Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə67/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   63   64   65   66   67   68   69   70   71

285
bir çox fikrdən sonra Mizar əhalisindən bir nəfəri
ehzar edüb dedi:
- Hərgah İslam əskirinin miqdarını bilüb bana
xəbər gətürsən, sana min dinar verərəm.
O  şəxs  qəbul  edüb  bir  qədər  şirini  bir  təbəqə
düzüb satmaq bəhanəsiylə  İslam əsakirinin miyanına
daxil olub məta`ını satmağa məşğul oldı. Bu növ` ilə
İslam əsakirinin miqdarını bilüb İbn Zübeyrə xəbər
verdi.  İbn  Zübeyr  bəxil  bir  şəxs  oldığına  görə  min
dinar müqabilində  əlli dinar verüb o şəxsi xeymədən
ixrac etdilər. O şəxs bu işdən mütəğəyyir olub dübarə
məta` satmaq bəhanəsiylə  İslam əsakirinə daxil olub
Əhmər Şəmitin xeyməsini soraq edirdi. Mülazimlər
anı  Əhmər  Şəmitin  xeyməsinə  gətürüb  izn  alandan
sonra daxil olub ərz etdi:
- Ya əmir, bən məhəbbəti-Ali-Əlini (ə) qəbul edüb
sizin hüzurınıza varid olub böyük bir bəşarət dəxi
gətürmişəm.
Əhmər Şəmit dedi:
- Nə bəşarət gətürmişsən?
Dedi:
- Ya əmir, İbn Zübeyrin ən namdar
sərkərdələrindən  Ziyad  ibn  Əmr  iki  bin  səvarə  ilə
İslam  əsakirinin  arxasına  keçüb.  Fikrləri  iki  tərəfdən
sizə həmlə etməkdir. Əmma bu saət onlar asudə
istirahətə məşğuldırlar. Hərgah bir qədər səvarə ilə
onlara hücumavər olar isən, bütün-bütünə onları həlak
edə biləriz.


286
Əhmər  Şəmit,  Əbdullah  Zübeyrəyi  dört  yüz  əlli
səvarə  ilə  onların  müharibəsinə  irsal  edüb,  özi  dəxi
tədarükatə məşğul oldı. Əbdullah özi səvarələriylə
azim olub iki mil gedəndən sonra düşmənin
ordugahını gördi. Əbdullah öz səvarələrini üç yerə
təqsim  edüb  üç  tərəfdən  onlara  hücum  etdi.  O
münafiqlər böylə gördikdə hərasan hər biri bir tərəfə
qaçub İslam əsakirinin şəmşirindən şərbəti-mövti
nuşi-can edirdilər. İslam əsakiri o münafiqləri qətliam
edüb  Ziyad  ibn  Əmri  ki,  onların  sərkərdəsi  idi,  dəxi
qətl edüb, fəthü nüsrətlə müraciət etdilər.
Əhmər  Şəmit  şad  olub  Əbdullah  və  İslam
əsakirinə  duayi-xeyr  edəndən  sonra  Muxtar
cənablarına  məktubən  əhvalatı  yazub  Ziyad  ibn
Əmrin başıyla bərabər Kufəyə göndərdilər. Əmma o
tərəfdən İbn Zübeyr bu əhvalatı eşidüb dünya gözinə
qaranlıq oldı. Sərkərdələri də`vət edüb dedi:
-  Cəmaət,  bən  qorxuram  ki,  İbn  Ziyadın  başına
İbrahim  Əştər  gətürən  fəlakəti  Əhmər  Şəmit  dəxi
bizim başımıza gətürsün. Bənim fikrimcə, işin səlahı
budır ki, buradan övdət edüb Muxtarın
müharibəsindən  sərfi-nəzər  edək.  Qoy,  Muxtar
Əbdülməlik Mərvanla nə edərsə, etsün.
Mürrə ibn Müaviyə və Mühəlləb dedilər:
- Ya əmir, bu bizim üçün ölümdən bədtərdir. Zira
on səkkiz min səvarə ilə beş min düşmənin
müqabilindən fərar etmək mərdani-karzarə layiq
degil.


287
Bu sözləri deyüb də müharibəyə hazır olub
meydani-karzarə qədəm qoydılar. Əhmər Şəmit
əhvalatı böylə gördikdə  İslam mücahidlərini cəm`
edüb dedi:
-  Ey  mücahidini-İslam,  bu  gün  bən  şəhid  olmaq
üçün əzmi-meydan edirəm. Hərgah şəhid olarsam,
bənim yerimə sərdari-küll Əbdullahdır. Ona itaət
edüb İslam yolında axır nəfəsə kibi cihad etməlisiniz.
Bu  sözləri  deyüb  də  meydana  azim  oldı.  O
tərəfdən İbn Ziyad təmam əsakirinə həmlə etməgi əmr
etdi. Hər iki tərəf iki seyl kibi yüz də`vayə qoyub öylə
bir  də`va  oldı  ki,  ruzgarın  gözi  görməmişdi.  O  gün
zöhr  zəmanına  kibi  Əhmər  Şəmit  yüz  nəfər  o
münafiqlərdən qətl etmişdi. Qəzadan bir nəfər
münafiqlərdən kəmin edüb tir ilə  Əhmər Şəmitin
başını nişanəyə gətürüb, qəzadan o məl`unın tiri xəta
etməyüb o cəvanı şəhid etdi. Əbdullah böylə gördikdə
meydana girüb o dəxi cəngi-məğlubədə  şərbəti-
şəhadəti içdi. İslam əsakiri sərkərdəsiz tabi-
müqavimət  etməyüb  yüz  fərarə  qoydılar.  İbn
Zübeyrin əsakiri onları təaqüb edüb bütün-bütünə
qaçırub əmvallarını qarət etdilər. Fəth ilə müraciət
edüb İbn Zübeyrə tə`zim etdilər.
Bu tərəfdən Muxtar cənablarına fərarilər xəbər
gətürüb əhvalatı nəql etdilər. Muxtar cənabları Əhmər
Şəmitin və Əbdullahın şəhadətindən çox məhzun olub
də`va tədarükinə məşğul oldı.
İgirminci fəsl


288
Əmr ibn əl-Həccac ilə İbn Əş`əsin Muxtarla
müharibəsi
Müs`əb  ibn  Zübeyr  öylə  ki,  Əhmər  Şəmitlə
Əbdullahı  şəhid  edüb  İslam  əsakirini  fərar  etməgə
məcbur  etdi,  Kufəyə  Muxtar  cənablarına  bir  məktub
yazub qasidlə yola saldı. Məktub Muxtar cənablarına
vüsul  olub  İslam  sərkərdələrini  ehzar  edüb  məktubı
oxudı.  Məktubın  məzmunı  bu  idi:  “Ya  Muxtar!  Sən
imami-zəmanə ağ olub bənimlə müharibə etmək
böyük günahlardan idi. Fəqət bən sənin günahından
sərfi-nəzər edüb, səni əfv edirəm. Bu şərtlə ki,
qardaşım Əbdullaha bey`ət edüb onın imamətinə iqrar
edəsən. O vəqt Kufənin hökumətini sana verüb hər bir
xahişin olarsa, yerinə yetürüb səni məmnun edərəm.
Hərgah bənim tövsiyələrimi qəbul etməzsən, yəqin et
ki,  səni  qətl  edüb  Kufə  şəhərini  xakiylə  yeksan
edərəm”.
Muxtar məktubı parə-parə edüb, böylə bir cəvab
yazdı: “Yebnə Zübeyr! Məktubını alub da
məzmunından müttəle` oldım. Ay fasiq, bu gün əsrin
İmamı  Əli ibn əl-Hüseyndir (ə). Sənin kibi, qardaşın
kibilər İmamətə layiq ola bilməzlər. Və bir də
yazmışdın  ki,  Kufəyə  hücum  edüb  səni  qətl  edüb  də
Kufəni tarümar edəcəgəm. Yəqin et ki, hərgah sən
Kufəyə gəlməzsən də, mən sənin müharibənə
hazıram”.
Məktubı möhr edüb İbn Zübeyr üçün irsal etdi.
Məktub İbn Zübeyrə vüsul olan kibi igirmi bin fasiqlə


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə