Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə10/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

41
bir  vəchlə  mümkin  olmadı.  Əbdürrəhmanın  Peykan
Nəkin  adınlı  bir  qulamı  vardı.  Çox  yaxşı  oxatan  idi.
Hətta dəfəatla tüki vurmışdı. Əbdürrəhman həman
qulamı çağırub dedi:
-  Ox  ilə  ələmdarı  vurub  yıxar  isən,  səni  azad
edərəm.
Qulam dərhal atından düşdi. Bir ox kəmanə
qoyub  atınca  ox  ələmdarın  yürəgindən  dəgüb  həlak
oldı. Əşrarın beydəqi sərnigun oldı. İbn Ziyadın
əskərləri  bütün-bütünə  məğlub  olub  dağıldılar.  Bir
saətin zərfində orduyi-İslam böyük bir müzəffəriyyətə
nail oldılar.
Dördünci fəsil
Əbdürrəhmanın qulamı Peykan Nəkin oxuyla
ələmdarı vurub həlak etməsindən Bənu Əzd qəbiləsi
və  İslam fədakarları ziyadə hərbi və əskəri qüvvələrə
malik oldılar. Əşrarı təmamilə qırub tələf etdilər.
Əbdürrəhman isə yaralanmışdı. İbn Ziyad qaçub
qəsrinə girdi. Hər iki ordu qayıtdılar. Küçələrdə və
bazarlarda ölü-ölü üstinə tökülmüşdi. İbn Ziyadın
yaralarını bağladılar. Ən qorxulı yarası başında idi.
Qəsrin ətrafında olan yolların ağzında və damında
qaraqullar qoydılar. İbn Ziyad Bəni Üməyyənin
böyüklərini ehzar edüb şikayət edərək dedi:
- Görürsiniz, Bənu Əzd qəbiləsi nə qiyamətlər
qopardı. Ələlxüsus, Əbdürrəhman cüz`i əsakirlə bizə


42
böyük tələfat verdi. Bənim zənnim böylə degildi.
Əlhal tədbirlər edüb çarələr aramalıyıq.
Ondan sonra əmr edüb ordularından qətl
olunanları  saydılar.  O  gün  beş  bin  nəfər  kişi  qətl
olmışdı. İbn Ziyad nəhayət qorxuya düşdi. Hər iki
ordu qaraqullar çıxardılar. İbn Ziyad ətrafa məktub
yazub imdad istədi. Əmr ibn əl-Həccac, Mühəmməd
ibn Əş`əs və Ömər Sə`d çadırda əgləşüb
Əbdürrəhmanın göstərdigi şücaəti tə`rif edirdilər.
Gecə yarıdan keçdi, qaraqullar bir kişi dutub
gətürdilər. Ömər Sə`d və yoldaşları ondan kim
oldığını və hardan gəldigini sordılar. O kişi:
- Bən İbn Ziyadın yanında “Ham əl-yəqin”
məhəlləsindən  gəlürəm.  Əmir  buyurur  ki,  bu  gecə
İslam ordusına şəbxun vuracağam, hazır olsunlar,
təblin səsi çıxınca özlərini imdadıma yetürsinlər. Zira
İslam fədailəri yaralı və yorğun oldıqlarına görə bir
saətdə hamusını qətl edüb həlak edəcəyik.
Əmr ibn əl-Həccac dərhal əskərləri nizama salub
təblin səsini gözləyürdi.
Bənü Əzd qəbiləsi Siyami-dinin evində iqamət
etdilər. Səid Əbdürrəhman Tariq və  Əbdullah dəxi
orada hazır idilər. Əbdullah Əfifə qarurə atan qullar
cəhətindən təşəkkür etdilər. Əbdürrəhman dedi:
- Qardaşlar, bu yol müqəddəs bir yoldır.
Əşrardan qırdıqca insaniyyətə, İslamiyyətə xidmət
etmiş hesab olarıq. Ölərsək, şəhadət feyzinə nail
olarıq. Lakin İbn Ziyadın əskərləri yorğun və pozğun
oldığına görə bu gecə onlara şəbxun vurmağı məsləhət


43
görürəm. Zira başqa yerlərdən gəlməmiş onları tələf
etməliyik. Əgər xaricdən imdad gəlüb onlara mülhəq
olarsa, işimiz çətinləşər və pərişanlığa düçar olarıq.
Əbdürrəhmanın bu məsləhətinə ümumiyyətlə
razı oldılar. Əbdürrəhman o gecə şəbxunın icrasını öz
öhdəsində olmağı atasından təmənna etdi. Atası və
hazirun bir səslə: “Bu şəbxunı sana vagüzar etdik” -
deyə ərzi-itminan etdilər. Əbdürrəhman:
-  Siz  müsəlləh  olub  burada  durmalısınız.  Bən
gedirəm, siz məş`əllər yandırınız. Bənim: “Ya
Mühəmməd”, “ya Əli” səsimi eşidincə dört bir
tərəfdən köməgə gəliniz.
Əbdürrəhman getdikdən sonra Əbdullah Əfif
qarurə atanları çağırub dedi:
- Müsəlləh olub qarurə atmağa gediniz, bəlkə İbn
Ziyadı yandırasınız. Mümkin olmasa qəsrini
yandırmalıyuq.
Qullar dərhal müsəlləh olub qarurə
Əbdürrəhmanın əqəbincə hərəkət etdilər. Tariqlə Əmir
hər ikisi dayanmışdılar, həmin iki yüz min nəfər
qulları gördikdə dilşad oldılar. Onlardan yüz nəfər
qarurə atanlar dama çıxdılar, qalan yüz nəfər isə
əskərlərin yanında dayandılar.
Əbdürrəhman Şam ordusının qaraqullarına
yetişincə  əşrarı iğfal etmək üçün: “Mühəmməd əl-
Müstəfadən (s) sonra ali-Süfyan və ali-Mərvandırlar” -
deyə izhari-bəşaşət etdi. Ömər Sə`d dəxi ali-Süfyanə
sənalər söyləyüb şadlıq etdikdə  Əbdürrəhman
qəflətən pusqudan çıxub qızmış şir kibi onlara hücum


44
etdi.  Yetişdigi  kimsəyi  bir  zərbə  ilə  təmam  etdi.  Əmr
ibn əl-Həccacı  əsir eylədi. Ömər Sə`d ordusı dəxi
bunlara hücum edüb biri-birilərini boğazladılar.
Buğdasatan məhəlləsi başdan-başa od içində yanurdı.
Əbdürrəhman o iki bin nəfəri qıra-qıra, tə`qib etdikcə
iləriləyürdi. İbn Ziyadın ordugahına yaxınlaşdı. İbn
Ziyad əhvalı böylə gördikdə təəssüflə  əllərini bir-
birinə vurub: “Ah bənim qəsdimi düşmən icra etdi” -
deyə  əskərlərə  hücuma  hökm  etdi.  Dərhal  beş  bin
əskər özlərini İslam ordusına vurmaqla bir qədər geri
oturdılar. O halda Əmir Tariq, Tariq Ə`məş sağdan,
soldan hücum edüb müharibə kəskinləşdi. Qarurə
atan yüz qulam İbn Ziyadın meydanə gəlməsini
bilincə damlara çıxdılar. Əşrarə hər tərəfdən imdad
gəlürdi. Əskərləri yeddi bindən ziyadə olmışdı. Qılınc
və nizələr o qaranluq gecədə yulduz kibi parlayurdı.
İslam ordusına artıq güc gəlürdilər. Az qalmışdı
Əbdürrəhman həlak, İslam ordusı isə məğlub olsunlar.
Nəhayət dərəcədə onları sıxışdırmışdılar. O halda
qarurə atanlar də`vayə girişdilər. Kimə atırdılarsa atı
ilə özi oradaca yanırdı. Şam ordusına böyük sınıqlıq
verdilər. Şam ordusı onların dəf`indən aciz qaldılar və
bir-birinə: “Əgər bir qaraqullar bir saət tə`xir
etsəydilər, İslam əskərlərini həlak etmişdik” - deyə
əfsus edirdilər. “Əlhal, yanar odun qabağında bir iş
edə bilməyəcəyik” deyürdilər.
İbn Ziyad hökm edüb onları oxa dutmaq üçün
bin nəfər oxatan piyadə oldı. İlk oxlarında otuz nəfər


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə