Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə61/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   57   58   59   60   61   62   63   64   ...   71

261
dəstbərdar olub nizam ilə səf çəküb meydani-karzarə
təmaşa edirdilər. İbn Ziyad tərəfindən Zeyd ibn Fəzl
meydana daxil olub mübariz istədi. İslam tərəfindən
Müzahim Əştər meydana qədəm qoyub bir həmlə ilə o
fasiqi ədəm diyarına rəvanə etdi. Ziyadın qardaşı
meydana gəlüb, Müzahim o məl`unı dəxi qardaşı
gedən yola vasil etdi. Zeydin oğlı Fəzl meydana gəlüb,
babası nuş edən şərbətdən o dəxi nuş etdi.
İbn Ziyadın əsakiri əhvalı böylə gördikdə dəxi bir
nəfər  böylə  olsun  meydana  qədəm  qoymağa  cəsarət
etmədi. Müzahim bir qədər meydanda cövlan edüb öz
ləşgərgahına müraciət etdi. İbrahim qardaşına
afərinxan olub onı dua etdi. İbn Ziyad, Hüsəyn ibn
Nümeyrə  İslam əsakirinin meysərəsinə həmlə etməgi
əmr etdi. Başqa sərkərdələrə dəxi sifariş etdi ki, gözləri
səncaqda olsun. Hər dəf`ə səncaq üç dəf`ə hərəkət
etdi, onlar da bir dəf`ə İslam əsakirinə həmlə etsinlər.
Bu  tərəfdən  İbrahim  cənabları  İbn  Ziyad  əsakirinin
meymənəsində həyəcanı görüb qardaşı Müzahimə
meysərə tərəfə getməgini əmr etdi. Müzahim öz təhti-
hökmində olan səvarələrlə meysərə tərəfə yüriş etdi.
Bu  vəqt  Hüsəyn  İslam  əsakirinə  həmlə  etdi.  İslam
əsakiri dəxi onlara hücum edüb o gün qürubə kibi
də`va dəvam edüb qürub zəmanı hər iki tərəf təbli-
bazgəşt sədasına itaət edüb meydani-müharibədən
dəstbərdar olub öz məqamlarına müraciət etdilər.
İbrahim cənabları məş`əldarlarla meydani-müharibəyə
daxil  olub  İslam  şəhidlərini  cəm`  edüb  qüsl  verüb
nəmaz qıldıqdan sonra dəfn etdilər. İbrahim cənabları


262
xeyməsinə varid olub səbahkı də`vanın fikrində idi.
Bu  vəqt  bir  nəfər  xeyməyə  varid  olub  İbrahimə  bir
məktub verdi. İbrahim məktubı açub gördi, Mosul
hakiminin tərəfindən yazılmışdır və məzmunı dəxi bu
idi  ki,  bu  gecə  İslam  sərkərdələrini  göndər,  tainki
şəhəri onlara təslim edim. İbrahim cənabları qasidə
dedi:
- Şəhərin hakiminə bənim tərəfimdən səlam
deyüb və əlavə edərsən ki, inşaallah-təala bu günlərdə
Ziyad ilə də`vayı xitam verüb onınla görüşəriz.
Bu tərəfdən İbrahim cənabları gecə ilə bir məktub
yazub İbn Ziyadın ən namdar sərkərdələrindən olan
Ümeyr ibn Hübabə göndərdi və məktubın məzmunı
bu  idi:  “Ey  Ümeyr,  bənimlə  sənin  miyanında  olan
qədim dostlığı nəzərə alub sana nəsihət etməgi özimə
vacib bilürəm. Binaənəleyh sana deyürəm ki, İbn
Ziyaddan dəstbərdar olub İslam mücahidləriylə
həmfikr olasan. Hərgah bu də`vanı rəyasətdən ötri
edirsən, gəl bənim yanıma, nərənin hökumətini
istəyürsən, sənin üçün hazırdır”.
Ümeyr  ibn  Hübab  məktubı  oxudıqdan  sonra
cəvab yazub qasidə verdi. Qasid məktubı alub İbrahim
cənablarına təslim etdi. İbrahim cənabları məktubı
açub gördi Ümeyr yazmışdır ki: “Bən gecə səninlə
görüşməgə gələcəgəm. Fəqət sən qəravulçulara əmr et
ki, bana mane` olmasunlar”.
İbrahim cənabları qardaşı Müzahimi ixtar edüb
dedi:


263
-  Qardaş,  bu  gecə  qəravulların  rəyasəti  sənin
gərək  olsun.  Zira  bu  gecə  bir  nəfər  İbn  Ziyad
sərkərdələrindən bənim görüşimə gələcəkdir. Onı
ehtiramla qəbul edüb bənim yanıma gəlməsinə mane`
olmayasınız.
Müzahim itaət edüb müqərrər oldığı məqama
getdi.  O  tərəfdən  Ümeyr,  İbn  Ziyad  xeyməsinə  varid
olub  İbrahimlə  onın  miyanında  olan  əhvalatı  o
məl`unə nəql etdi. İbn Ziyad dedi:
- Ya Ümeyr, İbrahimdən sana ziyan yetməz, zənn
edirəm, əlbəttə, bu gecə gedüb görüşməniz səlahdır.
Ümeyr, İbn Ziyad xeyməsindən xaric olub İslam
ordugahına azim oldı. Qəravulgahi-İslamə yetişdikdə
Müzahim  əmiri  İbrahim  hüzurına  möhtərəmən  varid
etdi. İbrahim Ümeyri qoxıyub yüzindən və gözindən
öpüb aram oldılar. İbrahim cənabları  Əli (ə) və Ali-
Əlinin  (ə)  fəzailindən  bir  qədər  söyləyüb  və  Bəni
Üməyyənin onlar həqqində bir çox zülmlər etdiklərini
dəxi əlavə etdi. Ümeyr dedi:
- Ya İbrahim, bən nə çarə edim, bu saət bən İbn
Ziyaddan rugərdan olarsam, onların miyanında sükna
edən əyal və övladlarımın canı təhlükədə olacaqdır.
Əmma  bən  sənin  sözinlə  əhli-əyalımdan  sərfi-nəzər
edüb İslam mücahidləriylə bərabər şəhid olana kibi
çalışacağam. Fəqət gərəkdir İbn Ziyada bir hiylə edim.
Bən  bu  saət  gedüb  bu  gecə  təxti-idarəmdə  olan
əsakirin kaffəsinə tə`lim verüm ki, səbah iki ləşkər bir-
birinə hücum etdikdə, bən öz əsakirimlə bərabər sənin


264
hüzurına  gəlüb  bir  yerdə  İbn  Ziyadın  əsakirini  həlak
edərik.
Bu  qərarla  İbrahimlə  əhdü  peyman  edüb  öz
qərargahına müraciət etdi. Müraciət edüb də  İbn
Ziyadı  əhvalatdan xəbərdar etdi. İbn Ziyad çox şad
olub Ümeyrə xəl`ət və ən`am verdi.
İbrahim o gecəylə Vərqanın xeyməsinə azim olub
əhvalatı Vərqaya söylədi. Vərqa dedi:
-  Ya  əmir,  mən  Ümeyrin  sözinə  e`tibar
etməyürəm. Zira Həzrət Hüseyn (ə)-ın şəhadətində
bən Mosul şəhərində həmin bu Ümeyrin xanəsində
idim.  Həzrət  Hüseyn  (ə)-ın  şəhadət  xəbərini  eşidüb
bən ağladım. Əmma həmin bu Ümeyr gülməgə
başladı. Bən ona xitab edüb dedim:
-  Ya  Ümeyr,  Rəsuli-Xudanın  (s)  fərzəndi
şəhadətinə şad olub gülirsənmi?
Dedi:
- Hüseyn (ə) Yəzidə aq olmağına binaən qətl
olunmışdır. Əlbəttə, hər kimsə öz əmirinə aq olarsa,
qətlə məhkum olacaqdır.
Bən  bu  sözi  o  məl`undan  eşidən  kibi  ona  həmlə
edüb bir neçə zərbə  əlimlə onın sifətinə vurdım. O
dəxi  bir  neçə  zərbə  bənim  sifətimə  vurub  onın
xanəsindən xaric oldım. O məl`un isə o gündən bəni
axtarub tapmayurdı. İştə böylə bir fasiqdən yaxşılıq
gözləmək olarmı?
İbrahim dedi:
- Yaxşı söyləyürsən, bən bu əhvalatdan xəbardar
degildim.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə