Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə59/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

252
Əvət, böylədir ittifaq, ittihad,
Yaxar düşməni, eyliyür dustı şad.
Sabir Badikubə
Muxtar cənabları uca yerdə qərar dutub
sərkərdələr birər-birər Muxtarın qabağından keçürdi.
Həpsindən müqəddəm İbrahim cənabları, ondan
sonra başqa sərkərdələr, məsələn: Tariq ibn Ə`məş,
İbrahim bin Tüfeyl, Məzahim ibn Malik Əştər, Şə`r ibn
Əbi  Şə`r,  Əli  ibn  Malik,  Ömər  ibn  Fərtə,  Cəhim  ibn
Hatim, Əbdullah ibn Əkrəmə, Tahir ibn Sə`ləbə. Bu
nizam ilə hər bir sərdar Muxtarın müqabilindən
keçdikdə tə`zim edirdi. Muxtar dəxi onları birər-birər
qoxuyub vida` edirdi. Bunların həpsindən sonra
İbrahim ibn Malik bin iki yüz şütürsəvarla qabağında
dört nəfər qare`i-Qur`an “Hələta ələl-insan” sureyi-
mübarəkəsini oxuyırdılar. İbrahim Muxtarın
müqabilinə yetişdikdə Muxtar cənabları səvar olub
İbrahimlə bərabər gedirdilər. Küfə cəmaəti İbrahimi
dua və səna edüb düşmənə qalib gəlməsini Allah-təala
həzrətlərindən arzu edirdilər. Bir qədər yol getdikdən
sonra İbrahim Muxtardan üzr istəyüb, məqami-
hökumətə müraciət etməsini təmənna etdi. Muxtar
İbrahimi qucıyub zar-zar ağladı. Böylə ki, Kufə
cəmaəti bu ağlamadan mütəəssir olub kaffətən
ağladılar. İbrahim cənabları yüzini Kufə cəmaətinə
dutub söylədi:


253
- Cəmaət, mən vida` edüb fəqət arzu edirəm ki,
məni fəramuş etməyüb və  İslam yolında sabitqədəm
olasınız.
Bu sözləri deyüb də Muxtarı təkrar vida` edüb
azim  oldı.  Muxtar  dəxi  Kufə  şəhərinə  müraciət  edüb
iki gündən sonra Haris ibn Qəffarı və Vərqa ibn Qaribi
bir qədər qoşunla bərabər İbrahimin köməginə
göndərüb tövsiyə etdi ki: “İbrahim cənabları
əvəzimdədir. Əlbəttə, o cənabə ehtiram edüb nə
deyərsə, tabe` olmalısınız”.
Bu  tərəfdən  İbrahim  cənabları  Dəhm  adınlı  bir
məqamə yetişdi ki, oranın hakiminə Saleh ibn Əmr
deyürdilər. Əli (ə) və Övladi-Əliyə (ə) əvvəlinci
düşmən idi. Cəmaət dəxi hakimə tabe olub o fasiqlə
həməqidə idilər. İbrahim o cəmaətin əqideyi-
fasidanəsindən xəbərdar olub oraya yetişdikdə, piyadə
olub ləşkərin əmirlərini cəm`avərlik edüb əhvalatı
onlara nəql etdi. Vərqa dedi:
- Ey əmir, bana icazə ver bu saət gedüb onlardan
bir nəfər diri qoymıyum.
İbrahim dedi:
- Əvvəl gərəkdir bir nəfər casus gedüb cəmaətin
əhvalından xəbər gətürsün. Zira ola bilər bu cəmaətin
miyanında  bir  nəfər  mühibbi-Əli  (ə)  və  Ali-Əli  (ə)
olmış ola.
Sərdarlar dəxi razı olub bir nəfər ərəb çörək
almaq bəhanəsiylə cəmaət miyanına göndərdilər. Ərəb
onların miyanına daxil olub gördi onlar həpsi köhnə
bir qəbristanə cəm` olub Əli əleyhissəlamın


254
mühibblərinə nifrin edüb və  İbn Ziyada dua edirlər.
Ərəb isə bir nəfərdən çorəgin nərədə satılmağını sual
etdi. Cəvabında dedilər ki, burada çörək tapmazsan.
Zira cəmaət İbrahim Əştərin İbn Ziyad müharibəsinə
azim oldığın eşidüb həpsi cəm` olub İbn Ziyada dua
edüb, İbrahim Əştərə isə nifrin edirlər. Ərəb övdət
edüb  əhvalatı  görüb  və  eşitdigi  kibi  İbrahim  Əştərə
nəql etdi.
Vərqa bu sözi eşidən kibi İbrahim Əştərdən icazə
alub  öz  səvarələriylə  o  münafiqlərə  həmlə  etdi.  O
cəmaəti qətlü qarət edüb evlərini dəxi yandırub Mosul
tərəfinə azim oldılar. O tərəfdən İbn Ziyadın casusları
İbrahim Əştərin gəlməsini İbn Ziyada xəbər verdilər.
İbn Ziyad qoşun cəm`avərlığına başladı. Səksən üç
min  qoşun  Mosuldan  hərəkət  edüb  bir  su  kənarında
oturaq edüb ləşkəri-İslamı gözləyürdi.
Bu tərəfdən İbrahim cənabları Hüdeybiyyə
mənzilinə vasil olub, zöhr nəmazının vəqti oldığına
bina` nüzul edüb Allah-təala həzrətlərini yad edüb,
ibadət və nəmazı xətm edəndən sonra, o çeşmənin
kənarında qədəm vurmağa məşğul olub bir deyrin
müqabilinə yetişdi. Bir nəfər rahib başını deyrdən
çıxarub İbrahim Əştərə səlam verdi. İbrahim isə
səlamə cəvab verüb dedi:
- Ya şeyx, dünya əhvalatından nə eşitmişsən?
Şeyx dedi:
- Bu günlərdə Ali-Əli (ə) düşmənlərindən bir çoxı
qətl olunub, dəxi də olacaqdır.
İbrahim dedi:


255
- Sən nərədən bu əhvalatı bildin?
Şeyx dedi:
-  Elm-nücum  ilə  xəbərdar  oluram.  Məsələn,  bu
gün gərək böyük miqdarda bir ləşkər Kufədən buraya
daxil  olsun  və  o  ləşkərdə  rəyasət  edən  şücaət  və
rəşadətdə vəhidi-əsrdir. Xazrud çeşməsi kənarında
Cəzirə  əmiriylə müharibə edüb bir çox qanlar cari
olacaqdır.
İbrahim dedi:
- Bilürmisən hansı tərəf qalib gələcəkdir?
Şeyx:
- Kufə ləşkəri qalib gələcəkdir. Əgərçi əvvəl Kufə
cəmaəti şikəst tapacaqdır. Əmma axırda qalib olub
Cəzirəyi müsəxxər edəcəkdirlər.
İbrahim bu sözlərdən şad olub müraciət etdi. Bu
tərəfdən İbrahimin qeyb olmasından Vərqa və
İbrahimin qardaşı təşvişə düşüb İbrahim gedən tərəfə
azim oldılar. Bir qədər yol getmişdilər ki, İbrahimi şad
və  xəndan  görüb  onlar  dəxi  şad  oldılar.  Bir  bu  qədər
zəman qeybət etmənin səbəbini sual etdikdə  İbrahim
dedi:
- Qardaşlarım, sizə bəşarət verirəm ki, bu
müharibədə biz qalib gəlüb fəth və zəfərlə müraciət
edəcəgiz.
Rahiblə mülaqat etmənin və ondan eşitdigi
sözləri onlar üçün hekayə etdi. Söhbət edə-edə
ləşkərgaha varid olub və təmam ləşkəri bu əhvalatdan
xəbərdar edüb şad və fərəhnak köç edüb məqsədgahə
azim oldılar. Tainki Xazrud çeşməsinin kənarına vasil


256
olub İbn Ziyadın ləşkərgahıyla rubəru nüzul edüb,
oturaq  etdilər. O güni keçüb gecə oldıqda İbrahim
cənabları on nəfər öz əqvamıyla səvar olub ləşkərin
ətrafında  keşik  çəkməgə  məşğul  oldılar.  Vərqa  ərz
etdi:
- Ya əmir, səbah müharibə günidir. Sən istirahət
edüb keşik çəkməgi bizə mühəvvəl eylə.
İbrahim dedi:
- Ya Vərqa! Kufədən xaric olanı istirahət
etməmişəm.  İbn  Ziyadı  qətl  etməmiş  də  istirahət
etmiyəcəgəm. Fəqət səndən xahiş edirəm ki, bənim
xatirim üçün gedüb istirahətə məşğul olasan.
Vərqa isə itaət edüb istirahətə məşğul oldı. O
tərəfdən isə  İbn Ziyadın ləşkərinə qaravul edənlərin
rəyasəti o gecə Bəkr ibn Yəzid ilə idi. Bu münafiq
həman münafiqdi ki, İbn Ziyadla şürbi-xəmrə
müsahibət edərmiş və çox vəqtlər İbn Ziyada
deyərmiş ki, dünyada sən kibi bəxtiyar şəxs ola
bilməz. Zira sən Yəzid ibn Müaviyənin düşməni olan
Hüseyn ibn Əlini (ə) qətl etmişsən. Bu əhvalatı dəxi
İbrahim Əştər cənabları eşitmişdi. İbrahim o gecə bir
nəfər Şam əhlindən casus irsal edüb düşmənin
miqdarını bilmək istəyürdi. Yeddi casus isə  İbn
Ziyadın ləşkərgahına varid olub cəmaətin bir çoxını
şürbi-xəmrə məşğul görüb kəmalınca xəbər cəm` edüb
müraciət edəndə əhvalatı İbrahim cənablarına hekayə
etdi. İbrahim Əştər yeddi nəfər öziylə bərabər alub
düşmən ordugahına azim olub şəbxun siyaqiylə özini
İbn Ziyadın ləşgərgahına vurub bir neçə nəfər qətl


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə