Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə70/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   63   64   65   66   67   68   69   70   71

298
dəstpərvərdə – birinin əlindən tərbiyə almış
dəvat – mürəkkəbqabı
deyr – monastr; kilsə
dildadə – aşiq, könül vermiş
dilgir – qəmli, kədərli
dilşad – ürəyi şad olan, sevincli
dirhəm – ərəblərdə köhnə gümüş pul
dustanə –  dostcasına, dost kimi
dustdar – dost, aşiq, sevən
duzəx – cəhənnəm
E
e`lam – bildirmə, anlatma
e`zaz – əzizləmə
ehzar – çağırmaq, dəvət etmək
elmi-nücum – astranomiya elmi
Ə
ə`da – düşmənlər
ə`van – köməkçilər, yardımçılar
əadi – düşmənlər
əcayibat – əcaib şeylər, möcüzələr
əcələ – tələsmək
əcz – acizlik
əda – yerinə yetirmə
ədəm – boşluq
əfkar – fikirlər
əfkari-məl`ənətkaranə – alçaq fikirlər
əflak – fələklər
əfzəl – daha fəzilətli


299
əfzəlün-nas – xalqın ən fəzilətlisi
əhbab – sevimli, istəkli
əhrar – azad adamlar
əhraranə – azad adamlar kimi
əkabir – böyüklər
əksəndaz – işıq və ya səsi geri qaytaran
Əimmeyi-əthar (ə) – pak İmamlar (ə)
əlacpəzir – əlac olunan, əlacı olan
ələlümum – ümumilikdə, bir yerdə
ələm – bayraq; nişan, işarə; qəm, kədər
ələmdar – bayraqçı, bayraqdar
ələttəkrar – təkrar olaraq
ələttəsadüf – təsadüfən, təsadüf nəticəsində
əleyhirrəhmə – ona rəhmət olsun!
əlhal – indicə, bu saat
əlhəqq – doğrusu, həqiqətən
əlim(ə) – əziyyət verən
əmval – mal, əmlak
ən`am – hədiyyə, bəxşiş
əndişnak – dərdli, qayğılı
ənqərib – yaxın zamanda, tezliklə
ən-nar – od, atəş
ənvər – çox parlaq
əqd – bağlama
əqdəm – ən əvvəl, ən qədim
əqəb – arxa, geri
əqvam – bur. qohumlar, yaxınlar
ərbabi-vəfa – vəfalı insanlar, sadiq adamlar
ərbəə – dörd
ərkani-dövlət – dövlət xadimləri
ərşəd – böyük
əsakir – əsgərlər


300
əshab – bur. tərəfdarlar
əsləhə – silah
əsna – ara, aralıq, an
əşqiya – bur. cinayətkarlar
əşraf – əsilzadələr
əşrar – pis şeylər, yaman adamlar
əsrar – sirlər
əssaə – bu saat
əşxas – şəxslər
əta – bağışlama, bəxşiş
əyal – ailə, külfət
əza – matəm, yas
əzaxanə – matəm yeri, yasxana
əzim – böyük, əzəmətli
əzimət – əzm, niyyət, məram; yola düşmək
əzl – vəzifədən azad etmə
F
fasiq – günahkar, pis işlər görən
fə(i)rib – aldatma, hiylə
fe`l – iş, əməl
fe`lən – işdə, həqiqətdə
fəlakətzədə – fəlakətə məruz qalmış
fəna – boş, fani, yox olma
fəramuş – umutma, xatirdən çıxartma
fərar – qaçma, sovuşma
fərizə – şəriətdə yerinə yetirilməsi vacib olan əməl
fərsəx – uzunluq ölçüsü
fəryadkünan – fəryad qopararaq
fərz – vacib olan əməl (namaz, oruc və s.)
fəsadamiz – fəsadçı, fəsad törədən


301
fəsadəngiz – fitnə salan
fəsahət – gözəl və aydın danışma qabiliyyəti
fəthnamə – qələbə xəbərinin ətraf ölkələrə məktub şəklində
göndərilməsi
fəzail – fəzilətlər
filfövr – dərhal, həmin saat
fövc – dəstə, camaat
fövqüzzikr – yuxarıda deyilən
fünun – fənlər, elmlər
füqəra – yoxsullar
G
gərd – toz
gülxən – hamam ocağı
H
hakəza – beləcə, bu surətlə; bunun kimi
hali-əsəfiştimal – təəssüflə dolu hal
hamil – yüklü, yüklənmiş; daşıyan, götürən
haşa – əsla, heç bir vaxt
havi – əhatə edən, ehtiva edən
hazirun – iştirak edənlər
hədyanat – hədyan və gərəksiz sözlər işlətmək
həmail – çiyindən aşırma qayış; boyunbağı
həmiyyət – ruh yüksəkliyi; qeyrət
həml – yük
həmrah – yol yoldaşı
hənuz – hələ, hələ ki
həqqaniyyət – ədalət, insaf
həqqnaşünas – bur. qədirbilməz


302
hərbgah – dava meydanı
hərgah – əgər
hərisnak – tamahkarcasına, acgözlüklə
həsəb – ad-san, əsilzadəlik
həvalə – öhdəsinə qoymaq; atmaq
həyati-ariyə – müvəqqəti olan həyat
həzər – saqınma, ehtiyat etmə
hökmfərma – hökm sürən
hüccət – dəlil, sübut
huşyar – ayıq; diqqətli
X
xahiş – istək
xaki-həlakət – həlak olaraq torpağa qarışmaq
xaki-məzəllət – zəlil olmaq
xandan – ailə
xar – zəlil, alçaq
xassə – bur. yaxın adam
xəbəri-müəlləmə – kədərli xəbər
xədəmat – xidmətlər
xəlayiq – xalq
xələldar – xələl gəlmək, pozulmaq
xəlvar – çəki ölçü vahidi
xərif – xərifləmiş, səfeh
xəyalati-məfsədə – pis fikirlər
xeymə – çadır
xilaf – zidd, qarşı, əks
xiş-əqrəba – qohum-əqrəba
xo(v)f – qorxu
xoşdil – şad, şən
xud – öz, özü


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə