Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə64/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   60   61   62   63   64   65   66   67   ...   71

273
- Bu bağa nərədən daxil olmaq olar?
Dedi:
- Sən kimsən?
İbrahim Əştər dedi:
- Mən İraq əsakirinin sərkərdəsi, ismim İbrahim
Əştərdir.
O şəxs şad olub dedi:
-  Ya  əmir,  bən  Əli  (ə)  və  Ali-Əli  (ə)
dostlarındanam.
 Fəqət
 ehtiyac
 bəni
 buraya
yetürmişdir. Bən bağın bağbanıyam. Bu bağın üç
böyük  və  bir  dəxi  kiçik  qapusı  var  və  böyük
dərvazələr içəri tərəfdən qapalıdır. Fəqət küçik qapu
dışarıdan bağlı olub, onın dəxi kilidi bəndədir. Sən
yanında olan əsakiri iki yerə qismət et, bir qisməti
dərvazələri mühafizət etsin. O biri qisməti bənimlə
bərabər bu küçik qapudan daxil olub o kafirləri məst
oldığı halda həlak edüb Allah-təala həzrətlərini
özümizdən razı edək.
İbrahim cənabları  əsakirin bir qismini Vərqa ilə
dərvazənin birisində qoyub, özi isə bu birisi hissəylə
bağbanın dalınca kiçik dərvazədən bağa daxil olub
Vərqa gözləyən dərvazəyə tərəf gedüb dərvazəni
açdıqdan sonra əsakirin o birisi hissəsi dəxi bağa daxil
olub da sərkərdələr keyf edən imarətə həmlə etdilər.
Bu vəqt İbn Ziyadın sərkərdələrindən birisi imarətdən
xaricə çıxub İbrahimlə  əsakiri-İslamı gördikdə  İbn
Ziyad təsəvvür edüb təkrarən imarətə daxil olub dedi:
- Ey əzizan, bəşarət olsun ki, əmiri-cəlil bizim
məclisə gəlir.


274
O fasiqlər şadlıqdan həpsi pişvazə çıxub qabağca
Əmr ibn Rəbiə tə`zim edüb dedi:
- Ya əmir, siz bəni bu gecə sərəfraz edüb qədəmi-
mübarəkinlə bənim külbeyi-həqiranəmi münəvvər və
müzəyyən etdin.
İbrahim cənabları  şəmşiri-bürranı qılafdan nicat
verüb əsakiri-İslam ilə o din düşmənlərinə həmlə etdi.
O  gecə  İbn  Ziyadın  yüz  səksən  nəfər  sərkərdələrini
mülazimləri ilə bərabər oradaca qətl edüb ləşkərgahi-
İslamə nüsrət və zəfərlə övdət etdilər. O gecə ilə
İbrahim Əştər cənabları  əhvalatı yazub Kufəyə,
Muxtar üçün irsal etdi. Əmma bu tərəfdən İbn Ziyadə
xəbər  verdilər  ki,  İslam  əsakiri  təmam  sərkərdələri
bağda əhatə edüb qətl etdilər. İbn Ziyad bu xəbəri
eşidən kibi bihuş olub, huşə gələndən sonra gecəyi
səbaha kibi istirahət etməyüb səbah olan kibi hər iki
ləşkər yüz hərbgahə qoyub hər iki tərəfdən biri-
birisinə  hücum  edüb  müqatiləyə  məşğul  oldılar.  Bu
vəqt bir tərəfdən həva tirəvü tar olub bir azdan sonra
tozın miyanından Zəfər ibn Haris və  Əbdürrəhman
ibn  Cəndan  üç  min  səvarəylə  İslam  əsakirinin
köməginə varid olub İbrahim Əştərə tə`zim edəndən
sonra yüz meydani-qitalə qoydılar. Zöhr zəmanı  İbn
Ziyadın əsakiri dəvam etməyüb yüz fərarə qoydılar.
İslam əsakiri onları təaqüb etdilər. Lakin təmam İslam
sərkərdələrinin bu təaqübdə məqsədləri İbn Ziyadı
qətl  etmək  idi.  O  gün  qürub  zəmanına  kibi  qətlü
qarətə məşğul olub, qürub zəmanı aramgahə müraciət


275
etdilər. Əmma İbn Ziyadın nərəyə fərar etməsindən
çox mükəddər və qəmnak idilər. İbrahim dedi:
- Bən də`vanın ən qızğın zəmanında bir nəfərə
təsadüf edüb onı İbn Ziyad bilüb qətl etmişəm və çox
da güman edirəm ki, o İbn Ziyad olsun.
Bir neçə nəfəri tə`yin etdilər ki, İbn Ziyadı
düşmən məqtullarının miyanından tapsın. İbrahim
cənabları onlara dedi:
- Hər bir məqtulın qıçını açub dizindən dört
barmaq yuxarı baxarsınız, hərgah orası zəxmdar və
üstinə dəxi müşk bağlanmış olarsa, o özi Ziyaddır.
Zira İbn Ziyad məl`un, Hüseyn ibn Əlini (ə) qətl
edüb mübarək başını Kufəyə yetürəndən sonra o
məl`un, o mübarək başı əlinə alub təmaşa edüb iftixar
edirdi. Bu vəqt bir qətrə  qan o başdan o məl`unın dizi
üstə  düşüb  dizini  deşib  yerə  qayib  oldı.  O  fasiq  nə
qədər müalicə etdiysə də, o yaraya çarə edə bilmədi və
o yara dəxi pis və mütəəffin qoxı salub, böylə ki, heç
kimsə onın yanında otura bilməyürdi. Binaənəleyh,
çarəsiz qalub həmişə o yaraya müşk bağlayurdı ki,
bəlkə qoxusı təfavüt etsin.
Nəisə bir neçə zat qətlgahə varid olub birər-birər
məqtulları  müayinə  edüb,  tainki  o  məl`unın  nəhs
bədənini tapub, başını bədənindən cüda edüb, İbrahim
Əştər xidmətinə gətürdilər. İslam sərkərdələri şad
olub əhvalatı Muxtar cənablarına məktubən ittila`
verdilər. O gecə sübhə kibi İslam əsakiri təbli-şadyanə
çalub işrət etdilər. Sübh oldıqda səvarə olub izzətü
cəlal ilə Mosul şəhərinə varid olub cəmaət dəxi onları


276
o zəmanın musiqi alatı ilə istiqbal etdilər. İbrahim
cənabları darülimarəyə daxil olub Mosul şəhərinin
sabiq  hakimini  ehzar  edüb  şəhərin  hökumətini  ona
təslim etdi. İslam sərkərdələrini böyük bir ziyafətə
də`vət edüb hər kimsənin halətinə münasib ən`am və
xəl`ətlər bəxş edüb şadyanalığa məşğul oldılar.
Səbahısı  İbrahim Əştər cənabları kəma keyf əhvalatı
Muxtar cənablarına yazub bir çox cəvahiratla İbn
Ziyadın  nəhs  olan  başını  dəxi  Kufəyə  irsal  etdi.  Bu
tərəfdən  Muxtar  cənabları  bir  gün  şəhərdən  çıxub
təfərrücə məşğul oldığı halda qasid varid olub İbn
Ziyadın başının gəlməsini Muxtara xəbər verdi.
Muxtar cənabları şadlığından piyadə olub Allah-təala
həzrətlərinə səcdeyi-şükr etdi. Ondan şəhərə varid
olub şadyanalıq təbli çalınub cəmaətə xəbər verdilər.
Kufə cəmaəti küçikdən-böyügə  şəhərdən xaric
təmaşayə çıxdılar. Bu minvalla İbn Ziyad məl`unın
başı Kufəyə varid olub darülimarədən avizan etdilər.
O  gün  Muxtar  cənabları  neçə  min  dirhəm  fəqir-
füqərayə ehsan edüb başa hamil olan zatə dəxi bin
dirhəm ən`am etdi. İbrahim cənablarına dəxi təşəkkür
məktubı yazub əlavə etdi ki: “Əli (ə) və Övladi-Əli (ə)
düşmənlərindən  fəqət  Zübeyr  övladıyla  Mərvan
övladı qalmışdır. Ümidvarəm ki, bunları cəzalarına
yetirüb Hüseyn ibn Əli əleyhissəlamı özimizdən razı
salub aləmi-İslamı  şad edək”. Məktubı möhr edüb
İbrahim Əştər üçün irsal etdi.
Əmma  o  tərəfdən  Əbdulməlik  ibn  Mərvan,  İbn
Ziyadın qətlindən xəbərdar olub xofə düşdi. Zira,


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə