Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə1/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
  1   2   3   4   5   6   7   8   9   ...   71


1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR
İNSTİTUTU
ƏLABBAS MÜZNİB
MUXTARNAMƏ
Bakı-2017


2
Azərbaycan MEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu elmi şurasının 06 dekabr 2017-ci
il tarixli 07 №-li iclasının qərarı ilə nəşr edilir.
Mətni transfonoliterasiya edib çapa hazırlayan,
ön söz və lüğətin müəllifi:
Səbinə Əhmədova
Redaktor:
Hacı Mustafa Mailoğlu
Əliabbas Müznib Mütəllibzadə. Muxtarnamə
(transfoneliterasiya). Bakı, “Ekoprint”, 2017, 318 s.


3
Ön söz
XX yüzilliyin əvvəllərində Azərbaycan ədəbi-ictimai
fikir tarixində istedadlı  şair, ədəbiyyatşünas alim, publisist,
nasir, din tarixçisi və tərcüməçi kimi şöhrət tapmış Əlabbas
Müznib (1883-1937) dilimizə bir çox dini-tarixi əsərlər
çevirmişdir. Belə  əsərlərdən biri də “Muxtarnamə”dir.
Həzrət Məhəmmədin (s) əziz nəvəsi İmam Hüseyn (ə)-ın
şəhadətindən sonra cərəyan edən hadisələr və Muxtar
Səqəfinin Əhli-beyt (ə) düşmənləri ilə mübarizəsindən bəhs
edən “Muxtarnamə” romanını mütərcim 1912-ci ildə fars
dilindən çevirib nəşr etdirmişdir. Əsərin müəllifi Ətaullah
ibn Hüsam Vaiz Hirəvidir (ö.1573). Bu əsər İranda dəfələrlə
çap olunmuşdur.
Əlabbas Müznib digər tərcümələrində olduğu kimi,
“Muxtarnamə”də də orilinallıq edərək əsərə bəzi əlavələr
etmiş və müəyyən yerlərdə ixtisarlara yol vermişdir.
Məsələn, fəsillərin sayını azaltmış, orjinaldakı  şeirlərin
tərcüməsi əvəzinə öz şeirlərini və Sabir Badikubeyinin
(Kərbəlayi Vəli Mikayılov) dini şəxsiyyətlərin şücaətini
tərənnüm edən şeirlərini əlavə etmişdir. Əslində bu əsəri
tərcümədən çox təbdil, iqtibas adlandırmaq daha düzgün
olardı.
Muxtar ibn Əbi Übeydə Səqif qəbiləsindəndir.
Künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan - ayıq şəxs
deməkdir). O, ədəb-ərkanı, əxlaq qaydalarını  Əhli-beyt (ə)
məktəbindən öyrənmişdi. Muxtar gənclik illərində atası və
əmisi ilə birlikdə Həzrət Əli (ə)-ın qoşununda İran ordusu
ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. Muxtar Həzrət
Əli (ə)-ın şəhadətindən öncə Bəsrəyə gəlmiş və orada
məskən salmışdı.
Muxtar Əhli-beytin (ə) fəzilətlərini təbliğ edir, İmam
Əli (ə), İmam Həsən (ə) və  İmam Hüseyn (ə)-ın əxlaqi
mahiyyətini xalq arasında yayır və inanırdı ki, Əhli-beyt (ə)


4
Peyğəmbər (s)-dən sonra İmamət və ümmətə rəhbərlik üçün
daha ləyaqətlidir. Eləcə də Peyğəmbər (s) Əhli-beytinə (ə)
qarşı edilən zülmlərə görə narahatlıq hissi keçirirdi.
Muxtar Səqəfi aşura müsibətindən öncə İmam Hüseyn
(ə)-ın Kufədəki elçisi Müslüm ibn Əqili himayə etdiyinə
görə Müslümün şəhadətindən sonra İbn Ziyadın göstərişi ilə
həbs olunur və Kərbəla faciəsinin sonuna qədər Kufədə
zindanda qalır. Zindanda olarkən İmam Əli (ə)-ın yaxın
dostu Meysəm Muxtara deyir: “Sən zindandan azad olub,
zülmkar Übeydullah ibn Ziyadı öldürərsən və ayağını onun
sifətinə qoyarsan...”.
Meysəm edam olunur. Muxtar isə Kərbəla faciəsindən
sonra yeznəsi, Abdullah ibn Ömərin vasitəçiliyi və Yəzidin
əmri ilə həbsdən azad olunur. Sonra Taifə gedib bir il orada
yaşayır. Bu vaxt Abdullah ibn Zübeyr Məkkədə qiyam edib
özünü xəlifə elan edir və Məkkənin hökmranlığını  ələ alır.
Muxtar Taifdən Məkkəyə getdiyi zaman Abdullah ibn
Zübeyr onu tərəfdaşlığa dəvət edir, Muxtar müəyyən
şərtlərlə həmkarlığı qəbul edir.
Məkkə Yəzid ordusu  tərəfindən mühasirəyə alındıqda
Muxtarın fədakarlığı, peşəkarlığı nəticəsində Məkkənin
mühasirəsinə son qoyulur və Muxtar hicri 64-cü ildə (miladi
683)  Yəzidin  ölümündən  beş  ay  sonra  Kufəyə  dönür.  O,
Kufəyə döndüyü vaxt şəhər artıq zübeyrlilərin ixtiyarında
idi. Onun Kufəyə daxil olması Süleyman ibn Sürrəd
Xüzainin rəhbərliyi ilə “Təvvabin” ordusu Yəzid ordusu ilə
döyüşmək üçün şəhərdən çıxmışdı.
Muxtar Kufəyə daxil olduqdan sonra inqilabi
fəaliyyətə başlayır. Fəaliyyətini İmam Əli (ə)-ın oğlu
Məhəmməd Hənəfiyyənin imzası və razılığı ilə
əlaqələndirirdi. Bir dəstə  şiə Kufədən Mədinəyə gedib
Məhəmməd Hənəfiyyədən Muxtar haqqında soruşduqda,
onların sualına üstüörtülü cavab verərək deyir: “Mən


5
istəyirəm ki, Allah-təala istədiyi hər bir bəndəsinin vasitəsilə
düşmənlərindən intiqamını alsın...”.
... Muxtar on səkkiz ay - hicri 67-ci il ilin ramazan
ayının 14-nə qədər (miladi 687-ci ilin aprel ayının 2-si)
hakimiyyətdə oldu və nəhayət, zübeyrlilər tərəfindən
məğlubuyyətə uğrayıb 67 yaşında Abdullah ibn Zübeyrin
qardaşı Müs`əb tərəfindən öldürüldü...
Qəhrəmanlığı, şücaəti bugünkü gənc nəsil üçün örnək
ola biləcək, İslam tarixinin böyük şəxsiyyətlərindən olan
Muxtar Səqəfinin həyatından bəhs edən “Muxtarnamə”
dastanı  ərəb qrafikasından müasir əlifbamıza transfone-
literasiya edilib oxucuların ixtiyarına verilir. Əsər İslam
tarixi ilə maraqlananlar, dinşünaslar üçün faydalı ola bilər.


6
MUXTARNAMƏ
Birinci fəsl
Müslimin Kufəyə vürudı, Yəzidin İbn Ziyadı
göndərməsi və Müslimin şəhadəti
Ülüvvi-şə`ndir qum üstə əhraranə qan içmək,
Fəratə göz tiküb də ali-Süfyan ilticasindən.
                        (Müznib)
Muxtarın  atası  Əbu  Übeydə  hicrətin  on  beşinci
ilində xilafəti-İslamiyyəyə nail olan ikinci xəlifə Ömər
tərəfindən sərəskər tə`yin edilüb İraq alayı ilə “Əcəm”
müharibəsinə göndərilmişdi. Müşarileyh həman
müharibədə bir fil ayağı altında qalub şəhid olmışdı. O
vəqtdə  Muxtar  uşaq  idi.  Hicrətin  birinci  ilində
dogulmışdı.
Ona  binaən  Mədayinin  əmirligini  Muxtarın
əmisinə verdilər. Muxtar dəxi uşaq oldığına görə
əmisilə bərabər Mədayində qaldılar. Bir müddətdən
sonra xilafət Həzrət İmam Həsən əleyhissəlamə
yetişüb cəmaət ona bey`ət etdilər. Həzrətə (ə) ən əvvəl
bey`ət edən Sə`din oğlı Qeys oldı. Əlini uzadıb: “Bən
sana cihad etmək şərtilə bey`ət edirəm” - dedisə də,
Həzrət İmam Həsəndən (ə): “Sən bey`ət et, cihad etmiş
hesab olursan” - cəvabını aldı.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə