Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə66/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   63   64   65   66   67   68   69   70   71

281
vüsul  olub  məzmunından  xəbərdar  olandan  sonra
böylə bir cəvab yazdı: “Ey fasiq! Sənin məktubın bana
vüsul oldı. Yazdığın müzəxrəfatı oxudum. Əvvəla
bilməlisən ki, bən siz fasiqlər kibi dini dünyaya satan
degiləm. Saniyən bən Muxtar cənablarının ən alçaq bir
xidmətkarıyam. Hərgah Allah-təala bana tovfiq
verərsə,  sənin  başını  da  İbn  Ziyad  məl`unın  başı  kibi
qət` edüb Muxtar cənablarına irsal edəcəgəm”.
Məktubı möhr edüb Müs`əbin qasidinə verdi.
Qasid Bəsrəyə azim olub varid olandan sonra Müs`əbə
təslim etdi. Müs`əb yazdığı məktubına peşiman olub
Mühəlləbin sözini təsdiq etdi.
Bu tərəfdən İbrahim Əştər Muxtar cənablarına
əhvalatı yazub Müs`əbin məktubını dəxi cövfən irsal
etdi və məktubda bunı dəxi əlavə etdi ki, “Əbdülməlik
ibn Mərvan bənimlə müharibə etməgə amadə olur.
Hərgah bu müharibə olmasaydı xidmətinizə azim
olardım”. Məktub Muxtara vasil olandan sonra
İbrahim cənablarına duayi-xeyr etdi.
Əmma o tərəfdən Əbdullah Zübeyr özinə tabe`
olan  vilayətlərə  məktub  yazub  təmam  tabe`lərinə
Bəsrəyə azim olub qardaşı Müs`əblə bərabər Muxtarla
müharibə  etməgi  əmr  etdi.  Onlar  dəxi  hər  birisi  öz
təhti-idarələrində olan əsakirlə Bəsrəyə azim olub bir
neçə gündən sonra Bəsrəyə varid olub Müs`əblə
bərabər xarici-şəhrdə müharibəyə getməgə hazır
oldılar.  Müs`əb  isə  öz  tərəfindən  Əbdullah  ibn
Əbdullahı Bəsrədə hakim tə`yin edüb Kufəyə azim
oldı.  Bu  tərəfdən  Muxtar  cənabları  dəxi  ətraf  və


282
cəvanibdən qoşun cəm` edüb Kufənin xaricindən
xeymə vurub tədarükatı-hərbiyyəyə məşğul oldı.
İbrahim  Əştərə  dəxi  bir  məktub  yazub  Kufəyə
gəlməsini əlavə etdi. İbrahim Əştər cənabları Muxtarın
məktubını alub oxudıqdan sonra cəvabında yazdı: “Ya
əmir!  Necə  bən  Kufəyə  gəlim,  bir  halətdə  ki,
Əbdulməlik ibn Mərvan yüz bin səvarəylə bənimlə
müharibəyə  gəlür.  Fəqət  bən  onın  qabağını  kəsüb  o
məl`unı dəf` edə bilərəm. Kufəyə gəlmək qeyri-
mümkindir”.
Məktubın axırında yazdı ki: “Ya əmir, hərgah
mümkinsə 
sən
 özin
 müharibəyə 
getmə,
sərkərdələrdən İbn Zübeyrin müharibəsinə göndər.
Zira səninçün Kufədən çıxmaq səlah degil”.
Məktubı möhr edüb Muxtar üçün yola saldı.
İbrahim  Əştərin  məktubı  Muxtara  vasil  olub
məzmunından xəbərdar olub da sərkərdələri cəm`
edüb məktubı onlar üçün oxudı. Sərkərdə  İbrahim
Əştərin  fikr  və  tədbirinə  afərinxan  olub,  Muxtar
cənablarına dedilər ki: “İbrahimin fikri çox yaxşı
fikrdir. Sənin Kufədən xaric olmağın səlah degil.
Bizlərdən bir nəfər əsakiri-İslama əmir tə`yin et”.
Muxtar cənabları Əhmər Şəmiti sipəhsalar tə`yin edüb
və təmam sərkərdələri və  əsakiri-İslamı ona itaət
etməgi əmr verdi. Əhmər Şəmit Muxtara tə`zim
eyləyüb dedi:
- Ya əmir, ümidvarəm düşmənə qələbə çalub fəth
və  nüsrətlə  övdət  edim.  Hərgah  şəhid  olarsam,  bəni
duayi-xeyrdən fəramuş etmiyəsiniz.


283
Muxtar cənabları ondan ziyadə təşəkkür edüb,
beş  bin  piyadə  və  səvarə  anın  əmrinə  verüb  iki  mil
dəxi onları müşayiət etdikdən sonra Əhmər Şəmit,
Muxtar cənablarından üzrxahlıq edüb müraciət
etməsini təmənna etdi. Muxtar cənabları Əhmər Şəmiti
və sair  sərkərdələri birər-birər vida` edüb öz şəmşirini
dəxi Əhmər Şəmitə bəxş etdi.
Əhmər Şəmit Muxtarı vida` edəndən sonra Bəsrə
tərəfə azim olub Mizar adınlı bir mənzildə oturaq
edüb  istirahətə  məşğul  oldı.  O  tərəfdən  İbn  Zübeyrə
Əhmər Şəmitin vürudını xəbər verdilər. İbn Zübeyr on
səkkiz bin ləşkərlə bərabər hərəkət edüb İslam
əsakirindən iki mil məsafədə oturaq etdi. Bu xəbər
Əhmər Şəmitə vasil olan kibi sərkərdələri ehzar edüb
söylədi:
-  Ey  İslam  mücahidləri!  Müs`əb  ibn  Zübeyr  on
səkkiz bin küffarla bərabər bizim müharibəmizə gəlir.
Fəqət  sizlərə  tövsiyə  edirəm  ki,  düşmən  əsakirindən
və onların kəsrətindən xof və hərasə düşməyin. Zira
bizim Həqq və  İslamiyyət yolında cihad etməmizə
görə Allah-təala həzrətləri bizə mədədi-qeybi verüb,
onlardan nə qədər az olarıqsa, qalib olarız. Necə ki,
İbrahim  Əştər  cənabları  on  min  İslam  mücahidləriylə
səksən üç min İbn Zübeyrin ləşkərinə qələbə çalub
onları  məhvü nabud etdi.
Mücahidini-İslam ərz etdilər:
- Ya əmir, biz evdən çıxanda təmam əhli-
əyallarımızı vida` edüb şəhid olmaq üçün buraya azim
olmışıq.


284
Biz əzəldən malü candan din yolında keçmişik,
Həzrəti-Həqq ilə millət eşqinə əhd etmişik.
Şübhə yox hər kimsə əhd etməzsə kəndi qanına,
Qeyri mümkindir yetə mə`şuqinə, cananına.
Müznib hərgah etməsəydi bəndi-zindanı qəbul,
Həq sözini tərk edüb, etməzdi ə`vanı məlul.
Sabir Badkubeyi
Əhmər Şəmit bu sözləri eşidüb onlara dua etdi. O
gün  keçüb  gecə  oldıqda  Əhmər  Şəmitə  Əbdullah  ibn
Səbrəyi  əsakirin  qaravulçularına  rəis  edüb  gecə  nə
görərsə tezliklə ona xəbər verməsini dəxi əlavə etdi.
Əbdullah isə öhdəsinə aldığı vəzifəyi ifa etməgə azim
oldı. Gecədən bir qədər keçmiş  Əbdullah gördi ki,
düşmən tərəfindən bir çox səvarələr onlar tərəfinə
azimdirlər. Əbdullah bu əhvalatı Əhmər Şəmitə ittila`
verdi.  Əhmər  Şəmit  isə  əsakirə  ittila`  verüb  kaffəsi
də`va etməgə hazır oldılar. Əbdullah Bəsrə düşməninə
hücum edüb qitalə məşğul oldılar. Müs`əb ibn Zübeyr
əhvalatdan xəbər dutub təmam ləşkərə müharibə
etməgi  əmr    verdi.  Əhmər  Şəmit  dəxi  təmam  İslam
əsakirinə müharibəyə müdaxilə etməgi əmr etdi. O
gecə sübhə kibi, sübhdən dəxi zöhr zəmanınadək
müharibə imtidad edüb, zöhr vəqti İbn Zübeyrin
əsakiri müharibədən yüz döndərüb aramgahə
müraciət etdilər. İslam əsakiri dəxi aramgahə övdət
edüb istirahətə məşğul oldılar. İbn Zübeyr nəhayət bu
müharibədən qəmgin olub işin aqibətini fəna görüb


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə