Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə17/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

69
həman  İslamiyyət  və  insaniyyət  qurbanı  olan  Həzrət
Hüseynin (ə) qatili Übeyd Ziyaddır. Həmiyyət edüb
həmin Kərbəladə intiqam almalıyıq” - deyə onları
həyəcana  gətürdi.  Ordu  oradan  hərəkət  edüb
Kərbəladə iqamət eylədi. Hər iki ordu biri-birindən
yarım ağac aralı idi. Aralarında üç irsal-mərsul dəvam
etdi. Axırda işi vuruşmaya tə`yin etdilər.
İslam ordusının sərdarları Fərat kənarında
olmaqlarını məsləhət gördilər. Ancaq o gecəyi keçüb
səbah getməgə qərar verdilər. Zira ordunın birinci
qüvvəti  su  oldığına  görə  düşmən  əlindən  almaq
istəyürdilər.  Səbahı  güni  müsəlləh  olub  təbl  vurdılar.
Vərqa isə iki bin nəfər əskərlə Fəratın kənarını kəsdi.
Übeyd Ziyad bu haldan xəbərdar olınca əlini əlinə
vurub təəssüf etdi. Hər iki tərəfdən həyəcan
hökmfərma etdi.
Əbdürrəhman bütün əsakiri-mövcüdəsiylə gəlüb
Fəratı sağ tərəfinə saldı. Übeyd Ziyad əskər və
zabitlərinə: “Qalib olarsam, sizə ziyadə  ən`am
verəcəgəm” -  deyə və`dələr verirdi.
O halda İslam ordusından Ümmi Amir meydana
gəlüb mübariz istədi. Əşqiya ordusı tanımadıqlarına
görə onı Mühəmməd ibn Süleyman zənn etdilər.
Əşqiyadan Şimr ibn Kəsir meydana gəlüb bir çox silah
iste`malından sonra atı tələf oldısa da, yenə o şəqiyə
əman verməyüb həlak eylədi. Mühəmməd ibn
Süleyman dərhal məzkurəyə at gətirüb razılığını
bəyanla ordugaha müraciətini və  əvəzinə başqasının
meydana getməgini söylədisə də, Ümmi Amir:


70
“Yürəgim yaralıdır, atamın intiqamını almalıyam” -
cəvabilə özünin meydanda qalmağını təmənna etdi.
Mühəmməd isə qərargahına də`vət etdi. Übeyd Ziyad
ordusından  Mizar  Yaquti  adınlı  bir  hərif  meydana
gəldi. Ox atmaqda misli yox idi. Bir çox zərbələr
mübadilə etdilər. Ümmi Amir onı da qətl eylədi.
Sübhan  Qarib  adınlı  bir  başqası  gəlüb  kəmənd
atmaqda heç bərabəri olmadığı halda bir şey
bacarmayub bir nizə zərbəsilə həlak oldı. Mühəmməd
ibn Süleymanın qulları ölənlərin silahlarını yəğma
edüb aparırdılar.
Mühəmməd meydana gəlüb Ümmi Amirə:
“Arvad olmağın mə`lum olarsa, bizi ləkədar edər” -
deyə qayıtmasını təklif etdi.
Ümmi Amir isə: “Bənim ölməgim sizi ləkədar
etməz, daha da şanlı, şərəfli edər” - cəvabı ilə onı iskat
etdi. O vəqt Mühəmməd dəxi onınla bərabər hər ikisi
əşqiya ordusına hücum etdilər. Übeyd Ziyad onların
hücumını  görincə  hökm  edüb  beş  bin  əskər  onları
aralığa aldılar. Bu tərəfdən Əbdürrəhman, Vərqa dəxi
onların imdadına gəldi. Dəhşətli bir vuruşma əmələ
gəldi. Qan seyl kibi axırdı. Silah zərbələrindən uçan
səslər səmayə  əksəndaz olmışdı. Həman vuruşmada
bin beş yüz nəfər əşqiyadan, üç yüz İslamdan məqtul
və  məcruh  oldı.  Axşam  hər  ikisi  ordu  qərargahına
müraciət etdilər. Übeyd Ziyad şaşmışdı. Sudan çıxmış
balıq kibi çapalayurdı. Hər iki tərəfdən qaraqullar
tə`yin etdilər.


71
Altıncı fəsil
Gecə  Əbdürrəhman, Vərqa Qarib və Mühəmməd
ibn Süleyman qəbayili-ərəbdən imdad istəmək üçün
müşavirə  etdilər.  O  halda  Ərif  ibn  Əfif  adlı  bir  şəxs
gəlüb Übeyd Ziyadın ətrafından imdad istədiginə görə
Bəsrədən, Sabatdan, Xuzistandan dört əmirin təhti-
qomandanında igirmi bin nəfər imdadın gəlməsi
xəbərini verdi. Əmirlər isə  Şamdust Süheyl Ne`man,
Əmir Ahu və Müqatil bin Qarib adlarında Ali-Rəsulın
(ə) düşmənləri idi. Dəclə kənarında iqamət etmişdilər.
Əbdürrəhman sərdarları ilə bir çox məşvərətdən
sonra onlara qəflətən hücum etmək üçün bizzat
özünin getməgini izhar etdi. Xüzeyməyə öz geyməsini
verüb  ordunın  qəlbində  qərar  dutmasını  tapşırdı.
Dərhal bin nəfər özi, iki bin Tariq Ə`məşə verüb, hər
ikisi üç bin nəfər əskər gecə ikən yola düşdilər. Sübhə
yavuq Təkribə yetişüb Sabat tərəfində iqamət etdilər.
Özlərini tanıtdırmamaq üçün ordu əlamətlərini
dikəltmədilər. Tariqi iki bin əskərlə  ətrafda gizlətdi.
Ərifi xəbər bilmək üçün göndərdi. O isə, gedüb tezlik
ilə müraciət etdi və onların yaxın olmalarını söylədi.
Əbdürrəhman filfövr əskərləri hücuma hazır etdi. Və
hücumının əlamətini gizlənənlərə mə`lum etdi. Sübh
yaxınlaşdığına görə çox tələsirdi ki, məbada əşqiya
ordusı  az  oldıqlarını  bilüb  cəsarət  kəsb  edələr.  Ona
binaən biduni-təvəqqüf əcəl yağmurı kibi əşqiyaların
üstinə tökildilər. Onlar isə başaçıq, ayaqyalın, silahlı-
silahsız biri-birilərini boğazladılar. Gecə vəqti dostla


72
düşmən fərq olunmayurdı. Fəqət sibqət edən İslam
ordusı biri-birilərini etmiş oldıqları tədbirin sayəsində
tanıyurdılar. Ancaq o qırğından iki bin nəfər yaralı
özlərini xilas etdilər. Nəhayət, İslam ordusı müzəffər
və mənsur oldılar. Ərifi xəbər vermək üçün Vərqanın
yanına göndərdilər.
O  tərəfdən  Mühəmməd  ibn  Süleymanın  və
Xüzeymə  əskərləri nizama salub əşqiyayə müqabilə
etməgə hazırladılar. Əbdürrəhmanın getməsindən
Übeyd Ziyadın xəbəri yox idi. Hər iki tərəfdən
mübarizlər meydana gəlüb ölüb, öldürdilər. Ümmi
Amir otuza qədər, Mühəmməd isə  əlliyə qədər
əşqiyadan qətl etdi. Əşqiya dəxi əsirin neçə nəfərini
işgəncə etdikdə  Əbdürrəhmanın getməsindən
xəbərdar  oldı.  Dərhal  Ömər  Sə`d  ilə  Əbülhənuqi  on
bin nəfər əskər ilə gələn əmirlərin imdadına göndərdi.
Ömər Sə`d Əbülhənuq mə`mur oldıqları yerə
getdilər. Gecə yarısı əşqiyanın yaralı və pərişan olmış
əskərlərinə təsadüf edüb əhvallarını bəyan etməklə
biri-birilərini tanıdılar. Artıq dərəcədə ağladılar. Sübh
onları qarşılamaq istədilər, bir karvana rast gəlüb
İslam ordusını sordılar, karvan isə gördiklərini
söylədilər.
Əmma Əbdürrəhman Übeyd Ziyadın əskər
göndərməsindən xəbərdar olub ehtiyat etdi. Qayıtdığı
yolını dəgişdi, başqa bir yolla gəlüb Anə adınlı bir
yerə yetişdi. Ömər Sə`d isə hər bir tərəfə  əskər sövq
etmişdi. Üç gündən sonra Əbdürrəhmanın pişdarına
yetişdilər, qorxusuz hücum etdilər. Əbdürrəhman


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə