Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə7/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   2   3   4   5   6   7   8   9   10   ...   71

29
şaşqınlığından istifadə edüb, digər tərəfdən də
məhəbbəti-Hüseyniyyənin yürəgində
qələyan
etdigindən dəvam edə bilmədigi üçün: “Haydı
qardaşlar! Vurun, qırın, öldürün bu düşmənləri” -
deyə  hər  üçi  vuruşmaya  məşğul  oldılar.  Bu  halda
Səlman  Xüzayi,  Ənəs  ibn  Malik  bu  müharibənin
səbəbini anlayub Əbdürəhman Səid və Tariqlə
mütəffiq olaraq həman düşmənləri bir hücumi-
fövqəlxəyal ilə bütün-bütünə qılıncdan keçirüb xaki-
həlakətə yıxdılar. Bə`də sübhin yaxınlaşmasını hiss
etdiklərinə görə evlərinə müraciət etdilər.
Bu üç nəfərin Kufə  şəhərində bu dərəcədə
qiyamət qoparub qanlar axıtmalarına iki səbəb var idi:
Biri,  əşrar  ordusunun  əmirləri  sayəsində  keyfi-
mayəşayə məşğul olmaqla özlərinə məğrur olmaları,
ikincisi  isə  Kufədə  bu  qədər  də  Həzrət  Hüseynin  (ə)
dostları olmağına zənn etməməkləri idi. O üç nəfər
dəxi bu iki şeyin sayəsində məramlarına müvəffəq
oldılar. O günlərdə Əbdürrəhmanın atası Səid Mixnəf
Azərbaycanda idi. Həman Ədrürrəhman evə
yetişdikdə atası dəxi gəlüb yetişdi, əhvalatı oğlından
sordı. O isə ibtidadan intəhayə qədər bəyan etdi. Səid
bu  sözləri  eşidərkən  atdan  yıxılub  bihuş  oldı.  Huşə
gələndən sonra: “Əfsus, bən burada olmadım ki, o
Həzrətə canımı fəda edərdim” - deyə öylə ağladı ki,
bütün əsakiri-mövcudi şiddəti-tammə ilə ağlaşdılar.
Dustdarani-Hüseyn (ə) Səidin gəlməgindən xəbərdar
olub əzaxanə təşkil etdilər. Üç gün Həzrət Hüseynə (ə)
əza saxladılar.


30
Üçünci  fəsl
İbn Səid üç bin əskər sahibi bir kişi idi və onın
də`va  görmiş  təcrübəkar  Əli,  Ömər,  Əbubəkr
adlarında üç qardaşları var idi. Əbdürrəhman onları
evə də`vət edüb o gecə etdigi şeyləri onlara və atasına
bəyan eylədi. Səid Mixnəf isə bu səfərindən iki xəlvar
zireh,  üç  bin  dinar  pul  götürmüşdi.  Əmma  o  gecə
Haris öləndən sonra neçə nəfər qaçub buğdasatan
bazarına gəldilər. Orda da dəxi otuz kişi məqtul
düşmüşdir. Hamusı onların yoldaşlarıdır. Bu işin
tədbir ilə oldığını anladılar. Şəhərin içində “vay oğul”,
“vay qardaş”, “vay əmu” səsi qiyamət qoparmışdı.
Günüz olınca hamı fəryadkünan qəsrin qabağına
yığıldılar, dübarə iki yüz kişi ağlaya-ağlaya gəlüb
dayandılar.
İbn Ziyad bunların qopardığı vaveyladan ayılub,
ağlaşmanın səbəbini sordı: “Biz bilməyirük, çoxdan bu
şuriş vardır” - cəvabını aldı. İbn Ziyadın halı dəyişüb
titrəməyə başladı. Dərhal libasını geyinüb silah almaq
istədikdə Müaviyədən İraqə gedəndə aldığı belbağı,
qılınc, qalxan və zireh kibi qiymətdar silahlarını
görmədi: -“Vay olsun sizə, bənim silahım necə olmış
və yanıma kim gəlmişdir?” - deyə bağırdıqda, hamusı:
- “Bilməyirik” - cəvabını verdilər. Bu bağırtıya bütün
qəsrdə yatmışlar ayıldı. İbn Ziyadın ətrafını bürüyüb


31
şəm`ləri yandırdılar. Bütün evləri birər-birər gəzdilər,
gəlüb Əbdullahı həbs etdigi yerdə görmədikdə
əndamına lərzə düşüb dedi:
-  Vay  olsun  sizə!  Düşmən  gəlmiş,  həbs  etdigim
Əbdullahı da aparmışdır. Bən sizə e`timad edüb
yatıram.
Qəsrin damına gəldikdə gördilər qaraqulların
başları kəsilüb kənarəsindən asılmışdır. Aşağı
baxdıqda gördi Kufə  əhalisi fəryad edir. İbn Ziyad
övzayi böylə gördikdə əmirləri Harisin harada oldığını
sordı. Onlar dedilər:
- Əmirin ömri uzun olsun, bu gecə bizə bir
bəlayi-nagəhani nazil olmışdur.
Əhvalatı təmamilə bəyan etdilər. İbn Ziyad hökm
edüb şeypur çaldılar. Əskərlər şeypur səsi eşidincə
qəsrin qabağında hazır oldılar. Keçən gecəki vüquat
səri` saiqə kibi şəhərə yayıldı. Eşidənlər dəryayi-
heyrətə qərq oldılar: “Əcəba, bu necə işdir, Əbdullahı
və  Əmirin silahını necə apardılar?” - kibi sözləri
yekdigərindən mütəhhəyiranə sorırdılar. Əskərlər isə:
- Biz, qılınc çəküb Həzrət Hüseynin (ə) dostlarını
qırmıyınca bu qüssədən xilas ola bilmərik - deyürdilər.
Ümumi bir böht və heyrət qaplamışdı.
Səbahı gün Bənu Əzd qəbiləsi Səidin
Azərbaycandən İraq alayı ilə gəldigini və bir çox mal
gətürdigini eşidüb dəstə-dəstə görişinə gəldilər. Səid
yaxasını cırub, gələnlər Həzrət Hüseyn (ə) xüsusından
ona başsağlığı verirdilər. Səid dustdarani-Ali-Rəsulın
(ə) əksərini toplanmış gördikdə dedi:


32
-  Qardaşlar,  əlhal  Həzrət  Hüseynin  (ə)  nahəq
tökülmüş qanını almaq üçün lazimeyi-iqdamatdə
olmalıyıq! Kimdir sizlərdən...
Bu halda Əbdullah Əfif yavərlərilə müsəlləh
aşkar oldı. Yetişüb biri-birlərilə görüşdilər. Əbdullah
Əfif dedi:
-  Ey  Səid,  əsir  oldığım  gecədə  bana  nazir  olan
Həmid ibn Həmzə məl`un idi. Bən ona tapşırılınca
dedi: “Ey Əbdullah, bəni tanıyurmısan? Bən Müslimi
və Yəqtanı öldürən Həmid ibn Həmzəyəm (Yəqtan
İmam Hüseynin (ə) bacısı oğlı idi). Hərgiz
Mühəmməd əl-Müstəfanın dostlarına rəhm etmərəm.
Əlhal sənin başını kəsməgi özimə vacib bilürəm. Ey
Əbdullah, siz nə bidinsiniz, utanmayursınız Yəzid ibn
Müaviyə kibi zəmanə imamının itaətindən
çıxursınız?”. Bu kibi hədyanat söyləyüb bəni incitdisə
də lakin həmd olsun Allaha, mükafatına də nail oldı.
Eykaş, Haris ibn Ömər Mosulinin ölümüni görəydim.
Əddürrəhman bu sözi eşidincə Harisin başını
çıxarub Əbdullahə verdi, o isə izhari-məmnuniyyət
etdi.
Bənu Əzd qəbiləsi Səidin evinə gəldikdə Səidin
evi və  ətrafı xəlayiq ilə dolmışdı. Şəhər əhalisi iki
bölük olmışdılar, bir bölügi İbn Ziyadın, digəri Səidin
yanına toplanmışdılar.
Əmma İbn Ziyad Kərbəla vaqieyi-əliməsindən
sonra  orduyı  dağıtmışdı.  Bə`zisini  ibn  Sə`d,  Şimr  və
Sinan ibn Ənəs ilə Şamə, bə`zisini Bəsrəyə, mabəqisini


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə