Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə6/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   2   3   4   5   6   7   8   9   ...   71

24
Əbdürrəhman  qəsr  içində  gəzərkən  gördi  ki,
Əbdullah Əfif mehrabın içində Qur`an oxuyur, dilşad
oldı.  Qılınc  ilə  naziri  vurmaq  istədisə  də,  lakin  səsə
düşüb zəhmətlərinin hədər olmasından qorxdı,
qılıncını qılafına qoyub naziri boğazladı, o qədər sıxdı
ki, canı çıxub bihiss düşdi. Sonra başını bədənindən
cüda etdi.
Bu halda Əbdullah kimsən demək istədikdə,
Əbdürrəhman özini nişan verüb, onı sakit etdi.
Əbdullah:
- Bəradər, yavaşca dolan, nazirim Ali-Rəsulın (ə)
düşmənidir, oyanarsa, zəhmətin hədər olar, zira İbn
Ziyad dəxi qəsrdə yatmışdır.
Əbdürrəhman dərhal kəsilmiş başı təqdim ilə
Əbdullahı xoşhal etdi.
Əbdullah:
-  Bəni  tezlikcə  buradan  aparın.  Bu  məl`unın
təəccübli olan əhvalını sizə söyləyəcəgəm.
Əbdürrəhman Səid Əbdullahın əlindən dutub
qəsrin ortasına gəldi. Səfir (fit) vurmaqla yoldaşlarını
xəbərdar etdi. Dərhal Əbdürrəhman Zəhir və Tariq
gəlüb Əbdullahın zəncirini açaraq arxalarına aldılar,
nəhayət sür`ətlə evinə gətirüb əqvamına tapşırdılar və
bir  neçə  gün  gizli  qalmasını  tövsiyə  etdilər.  İşin
aqibətini gözləyürdilər, Əbdullahın övlad və  əqvamı
bu əhvaldən şad oldılar. Onlar yaxın oldığına görə
Əbdürrəhman Səidin evinə azim oldılar. Ələttəsadüf
bəkçibaşı (gecə qaraqulunun əmiri) yüz əlli nəfər ilə
müsəlləh hənuz gecənin yarısı idi, dolanırdılar. Zira


25
İbn Ziyad üç yüzi piyadə, iki yüzi atlı beş yüz
müsəlləh əskər tə`yin etmişdi ki, hər yerdə Hüseyn (ə)
dostlarına təsadüf edərlərsə, orada qətl etsinlər. Üç
yüz piyadə dəxi şəhərin xaricində dolanırdılar. Həmin
yüz  əlli  nəfərin  bə`zisi  atından  düşüb  yerdə,  bə`zisi
başını yəhərin qaşına qoyub yatmışdı. O halda bu üç
nəfər onlara təsadüf etdi. Bəkçibaşı dərhal onların kim
oldığını və haraya gedəcəklərini sordı. Əbdürrəhman
(onları aldatmaq üçün):
- Bən Haris ibn Ömər Mosuliyəm.
Bəkçibaşı:
- Əfəndim, nə vaqiə yüz göstərmiş, fərmanın
nədir, buyur, imdad etməgə hazırıq.
Əbdürrəhman:
- Başmaqçı bazarına getmişdim, indi qəsrə
müraciət  edirəm,  bir  neçə  nəfəriniz  bənimlə  gələ
bilərmisiniz? Bəlkə bir hadisə zühur oldı, yalnız
oldığıma görə əziyyətə düşərəm.
Xülasə, otuz nəfər onlardan götürüb mabəqisinə
tapşırdı ki, bu otuz nəfər qayıdub onlara mülhəq
olanadək  həmin  yerdə  dayanub  gözləsinlər.
Əbdürrəhman onları buğda satan məhəlləsinə gətürüb
dedi:
- Qılınclarınızı açub bir dükkandə qoyınız, qulaq
veriniz, hər tərəfdən səs gələrsə, o tərəfə getməliyik.
Lakin onlar Əbdürrəhmanın tədbirindən qafil
idilər. Kəmali-itminan ilə Haris bilürdilər, çünki Haris
Kərbəla vaqiəsində hazır olanlardan idi. Lakin İbn


26
Ziyad onı  Şama getməgə qoymayub yanında
saxlamışdı. O isə gecələr şəhərin içində dolanurdı.
Piyadələr qılınc-qalxanlarını bir dükkanə yığub
hamusı asudəxatir oturdılar. Əbdürrəhman Səid
Tariqə dedi:
- Bəradər, bən bunları öldürəcəgəm, sən qapuda
dur, bunların bircəsini dışarı çıxmağə qoyma.
Dərhal qılınc çəküb: “Ya məzlumi-Kərbəla,
səndən mədəd” - deyə onları doğramağa başladı.
Onlar  sərasimə  olub  nə  edəcəklərini  bilə  bilmədilər.
Tariq ilərüdən, Əbdürrəhman Zəhir arxadan,
Əbdürrəhman Səid isə ortadan bir saətdə o otuz nəfəri
qətl edüb təmam etdilər. O yaxında bir həmmam
vardı, silahları gətürüb həman həmmamın gülxənində
gizlətdilər. Əbdürrəhman Zəhir Əbdürrəhman Səidə
dedi:
-  Bəradər,  bu  gecə  gördigimiz  bu  iki  işlə  Həzrət
Seyyidüş-şühədanın (ə) ruhını  şad etdik. Biri
Əbdullahın xilası, digəri isə bunların qətlindən
ibarətdir.
Əbdürrəhman Səid:
- Bəradər, bunlar kifayət etməz. Bu kibi zalimlər
ilə başqa cürə dolanmalıyuq. Bənim arxamca gəlin,
görün onlara nələr edəcəgəm.
Bu sözləri dedikdən sonra getməgə başladılar. O
əsnadə digər bir yüz igirmi nəfər qaraqula təsadüf
etdilər. Əbdürrəhman Səid dedi:
Qardaşlar, ilərüləyiniz, sıxılmamaq üçün də`va
edəcək meydanı əldə edək.


27
O vəqt hər üçi qılınc çəküb onları qarşıladılar.
Əbdürrəhman Səid:
- Əmandır, Haris Mosuli dustdari-Hüseynin əlinə
düşmiş, dəhşətli çarpışmadadırlar, durmıyın, imdad
edək.
Onlar bu xəbəri eşidərkən hövlnak buğdasatan
məhəlləsinə getdilər. Bunlar isə xilas olub sübh yavuq
oldığına görə tələsik evə yürüdilər. Əbdürrəhman:
- Əfsus, Haris əlimizə düşmədi, ondan gizlicə
intiqam alardıq. Bunlarla asudə ola bilməyürəm,
buraya gəlin, bir daha vuruşma törədəcəgəm.
Dərhal sövqüd-dəvab ilə
*
 yola düşdilər. Bəkçilər
çox  olan  tərəfə  gəldilər.  Harisi  öldürməgə  çox
çalışırdılar.
Bazar ağzına yetişüb gördilər neçə nəfər burada
yatmışdır. İttifaqən Əbdürrəhman yoldaşlarıyla
buraya yetişdikdə ilərüdə getmiş olan əşqiyalər dəxi
buğdasatan məhəlləsinə yetişmişdilər. Otuz nəfəri
parə-parə doğramış və qanlarına aludə gördikdə bu
təcavüzün düşmən tərəfindən oldığını anladılar. Budır
ki, şəhərin içinə dəhşətli bir gurultı düşdi.
Əbdürrəhman:
- Qardaşlar, işimiz fəna oldı, düşmənlər əhvaldan
xəbərdar olmışlardır. İndi səs-səsə verüb düşmənləri
şaşırmaq üçün gurultılar qoparmalıyıq.
*
 Sövqüd-d
ə
vab – heyvanlar
ı
n ged
əcə
yi yollara deyilür.(
Ə
.Müznib)


28
Dərhal vuruşma qovğasına bənzər bir bağırtı ilə
bağırmağa başladılar. Haris iki yüz nəfər atlı və
piyadə ilə durduğı halda məzkur səsləri eşidüb dedi:
-  Vay,  dustdarani-Hüseyn  (ə)  bizə  hücum
etmişlər, qulaq veriniz görək nə eşidərik.
Bu halda gördilər üç nəfər əllərində yalın qılınc:
“Əmandır, bizə imdad ediniz” - deyə bağıra-bağıra
gəlirlər. Bəkçi əskərləri bu halı görincə atlandılar.
Haris dəxi atlanmaq istədikdə, Əbdürrəhman Səid
qolunı Harisin boynına salub:
-  Ey  Haris,  Əbdullah  Əfifin  ə`vanı  dışarı  çıxub
şəhərdə üç yerdə vuruşma  qoparmışlardır.
Haris əskərlərin yürüməsinə hökm edüb özi dəxi
atlanmaq istədikdə, Əddürrəhman Səid onı saxlamaq
üçün: “Allah eşqinə, təvəqqüf et, sana vəsiyyətim
vardır, yaralanmışam” - deyə onı vurmağa qəsd
edərkən, Tariq ilərüləyüb bir zərbə ilə Harisin başını
bədənindən yerə saldı. Bə`də dedi:
- Ey Əbdürrəhman, əman günidir, sübh
yaxınlaşub, evə getməgimiz məsləhətdir.
Həman yerdə bu vuruşma həqqində Harisin
hökminə müntəzir olan qırx atlı Harisin başını yerdə
görincə, dərhal bu müharibeyi-nagəhzühurun hiylə ilə
törəməsini düşünüb: “Əlhəzər! Əlhəzər! Yol veriniz,
aramızda olan düşmənlər keçsin” - deyə fəryad edərək
atlandıqları halda, Əzraili-Həqq kibi başlarının
üstində olan qəhrəmanlar fürsəti qənimət bilüb
onlardan altısını qətl və neçəsini yaraladılar.
Əbdürrəhman Səid bir tərəfdən düşmənlərin


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə