Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə18/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

73
yorğun oldığından qalxanını başı altına qoyub
yatmışdı. Əskərlərin toqquşmasından ayıldı, hövlnak
əl qılınca edüb hücum etdi. Bir qədər vuruşmadan
sonra Əbdürrəhman şəhid oldı. İslam ordusı dağılub
pərişan oldılar. Qalanlar gəlüb meydanda durmış
orduya mülhəqq oldılar. Bu məğlubiyyətdən ordudakı
əskərlərə artıq dərəcədə qorxu qalib oldısa da, lakin
Vərqanın etmiş oldığı təşviqati-xudapəsəndanəsi
sayəsində o qorxular bütün-bütünə zail oldı.
Dəqiqəbədəqiqə
əşqiyayə
hücum etməgi
gözləyürdilər. Mühəmməd Süleyman Vərqa Qaribə
dedi:
- Bəradər, bu gecə Ömər Sə`di qarşılayub onlara
qələbə çalmalıyıq. Zira o həmin müzəffəriyyət həvasilə
Übeyd Ziyada mülhəqq olarsa, o vəqt bizə güc
göstərərlər.
Vərqa:
-  Bu  məs`ələ  xeyli  müşkildir,  çünki  Ömər  Sə`d
hiyləgər bir şəxsdir.
Mühəmməd:
- Nə qədər hiyləgər hiylə etsə, həqiqətin
qarşısında bir şey edə bilməz.
Vərqa:
- İndi ki, getmək istəyürsən...
Mühəmməd:
- Bilürəm sən nə demək istəyürsən. Bu saət!
Minnətdaram - deyə qələm alub böylə bir iltizamnamə
yazdı: “Filan gün, filan vəqt də`vadə Kərbəla çölində
bən  Mühəmməd  Süleymana  Vərqa  Qarib  bu


74
müharibənin tərki üçün bir çox nəsayihi-dustanə
etdisə də, bən dəvam edə bilmədigimdən,
Əbdürrəhmanın qanını almaq sevdasına düşdim. Bin
nəfər  əskərlə  Ömər  Sə`d  və  Əbülhənuqin  də`vasına
getdim, qalib gəldim, gəlmişəm. Biləks, məğlub oldım.
Bəni məlamət etməyin, bacarığınız var isə Hüseynin
(ə) qanını düşmənlərdən almağa həmiyyət edin”.
İltizamnaməyi burub Vərqa Qaribə təslim etdi.
Ondan sonra iki bin nəfər Xüzai ərəblərinin ən şüca`,
ən məşhur də`vagörmüşlərindən seçüb yola düşdilər.
Günorta vəqti Anəyə yetişdilər. Əmma Ömər Sə`d
onlardan iləri iqamət etmişdi. Əbdürrəhmanın
dağılmış ordusı dəstə-dəstə gəlüb Mühəmmədin
ordusına mülhəqq oldı. Mühəmməd isə onları öylə
pərişan, öylə pozğun gördikdə daha də`va edə
bilmədigindən beş yüz nəfər Ümmi Amirə verüb bin
beş yüz nəfər öz təhti-qomandasında olaraq hər ikisi
bizdən  əşqiya  ordusına  hücum  etdilər.  Nəhayət,  var
qüvvələr ilə çarpışdılar, onlara od saçan bulud kibi od
yağdırdılar. Öli-öli üstinə töküldi. Keçməgə yol
tapılmayurdı. O güni şama qədər vuruşdılar. Üç bin
dəvə,  bin  at  ələ  keçürdilər.  O  də`vada  beş  bin  nəfər
kişi qətl olmışdı. Rəvayətə nəzərən beşdən biri İslam
ordusından
 ölməmişdi
 və 
digər
 tərəfdən
çadırotaqlarını dəxi odladılar. Mühəmməd nəhayət
dərəcədə dilşad oldı. Səbahı güni əşqiya ordusı
Əbdürəhmanın başını nizəyə keçirüb səfbəsteyi-nizam
oldıqları halda ən iləri həman başı saxladılar. O başa
dəxi bin nəfər mühafizə əskəri tə`yin etmişdilər. İslam


75
ordusı o hali-əsəfiştimalın müşahidəsindən mütəəssir
oldıqlarına  görə  hər  tərəfdən  özlərini  toplayub  bir
qüvveyi-xariqüladə ilə hücum etdilər. O başın
mühafizəçilərini darmadağın etdilər. Əbdürrəhmanın
və başqalarının başlarını aldılar, gətirüb ordugahda
dəfn etdilər.
Übeyd  Ziyad  o  müharibələrdə  Yəzidə  ancaq  iki
məktub yazmışdı. Biri Kufənin zəbt olunmağını,
ikincisi isə həmin vaqe` olan müharibədə yazmışdı.
Məktublar Yəzidə vüsul olub məzmunından
müttəle` oldı. Dərhal on bin nəfər əskər Mühəmməd
ibn Əbu Hüreyrəyə verüb yola saldı və Übeyd Ziyadə:
“Kufədə dar ağacı qur, bütün dustdarani-Ali-Rəsuli (ə)
dutub  birər-birər  e`dam  et”  -  fərmanını  yazdı.  Onın
arxasınca iki bin nəfər Tahir ibn Müğirəyə verüb irsal
etdi. Bunlar Təkrib və Sabata yetişdikdə bir adam
göndərüb Übeyd Ziyadı xəbərdar etdilər. Əskər
toplamaq üçün ətrafa adamlar göndərdilər. Kufədən
dəxi on bin əşrar Übeyd Ziyadın imdadına gəldi.
Vərqa Übeyd Ziyada gələn imdadın xəbərini
eşidincə tədbir etməgə başladılar. Zira bunların cəm`i
səkkiz  bin  əskərləri  var  idi.  Onların  da  iki  bin  nəfəri
piyadə idi, ona görə biri-birilərindən tədbir
arayurdılar. Mühəmməd:
- Bəncə qəbiləmizə tərəf övdət edüb imdad
topladığından sonra müharibə etməliyik.
Əmir Tariq:


76
- Yaxşı dedin, lakin bunlar ordunı gözləyüb
onlara daha bir hücum etdikdən sonra işin aqibətini
dərklə lazimeyi-tədabirdə olarıq.
Axirüləmr hər ikisi müharibəyə qərar verdilər.
Vərqa Qarib Bəni Əzd, Bəni Əman qəbiləsinə məktub
yazub imdad istədi və Übeyd Ziyada nəhayətsiz
imdadın gəlməsini bəyan etdi. Mühəmməd Süleyman
dəxi əqvamına həman məzmunda məktub yazub
imdad istədi. Əmir Tariq isə bir neçə nəfərlə səhrada
dolanurdı.
Səbahı güni müharibə başlandı. Beş yüz Vərqa
Qaribin ordusından, beş bin doqquz yüz əşqiya
ordusından məqtul və məcruh düşdi. On gündən
sonra  Şamdan  göndərilmiş  əskərlər  gəlüb  yetişdilər.
Übeyd Ziyadın ordusına mülhəqq oldılar. Übeyd
Ziyadın ordusı səksən bin olmışdı. İslam ordusına
vahimə qalib oldı. Ənqərib dağılmaq istədikləri halda
Əmir Tariq iki bin nəfər atlı və piyadə ilə yetişdi. Üç
bin nəfər Mühəmməd ibn Süleymanın əqvamından
imdad gəldi. Biri-birinə mütəaqibən imdad gəlməklə
orduları igirmi iki binə baliğ oldı. Əskər və
sərəskərlər, ümumiyyətlə, bir nəfər qalana qədər
dəvam etmələrinə
and içdilər. Vərqayı
Əbdürrəhmanın  əvəzində  sərəskər  tə`yin  etdilər.  İki
gün  əskəri  yerbəyer  etməgə  məşğul  oldılar.  Üçünci
gün müharibə üçün səf çəkdilər. Təbli-cəng vurulub
vuruşma qızışdı. Meydan bir laləzar səhnəsinə
dönmişdi. Meydandan axan yigitlərin qanı səmaya
şəfəq salub daməni-əflakı qızartmışdı. Günorta


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə