Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə9/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

37
açmışdılar.  Bin  kişi  yüzlərinə  niqab  salmış,  heç  kəs
onları tanımayurdı. Əllərində ağac, yaxaları cırılmış,
ətəklərini bellərinə vurub ayaqyalın: “Ya Hüseyn (ə),
mədəd” deyərək yürüyürdilər. Ən əvvəl müharibəyə
girişməmiş, İbn Sə`din evini odladılar. Şimrin evini
qarət etdilər, ali-Üməyyədən gördiklərini doğradılar.
Bir saətdə Kufənin küçələrində bir facieyi-
qiyamətnümun zühur etdi. Düşmənlər bütün evlərini,
dükkanlarını tərk edüb qaçmağa başladılar.
İbn Ziyad əskərlərini nizama salub Kufə çölinə
irsal etdi. Ətrafdan imdad istədi. On mindən ziyadə
imdad gəldi. Əmr ibn əl-Həccac Zübeydini ehzar etdi.
Bu kişi Kərbəladə Həzrət Əbbası şəhid və Qasimə dəxi
bir zərbeyi-zalimanə vurmışdı, onı qomandan tə`yin
edüb  də`vayə  göndərdi.  Onın  arxasınca  Mühəmməd
ibn  Əş`əsi  yeddi  bin  əskər  ilə  yola  saldı.  İbn  Ziyad
peydərpey, Kə`b ibn Kə`b, Hüsəyn ibn Nümeyr, İshaq
ibn  əl-Hüsəyn  və  İshaq  ibn  Əş`əs  kibi  Hüseynin  (ə)
qatillərindən göndərirdi. Əşrar ordusı gəlüb əhrar
əskərlərin müqabilində səfbəsteyi-nizam oldılar. Səid
Əmr ibn əl-Həccacla, Mühəmməd Əs`əs
Əbdürrəhman ilə, İbn Ziyad Əbabəkr Əbi Mixnəf ilə
yüzbəyüz durdılar. Hər iki tərəfdən təbli-cəng vuruldı.
Də`vayə gələnlər titrəməgə başladılar. Yüz bindən
ziyadə arvad, kişi, uşaqlar daş atub ali-Üməyyəyə
lə`nət  edirdilər.  O  halda  Əbdürrəhman  atını  İbn
Ziyadın bərabərinə sürüb dedi:
- Bir saət təbl vurmayın, bir neçə kəlmə deyəcək
sözüm vardır.


38
Onlar dəxi sakit oldılar. Əbdürrəhman dedi:
- Ey İbn Ziyad! Müzəffəriyyət qazanmanızdan
dilşad olmayınız. Biz milləti- İslamın qəflətindən,
anlamazlığından istifadə edüb Hüseyni (ə) öldürdiniz.
“Biz dəxi müsəlmanıq, əhli-Qur`anıq” - deyə bizi iğfal
etdiniz. Doğrudan da, bu kibi tədabiri-siyasiyyəyi
tarixlər  dəxi  göstərmiş  isə  də,  yenə  biz  müsəlmanlar
cəhulanə bir tərzlə e`tinasızlıq etdik, siz arzunıza nail
oldınız. Əlhal, qeyrət, həmiyyət edüb vəqtimizin iqtiza
etdigi, tədbir və silahlar ilə müqabilə edər isək,
intiqam almağımız şübhəsizdir. Biləks, süstlük,
saymamazlıq etmiş olsaq, müzməhill olacəyimiz
bədihidir. Lakin həqqü həqqaniyyət qurbanı,
Mühəmməd əl-Müstəfanın (s) sevgilisi olan Şəhidi-
Kərbəlanın (ə) həqqində bu qədər təcavüzat və
təzyiqat sərf etmək qaidədən xaric, insafdan kənar bir
əməldir. Əgər səni öldürmək istəsəydim, o gecə təxtin
üstində yatdığın halda başını kəsərdim. Lakin insafım
riza vermədi, namusım rəva görmədi. Yatmış köməkli,
köməksiz hesabındadır. Köməksizə təcavüz etmək
namussuzlıq, daha döğrusı, vəhşilikdir.
Əsakiri-İslam Əbdürrəhmanın bu sözlərinə təqdir
etmək  üçün  alqış  təbli  çalub:  -  “Yaşasın  Hüseynə  (ə)
iqtida edənlər” - səsini ucaltdılar.
Əmma İbn Ziyad bu sözlərdən qəzəblənüb
meydanə  yürüdikdə  Bəni  Üməyyənin  böyükləri  onı
qarşılayub: - “Biz sağ ikən sənin müharibəyə getməgin
lüzumsızdır” - dedilərsə də İbn Ziyad qəbul etməyüb,
bunun müqabilində: “Də`va görmüş bir şəxsin getməsi


39
lazımdır” - deyə silahını  əlinə aldı, meydanə
yürüdikdə: “Siz bəni gözləyiniz, məğlub oldığım
halda sağdan, soldan hücumla xilasıma çalışın” - kibi
bir çox tövsiyələr etdi. Ondan sonra zəmanında misli
olmayan əsləhələr ilə müsəlləh olub meydanə gəldi.
Əbdürrəhmana xitabən:
- Yəzidə itaət etmək Müstəfayə (s) itaət etməkdir.
Hər kim Yəzidin itaətindən e`raz edərsə, o vəqt onın
qətli  vacib,  qanı  hədər,  malı  isə  həlaldır.  Necə  ki,
Həzrət Hüseyn (ə) itaət etməyüb şəhid oldı. Halbuki
siz  həman  Hüseyni  (ə)  imamlığa  də`vət  edüb
Kərbəlanın qanlı çölində yalnız buraxaraq Yəzidin
qorxusından qaçan Kufə əhalisi degilsinizmi? Hüseyni
(ə) ölümə verəndən sonra indi intiqam almaq qəsdilə
ordular təşkil edüb vuruşmağa qiyam etmişsiniz.
Əfsus! Binlərcə əfsus! Əlhal, sizin dəxi başınızı kəsüb
Şama – Yəzidə göndərəcəgəm.
Bu sözləri deyincə nə`rə çəküb Əbdürrəhmana
həmlə etdi. Üç nizə həvalələri aralarında rəddü bədəl
oldı. Dördüncidə  İbn Ziyad fürsət tapub
Əbdürrəhmana bir zərbət vurduqda, Əbdürrəhman
duyub  qılınc  çəkərək  həmləyə  başladı.  İbn  Ziyadın
tövsiyəsi mövcibincə zabitlər sağdan, soldan hücum
etdilər. Əbdürrəhman qorxmaqsızın özini onlara
vurub əksərini xaki-həlakətə yıxdı. Bu dəf`ə  İbn
Ziyada yetişdikdə dübarə bin nəfər əskər İbn Ziyadın
imdadına gəldi. Əbdürrəhmanı aralığa aldılar, orduyi-
İslam tərəfindən Səid, əmir Tariq və Tariq Ə`məş
hücum etdilər. İbn Ziyadı  ələ salmağa çalışırdılar.


40
Meydani-mə`rəkədən qan ümmani- xüruşan kibi
axırdı. Atların ayağı altından qopan tozlar gögi
qaraltmışdı. Demək, Kufə  şəhərini dəhşətli bir
zəlzəleyi-nagəhzühur titrədirdi. Əbdürrəhman özüni
İbn Ziyada yetirərkən İbn Ziyadın arxasında olan
mühafizəçiləri imdad ilə mümaniət göstərüb İbn
Ziyadı xilas etdilər. Əbdürrəhman bu vaqiədən sıxılub
mühafizəçilərə hücum, onların neçəsini qətl, neçəsini
məcruh etdi. İbn Ziyada yetişüb bir qılınc zərbəsiylə
onı dəxi yaraladı. İbn Ziyad özini yaralı görüncə,
əskərləri və meydani- müharibəni buraxub qaçmağa
başladı. Qaçdığı  əsnada atından yıxılub bihuş oldı.
Əsakiri-əşrar dəxi dəvam edə bilmədigindən qaçmağa
fürsət axtarırdılar. Mücahidini-İslam hər tərəfdən
yollarını dutub öldürürdilər. Damlardan daş  şiddətli
yağmur kibi tökülürdi. Səid, Əbdullah Əfifin pulilə
almış oldığı iki yüz qaraqulların yüz nəfərini yanında
saxlıyub, yüz nəfərini İbn Ziyadın əskərlərini qarurə
ilə yandırmağə göndərdi. Onlar isə vəzifələrini ifa
etdilər. Əşrardən əksəri yanub tələf oldılar. İslam
əskərləri onları şiddətlə tə`qib edirdi. Əbbürrəhman: -
“Bir az yavaşca tə`qib edin, bir saətdən sonra hamısı
qaçacaqlardır. O vəqt onları evlərindən dışarı çəküb
artıq əziyyətlərlə öldürərik” - deyə əskərlərə tədabiri-
müharibəyi tə`lim edirdi.
İbn Ziyad dört bir tərəfində olan əlaməti və
mühafizəçiləri sayəsində  ələ düşmədi. Əbdullah Əfif
bir adam göndərüb qarurə atanlarə  əşrar ələmdarını
yandırmağa  cəhd  etməklərini  tə`kid  eylədisə  də,  heç


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə