Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə4/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   2   3   4   5   6   7   8   9   ...   71

16
qətl, bəni azad etmiş olardı, o vəqt bən bilərdim
Ziyadın ə`vanına nələr edərdim”.
İbn  Ziyad  Həzrətin  gəlməgindən  xəbərdar  olub
Ömər bin Sə`di nəhayət tam bir tədarükati-hərbiyyə
və  əskəriyyə  ilə  müharibəyə  göndərdi.  Muxtar  bu
vaqiədən xəbərdar olandan sonra ah, əfsus edüb: “Nə
çarə edim, düşmən əlində əsirəm” - deyə gah ağlayub,
gahi dua edirdi. Ravi söyləyür, dəfəat ilə Muxtardən
eşitdim ki, deyürdi: “Hər kim bənim xəbərimi İmam
Hüseynə (ə), İmam Hüseynin (ə) xəbərini bana versə,
ona bütün malımı, mülkimi verərəm”.
Binaənəleyh, İbn Sə`d Həzrət Hüseyn
əleyhissəlamlə müqatilə edüb bir tərəfdən Kufə
cəmaətinin bivəfalığı, digər tərəfdən əshabının azlığı
səbəbləriylə  şəhid oldı. Oldısa da bütün İslam
millətinə həqqü həqqaniyyət və şərəfi-insaniyyət icrası
üçün böyük bir qanun tərtib edüb şəhadətə  nail oldı.
Doğrudan  da  Həzrət  Hüseyn  (ə)  kibi  həqqü
həqqaniyyət fədakarı bir şəxs olmayub və
olmayacaqdır. Zira o Həzrət qardaşı  İmam Həsən (ə)
xilafəti Müaviyəyə təslim etdikdən sonra, onı təqdir
etməyüb, gecə-gündüz bilaaram nə qədər gizli
cəm`iyyətlər yaparaq, ətrafə məktubat göndərüb
imdad toplamağa çalışdı. Çalışdısa da müvəffəq
olmaq dərəcəsinə yetürdi. Lakin Kufə cəmaətinin yüzi
qara olsun! Hər ayinə bivəfalıq etməsəydilər aləmi-
İslamdə bu qədər qanlı faciələr, müdhiş inqilablar
törəməz  idi.  Həqiqətən  Həzrət  Hüseyndən  (ə)  sonra
törənən inqilab və iğtişaşlar İslam hökumətini nəhayət


17
dərəcədə pozdı. Zira inqilab və iğtişaşla çarpışan bir
millət nə vəqt istiqlali-milliyyə və islahati-
mülkiyyəsinə fürsət tapacaqdır?! Şübhəsiz ki, heç bir
vəqt!
Lakin Həzrət Hüseynin (ə) dəvamına, düşmən
müqabilində olan səbatına baxalım! Ən əvvəl
göndərmiş oldığı naibini, yə`ni əmisi oğlı Müslimin nə
surətlə ölmək xəbərini alınca ən ümdə istinadgahı olan
Kufə cəmaətinin dönməsini eşitdikdə, yalnız İmam
Hüseyn (ə) degil, ümumin nə halə düşəcəgi
mə`lumdır.  Bununla  bərabər,  o  Həzrət  Kərbəlanın  o
qanlı, odlı çölində  ə`da ilə yenə müqatilə etdi, nə
qaçdı, nə də bey`ət etdi. Halbuki şühədanın hər biri
neçə bin yırtıcı vəhşi olan düşmənin əlində qalmışdı.
Bu dəvamı, bu səbatı yalnız dil ilə edilən təşəkküratlə
təqdir etmək olarmı? Xeyr! Bin kərrə xeyr! Fəqət
Həzrət Hüseynə (ə) iqtida edüb həqqü həqqaniyyət
yolında fe`lən əməl etməkdən başqa heç bir şeylə
mümkin olmaz.
İbn Sə`d müqatilədən sonra üsəranı və şühədayi-
Kərbəlanın başlarını nizələr ucunda Kufəyə - İbn
Ziyadın  yanına  göndərdi.  İbn  Ziyad  Ali-Rəsuli  (ə)
təhqir etmək üçün təşkil etdigi məclisə Muxtarı
boynında zəncir gətirüb:
- “Ey Muxtar, budur Əli oğullarının (ə) başları” -
deyə tə`n etdikdə, Muxtardan:
- “Etdigin zülmün əvəzini görəcəksən” - cəvabını
aldı.


18
Hərçənd Muxtar bu halətdən yanub-yaxılırdısa
da, lakin məhbus oldığı üçün danışa bilməyürdi. Öz-
özinə: “Bu halın müşahidəsiylə bütün ömrimdə bu
gündən yəman günim olmayacaqdır, böylə
dirilikdənsə bin ölmək yaxşıdır” - sözlərini nəhayət
təəssüflə  söyləyürdi.  İbn  Ziyad  Muxtarın  zəncirini
daha da ağırlaşdırub həbsxanəyə göndərdi. Bu tövr ilə
Muxtar yeddi il Müəllim Kəsir azad oluncaya qədər
həbsxanədə qaldı.
İkinci fəsil
Əbdullah Əfif və Əbdürrəhman Səidin xüruci
Əşqiyayi-Kərbəla Kufəyə yetişdikdən sonra İbn
Ziyad  cəmaəti  məscidə  yığub  özi  minbərə  çıxaraq
dedi:
- Cəmaət, həmd olsun Allahə ki, həqq zahir oldı
və Yəzid Ali-Rəsulə (ə) qalib olmaqla nüsrət tapub
Həzrət İmam Hüseynin (ə) ə`vanü ənsarını qətl, əhli-
əyalını əsir eylədik.
Bu əsnadə  Əbdullah Əfif
*
 nəhayət şiddətlə
ağlamağa başladı. Bunun ağlamağından hazirunun
*
  Ə
bdullah 
Ə
fif, B
ə
dri-Sü
ğ
ra, B
ə
dri-Kübra, C
əmə
l v
ə
 Süffeyn
müharib
ələ
rind
ə
 H
ə
zr
ə
t R
ə
sul (s) v
ə
 H
ə
zr
ə

Ə
li (
ə
) il
ə
 i
ş
tirak etmi
ş
,
fövq
ə
lad
ə
 hün
ə
rl
ə
r göst
ə
rmi
ş
dir. N
ə
hay
ə
t q
ə
bayili-
ərə
b aras
ı
nda birinci

hr
ə
manlardan hesab olunurd
ı
. H
ə
tta mü
ş
arileyhin bir gözi C
əmə
l

’vas
ı
nda, o biri gözi is
ə
 Süffeyn d
ə
’vas
ı
nd
ə
 h
ə
rb
ə
 d
əgərə
k kor
olm
ışdı
r. 
Ə
n birinci q
ə
hr
ə
man old
ığı
 kibi, böyük dövl
ə
t sahibi idi. Ziyad
ə
mal
ı
, mülki v
ə
 bin
ə
 yax
ı
n sat
ı
n al
ı
nm
ış
 qullar
ı
 var idi. H
ə
mi
şə
müt
ə
cavizl
ə
r ondan qorxard
ı
. F
əqə
t gözl
ə
rinin kor olmas
ı
 on
ı
 bir q
ədə
r

xm
ışdı
. (
Ə
.Müznib)


19
əksəri dəxi ağlaşdılar. Əbdüllah Əfif yüzini İbn Ziyadə
dutub dedi:
- Ey Mərcanənin oğlı, Yəzid kibi həramzadənin
əmrilə  əsrin mə`sum İmamını (ə) öldürdün. Əmin ol,
əkmiş oldığın danənin bəhrəsini yeyəcəksən.
İbn Ziyad iğtişaşın zühurindən ehtiyat edüb onın
dutulmasına hökm eylədi. Neçə nəfər hücum edüb onı
dutmağa qəsd etdilər. Lakin Əbdullahın yeddi yüz
nəfər müsəlləh yoldaşları var imiş. Əbdullah: “Bəni
mühafizə  edin”  nə`rəsini  çəkincə,  dərhal  hər  yüz  kişi
bir qapını dutdılar. İbn Ziyad uca səslə: “Cəmaət,
vurun,  bunlar  Yəzidə  asi  olmışlardır”  -  fərmanını
verdi. Əskərləri qılınclarını çəküb, oxlarını  əllərində
hazır edərək dışarı çıxmaq istədikdə, gördilər ki,
qapıları  əhatə etmişlərdir. Dışarı çıxmaq heç bir vəch
ilə mümkin degildir. Həman yerdə vuruşma qızışub
çarpışmağa başladılar. Bu vuruşmanın səsi səri` saiqə
kibi bir saət içində Kufə şəhərinə yayıldı. Hər iki tərəfə
kömək gəlüb, məscid bir meydani-mə`rəkə kəsildi.
Qan ümmani-xüruşan kibi axırdı. İbn Ziyad
müqatiləyi nəhayət dərəcədə qızğın görüb müsəlləh
oldı. Cüm`ə güni oldığına görə qarə libas geymişdi,
qılınc çəküb yüz nəfər ali-Üməyyə ilə əllərində qalxan,
zərbələri rədd etməgə məşğul oldı.
Lakin Əbdullah Əfif peydərpey özünün
mühafizəsini və bir növ` ilə qəsrinə yetürmələrini
mühariblərinə tövsiyə edirdi. Əskərlər isə ondan
mütəvəccih olurdılar. Axirüləmr İbn Ziyad altı yüz
nəfər əskər artırmaqla vuruşan əskərləri təqsim edüb


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə