Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə71/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   63   64   65   66   67   68   69   70   71

303
xudapəsəndanə – Allah bəyənən kimi
xüləfayi-ərbəə – dörd xəlifə (Əbubəkr, Ömər, Osman, Əli)
xülusiyyət – saflıq, doğruluq, xalislik
xunxar – qaniçən
xüruc – çıxma, bayıra çıxma; 2) üsyan etmə
İ
iadə – geri qaytarmaq
ianə – kömək, yardım
iblağ-təbliğ – rəsmi olaraq məktub vasitəsilə elan etmək
idareyi-ürfiyyeyi-əskəriyyə – bur. hərbi tribunal
iğfal – aldatma
iğtişaşati-daxili – daxili iğtişaşlar
ixtilal – üsyan, qarışıqlıq
ikram – hörmət göstərmək
ilhah – iltimas, xahiş-minnət, israr
illa – savayı, yalnız, ancaq
iltica – sığınma, pənah aparma
imtidad – uzun çəkmək
inqiraz – məhv olma
in`iqad – bağlanma; təşkil edilmə
intəha – son, axır
intixab – seçmək
iqab – cəzalandırma
iqamət – oturma, sakin olma
iqdamat – təşəbbüs etmə, başlama
iqtida – təqlid etmə, yamsılama
iqtiza – lazım gəlmə; tələb etmə
irsal – göndərmə, yollama
islamdust – İslamsevər, İslam dininə bağlı
iskat – sakitləşdirmə, susdurma


304
iste`mal – işlətmə, istifadə etmə
istianət – yardım istəmə
istifsar – soruşub öyrənmə
istima` – dinləmə, eşitmə
istiğfar – tövbə etmək, bağışlanma istəmək
istiqbal – qarşılama
istirdad – geri istəmə
istirham – yalvarma, rica etmə
itab – məzəmmət etmə, üzünü danlama
itabamiz – məzəmmətedici
itminan – arxayınlıq, xatircəmlik, inam
ittifaqən – təsadüfən
ittihad – birləşmə, birlik, ittifaq
ittilaat – məlumatlar, xəbərlər
ixtar – xatırlatma, bildirmə, e`lan etmə
izhar – ifadə etmə, meydana çıxarma
K
kaffə – bütün, hamı
kaffətən – hamılıqla, bütünlüklə
karazmudə – təcrübəli
karzar – dava, vuruş, döyüş, dava yeri, müharibə meydanı
kəffarə – bağışlanma, günahını bağışlatma
kəlisa – kilsə
kəmahuvə – olduğu kimi
kəmingah – pusqu qurulan yer
kəsif – bur. natəmiz, murdar
kəsrət – çoxluq
kəşf – aşkar olma, meydana çıxma
kəşti – gəmi
keyfi-mayəşa – istədiyi kimi kef çəkmək


305
küffar – kafirlər
Q
qabil – yarayan, yararlı; qabiliyyətli
q(ğ)ar – mağara
qarurə – qədimdə düşmən ordusuna qarşı xüsusi qurğular
vasitəsilə atılan yandırıcı maye dolu qab
qəbayil – qəbilələr
qəbih – çirkin, yaraşıqsız
qəhr – qəzəb, hirs, hiddət
qələyan – qaynama, coşma
qələyani-fövqəl-xəyal – həddən artıq coşma
qənarə – qəssabların ət asmaq üçün istifadə etdikləri
asılqan
qəsavət – bur. sərt, qatı
qəsd – məqsəd; plan
qəsəm – and içmək
qəvi – güclü
qeybət – gözdən gizli olma
qissə – hekayə
qiyamətnümun – qiyamət göstərən
qovğa – səs-küy, dava-dalaş
qövl – söz, danışıq
qövm – tayfa, nəsil
qübar – toz
qulami-həlqəbəguş – qulağı sırğalı qul
qürub – günəşin batması
qutəvər – suya batıb çıxan
qüud – oturmaq
qüvayi-hərbiyyə – hərbi qüvvələr


306
L
latənahi – bitməz, tükənməz
ləin – lənətlənmiş
lərzədar – titrəyən, qorxan
ləşkər – ordu
M
mabəqi – yerdə qalan
mabeyn – ara, aralıq, aradakı şey
maəda – əlavə, başqa
malakəlam – sözlə ifadə edilə bilməyən
maliyyat – bir dövlətin illik gəliri
mə`sərət – ehtiyac, çətinlik, sıxıntı
məcruh – yaralı
məcus – atəşpərəst
məəlməmnuniyyə – məmnuniyyətlə, sevə-sevə
məəmafih – buna baxmayaraq
məğlul – zəncirlənmiş, qandallanmış
məhfuz – qorunmuş, mühafizə edilmiş
məhib – heybətli, qorxulu
məhsub – sayılmaq, hesab olunmaq
məl`ənətkaranə – alçaqcasına
məl`un – lənətə gəlmiş
məlain – məlunlar, lənətə gəlmişlər
məlal – kədər, qəm
məlamət – məzəmmət, qınama, danlaq
məlul – kədərli, qəmli
məmnu` – qadağan edilmiş
mən` – qadağan olunmuş
mənsur – qələbə çalmaq


307
mənşurnamə – padşah tərəfindən verilən fərman
məqtul – öldürülmüş, qətl edilmiş
mərdanə – kişi kimi; qəhrəmancasına
mərqum – yazılmış, adı yuxarıda çəkilmiş
mərsul – göndərilmiş
məs`ud – xoşbəxt
məsdud – bağlı, qapalı
məsnədi-xilafət – xilafət mənsəbinə
məsrur – sevinc, şad
məsti-layə`qil – ağlı başında olmayan sərxoş
mehman – qonaq
meydani-mə`rəkə – müharibə meydanı
meymənə – ordunun sağ qolu, sağ cinah
meysərə - ordunun sol qolu, sol cinah
məzbur(ə) – haqqında danışılmış, adı yuxarıda çəkilmiş
məzid – artma, çoxalma
məzkur – söylənmiş, deyilmiş, qeyd edilmiş
məznun – zənn olunan; güman edilən; təqsirləndirilən;
minbə`d – bundan sonar
minqar – dimdik
miyan – orta, ara
mövc – dalğa, ləpə
mövcib – səbəb; lüzum
mövquf – bur. təxirə salınma, dayandırılma
müahidənamə – müqavilə bağlama
müamilat – rəftar, hərəkət
müanid – inadcıl
müavinət – kömək etmə, yardım
mübadileyi-əfkar – fikir mübadiləsi
mübəddəl – çevrilmiş, döndərilmiş
mücahid – cihad edən
mücazat – cəza vermək


308
müdara – yola vermək, dözmək
müdəbbiranə – ətraflı düşünərək
müəssir – təsir edən
müharib – vuruşan, döyüşçü
müharibeyi-xunrizanə – qanlı müharibə
mühəvvəl – həvalə edilmiş
mühəyya – hazırlanmış, tədarük olunmuş
mühibb – sevən, məhəbbət bəsləyən
mühimmati-hərbiyyə – hərbi ləvazimat
mühyiyi-İslam – İslamı dirildən, həyat verən
müxbir – xəbər verən
mükərrərən – təkrar-təkrar, dəfələrlə
mülaqat – görüş, görüşmə
mülazim – bur. yavər; tərəfdar
müləbbəs – paltarlı, geyinmiş
mülhəq – qatılmış, əlavə edilmiş
mümaniət – maneçilik
münacat – Allaha dua etmə
münadi – carçı
münazirə – mübahisə, müzakirə
münəvvər – nurlu
münhəzim – məğlubiyyətə uğradan
münqəlib – şəklini dəyişmiş
müntəşir – yayılmaq
müntəzir – gözlənilən, gözləyən
müqabil – qarşı, qarşıdakı, bir şeyin qarşısında olan
müqabilə – qarşılaşma
müqatilə – çarpışma, vuruşma
müqəddimətül-ceyş – böyük ordunun öndə gedənləri
müqərrər – qərarlaşdırılmış
müqtəda – təqlid edilən adam; rəhbər
müraciət – bur. qayıtmaq, geri dönmək


309
müsahibət – söhbət etmə; dostluq
müsalihə – sülh, barış
müşarileyh – haqqında danışılan, adı çəkilən
müsavat – bərabərlik
müsəlləh – silahlı, silahlanmış
müslih – barışdıran, barışdırıcı
müstəhəq(q) – layiq
müstəhəqqi-zihəqq – daha çox haqqı çatan, daha layiqli
müstəvi – düz, hamar
mütalibə – haqqını tələb etmə
mütəaqib – bir-birinin ardınca gələn, arxasınca, izi ilə
mütəəffin – üfunətli, pis qoxulu
mütəəssir – təsirlənmiş
mütəğəyyir – dəyişmiş
mütəhəmmil – dözən, davam gətirən
mütəhəyyir – heyrətə düşmüş, çaşmış
mütəhəyyiranə – çaşmış halda
mütəhhər – pak, pakizə, təmiz
mütəntən – təntənəli surətdə
mütəvəccih  –  üz  tutan,  bir  yola  tərəf  yollanan,  birinə
rəğbəti olan
mütəvəhhiş – hürkmüş, qorxmuş
müttəle` – xəbərdar olmaq, məlumatlı olmaq
müvafiqət – uyğunluq, münasiblik
müzəffəriyyət – qalib gəlmə, zəfər əldə etmə, qalibiyyət
müzəxrəfat – boş və əsli olmayan sözlər, yalanlar
müzəyyən – bəzəkli
müzməhill – alt-üst olmuş, məhv edilmiş
müztərib – iztirablı, həyəcanlı
N


310
nabəkar – yaramaz
nabina – kor
nabud – yox olma
nafe` – faydalı, xeyirli
nagah – birdən, təsadüfən
nagəhani – gözlənilmədən, qəflətən
nagəhzühur – birdən-birə zahir olma
naib – nümayəndə; canişin; vəkil
naim – yatan, yuxuda olan
naqabil – layiq olmayan
nalan – nalə edən, inildəyən
nam – ad
namə – məktub
namü nişan – nişanə, əlamət
nayi-səadət – xoşbəxtlik neyi
nazir – nəzarət edən, baxan
nədamət – peşmançılıq
nədim – həmdəm, həmsöhbət
nəf` – mənfəət, fayda
nəhayət – çox, son dərəcə
nəqib – rəis, başçı
nəsb  –  tikmə,  dik  sancma,  dikinə  basdırma  ,  qurma,
quraşdırma
nəsəb – soy, nəsil
nəvalə – bəxşiş, ehsan
nicatyab – qurtulma, xilas olma
nifaq – araya ziddiyyət düşmə, ikitirəlik
nisf – yarım, yarı
niyam – qın, qılaf
novhilal – yeni çıxmış ay
nücəba – nəcib adamlar, əsil-nəcabətli adamlar
nümayan – görünən, zahir olan


311
nüsrət – zəfər, qələbə
nüzul – aşağı enmə
nüzuli-iclal – bur. yerləşib oturmaq
Ö
övza – vəziyyət
övdət – qayıtmaq, geri dönmək
P
pakdamən – təmiz, iffətli, ismətli, namuslu
paydar – daimi, həmişəlik
peydərpey – dalbadal, bir-birinin ardınca
pəlid – alçaq
pəncşəmbə – cümə axşamı
pərhizkar – günah etməkdən çəkinən
pəşə – ağcaqanad
piçidə – dolaşmış, qıvrılmış
pişani – alın
pişdar – orduda irəlidə gedən hissə, avanqard
pişxidmət – ev xidmətçisi
pişnəmaz – məsciddə camaat namazında qabaqda duran
din xadimi
pürməlal – usandırıcı, cansıxıcı, kədərli,qəmli
R
rafizi – dindən çıxmış, dini tərk etmiş
ravi – rəvayət edən
rə`s – baş


312
rəddü bədəl  –  mübadilə,  qılınc  və  ya  nizə  ilə  vuruşan  iki
adamın növbə ilə biri-birinə zərbə endirməsi
rəf` – aradan qaldırma, ləğv etmə
rəhayab – azad etmək
rəxtxab – yataq
rəsul – elçi
rəzil – alçaq, nalayiq, biabırçı
rəziyəllahu ənhüm – Allah onlardan razı olsun!
ric`ət – geriyə dönmə, qayıtma
ricali-dövlət – dövlət adamları
rikab – üzəngi
riza – razılıq
rizaiyyət – razılıq, icazə
rizamənd – razılıq
rubəhanə - tülkücəsinə, hiyləgərcəsinə
rubəru – üzbəüz
ruygərdan – üz döndərmək
ruzgar – zəmanə, dövran; külək, yel
rüəsa – rəislər, başçılar
rüfəqa – yoldaşlar
S
seyd – ov
səbat – sabit və bərabər olma, sözündən və iqrarından
dönməmək
səccadə – üzərində namaz qılınan kiçik xalça
sədhezar – yüz min
səfahət – ağılsızlıq və səfehlik
səfara – düzülmüş
səfbəst – səf çəkmiş, sıraya düzülmüş
səkənat – durma, dayanma


313
səlabət – mətanət, səbat
səlah – məsləhət
səm`i-e`tibar – qulaq asmaq, inanmaq
səmum – isti və quru külək
səna – tərif, mədh
sənaxan – mədh edən, tərifləyən
səndəli – səndəl ağacından qayırılmış stul, kürsü
sərapərdə – saray; çadır
sərasimə – çaşmaq
sərdar – komandan
sərəfraz – başı uca
sərəskər – ordu başçısı, komandan
sərfi-nəzər – vaz keçmə
sərgərdan – avara, sərsəri
səri` saiqə – ildırım sürəti
sərnigun – başıaşağı, tərsinə dönmüş, baş-ayaq
sərvətdar – varlı, imkanlı
sərzədeyi-zühur – birdən-birə, xəbərsiz zahir olma
sərzəniş – danlaq, məzəmmət
səvarə – atlı, atlı olaraq
səyyad – ovçu
sifati-mənhusə – nəhs, bədbəxt sifətlər
silahbədəst – əlinə silah almaq, silahlanmaq
sipəhsalar – qoşun başçısı, sərkərdə
siyasidan – siyasəti bilən
su`i-zənn – bədgüman olmaq
sükna – oturulan yer, məkan, mənzil
sümaq – porfir
süyursat – ərzaq, azuqə, sursat
Ş


314
şakiyanə – şikayət edərcəsinə
şeyhə – at kişnəməsi
şeytənətkaranə – şeytancasına, hiyləgərcəsinə
şəbxun – gecə basqını
şəci` – şücaətli, igid, cəsur
şəhadət – şəhid olmaq
şəmşir – qılınc
şər`i-şərif – müqəddəs şəriət
şərmsar – utanmaq, xəcalət çəkmək
şiddəti-tammə – tamam şiddətlə
şikar – ov
şövqmənd – həvəsli, həvəsli
şuriş – qarışıqlıq
şüca` – şücaətli
şühəda – şəhidlər
şükranə – bəxşiş
şükrgüzar – şükr edən
şürbi-xəmr – şərab içmə
şüru` – başlama
şütür – dəvə
T
tabavər – davamlı, tab gətirən
taskülah – dəbilqə
tə`ziyə – yas, matəm
təaqüb – təqib etmək
təb`id – sürgün
təbli-asayiş  –  müharibənin  dayanmasını  bildirmək  üçün
çalınan təbil
təbli-bazgəşt – müharibəni saxlayıb qayıtmaq üçün çalınan
təbil


315
təbli-cəng – müharibənin başlanmasını bildirmək üçün
çalınan təbil
təbşir – muştuluq, şad xəbər gətirmə
təcahül – özünü cahil kimi göstərmə
tədabir – tədbirlər
tədhiş – dəhşətə salma; çaşdırma
təərrüz – təcavüz etmə, hücum etmə
təfərrüc – seyrə çıxma, gəzintiyə çıxma
təfriqə – ikitirəlik, ayrılma; 2) dağınıqlıq, pərakəndəlik
təğafül – yaddan çıxarma, unutma
təğyir – dəyişmə
təğyiri-libas – paltarı dəyişmə
təhəssür – həsrət çəkmə
təhiyyə – salam vermə; xeyir-dua
təhris – tamahlandırma
təhsin – alqışlama
təhsinxan – bəyənib əhsən demə
təht – altında
təxrib – xarab etmək
təkbir – Allahu Əkbər demək
təkfin – kəfənə sarıma
təkrim – hörmət etmə, əzizləmə
təqərrüb – yaxınlaşma, yaxın olma
təqsim – bölmə, hissələrə ayırma
təqrirat – şifahi söyləmə; izah etmə
təqviyə – qüvvətləndirmə, möhkəmləndirmə
tənavül – yemə ya içmə
tənzim – sıralama, nizama salma
təraneyi-şadi – şadlıq təranəsi
tərğib – həvəsləndirmə, rəğbətini artırma
təriq – yol, məslək, vasitə
təsadüf – bur. rast gəlmək


316
təsərrüf – yiyələnmə, zəbt etmə
təsmiyə – ad qoymaq, adlanmaq
təşnə – susuz
təşnələb – çox susamış, susuzluqdan dodağı qurumuş
təşriffərma – təşrif gətirən, gələn
təvəqqüf – dayanma, dayanıb qalma, durma
təvəssüt – araya düşmə, vasitəçilik etmə
təzəlzül – sarsılma, zəlzələyə düşmə
təzvic – evləndirmə
tifl – uşaq
tiğ – qılınc
tir – ox
tirbaran – ox yağdırma
tirəvü tar – çox qaranlıq
tö`mə – ərzaq, azuqə
tövqif – saxlatma, dayandırma, tutub saxlama
tövr – hərəkət, tərz
tul – uzun
tülu` – doğma, çıxma (günəş və s.)
Ü
üdvan – düşmənlər
üxüvvət – qardaşlıq
ülüvvi-şə`n – şöhrətin, ad-sanın aliliyi
üqubət – cəza; əzab
üməra – əmirlər
ümmani-xüruşan – gurlayan dəniz
ünsür  –  mürəkkəb  cisimləri  təşkil  edən  bəsit  üzvlərin  hər
biri
üryan – lüt, çılpaq
üsəra – əsirlər


317
V
vaəsəf – təəssüf etmə
vagüzar – həvalə etmək, öhdəsinə qoymaq
vaqiə – hadisə, əhvalat, macəra
varid – gələn, yetişən
vaveyla – fəryad, bağırtı
vəch – üsul, tərz; səbəb, vasitə
və`dəxilaf – verdiyi sözü yerinə yetirməyən
vəhidi-əsr – əsrin yeganəsi
vəqaye`  – vaqiələr, hadisələr
vəsi – vəsiyyət edilmiş
vəsi` – geniş, vüs`ətli
vəsl – birləşmə, qovuşma
vüqu` – hadisə, əmələ gəlmə
vüquat – hadisələr
vürud – varid olma, daxil olma
vüsul – yetişmə, çatma
vüzəra – vəzirlər, nazirlər
Y
yekcəhət – birtərəfli; ardıcıl
yekdigər – biri-birinə
yəbnə Rəsulullah – ey Allahın Rəsulunun (s) oğlu
Z
zat – şəxs
zaye` – korlanmış, pozulmuş
zəbun – qüvvətsiz, zəif , taqətsiz


318
zəxmdar – yaralı
zəvat – adamlar
zilhiccə – qəməri ayın on ikincisi
zira – çünki
zirü zəbər – alt-üst
ziyadə – artıq
zövc – ər
zövcə – ərli arvad
zubin – kiçik nizə
zühur – meydana çıxan, zahir olma
MÜNDƏRİCAT
Ön söz...........................................................................................3
Birinci fəsil....................................................................................6
İkinci fəsil...................................................................................18


319
Üçüncü fəsil................................................................................30
Dördüncü fəsil...........................................................................41
Beşinci fəsil.................................................................................66
Altıncı fəsil.................................................................................70
Yeddinci fəsil.............................................................................81
Səkkizinci fəsil.........................................................................101
Doqquzuncu fəsil....................................................................110
Onuncu fəsil.............................................................................124
On birinci fəsil..........................................................................144
On ikinci fəsil...........................................................................153
On üçüncü fəsil........................................................................161
On dördüncü fəsil...................................................................195
On beşinci fəsil.........................................................................205
On altıncı fəsil..........................................................................218
On yeddinci fəsil.....................................................................249
On səkkizinci fəsil...................................................................268
On doqquzuncu fəsil..............................................................276
İyirminci fəsil...........................................................................287
Lüğət.........................................................................................294

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə