Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə11/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

45
qarurə atanlardan həlak etdilər. Əbdürrəhman övzayı
böylə gördikdə Əmir Tariqə dedi:
- Bəradər, Əbdullah Əfifi halımızdan xəbərdar
etməlisən.
Əmir Tariq dərhal at sürüb xəbərə getdi.
Əbdürrəhman isə qarurə atanların qaçmaq
məqsədində oldıqlarını görincə: “Haydı, qardaşlar,
İslam naminə ikinci bir hücuma qeyrət edək, bəlkə
bunları  məğlub  edək”  -  deyə  onları  hücuma  təhrik
etdi.  Onlar  dəxi  hücum  etdilər.  Əbdürrəhman
taskülahını başından götürüb başını yəhərin qaşının
yanında gizlədərək Əmir Tariq arxasında olan bin kişi
ilə özini əşrara vurdı. Artıq tələfat verdisə də, lakin
oxatanlar ilə müqabilə edə bilmədilər. Bin nəfər kişi ilə
arada qaldılar. Nə qayıtmağa yol, nə də durmağa
taqətləri qaldı, ölməklərini yəqin etdilər.
Əbdürrəhman Tariqə dedi:
- Bəradər, bunlar bizi öldürəcəklər, məqsədimizə
yetişə bilmiyəcəgiz. Lakin qarurə atanları bu ox
atanlara həvalə etməkdən başqa əlacımız yoxdur.
Filfövr  yüzini  əskərlərə  dutub  bu  mənzuməyi
oxudı:
Bəradərlərim, haydı qeyrət edin,
Hüseyn naminə bəzlü himmət edin.
Qırub qövmi-əşrarı bərbad edək,
Rəsuli-Xuda ruhını şad edək.
Durub qarşı-qarşıya düşmənlə tam,
Alaq ali-Süfyandan intiqam.


46
Edərsək bu də`vada izhari-zə`f,
Yəqinən bizi düşmən eylər tələf.
Bu də`vada kəsb eylərsək zəval,
Yəzidin olar izzəti bərkəmal.
Əmandır, bu gün sə`yü qeyrət edin,
Hüseyn naminə bəzlü himmət edin.
Orduyi-İslam biduni-təvəqqüf: “Ya Hüseyn,
səndən  mədəd”  -  deyə  ə`daya  hücum  etdilər.  Digər
tərəfdən dəxi qarurəçilər oxatanları yandırub pərişan
etdilər. Yüz səksən nəfər onlardan həlak eylədilər.
Sübh oldıqda İbn Ziyadın xəyali- əbləhanəsiylə
müzəffəriyyət əlamətlərini göstərdilər. Güya bu
müharibədə qalib olmışlardır. Əmir Tariq yetişüb
əhvalatı  Səidə  və  Əbdullaha  bəyan  etdi.  Səid
(Əbdullah Əfifin yanında qalan beş yüz nəfərdən
başqa) əsakiri-mövcudəyi alub Əbdürrəhmanın
imdadına gəlincə, İbn Ziyadın ordusına hücum etdi.
Dəhşətli bir vuruşma əmələ gəldi. Damlardan daşlar
tökülürdi.  İbn  Ziyad:  “Qorxmayın,  dünyanı  əskər
edüb buraya toplaram” - deyə ə`vanına təsəlli verirdi.
Peydərpey qəsrin mühafizəsini tapşırurdı.
Günəş tülu` edüb həva işıqlandı. İbn Ziyad üç bin
nəfər əskər ilə Kufədən xaric oldı. Səid, Əbdürrəhman,
Tariq Ə`məş, Əmir Tariq, Əbdürrəhman Zəhir və
Əbabəkr Mixnəf dəxi yoldaşlarıyla qayıtdılar. Hər biri
bir tərəfi saxlamağa getdi. Dərvazənin birinə Tariq
Ə`məş beş yüz atlı ilə, Əbdürrəhman Şam dərvazəsini,


47
Əbubəkr Mixnəf Qadisiyyə dərvazəsini saxlamağa
getdilər. Səid isə bin nəfər atlı ilə  şəhərin içində
dolanurdı. Öli, öli üstinə tökülmişdi. Buyurub ölənləri
saydılar. Yeddi bin doqquz yüz doxsan nəfər əşrardan
həlak, doqquz yüz İslam ordusından şəhid olmışdı. O
vəqt hökm edüb şühədayi-İslamı dəfn etdilər. Ə`dayi-
İslamı əyaq altına buraxdılar. Bütün Kərbəlayə getmiş
əşqiyaların evlərini qarət, dustaqları azad eylədilər.
Muxtar üçün nə qədər gəzdilərsə tapa bilmədilər.
Zira, onı qəsrin içində olan böyük həbsxanədə həbs
etmişdilər. Qəsrə - böyük həbsxanəyə getmək üçün
tədabiri-lazimədə oldılar və əhaliyə ixtar etdilər ki, hər
kim  Kərbəlayə  Həzrət  Hüseynin  (ə)  də`vasına  getmiş
ə`daların  başlarından  gətirərsə,  hər  başa  bin  dinar
alacaqdır və əlavə Şamə göndərilən üsəranı və şühəda
başlarını qaytarmaq üçün bir bölük əskər göndərdilər.
Əskərlər Kufə  ətrafında dolanub iki yüzə qədər
əşrardan tapub qətl etdilər.
Əbdürrəhman əskərlərini toplayub qəsri almaq
üçün müşavirə etdilər. Çünki qəsrin ətrafında olan
qazmalar (xəndəklər) su ilə dolıydı, köpriyi
götürdiklərinə görə keçmək mümkin olmayurdı.
Übeyd Ziyadın xassələri qəsrin damına çıxub
müdafiəyə  durub  təbl  vurdılar.  Təblləri  isə  çox  səsli
idi. Yeddi  gün bu növ` ilə vuruşdılar. Nə İslam ordusı
qəsri ala bildilər, nə də  əşrar onları geri qaytara
bildilər. Übeyd Ziyad ətrafa məktublar yazub tezlik ilə
imdad istədi. Qəsrin alınmasıyla xəzinənin zəbti və
Muxtarın azad olması üçün nəhayət dərəcədə


48
qorxurdı.  Dərhal  yolı  tanımış  bir  gögərçin  istəyüb
Kufə  şəhərində oğlı Ziyada aşağıdakı məktubı yazdı:
“Oğul, məktubım sana vüsul olınca xəzinə və
dustaqlardan xəbərdar ol. Də`vadan qəflət etmə. Zira,
səni Hüseyn (ə) dostları dövradövr əhatə etmişlərdir.
Qorxma, ənqərib seyli-bəla kibi əskər töküb Kufəyi
zirü zəbər edəcəgəm. Kufə əhalisinə tarixlərdə təhsinlə
yad ediləcək mücazat verəcəgəm. Əmma, həzər, qəsri
təslim etmiyəsən, qəsr zəbt olunarsa, xəzinəmiz
düşmənlərə ziyadə qüvvət verdigi kibi içindəki
dustaqların azad olması dəxi işimizi ziyadəsiylə fəna
edər. Kufə əyalətini bütün-bütünə tərk etməgə məcbur
olarıq! Bunlardan maəda, Muxtar Əbu Übeydə, Hani
ibn Qüdamə və Süveyd ibn Mərahim həbsxanədə-
dirlər. Onları həbsxanədən çıxart, divanxanədə təxtin
qoyuldığı yerdə bir həlqə var, o həlqədən dutub qapıyı
açarsan, yüz pillə ilə aşağa gedərsən, orada sənduqlər
qoyulmışdır, heç kimsə bilməyür, onların içində olan
mücövhəratın hər biri İraqın bir illik məxaricidir.
Lazımlı gün üçün saxlamışam. Dustaqları orada
gətirüb zəncir və kündələrini daha da ağırlaşdırarsan,
yenə təxti yerinə qoyarsan. Ələttəkrar sana tövsiyə
edirəm  ki,  o  dört  kişi  xilas  olarsa,  bizim  işimiz
bilkülliyyə fəna olar. Mehriban atan Übeyd Ziyad”.
Məktubı təmam edəndən sonra gögərçinin
qanadına bağlayub buraxdı. Gögərçin qəsrin damına
gəldi, dutub Übeyd Ziyadın oğlı Ziyadın yanına
gətürdilər. Məktubı açub oxudılar. Hamusı dedilər ki,
bu  işi  gecə  edərik.  Bu  məs`ələdən  Ziyad  nəhayət


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə