Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə68/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   63   64   65   66   67   68   69   70   71

289
Kufə tərəfinə azim oldı. Bu tərəfdən Muxtar cənabları
dəxi igirmi bin mücahidinlə bərabər Kufədən xaric
olub Bəsrə tərəfə azim oldı. Salimeyn ismli məqamda
iki  ləşkər  bir-birinə  təsadüf  edüb  səfaralığa  məşğul
oldılar. İbn Zübeyr bir hiylə xəyalına gəlüb Übbad ibn
Hüsəyn vasitəsilə bir Qur`an göndərüb meydani-
müharibədə Übbad Qur`anı açub İslam əsakirini
Qur`ana də`vət etdi. İslam əsakiri onların hiyləsini
qanub İbn Zübeyrə lə`nət etdilər.
Übbad ibn Hüsəyn naümid müraciət edüb
əhvalatı  İbn  Zübeyrə  nəql  etdi.  İbn  Zübeyr  müharibə
əmrini verüb, əsakiri-küffar meydana hücumavər
oldılar. İslam əsakiri dəxi qədəm meydana basub
cəngi-məğlubə  oldı.  O  gün  Əmr  ibn  əl-Həccac,
Mühəmməd ibn Sə`ləb əlində məqtul oldı.
Mühəmməd o məl`unın başını bədənindən qət` edüb
Muxtarın hüzurına gətürdi. Muxtar çox şad olub dedi:
- Həmd olsun Xaliqi-aləmə ki, İmam Hüseyn (ə)
qatillərinin birisi dəxi məqtul oldı. İmdi fəqət birisi
qalmışdır. Hərgah o birisi dəxi məqtul olarsa, dəxi
dünyada kamyab olub hər bir arzuma yetmiş olardım.
O gün keçüb səbah günin tülu`ində iki ləşkər bir-
birisinə həmlə edüb cəngi-məğlubə oldı. Də`vanın
qızğın zəmanında Malik ibn Ömər və Mühəmməd ibn
Əş`əs məl`unla rubəru olub bir saət müharibə edəndən
sonra  Malik  o  məl`unı  cəhənnəmə  vasil  edüb  başını
bədənindən qət` edüb Muxtarın xidmətinə gətürdi.
Muxtar böylə gördikdə səcdeyi-şükr yerinə yetürüb,
ərz etdi:


290
-  Ey  bənim  Xaliqim,  dəxi  dünyada  bir  arzum
qalmadı. Fəqət imdi şəhid olmaq arzusundayam.
Bəli, o gün öylə müharibə etdilər ki, dünyada
böylə bir müharibə olmamışdı. Neçə dəf`ələr İbn
Zübeyrin əsakiri fərar etmək istədilərsə, Mühəlləb
məl`un  mən`  olub  onlara  yürək  verüb  də`vaya  təhris
və tərğib etdi. O gün qürubə kibi gecə nisfinə kibi
də`va olub gecənin nisfində hər iki ləşkər təbli-
müraciət sədasıyla aramgahə müraciət etdilər. Fəqət o
gün İslam əsakirindən bir çox cəmaət şəhid olmışdılar.
Muxtar cənabları çox məhzun olub kəsrəti-hüzndən
yuxısı dəxi aparmıyurdı. Muxtar cənabları  İslam
sərkərdəsindən Əs`ədi xəlvət xeyməyə ehzar edüb
dedi:
- Ya Əs`əd! Bizim bu qədər əsakirimiz şəhid
olmasına fəqət Mühəlləb bais oldı. Bənim xəyalıma bu
barədə bir fikr gəlmişdir.
Əs`əd dedi:
- Ya əmir! Fikrin nə isə xidmət edüb icrasına can
və başla hazıram.
Muxtar dedi:
-  Səbah  bən  bir  məclis  tərtib  edüb  təmam
sərkərdələri şuraya də`vət edərəm. Şura zəmanı sən
bənim  fikrimə  müxalifət  edərsən.  Bən  dəxi  sana  bir
neçə nalayiq cəvab verərəm. Sən qəhr edüb xeymədən
xaric olan kibi təbli-köç çaldırub, öz təhti-idarəndə
olan əsakirlə bərabər Kufə tərəfinə azim olarsan.
Şübhəsizdir  ki,  casuslar  İbn  Zübeyrə  yetürəcəkdirlər.
Onlar dəxi sənin dalınca gələcəkdirlər. Öylə ki, onlar


291
səni  təaqüb  edüb  dalınca  gəldilər.  Mən  dəxi  onların
dalınca hərəkət edərəm, öylə ki,  onlar sana yetişüb
də`vayə başladılar, o vəqt bən onlara həmlə edüb, bir
tərəfdən sən, digər tərəfdən isə bən onları əhatə edüb
qətl edəriz.
Əs`əd dəxi bu fikrə  şərik olub o gecəyi keçürüb
səbah oldıqda Muxtar İslam sərkərdələrini ehzar edüb
fövqdə ərz etdigimiz kibi onların miyanında mübahisə
olub Əs`əd məclisdən qəhr edüb xaric oldıqda, təbli-
köç çaldırub üç min səvarəsiylə Kufə tərəfə azim oldı.
Casuslar bu xəbəri İbn Zübeyrə yetürən kibi İbn
Zübeyr Mühəlləbi də`vət edüb əhvalatı ona nəql
etdikdən sonra dedi:
- Ya Mühəlləb! Beş min səvarə ilə Əs`ədi təaqüb
edüb onın başını bənimçün gərək gətürəsən!
Mühəlləb dedi:
- Ya əmir, bən bu əhvalatı hiylə zənn edirəm. Bu
gün  təhəmmül  edüb  işin  aqibətini  gözləyərsək,  dəxi
yaxşı olar.
İbn Zübeyr dedi:
- Ya Mühəlləb, yəqin sən Əs`əddən qorxursan.
Hərgah getmək istəməyürsən başqa bir sərdar Əs`ədi
təaqüb etməgə əmr edim.
Mühəlləb naçar qalub öz qulamı Rəbiəyi üç min
səvarə ilə bu işə mə`mur etdi. Rəbiə üç min münafiqlər
ilə vəzifəsi dalınca azim oldıqdan sonra Muxtar
cənablarına ittila` verdilər. Muxtar dedi:
- Hərçənd bən istədigim kibi olmadı, lakin nə
edim, iş böylədi.


292
Əsakiri-İslamı Malikə tapşurub, Muxtar özi min
nəfər əsakiri-İslamla Rəbiəyi təaqüb etdi. İki saət
təaqübdən sonra o kafirlərə yetişüb seyd görmiş
səyyad kibi onlara həmlə etdi. Əs`əd dəxi bir tərəfdən
o  münafiqlərə  həmlə  edüb  onlardan  bir  nəfər  böylə
olsun can xilas edə bilməyüb cəhənnəmə vasil oldılar.
Muxtar Əs`ədlə bərabər fəthü nüsrətlə ordugaha
müraciət etdilər. Bu xəbər Mühəlləbə vasil olan kibi
İbn Zübeyrə dedi:
-  Bən  sana  demədim  ki,  bu  işi  bən  hiylə  hesab
edirəm. Hərgah bən sənin sözinə itaət edüb
getsəydim, bən dəxi o məqtulların birisiydim.
Nə  isə  o  gecə  keçüb  sübh  oldıqda  hər  iki  tərəf
də`vaya hərəkət edüb yüz meydani-qitalə qoydılar. İki
tərəfdən təbli-cəng sədasına iki qoşun iki dəryanın
ləpələri kibi biri-birisinə həmlə etdilər. Fəqət Mühəlləb
öz əsakiriylə bir kənarda müharibəyə təmaşa edirdi.
Zöhr vəqtinə kibi müharibə dəvam edüb İbn Zübeyrin
əsakiri  yüz  fərarə  qoydılar.  Mühəlləb  əhvalatı  böylə
gördikdə İslam əsakirinə həmlə etdi. Qürub zəmanına
kibi də`va olub İslam əsakirindən çox cəmaət şərbəti-
şəhadət nuş etdilər. Qürub zəmanı təbli-ric`ət çalınub
İslamla küffar, nurla zülmət kibi bir-birisindən cüda
olub aramgahə ric`ət etdilər.
O  gecə  Kufə  cəmaəti  həmişəki  adətləri  üzrə
Muxtar cənablarını orada qoyub Kufə tərəfə övdət
etdilər. Muxtar cənabları nə qədər onları təaqüb edüb,
fəqət bir gün dəxi müharibəyə dəvam etmələrini xahiş
etdisə,  o  vəfasız  cəmaət  qəbul  etməyüb  öz  yollarında


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə