Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə63/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

269
İshaq! Bənim sənin kibi zatə heyfim gəlür.
Binaənəleyh, səni qətl etmək istəməyürəm. Bu
mülahizədən naşi sana bu də`vadan əl çəküb getməgi
tövsiyə edirəm. Hərgah əskərdən ötri süyursat lazım
isə, səninçün irsal edüm. Hərgah pul lazım isə, xəbər
ver,  pul  göndərim.  Xəyal  etmə  ki,  bən  bu  sözləri
qorxudan deyürəm. Əbdulməlik ibn Mərvanın başına
and  olsun  ki,  bən  bu  məktubı  fəqət  sana  olan
məhəbbətimdən yazıram”.
Məktubı möhr edüb qasid vasitəsiylə  İbrahim
Əştərə irsal etdi. İbrahim Əştər məktubı alub mütaliə
edəndən sonra dedi:
-  İbn  Ziyad  əcəb  əbləh  və  əhməqdir.  Gahi  bana
mal və pul və`dəsi verir, gahi öz əsakirindən bəni
qorxudır. Dəxi xəyal etməyür ki, bənim üçün məqtul
olmaq ən böyük səadətdir. Bən qəsəm yad etmişəm, ta
İbn Ziyadı qətl etməsəm, istirahət etməyəcəgəm.
Qasid övdət edüb bu sözləri İbn Ziyada dedi:
- İbn Ziyad naçar qitalə hazır olub səfaralıq etdi.
Bir dəf`ə hər iki ləşkər iki seyl kibi bir-birisinə həmlə
edüb müharibəyə məşğul oldılar. Üç gün bu müharibə
imtidad  tapub  İbn  Ziyad  əsakirindən  bir  çox  cəmaət
İslam əlindən şərbəti-həlakət nuş etdilər. Bu də`vada
İbn Ziyadın ən namdar sərkərdələrindən məhsub olan
Hüsəyn ibn Nümeyr Vərqai-namdarın əlində məqtul
oldı. İbn Ziyad bu vaqiədən nəhayət mərtəbədə
qəmnak oldı. Böylə ki, bir saət bihuş oldı. Öylə ki,
huşə gəldi, əsakirin sərkərdələrini ehzar edüb dedi:


270
- Bənim fikrimcə, hərgah bir nəfər qabil və layiq
qasid İbrahim yanına göndərüb nəsihət edər isək,
İbrahim  bizə  itaət  edüb  Əli  (ə)  və  Övladi-Əlinin  (ə)
dostlığından dəstbərdar olar, zənn edirəm.
Sərkərdələr dəxi İbn Ziyadın fikriylə həmfikr
olub qasid göndərməgə razı oldılar. İbn Ziyad
Əbdullah Hatəmi ehzar edüb neçə sözlər dedikdən
sonra iki nəfərlə İbrahim cənablarının xidmətinə irsal
etdi. Əbdullah ordunın kənarına yetdikdə  İbrahimin
qulamları onın kim oldığını sual edüb, qasidi-İbn
Ziyadəm - deyüb cəvab verdi. İbrahim cənablarından
izn aldıqdan sonra o biiman qocayı məclisə daxil
etdilər. Qoca səlam verüb cəvab aldıqdan sonra dedi:
- Ya Əmir, bəni İbn Ziyad göndərüb ki, sana
nəsihət edüb təriqi-nicatə də`vət edəm. Binaənəleyh,
bən sana deyürəm, sənin İmamım Əli ibn Əbutalib (ə)
o şücaət və rəşadətlə Bəni Üməyyənin müqabilində nə
etdi ki, sən edəsən? İştə bən öz tərəfimdən və  əmiri-
cəlil  İbn  Ziyad  tərəfindən  sana  tövsiyə  edirəm  ki,  bu
inaddan  əl çəküb bir bu qədər cəmaətin qətl olmasına
razı olmayub, bu nahəq müharibədən dəstbərdar
olasan.
İbrahim Əştər bu sözləri eşidən kibi dedi:
- Ey piri-biiman, hərgah qasidləri qətl etmək caiz
olsaydı,  bu  saət  sənin  qətlinə  fərman  verərdim.  Çıx
bənim məclisimdən! O fasiqi-biimanə ki, “əmiri-cəlil”
deyürsən, bənim tərəfimdən söylə ki, bir də bənim
yanıma qasid göndərməsün. Ta o fasiqi qətl edüb


271
başını Kufəyə Muxtar üçün göndərməsəm, istirahət
etməyəcəgəm.
Qasid İbrahim Əştərin xidmətindən övdət edüb
əhvalatı İbn Ziyada nəql etdi.   O məl`un naçar qalub
səfaralıq edüb də`vaya hazır oldı. Bu tərəfdən İbrahim
Əştər dəxi səfaralıq edüb hər iki tərəf bir-birisinə
həmlə etdilər. Əvvəlinci həmlədə  İbn Ziyad şəhərə
tərəf fərar edüb təmam əsakirlə  şəhərə daxil olub
dərvazələri qapadılar. İbrahim Əştər şəhəri mühasirə
edüb  təsərrüf  fikrindəydi.  Gecə  olub  hər  kimsə
istirahətə məşğul oldı. Qəravulçular dəstəbədəstə
qəravulə məşğul oldılar. Gecədən bir az keçmiş
uzaqdan qəravulçılar bir nəfəri gördilər. O saət onı
əhatə edüb müqəyyəd İbrahim Əştər xeyməsinə varid
edüb İbrahim cənablarına xəbər verdilər. İbrahim onın
kim oldığını xəbər aldıqda ərz etdi:
- Ya əmir, bən İbn Ziyadın pişxidmətlərindənəm
və düşməni-Əli (ə) və Övladi-Əli (ə) idim. Fəqət keçən
gecə aləmi-vaqiədə nidayi-qeybiylə  İslamiyyətə daxil
olub, bu gecə fürsət edüb xidmətinizə müşərrəf
olmışam. Əmr et, bənim əllərimi açsunlar, tainki sana
böyük bir bəşarət verəm.
İbrahim cənabları anın əllərini açmasına əmr
edüb, azad olandan sonra ərz etdi:
-  Ya  əmir,  keçən  gecə  Rəbi`  ibn  Harisin  bir  oğlı
olubdır.  O  mövludın  cəhətindən  bu  gecə  Rəbi`
şəhərdən xaric xüsusi bağında böyük bir ziyafət
məclisi tərtib verüb. Təmam İbn Ziyadın
sərkərdələrini o məclisə də`vət etmişdir. Böylə ki, İbn


272
Ziyaddan başqa təmam sərkərdələr bağdadırlar.
Hərgah bu gecə onlara şəbxun edüb qətl edərsək, İbn
Ziyadın işi təmam olmış kibidir.
İbrahim bu sözlərdən şad olub dört nəfər
sərkərdə, yüz nəfər dəxi piyadə  əsakirdən intixab
edüb  o  cəvanı  dəxi  özləri  üçün  bələd  götürüb  bağa
tərəf  azim  oldılar.  Bir  saətdən  sonra  uzaqdan  bir  işıq
görüb  işığa  tərəf  azim  olub  bir  neçə  nəfəri  yanmış
atəşin kənarında oturub şürbi-xəmrə məşğul gördilər.
İbrahim səvarələrlə bir guşədə dayanub piyadələrə o
fasiqləri əhatə edüb qətl etməgi əmr verdi. Piyadə
onları əhatə edüb həpsini qətl etdilər. Fəqət onlardan
bir nəfər xilas olub fərar etdi. İbrahim cənabları o bir
nəfəri tə`qib edüb bir həsarın divarından çıxdığı yerdə
anı  dutub  yerə  saldı.  O  şəxs  İbrahimdən  əman
istədikdə, İbrahim andan məst və ya huşyar oldığını
sual etdi. Cəvabında dedi:
- And olsun Allah-təala həzrətlərinə ki, ömrimin
əvvəlindən bu vəqtə kibi bənim ağzıma şərab
dəgməmişdir.
İbrahim  dedi:
- Bu bağ kimindir?
Dedi:
- Əmr ibn Rəbiənindir.
İbrahim:
- Bağda kimlər var?
Dedi:
- Bağda İbn Ziyadın sərkərdələri keyf edirlər.
İbrahim:


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə