Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə16/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

65
Rafe`  cəvanmərd  bir  kişi  idi.  Ümmi  Amiri  öz
ailəsi arasına buraxdı, lazımınca hörmət etdi. Ümmi
Amiri dəxi hərəkat və səkənatını alicənabanə görincə:
“Böylə şəxsi düşmən əlinə vermək qəbahətdir” - deyə
izhari-xülusiyyət etdi. Əbdürrəhmana yetirəcəgini ona
bəyan eylədi. Əmvalını evdən çıxarub ailəsini başqa
bir tərəfə göndərdi. Bir gecə hər ikisi müsəlləh olub
atlandılar, şəhərdən xaricə çıxdılar. Rafe` ilərüdə
mümaniətdən xəbərdar olmaq üçün qabaqca getdi.
Ümmi Amir çöldə yolın bir tərəfində durdı. Dəfəat ilə
müharibə gördigindən mərdanə müharibə etməgə
qabil idi.
Rafe` getdikdən sonra Ümmi Amir bir məzlumə
arvadın naləsini eşitdi. İlərüləyüb bir arvadı bir
zalımın pənceyi-qəhrində... Nəhayət eşitdigi qəbih
sözlərə və arvadın Həzrəti-Həqqə etdigi ilticasına
dəvam etməyüb bir zərbə ilə o zalımı həlak etdi.
Arvad Tariqin bacısı, Süheylin arvadı imiş. Onı azad
edüb yanında saxladı. O halda gördi ki, Əmr ibn əl-
Həccac yalnız gəlir. Dərhal qəflətən olaraq onı qətl
etdi. Tariqin bacısı Asiyə onın arvad olmadığından
ehtiyat edirdi. Ümmi Amir əmcəklərini göstərüb
xatircəm` etdi.
Rafe` gəlüb əhvalatdan xəbərdar oldı; artıq
dərəcədə  təəccüb  etdi.  Bə`də  yola  düşdilər.  On  ağac
yol getdikdən sonra Əbdürrəhmanın ordugahına
yaxınlaşdılar. Əbdürrəhman xəbərdar olub Tariqi,
Əmiri, Vərqai Qaribi üç bin əskər ilə onların
istiqbalına göndərdi. Nəhayət e`zazü ehtiramla


66
ordugaha daxil etdilər. Tariq son dərəcədə xoşhal olub
Rafe`yə razılığını bəyan etdi.
Əbdürrəhman on beş bin əskər təhti-nizamə alub
İbn Ziyada bir adam göndərməklə: “Muxtarı, Hanini
və Qüdaməni azad edərsə, hərb mövquf və illa hərbə
amadə olmalıdır” - məzmunda bir məktub irsal etdi.
Übeyd Ziyad məktubın məzmunından müttəle`
olunca altmış bin əskər tənzim və yüz igirmi beş zabit
tə`yin  etdi.  Həzir  ibn  Səlmana  on  bin  əskər  verüb
pişdar olaraq göndərdi. Bu dəf`ə Übeyd Ziyadın
zabitləri və  əskərləri var qüvvələrilə çarpışmalarına
and içdilər.
Beşinci fəsl
Həzir ibn Süleyman Süffeyn müharibəsində
Həzrət  Əli  (ə)  ilə  də`va  etmişdi.  Həzrət  onın  atası  və
qardaşını qətl etmişdi. Ona binaən o xandanə və
mənsublərinə nəhayət dərəcədə düşmən idi. Mərqum
əsakiri-məzburəyi götürüb hərəkət etdilər. Kərbəla
çölində qətlgahdə iqamət etdilər və o çöldə qəbrlər
gördikdə, ərəb qəbilələrindən sormaqla şühədayi-
Kərbəlanın qəbrləri oldığını bildi. Şühədayi-Kərbəlayı
dəfn etmək xüsusında ərəb rəislərinə qəhr etdi və
onların kişilərini qətl, arvad-uşaqlarını əsir etdi. Ərəb
kişilərinin təmamı yüz kişi idi. Həzir ibn Süleyman bu
müqatilədən sonra Əbdürrəhmana tərəf hərəkət etdi.
Xəbərçi bu qanlı hadisəni Əbdürrəhmana yetürdi.
Əbdürrəhman dərhal əmirləri ehzarla müşavirə


67
etdilər. Bu müharibə Vərqa Qariblə Mühəmməd ibn
Süleymanın öhdəsinə verildi. Onlar məəlməmnuniyyə
qəbul  edüb  dört  bin  qəhrəman  əskər  ilə  hərəkət
etdilər. Onların iqamətgahlarıyla Nəcəfin arası on iki
ağac  olardı.  İlərücə  bir  müxbir  göndərdilər,  gedüb
həman yerdə tökülmüş qanları gördikdə oradakı
adamlardan əhval sordı. Onlar vaqiəni əvvəldən-axıra
qədər  bəyan  etdilər.  Müxbir  müraciət  edüb  əhvalatı
Vərqayə təmamilə mə`lum eylədi. Vərqa çölin ətrafına
əskər göndərüb həman vuruşmadan qaçan kişi və
arvad-uşaqları toplayub gətürdilər. Onlara nəhayət
ehtiram edüb: “Qəm çəkməyin, intiqamınızı alarıq” -
deyə təsəllilər verdi. Vərqanın xəbərçiləri gedüb
müraciətlə  əşqiyaların qarət etdigi malları biri-
birilərinə satmaq xəbərini və artıq dərəcədə qafil
oldıqlarını bəyan etdilər. Vərqa iki bin əskərlə
Mühəmməd ibn Süleymanı ilərücə göndərdi. Bin nəfər
Tariqin, bin nəfər özünin təhti-qomandalarında
yürüməgə başladılar.
Əmma Həriz ibn Süleyman öz
müzəffəriyyətindən ziyadə məğrur oldığından içki
içüb məsti-layə`qil ziyafətə məşğul idi. İslam
ordusından xəbər bilmək üçün iki adam göndərdi.
Onlar  yolda  İslam  əskərinə  əsir  düşdilər.  Əhvalatı
lazımınca onlardan bildilər. Mühəmməd ibn Süleyman
və Vərqa sağdan, Əmir Tariq soldan yürüş etdilər.
Qəflətən onlara hücum eylədilər. “Vurun”, “öldürün”
səsi səmaya əksəndaz olmışdı. Həriz ibn Süleyman bu
hücumi-nagəhaninin dəhşətindən müdhiş olub şaşqın


68
bir surətlə ziyafətdən dışarı çıxdı. Nə gördi? Düşmən
bunları bürimiş, müdhiş bir qiyamət qopmuşdır.
Dərhal qılınc çəküb vuruşmaya soxulduqda
Mühəmməd ibn Süleyman ilə Xüzeymə ibn Sabit
Xüzaiyə təsadüf etdi. Onlar məcal verməyüb hərəsi bir
zərbə vurmaqla atlar ayağına yıxdılar. Əşqiya ordusı
başsız, qaçmağa yüz qoydılar. İslam ordusı onları
tə`qib edüb artıq tələfat verdilər. Ancaq on bin əşqiya
ordusından iki bin yaralı qaçub qurtardı. Özlərini
Übeyd Ziyada yetürdilər vaqiəni bütün-bütünə bəyan
etdilər.
Übeyd Ziyad
bu xəbəri-müəlləmədən
mütəvəhhiş  oldı.  Dərhal  beş  bin  nəfər  əskər
Mühəmməd Əş`əsə verüb Kufəni ona tapşırdı, özi qırx
bin nəfərlə Əbdürrəhmanın də`vasına getdi.
Vərqa Qarib və Mühəmməd ibn Süleyman fəth
və zəfərlə qayıdub çoxlı mal, qənimət götürdilər.
Əşqiyadan ərəb əsirlərini geri aldılar və  əşqiyadan
etdikləri əsirləri gətürüb Əbdürrəhmanın ordugahına
mülhəq oldılar. Kufə  əhalisinə: “Bizim ailələrimizi
gətürsinlər, əsirləri iadə edək” - bəyanatı ixtar etdilər.
Onlar dəxi qəbulilə istədiklərini gətürüb əsirləri geri
aldılar. Əbdürrəhman ordunın qaraqulluq vəzifəsini
Vərqa  Qaribə,  cinahını  Mühəmməd  ibn  Süleymanə
verdi. O halda bir şəxs gəlüb Übeyd Ziyadın qırx bin
əskər ilə müharibəyə gəldigini Kərbəladə iqamət
etdigini onlara bəyan etdi.
Əbdürrəhman bu xəbərdən nəhayət dərəcədə
şadnak olub: “Haydı, qardaşlarım, bu Übeyd Ziyad


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə