Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə12/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

49
dərəcədə  əndişnak oldı. Zira, on iki yaşında bir uşaq
idi, lakin İslamdust idi. İlərüdə  şühədanın başları
Kufəyə  İbn Ziyadın yanına gəldikdə, görincə atası
Übeyd Ziyadə xitabən: “Ata, bunları bu halə salanlar
qət`i surətdə bəlayə düçar olacaqlar. Zira Ali-Rəsulı (ə)
bu növ` ilə qətl etmək heç bir məzhəbdə caiz degildir.
İnandığımız Qur`an dəxi buyurmamışdır” - dedikdə
anası qulluqçulardan göndərüb yanına apardı.
Qucağına alub: “Oğlum böylə sözlər mövcibi-məlamət
olar. Zatən sözlərin doğrı isə də, iqtizayi-zəmancə
söyləməməgin yaxşıdır” - deyə sakit etdi.
Həmin Ziyad məktubı oxuduğı halda təbl səsi
eşitdi. Səbəbini xəbər aldı. Dedilər, iki bin kişi gəlüb
qəsri almaq üçün Kufə əhalisiylə birləşmək istəyürlər.
Ziyad bu xəbərdən mütəvəhhiş olub buyurdı, təbli-
cəng  vurdılar.  Əskərlər  müsəlləh  olub  müharibəyə
qəsd etdilər. Oxatanlar isə ox atmağa başladılar. İki
bin vuruşan kişilər qəsrin damında mövcud idi.
Übeyd Ziyad Kufənin xaricindən baxırdı. Qəsrdə olan
əlamətlə bilürdi ki, şəhərdə vuruşurlar. Onın dəxi qanı
cuşə gəlüb buyurdı, dört dərvazədə vuruşmağa
başladılar. Müharibə şiddətlə hökmfərma etdi.
Əbdullah Əfiflə Səid Mixnəf qəsrə yürüş etdilər.
Əbdürrəhman  Səid,  Əmir  Tariq,  Tariq  Ə`məş  və
Əbdürrəhman Zəhir dəxi on bin atlı ilə digər tərəfdən
qəsrə tərəf hərəkət etdilər. Bir cəm` dərvazələrdə
Übeyd Ziyadla vuruşurdılar. İslam ordusından beş bin
nəfər damlara çıxub müharibə edirdilər. Müharibənin
surəti-haliyyəsini Əbdullaha söyləyürdilər. Kor


50
oldığına görə görməyürdi. O, dəhşətli müharibələr
gördigi üçün vuruşmaya lazım olan tədabiri-laziməyi
bilürdi.
Nəhayət hər iki tərəfdən çox adamlar öldi. Öli, öli
üstinə tökülmişdi. Əbdullah Əfif dərhal qarurə
atanları çağırub dedi:
- Əgər qəsrin qapularını yandırarsanız, sizi bir
çox ən`am və caizələr ə`tasıyla məmnun və azad
edərəm.
Qaraqullar bu və`dəyi eşidincə var qüvvələrilə
qəsrə  hücum  etdilər.  Üzmək  bilürdilər,  özlərini  suya
buraxub üzə-üzə qəsrə tərəf keçdilər. Dərhal qarurə
atub qəsrin qapısını odladılar. Həman qaraqullardan
bir bölük ox atan damlarda qoyulmışdı. Onlar dəxi
qəsrdən baş çıxaranları ox ilə vururdılar. Qəl`ə əhalisi
əman  istədilər.  Übeyd  Ziyadın  oğlı  övzayı  böylə
gördikdə dustaqları götürüb atasının dedigi yerdə
həbs etdi.
Qapunın odı  şiddətlənüb digərlərinə dəxi
sirayətlə yeddisini yandırmağa başladı. Ziyad
vaqiədən nəhayət dərəcədə qorxub Əbdullah Əfifə
böylə bir məktub göndərdi: “Ey Əbdullah, ey Səid, bu
qədər bilməlisiniz ki, bənim anamın və bacımın təqsiri
yoxdur, bu işlərə atam səbəb olmışdır. Bən dəxi vəqtilə
e`tiraz etmişəm. İndi bizi və qəl`ədə olan əhalini
himayə ediniz, qalan mal-dövlət sizin olsun. Artıq
dərəcədə təmənna edirəm. Übeyd Ziyadın oğlı Ziyad”.
Həman məktubı bir oxa bağlıyub İslam ordusına
atdılar.  Əbdullah  və  Səid  məktubı  dərdəst  edüb


51
oxumaqla məzmundan xəbərdar oldılar. Dərhal
Əbdullah Əfif Ələmülhüdanı istəyüb böylə bir məktub
yazdırdı: “Ey Übeyd Ziyadın oğlı! Əgər təqsir sizdə
olmış olsa da, bizdən qorxma, sən malən və canən
əmandasan. Lakin həbsxanədə olan dört nəfəri azad
etməklə  bizi  məmnun  etdikdən  maəda,  şanlı  bir  ad
qazanmış olarsınız. Vəssəlam. Əbdullah Əfif”.
Məktubı ox vasitəsilə qəsrə yetürdilər. Məktub
Ziyada vasil olub mətləbi anladı. Azad etmək
qəsdində  oldısa  da,  anası  mümaniət  göstərdi  və:
“Onlar  sahibi-  nüfuz  oldığına  görə  İslam  ordusına
böyük bir qüvvət verdigi kibi ali-Üməyyə dövlətinin
dəxi inqirazına səbəb olarlar”.
Ziyad isə uşaq oldığından anasının sözlərinə
qulaq asub sakit oldı. Məktuba da cəvab vermədi.
Əmma qaraqullar qapıları yandırdılar, qəl`əyə
daxil oldılar. Əbdullah Əfifin əmri ilə qazmalara
(xəndək) körpi qoydılar. Səid beş yüz kişi ilə piyadə
olub o tərəfə keçdi. Bir adam göndərüb onlara təslim
olmağı  təklif  etdilər.  Onlar  isə  o  adamı  nəhayət
incitdikdən maəda: “Nə qədər canımız var, bir adamı
qəl`əyə buraxmarıq” - deyə rədd etdilər. Səid bu
xəbəri eşidərkən hökm edüb əskərlər hamusı birdən
hücum eylədilər. Qan seyl kibi axmağa başladı. Qəl`ə
əhalisi əman istədilər. Silahları tərk edüb təslim
oldılar.
Übeyd Ziyadın oğlı Ziyad, Əbdullah Əfifin
hüzurına gəlüb səlamla izhari- məmnuniyyət və
rizaiyyət etdi, qəsri kəmalınca təslim etdi. Übeyd


52
Ziyadın arvadı, qızı dəxi onınla gəlüb izhari-tabe`iyyət
eylədilər. Hərçənd orduyi-İslam bu müzəffəriyyətdən
artıq dərəcədə məmnun oldılarsa da, lakin qəl`əni
gəzüb Muxtarı və başqa məhbusları tapa
bilmədiklərindən mə`yus oldılar.
Otuz altı nəfər ərəb və  İraqın böyüklərindən ki,
məhbus idilər, azad etdilər və hərəsinə silah, at verüb
müsəlləh etdilər. Ondan sonra Ziyaddan Muxtarın
harada oldığını sordılar. O, “bilmirəm” cəvabını verdi.
Həbsxanə  nazirindən  sordılar.  O  dəxi  onın  kibi
“bilmirəm, neçə gün bundan əqdəm Muxtarla bərabər
üç nəfər başqasını da çıxarub aparmışlar” - deyə cəvab
verdi. Səid pərişan oldı, məbada Muxtarı öldürmiş
olalar.
Əbdullah bu sözləri eşidincə dedi: “Bəni qəsrə
aparın”. Apardılar, xəlq onı gördikdə ayağına
yıxıldılar. Əbdullah Muxtarı sordı. Onlar dəxi dedilər:
“Bilmirik”. Əbdullah onlar üçün nəhayət şiddətlə
ağladı və dedi: “Əgər Muxtar azad olsaydı, bütün
idareyi-hərbiyyə və əskəriyyəmiz bərkəmal olardı”.
Bə`də Ziyaddan xəzinəyi istədilər. O dəxi
malakəlam təslim etdi. Anasına ağır gəldisə də,
qorxusından danışa bilməyüb qəmgin oldı.
Səid  xəzinəyi  açub  bin  iki  yüz  zirehi-Davudi,
Məğribi və Samərri və üç bin qiymətdar cövşən və
istədikləri qədər də ləvazımat götürdilər, əskərlərə
təqsim  etdilər.  Ömər  Sə`din  evində  olan  silahları
dərdəst etdilər.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə