Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   2   3   4   5   6   7   8   9   ...   71

20
hər  qismini  bir  tərəfdə  vuruşmaya  buraxdı.  Bu
bölgidən istifadə edən qullar Əbdullah Əfifi qəsrə
tərəf apardılar. Əbdullahı qəsrin içinə salub qapusını
bağladılar. İbn Ziyad dəxi bir saət vuruşmadan sonra
qəsrə gəldi. Əbdullahın Bənu Əzd qəbiləsilə İbn Ziyad
əskərləri şama qədər vuruşdılar. Şam vəqti hər qövm
öz yerinə müraciət etdi. O gün o müharibədə dört bin
İbn  Ziyad  əskərlərindən  tələf,  üç  yüz  Bənu  Əzd
qəbiləsindən şəhid olmışdı.
İbn  Ziyad  qəsrə  gedüb  Kufənin  ə`yanını  Bəni
Üməyyənin əşrafını izhar edərək dedi:
- Bu gün dört bin nəfər dostlarımızdan qətl
edildi. Bu nagəhzühur faciədən bən xəbərsiz idim.
Lakin bunların hamusını sizdən bilürəm, zira bana
imdad etmədiniz. Bunun əvəzini Yəziddən
gözləməlisiniz.
Cəvabındə dedilər:
- Hörmətli əmirimiz! Bu iş bizim xahişimizlə
olmamış və heç bir şeydən dəxi xəbərimiz yoxdır.
Burasını bilməlisiniz, bunlar Cəməl, Süffeyn
müharibəsində  Əbdullah ilə olan qəhrəmanlardır.
Bunlardan əlavə Bənu Əzd qəbiləsi təmamilə ona
bağlıdır. Zira o, Bəni Əzdin böyüklərindən məhsubdır.
Bin nəfər pul ilə alınmış qulları dəxi vardır. Əgər onın
gözləri olmış olseydi, onı duta bilərdinizmi? Haşa,
sümmə haşa. Bu xəyali-xamdır.
İbn  Ziyad  bu  sözləri  eşitdikdə  bədəninə  lərzə
düşüb başını aşağı saldı. Ondan sonra başını qaldırub
dedi:


21
- Bəli, böylədir, siz bana bu nəsihətləri məhəbbət
yüzindən edirsiniz və onlara dustdar olmadığınızı
dəxi bilürəm. Əlhal, o kişiyə nə etməliyəm?
Dedilər:
- Onı həbs etməlisən. Əgər Bənu Əzd qəbiləsi
üsyanə qalxışar isə, o vəqt onları bunun qətlilə təhdid
edərsən. Onlar dəxi bunın səbəbilə də`vanı tərk
edərlər.
İbn Ziyad dərhal hökm edüb Əbdullahı
gətürdilər. Əbdullah sufiyanə geyinmiş, başına ağ
xəzdən əmmamə qoymuş, ağ səqqal göbəginə qədər
çəkilmiş, Qur`an həmail etmiş, əlində xurma
ağacından, çox yerinə “Lailahəilləlah, Mühəmmədən
Rəsulullah və  Əliyyən Vəliyullah” yazılmış bir əsa,
nəhayət dərəcədə nurani bir kişi idi. İbn Ziyad
Əbdullahı gördikdə:
-  “Dutın  bağlıyın”  -  deyə  bağırınca,  piyadələr
tökülüb Əbdullahı zəncirə çəkdilər.
Əbdullah:
-  Ey  məl`un,  bəni  zəncirə  çəkməklə  bəni
qorxudursan? And olsun Allaha, İmam Hüseynin (ə)
qətlindən sonra dirilik bana həramdır. Lakin sana bir
iş edim ki: “Bir kor kişi Ali-Rəsulın (ə) məhəbbətində
düşmənlərinə  nələr  etdi”  -  deyə  illər  ilə  söyləsinlər,
tələsmə, saətbəsaət görəcəksən.
İbn  Ziyad  onın  etdigi  sərzənişlərə  dəvam  edə
bilməyüb əlində olan əsa ilə vurub əlini yaraladı, qan
axmağa başladı.
Əbdullah dedi:


22
-  Ey  həramzadə,  Peyğəmbər  (s)  Övladını  (ə)
öldürməkdən qorxmadın, bəni öldürməkdən nə
qorxacaqsan.
Ondan sonra yüzini səmayə döndərüb dedi:
- Pərvərdigara, səlamü sələvat həqqü
həqqaniyyət  qurbanı  Hüseynə  (ə)  olsun  ki,  şəriəti-
müqəddəseyi-Mühəmmədiyyə (s) bəqası üçün Kərbəla
çöli kibi bir atəşgahi-qəmdə durub Yəzidə bey`ət
etmədi. Qaçmağa dəxi namusı riza vermədi. Lakin
təəssüflər  olsun!  Bəni  aciz  edən  kor  olmağımdır.  Ey
kaş, gözlərim olaydı bu insaniyyət düşmənlərindən
intiqam alaydım.
Hazirun qoca Əbdullahı  İbn Ziyadın əlində  əsir
oldığı halda cəsarətlə söylədigi bu sözlərinə heyran
qaldılar. O vəqt İbn Ziyad hökm edüb Əbdullahı
həbsxanəyə apardılar. Səbahı güni Kufənin
böyüklərini  ehzar  edüb  bir  qədər  əskər  gətürməklə
küçələrdə Bənu Əzd qəbiləsindən hər kəsi gördiklərini
qətl  etməgə  fərman  verdi.  Onlar  dəxi  igirmi  bin
müsəlləh əskərlər ilə hər kibi məzkur qəbilədən
görürdilər, filfövr qətl edirdilər. Bənu Əzd qəbiləsi bu
halın müşahidəsindən toplanub silahbədəst oldılar ki,
Əbdullahı həbsxanədən azad etsünlər.
Əbdürrəhman bin Səid dedi ki:
- Məsləhət odur ki, gecənin yarısına qədər səbr
edək, sonra kəmənd vasitəsilə çalışub özümizi ikinci
qəsrə yetürək, bəlkə Əbdullahı bu zalımın zülmindən
azad eyliyək.


23
Əbdürrəhman Səid Əbdullahın damadı idi. Gecə
yarıdan  keçdikdən  sonra  atası  Səid  Mixnəfə  bir
məktub yazdı. Bə`d Tariq və  Əbdürrəhman Zəhir ilə
dışarı çıxub İbn Ziyadın qəsrinə yürüş eylədilər. Gecə
nəhayət dərəcədə qaranlıq oldığı kibi yağmur dəxi
şiddətlə yağırdı. Öylə qaranlıq idi ki, kimsə kimsəyi
görməyürdi.
Əbdürrəhman dedi:
- Kəməndləri açın, qəsrin yuxarısına ataq.
Dərhal kəməndləri açdılar, atub qəsrin yuxarısına
bənd  etdilər.  Ən  əvvəl  Əbdürrəhman  Səid,  sonra
digərləri yuxarı çıxdılar. Qaraqullar qəsrin damı
kənarında yatmışdılar. Əbdürrəhman dedi:
- Hərəmiz qara qulların birini öldürməliyik.
Dərhal hərə birini boğazlayub o qədər sıxdılar ki,
həyati-ariyələrini tərk etdilər. O vəqt onların başlarını
kəsüb qəsrin kənarına qoydılar. Aşağı enüb qəsrin
qapusından baxdılar. Gördilər bütün növbətdarlar və
xassəkiyanlar  yatmış  və  heç  bir  şeydən  xəbərdar
degildirlər. Hər qədər sağa və sola baxdılar,
Əbdullahdan bir əsər tapmadılar. Bir qədər gəzəndən
sonra qəsrin qabağında ali bir eyvanə yetişdilər.
Üzərindən böyük qiymətdar pərdələr asılmışdı. Orada
İbn Ziyad yatmışdı. Növbətçiləri isə əllərini başlarının
altına qoyub yatmışlardı.
Əbdürrəhman  Səid  iləri  yeriyüb  İbn  Ziyadın
silahını götürüb qayıtdı. Yoldaşları müntəzir
durmuşdılar, əgər bir iş vaqe` olsa, lazımeyi-
iqdamatdə olsunlar və İbn Ziyadı parə-parə etsünlər.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə