Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə3/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   2   3   4   5   6   7   8   9   ...   71

11
Kişi:
- Rəşidin oğlıyam.
Muxtar:
- İbn Ziyad qaraqullarının hansı tərəfdə oldığını
bilərmisən?
Kişi:
- Xeyr, heç bir kimsəyi görməmişəm.
Muxtarın  bu  sözləri  sormaqdan  məqsədi
eşitdigini  fal  dutmaq  idi.  O  halda  çolaq  və  kor  bir
kişiyə təsadüf etdi. Muxtar ondan haradan gəldigini
sordı. O kişi dedi:
- Rəqqədən gəlirəm.
Muxtar:
- Kimsən, hansı qəbilədənsən, Müslimdən nə
xəbər varındır?
O kişi:
- Başqa bir xəbər yoxumdır. Deyilməgə görə İbn
Ziyad ilə vuruşur. Müslim isə  əlhal Mühəmməd
Kəsirin evinə pənah aparmışdır.
Muxtar:
- Müslimin imdadına tə`cili yetişməliyik - deyə
sür`ətlə yeriməgə başladılar. Rasilərə yetişdilər.
Onların böyükləri qərib oldığına görə Muxtarı
tanımayub dedi:
- Ey cəvan, bu əskərlər ilə haraya gedirsən və bu
iki vuruşanların hansı birinə imdad edəcəksən?
Muxtar:
- Müslimin köməginə və onın düşmənlərini
dünyadan  təmam  etməgə  ümidvarəm  -  deyincə  biri-


12
birilərinə sarıldılar. Muxtar əsnayi-hücumdə onı bir
zərbə ilə xaki-məzəllətə yıxub qalan ə`vanını isə qətl
və  tələf  eylədi.  Ondan  sonra  Kufəyə  azim  oldılar.
Muxtarın qulamı gördi beş nəfər kişi yolun kənarında
əgləşmişdir. Onlara yetişdikdə o kişilər bu şe`ri
oxudılar:
Böylə adətdir mükərrəm saxluyurlar talehi,
Bin müsibətlə cəhandə qətl edərlər salehi.
Muxtar bu şe`ri eşitdikdə dedi:
- Ah, qorxuram ki, Müslimi qətl etmiş olalar.
Muxtar oradan keçüb gördilər ki, bir kişi gəlür.
Bəni Əsəd qəbiləsindən oldığına görə Muxtarı
tanıyurdı. Yetişincə dedi:
- Ey Muxtar, haraya gedürsən?
Muxtar:
- Müslimə kömək etmək üçün Kufəyə gedirəm.
Kişi:
-  Allah  Müslimin  müsibətində  sana  səbr  versün.
Müslimi öldürdilər, başını  Şamə göndərüb bədənini
bazardə qəssablər qənarəsindən asdılar.
Muxtar bu xəbəri-cangüdazı eşidərkən atından
atılub naləvü fəryadə başladı. Şiddəti-təəssüfdən bihuş
oldı. Huşə gələndən sonra topraq içində balıq kibi
çapalayaraq deyürdi:
Çıxmadan, ey dil, dutuldı novhilalım, vaəsəf,
Afitab etdi qürub, artdı məlalım, vaəsəf.


13
Əllərim qoynımda, əskərlər yanımda, müztərib
Qaldı könlimdə bütün şövqi-cidalım, vaəsəf.
O kişi:
- Ey Muxtar, İbn Ziyadın təzyiqatından həzər et,
özüni həlakətə salma!
O vəqt Muxtar əskərlərini mürəxxəs edüb, yalnız,
silahsız  Kufəyə  gəldi.  Gördi  bazarın  ortasında  bir
beydəq  nəsb  və  onın  altında  bir  çadır  bərpa  etmişlər.
Ömər ibn Haris çadırın qapısında dayanub:
- “Kim beydəqin altına gəlürsə, əmandədir. Canı,
malı məhfuzdir” - ixtarını xəlayiqə e`lam edir. Muxtar
bu nidanı eşidincə çadıra tərəf yürüməgə başladı.
Beydəqdarə “Bəni Səqəfdən böyük bir zat gəlür” -
deyə xəbər verdilər. Ömər ibn Haris baxdıqda Muxtarı
tanıyub silahını əlinə aldı.
Muxtar dedi:
-  Ya  Əba  Həfs,  doğrulıq  dəyanətdə  oldığı  kibi,
mö`minlərin müsibəti dəxi Müslimin ölməgindədir.
Lakin bədbinlərin gözini qapatmaq üçün sizin
yanınıza gəldim və sizi gördigimə təşəkkür edirəm.
O dəxi Muxtarın təşəkküratına qarşı bir cox
izharat ilə təşəkkürlər bəyan edərək dedi:
- Ey Muxtar, sən çadırda dayan, bən İbn Ziyadın
yanına getməliyəm.
Muxtar çadıra daxil olub Ömər, İbn Ziyadın
yanına getdi. Qəsrə daxil olınca səlam verüb dedi:


14
-  Hörmətli  əmir!  Çoxdan  bəridir  siz  Muxtarın
həqqində  su`i-zənn  edirsiniz,  lakin  bu  gün  ən  əvvəl
beydəq altında hazır olan Muxtar olmışdır.
İbn Ziyad dərhal Muxtarı istədi. Ömər gəlüb
Muxtarı özilə bərabər qəsrə gətürdikdə qapıçı Muxtarı
görincə yügürüb İbn Ziyadın qulağına:
- Əmir həzrətləri, Muxtardən qafil olmamalısız -
deyə ərzi-fəsad eylədi.
Ömər, Muxtar ilə daxil olub səlam etdilərsə də,
İbn  Ziyad  cəvab  vermədi.  Muxtar  xəcalətdən  yerə
oturdı. İbn Ziyad səfahətə dil açub dedi:
-  Ey  Muxtar!  Zənn  etmə  bən  səndən  qafiləm.
Dünən Müslimə bey`ət edüb bu gün beydəqimin
altına gəlürsən, təəccüb degilmi? Bu qədər müsəlləh
durmuş qullarımı görməyürsənmi? Bənim qarşımda
cah-cəlal iddiasına düşməgin əbəs degilmi?
Ne`man:
- Şövkətli əmirim! Muxtarın hamudan iləri
beydəq altına gəlməgi sənin dustdarın olmağını isbat
edir. Öylə olan surətdə ona başqa etmək zənn cayiz
degildir.
İbn  Ziyad  Ne`manın  bu  sözlərindən  xoşdil  olub
Muxtarə xəl`ət ətasıyla ali bir yerdə məqam verdi. Bu
halda qəsrin qapısından bir bağırtı eşidildi. İbn Ziyad:
- “Baxınız, görüniz kimdir” - dedikdə:
- Nofəlin ailəsidir. Deyürlər, oğlı Qədaməni
Muxtar igirmi nəfərlə qətl etmişdir - cəvabını aldı. İbn
Ziyad dərhal Ne`manı çağırub dedi:


15
- Bax, bizim cəlalımız xələldar olacaqdır, zira
düşmənə himayə edənin cəzası budur. Ondan sonra
yüzini Muxtarə dutub dedi:
-  Ey  Muxtar,  köməklərimi  öldürüb  bana  dostluq
edirsən?
Muxtar:
- Onlar ölməgə müstəhəqdirlər. Bəni gəlməkdən
məmnu` etməsəydilər, ölməzdilər.
İbn Ziyad:
- Məl`un, birini öldürəydin, daha igirmi nəfəri nə
səbəbə öldirdin?
Muxtar:
-  Məl`un  sən  özin  ola-ola,  neyçün  mənə  məl`un
deyürsən?
İbn Ziyad bu sözləri eşidərkən acıqlanub yanında
olan dəvatlə Muxtarın alnına vurub yaraladı. Muxtar
dərhal orada olanlardan birisinin qılıncını alub İbn
Ziyadə  hücum  etdikdə,  İbn  Ziyad  qılıncın
qorxusından qaçdı. Amir ibn Tüfeyl xadimlərinin
imdadilə Muxtarı dutdılar. Qan yarasından axırdı.
Ne`man bir parçə ilə Muxtarın yüzindən qanı sildi. İbn
Ziyad hökm edüb Muxtarı həbsxanəyə göndərdilər.
Bu vaqiədən sonra Müslimin balalarını öldirdilər.
Necə ki eşidilmişdir, Həzrət İmam Hüseyn (ə) o
vəqtlərdə Məkkədən çıxmışdı, bu vüquatdən xəbəri
yox idi. Kəmali-sür`ətlə Kufəyə gəlürdi. Muxtar isə
həbsxanədə  dəruni-qəlbdən  arizu  edirdi  ki:  “Ey  kaş,
nə olaydı, Həzrət Hüseyn (ə) Kufəyə gəlüb İbn Ziyadı


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə