Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə65/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   61   62   63   64   65   66   67   68   ...   71

277
əvvəla Əbdulməlik ibn Mərvanın xilafəti və höküməti
İbn Ziyadın hiylə və dəsisəsiylə paydar idi. Saniyən,
təmam sərkərdə  İbn Ziyadla bərabər məqtul
olmışdılar. Dəxi Şamda Əbdülməlikin öylə bir qüvvəsi
yox idi. Binaənəleyh, Bəni Üməyyənin rəislərini ehzar
edüb  öz  işindən  ötri  onlarla  məşvərət  etdi.  Onlar
Əbdulməlik Mərvanın cəvabında dedilər:
- Ya əmir, çox da xof etməmək gərək. Zira Muxtar
və  İbrahim  Əştər  əvvəl  gərək  Müs`əbin  şərrini  dəf`
edüb  sonra  bu  tərəfə  azim  olsunlar.  Onlar  orada
məşğul ikən siz şəhərdən xaric xeymə qurub böylə
şayi`ə buraxınız  ki, Mosula, İbrahimin müharibəsinə
gedirəm,  ta  onlar  orada  fariğ  olana  kibi  biz  burada
qüvvə cəm`avərlik edəriz.
Əbdulməlik onların rə`yini bəgənüb səbahısı
Şamdan xaric xeymə qurub tədarükə məşğul oldı.
On doqquzıncı fəsl
Müs`əb ibn Zübeyrə Muxtarın məktubı
İbn  Ziyadın  qətlindən  sonra  Muxtarın  işi
günbəgün tərəqqi edüb ismi-şərifi şöhreyi-afaq olurdı.
Bu xəbərlərdən Müs`əb ibn Zübeyr Bəsrə  şəhərində
təşvişə düşüb çarə arayurdı. Əvvəla hökm etdi
Kufəylə Bəsrə miyanında olan təmam körpüləri təxrib,
yolları  isə  düşmən  yüzinə  məsdud  edələr.  Saniyən,
Məkkədə  olan  qardaşı  Əbdullah  Zübeyrə  məktub
yazub Muxtarın əhvalatından anı baxəbər etdi. Əmma


278
bu tərəfdən Muxtar cənabları sərkərdələri ehzar edüb
dedi:
-  Həzərat,  siz  yaxşı  bilirsiniz  ki,  bənim  bir  bu
qədər çalışmağım fəqət Əli Övladının (ə) qatillərindən
qisas almaqdır. Şükrlər olsun ki, məqsədi-
müqəddəsimə nail olmışam. Fəqət qatillərdən iki nəfər
qalmışdır. Birisi Mühəmməd Əş`əs, digəri isə Əmr bin
Həccacdır. Bunları qətl etməmiş zindəganlıq bana
həramdır.  Hərgah  bunları  qətl  edərsəm,  dəxi  dünya
yüzində heç bir arzu yürəgimdə qalmayur. İştə öylə
bir çarə etməli ki, bu iki qatillər dəxi məqtul olsunlar.
Sərkərdələr dedilər:
-  Ya  əmir,  bu  iki  məl`unlar  Bəsrə  şəhərində
Müs`əb ibn Zübeyrin yanındadırlar. Və o fasiq də
yolda  olan  təmam  körpüləri  xərab  etmiş,  böylə  ki,
yollar məsduddır. İmdi nə hökm edirsən, canımız və
malımızla xidmət etməgə hazırız.
Muxtar dedi:
-  Əvvəla,  mən  Müs`əb  ibn  Zübeyrə  bir  məktub
yazub qatilləri ondan tələb edəcəgəm. Hərgah
verməzsə, sonra nə çarə etməgə müşavirə edəriz.
Binaənəleyh Muxtar bu məzmunda Müs`əbə bir
məktub yazdı: “Ya Müs`əb, sən yaxşı bilirsən ki, bən
bu  işlərdə  məqsədim  hökumət  və  ya  rəyasət  degil.
Fəqət  Hüseyn  ibn  Əlinin  (ə)  qatillərindən  qisas
almaqdır. Əlhəmdülillah, məqsəd və məramıma
müvəffəq olmışam. Ancaq o qatillərdən iki nəfəri
qalmış,  birisi  Mühəmməd  Əş`əs,  digəri  Əmr  ibn  əl-
Həccacdır. Hərgah istəyürsən ki, bənimlə sənin


279
miyanında  sülh  paydar  olsun,  gərəkdir  bu  iki  nəfəri
müqəyyədən bənim üçün irsal edəsən”.
Məktubı möhr edüb Mühəmməd ibn Bəkriyə
verüb Bəsrəyə irsal etdi. Mühəmməd ibn Bəkri Bəsrə
şəhərinə varid olub Muxtarın məktubını Müs`əbə
verdi. Müs`əb məktubı oxuyub sərkərdələrlə  şura
edəndən  sonra  Muxtarın  məktubına  böylə  bir  cəvab
yazdı: “Ya Muxtar, sənin məktubın vüsul olub
məzmunından xəbərdar oldım. Bu qədər bil və agah ol
ki, bən sana tabe` olmıyub, səndən də xof etməyürəm
və o iki şəxsi də sana verməyəcəgəm, nə istəyürsən et.
Vəssəlam”.
Məktubı  möhr  edüb  Mühəmmədə  təslim  etdi.
Mühəmməd isə məktubı alub neçə gündən sonra
Kufəyə varid olub da məktubı Muxtar cənablarına
verdi. Əmma o tərəfdən Müs`əb Muxtarın məktubına
cəvab yazandan sonra ikinci bir məktub dəxi qardaşı
Əbdullah Zübeyrə yazub Muxtarın məktubını dəxi
cəvabən  qardaşına  göndərdi.  Məktub  Əbdullah  ibn
Zübeyrə vüsul olub əhvalatı biləndən sonra cəvabında
yazdı ki: “Sən müharibə fikrində ol, bən Yəməndən
səninçün qoşun və aləti-hərbiyyə irsal edərəm”.
Müs`əb qardaşından bu cəvabı alub çox şad olub
da sərkərdələri kağızın məzmunından xəbərdar
edəndən sonra tədarükatı-hərbiyyəyə məşğul oldı. O
tərəfdən Əbdullah ibn Zübeyr Fars hakimi Mühəlləb
ibn  Əbi  Süfrəyə  məktub  yazub  öz  əsakiriylə  Bəsrəyə
getməgi ona əmr etdi. Mühəlləb isə  Əbdullah
Zübeyrin məktubını alan kibi öz oğlını yerində naib


280
tə`yin  edüb  üç  bin  səvarəylə  Bəsrəyə  azim  oldı.
Müs`əb Mühəlləbi istiqbal edüb ehtiramla şəhərə
varid  etdi.  O  gün  keçüb  səbah  oldıqda  Müs`əb
Mühəlləblə Muxtarla müharibə etməkçün müşavirə
etdi. Mühəlləb dedi:
- Ya Müs`əb, Muxtar dana və  şüca` bir zatdır.
Anınla müharibə etmək sənin üçün sərf degil. Zira hər
kimsə Muxtarla müharibə edübsə, məğlub olubdır.
Sən  bu  də`vadan  sərfi-nəzər  edüb,  qoy  Muxtar
Əbdulməlik ilə də`va etsin. Zira hansı bir tərəf məğlub
olarsa, sənin üçün nafe`dir.
Müs`əb dedi:
-  Ya  Mühəlləb,  doğrı  deyürsən,  lakin  Muxtar  nə
edirsə, İbrahim Əştərin qüvvəsiylə edir. Bənim fikrim
budır ki, İbrahimə bir məktub yazub, o məktubda beş
yüz min dirhəm pul və bir də Kufənin hökumətini ona
və`də verüm, bəlkə Muxtardan dəstbərdar olub bizə
bey`ət etsin və zənn edirəm ki, qəbul da edə.
Mühəlləb dedi:
- Ya Müs`əb! İbrahim Əştər o zatlardan degil ki,
sənin məktubına aldanub Muxtardan və ya öz
əqidəsindən keçsin. Sənin xəyalın anın həqqində batil
bir xəyaldır.
Müs`əb dedi:
-  Bən  böylə  bir  məktub  yazub  İbrahim  Əştəri
imtəhan edərəm, olar-olar, olmazsa genə müharibəyə
hazırız.
Nə isə, fövqdə zikr etdigimiz kibi İbrahimə bir
məktub yazub, irsal etdi.  Məktub İbrahim Əştərə


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə