Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə69/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   63   64   65   66   67   68   69   70   71

293
dəvam etdilər. Yazıq Muxtar dəxi onlarla bərabər
Kufəyə varid olub hər kimsə öz mənzilinə azim oldı.
Muxtar dəxi öz xanəsinə varid olub cəmaətdən qət`i-
ümmid edüb dedi:
- Bu cəmaət Müslim ibn Əqil ilə etdikləri rəftarı
bənimlə edəcəkdirlər.
O tərəfdən İbn Zübeyr Kufə cəmaətinin
fərarından  şad  olub  Kufəyə  tərəf  azim  oldı.  Kufə
rəislərindən Əbdullah ibn Hatəm bu əhvalatı eşidüb
dört yüz əlli nəfər səvarə ilə Muxtarın xidmətinə gəlüb
dedi:
- Ya əmir! Bən axırıncı qanıma kibi səninlə varam.
Nə hökmin varsa, əmr et, ifa edim.
Muxtar dedi:
-  Ya  Əbdullah,  bən  əhd  etmişəm  ki,  bunların,
yə`ni Kufə cəmaatından bir nəfərlə dəxi rəfaqət
etməyüb onlara e`tibar etməyüm.
Əbdullah dedi:
-  Ya  əmir,  sən  böylə  bir  əhd  etmişsən,  lakin  bən
sənin müavinətindən dəstbərdar olmağa əhd
etməmişəm. Bən münafiqlərlə  şəhid olana kibi
müharibə edəcəgəm.
O tərəfdən İbn Zübeyr Kufə  şəhərinin kənarına
vasil olan kibi şəhər əhalisi onı izzətlə istiqbal edüb
həpsi  Muxtardan  şikayət  edüb  İbn  Zübeyrə  bey`ət
etdilər. İbn Zübeyr şəhərə varid olub Muxtarı soraq
etdikdə, dedilər, darülimarənin qəsrində tək və tənha
oturmışdır. İbn Zübeyr qəsrə tərəf yüriş etdikdə
Əbdullah ibn Hatəm İbn Zübeyrə həmlə edüb, Kinasə


294
deyilən meydançada də`va qızışdı. İki saət Əbdullah
də`va edüb şəhərdən xaric oldı. İbn Zübeyr qəsrə tərəf
hücum  etdi.  Muxtar  əhvalatı  böylə  gördikdə  əhli-
əyalını vida`i-axirin edüb qəsrdən dışarı çıxmaq istədi.
Nə qədər Mühəmməd ibn Əs`əd mane` olmaq istədisə
də, razı olmayub dedi:
-  Ya  Mühəmməd,  bənim  dəxi  dünyada  heç  bir
arzum qalmamışdır. Fəqət imdi arzu etdigim
şəhadətdir.
Kəlmeyi-təyyibə deyüb on doqquz nəfərlə bərabər
qəsrdən xaric olub Kinasə meydançasına tərəf azim oldı.
Meydançaya varid olan kibi o münafiqlərə həmlə etdi.
Onlar dəxi Muxtarı əhatə edüb tirbaran etdilər. Böylə ki, bir
vəqt Muxtar gördi on doqquz nəfər mücahidini-İslamdan
bircə nəfər qalmayub, həpsi şəhid olmışdır. Yüzini dərgahi-
Təalayə dutub ərz etdi: “Ey bənim Allahım, təşəkkürlər
edirəm ki, mana feyzi-şəhadəti qismət edüb həqq və ədalət
yolında canımı fəda edirəm” - bu sözləri deyüb də küffarə
həmlə etdi. Küffar dəxi o cənabə həmlə edüb o qədər ona tir
atub zəxmdar etdilər ki, qanının çox getməsindən taqət
gətürməyüb  bir  divara  təkyə  etdi.  Bu  vəqt  iki  nəfər
münafiqlərdən o cənabə həmlə edüb şəmşir ilə iki yerdən o
cənabın başına zərbət vurub onı şəhid etdilər...
LÜĞƏT
A
afitab – günəş
alat – alətlər


295
amadə – hazır
amil – vali, hakim
aqibət – son, sonda
asar – bur. nişan, əlamət
asi – üsyankar
aşina – tanış
aşub – qarışıqlıq
asudəxatir – xatircəm, arxayın
atəşparə – cəld, od parçası
avizan – asılmış
axirüləmr – işin axırında, nəticədə
ayinə –  bur. cür, minval, yol
azadnamə –  əfv olunma məktubu
azim – bur. yola düşmək
B
baliğ – yetişmiş
bargah – saray
bariqə – şimşək, ildırım
bə`d(ə) – sonra
bədihi – aydın, aşkar
bədsurət – görünüşü, sir-sifəti çirkin
bəlayi-nagəhani – gözlənilməz bəla
bəliğbəyan – bəlağətlə bildirmək
bəqa – əbədi, qalıcı
bəqiyyətüs-seyf – düşmənin qılıncından qurtularaq sağ
qalanlar
bəradər – qardaş
bəradərzadə – qardaşoğlu
bərkəmal – təkmil, kamil şəkildə
bərtərəf – aradan getmək, yox olmaq


296
bəşarət – şad xəbər, gözaydınlığı
bəşaşət – xoş üz göstərmək
bəstə – bağlı, bağlanmış
bəxil – xəsis
bey`ət – birinin hakimiyyətini qəbul edib ona tabe olma
beydəq – bayraq
Beyti-Xuda – Allahın evi
bəzzaz – arşınmalı satan alverçi
bəzl – hədiyyə, bəxşiş
biçiz – əliboş, heç bir şeyi olmayan
biduni-təvəqqüf – dayanmadan
bilaaram – ara vermədən, dayanmadan
biləks – əksinə
bilkülliyyə – tamamilə, bütünlüklə
bilvarisət – varis olaraq
bilvərasə – irsi olaraq
binaənəleyh – buna görə, bundan ötrü
bizar – bezmək, usanmaq
böht – heyrət, dəhşət
büğz – düşmənçilik
bürqə` –  niqab, rübənd
büzürgvar – möhtərəm, böyük hörmət sahibi
C
caiz – icazə verilmiş
caizə –  bəxşiş, hədiyyə, mükafat
camə – paltar
cangüdaz – dərd, müsibət
cəhulanə – cahilcəsinə, nadancasına
cəm`avər – bir yerə cəmləmək, toplamaq
cəng – vuruş, döyüş, dava


297
cəvanib – ətraf, kənar
cəvanmərd – səxavətli, əliaçıq; qeyrətli
cidal – dava, müharibə
cigərguşə – ciyərin bir parçası
cövşən – zireh növü
cüda – ayrı, ayrılmış, uzaq düşmüş
cuşü xüruş – çalışma, fəaliyyət
Ç
çəharmıx – çarmıx
cəng – müharibə
çəng – pəncə
çeşmə – bulaq
D
damad – kürəkən
damən – ətək
dana – bilikli
darülimarə – hökümət idarəsi, əmirin sarayı
dəfəat – dəfələrlə
dəğdəğə – təşviş, nigarançılıq
dəliranə – igidcəsinə, qəhrəmancasına
dərbar – saray
dərdəst – ələ keçirmək, əldə etmək
dəröhdə – öhdəsinə götürmək
dəruni-qəlb – qəlbin dərinliyi
dəsisə – hiylə, məkr
dəst – əl
dəşt – səhra, çöl, biyaban
dəstbərdar – əl çəkmək, əl götürmək, tərk etmək


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə