbulaq kəndində anadan 

olmuşdur. 

 Aşıq sənətinin sirlərini əmisi Aşıq Dünyama-

lıdan, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq 

Hüseyn  Dəmirçidən  öyrənmiş,  1950-ci  ildə  To-

vuz  rayonuna  köçərək  ustad  aşıqlar  - Aşıq  Əsəd 

və Mirzədən bəhrələnmişdir.Zil tembrli səsə malik 

olduğuna görə ona “Koroglu aşığı” deyirdilər. Saz 

havalarının  kamil  bilicisi,  dastanlarımızın  mahir 

ustadı kimi tanınmışdır. 

Aşıq İmran əsasən Koroğlu havalarının (11 “Ko-

roğlu” havası var) mahir ifaçısı kimi şöhrət qazan-

mışdır. Aşıq  İmran  dünyanın  bir  çox  ölkələrində 

oxumuş və Azərbaycan aşıqlarının III və IV qurul-

taylarının nümayəndəsi olmuşdur.

7  aşıq  havasının  yaradıcısı,  2  şeirlər  kitabı-

nın müəllifidir.12 aşıga ustadlıq etmiş, uzun illər 

yaşayıb-yaratdığı Tovuz rayonunda “Aşıqlar” an-

samblının rəhbəri olmuşdur.

İmran  Həsənov  bir  çox  dövlət  mükafatları, 

1959-cu  ildə  Moskvada  keçirilmiş Azərbaycanın 

mədəniyyəti  və  incəsənətinin  ongünlüyündə  iş-

tirakına  görə  “Şərəf  Nişanı”  ordeni  və  Fəxri 

Fərmanla təltif edilmişdir. 1967-ci ildə “Əməkdar 

mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. 

Aşıq İmran 1999-cu il dekabr ayının 15-də vəfat 

etmişdir.

Ə d ə b i y y a t

Sənətimin sultanıyam: şeirlər və dastanlar /Aşıq İmran; naşir M. Ələkbərli; red. və ön sözün müəll. M.Hüseynli; toplayıb tərtib ed. 

F.İmranoğlu; məsləhətçi Aşıq M.Məmmədov (və b.).-Bakı: Şur, 2013.-343 s.

Sarıyeva, İ. Koroğlu aşığı Aşıq İmran /İradə Sarıyeva //Türküstan.- 2015.- 3-9 may.- S.14.



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə