Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə15/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

61
- Baş üstə gedərəm.
Tariq dərhal yüzigini çıxarub qulama verərək:
- Bəni Mə`qil məhəlləsinin bəzzazlar bazarında
beş dükkan keçüb, altıncı dükkanda yalnız bir kişi
görərsən, yüzigi ona verüb deyərsən ki, yüzigin sahibi
deyür, bənim yanıma gəlsin.
Qulam yüzigi alub bazara gəldi. Nişan verdigi
kişiyi tapdı. Adı Süheyl idi, yüzigi ona verüb sifarişi
söylədi. Süheyl isə Tariqi müharibədə ölmüş bilürdi.
Filfövr yüzigi göndərüb Tariqin bacısına qardaşının
səlamət olmasını bildirdi. Bə`də Tariqin bacısı
(Süheylin arvadı idi) və Süheyl qulamla bərabər
Yuzanın evinə gəldilər. Hər ikisini həkimin evində
yaralı gördilər. Tariq vaqiəni Süheylə söylədi.
Əbdürrəhmana ittilaat verməsini təmənna etdi, Süheyl
həman qulama:
- Get qulama söylə, dükkanı bağlasın.
Qulam yola düşdi. Bazara yetişdikdə gördi
dövriyyə mə`murı üç yüz nəfərlə dolanur və münadi:
“Hər kim Tariqi taparsa, on bin dinar nəqd, on dəst
xəl`ət, on rə`s at və bir gözəl kəniz caizə alacaqdır” -
deyə  nida  edir.  Qulam  bu  nidanı  eşidincə,  təm`  onı
aldadub dövriyyə mə`murına:
- Caizəni hazır edin, bən onları sizə
göstərəcəgəm. Dövriyyə mə`murı qulama bir qədər
rüşvət  verüb  Yuzanın  evini  əhatə  etdilər.  O  halda
Süheyl və arvadı Tariqlə söhbət edirdilər. Əmir Tariq
isə  nəmaz  qılırdı.  Kufəyi  bir  gurultı  bürüdi.  Əmirlər
hər ikisi əl qılınca etdikdə, həkim mane` olub onları bir


62
çadıra bürüməklə ailəsi arasında gizlətdi. Dövriyyə
mə`murı bir çox axtarışdan sonra bir şey tapa
bilməyüb geri qayıtdı. Yüziqaralıq qulama qaldı. Yuza
isə  İncilə and içməklə özini töhmətdən xilas etdi.
Ondan sonra hər iki əmiri məsləhət üzrə başqa bir
yerə yola saldı. Onlar dəxi artıq məşəqqətlərlə
Əbdürrəhmana yetişdilər. Əhvalatı nəql eylədilər.
Əbdürrəhman onların vürudından nəhayət dərəcədə
dilşad oldı. Büğranın üstinə getmək istədikdə, Tariq:
-  Sənin  ordugahda  durmağın,  bənim  isə
getməgim əfzəldir - deyə müşarileyhi sakit etdi.
Tariq  dərhal  beş  yüz  nəfər  əskərlə  Büğranın
üzərinə yürüdi. Səri` saiqə kibi gedirdilər. Yol
ortasında dört nəfərə təsadüf etdilər. Onlardan əhval
sordılar. Onlar: “Büğra on gündür Kufənin üç
ağaclığında qalmış, Əbdürrəhmanın gəldigini eşidüb
Übeyd  Ziyaddan  imdad  istəyür,  qorxudan  gedə
bilməyür”.
Tariq onları qabağına salub Büğranın ordugahına
gəldi. Büğra isə içki içüb məst yıxılmışdı. Tariq
qəflətən var qüvvələri ilə hücum edüb onların yeddi
yüzini qətl və iki yüzini əsir etdilər. Büğranın əl-qolını
bağlayub  ağır  zəncirə  çəkdilər.  Gözəl  bir
müzəffəriyyətlə Əbdürrəhmanın yanına övdət etdilər.
Əbdürrəhman bu müzəffəriyyətdən nəhayət dərəcədə
xoşhal olub kəsilmiş başları Kərbəla çölində dəfn
etdilər. Bu xəbər ərəb qəbilələrinin arasına yayıldı.
Übeyd Ziyadla Əbdürrəhmanın vuruşmasından
mütəlle` oldılar. Əbdürrəhman Həzrət İmam


63
Hüseynin (ə) intiqamını almaq üçün ətrafdan
məktubən imdad istədi. Ən əvvəl imdada gələn Vərqa
Qarib oldı
*
. Ondan sonra Süleyman Sürrəd Xüzai və
Mühəmməd Kəsir. Hər biri beş yüz nəfər qəhrəmanla
mütəvəccih  oldılar.  Əbdürrəhman  dəxi  başqa
qomandanlar ilə bunları istiqbal edüb ordugaha
gətürdilər. Peydərpey ətrafdan imdad gəlüb
toplanurdı.  On  beş  binə  qədər  ərəblərdən  əskər
toplandı.
Əbdürrəhmanın imdadına bütün
ərəb
qəhrəmanlarının gəlməsi Büğranın əsir, mabəqisinin
qətl olması xəbəri Übeyd Ziyada yetişdikdə son dərəcə
qəmgin  oldı.  Məktubən  Mosul,  Təkrib,  Sabat,  Sərsər,
Samirə, Babildən və başqa yerlərdən imdad tələb etdi.
İgirmi binə qədər imdad gəldi və bir neçə mə`murun
təhti- qomandasında əskərlər hər yerdə Ali-Rəsulın (ə)
dostlarından gördikdə özlərini qətl, evlərini qarət
etməklə mə`mur etdi. Onlar dəxi Übeyd Ziyadın
fərmanı mövcibincə hər yerdə görirdilər, vurub
öldürirdilər. Übeyd Ziyad məşvərətçilərini ehzar
edüb, Büğranın əsirligi xüsusında müşavirə etdilər.
Axirüləmr böylə qərar verdilər ki, Əbdürrəhmanın
yanına bir adam göndərüb Büğranı və aldığı malları
istəsinlər. Qaytararsa, bunlar dəxi Əbdullah Əfifi,
Cündəbi və Ümmi Amiri qaytarsınlar. Qəbul etməzsə,
hər üçini qətl etsinlər.
*
 V
ə
rqa Qarib H
ə
zr
ə
t  
Ə
li (
ə
) il
ə
 bir çox müharib
ələ
rd
ə
 i
ş
tirak etmi
ş
məş
hur bir zat idi.(
Ə
.Müznib)


64
Lakin Übeyd Ziyad istintaq etmək üçün
Əbdullah Əfifi, Cündəbi və Ümmi Amiri həbsxanədən
çıxardub məclisə gətürdi. Əbdullah Əfifə:
-  Bana  Yəziddən  məktub  gəldi.  Sizdən  yüz  bin
qırmızı  qızıl,  yüz  xəlvar  silah,  bin  rə`s  yürüyən  at  və
bin Büxti dəvəsi almalıyam. Qəbul etməzsəniz, sizi
öldürüb başınızı Şama göndərməliyəm.
Əbdullah:
- Əgər dünya təmamilə bənim olsa, bir qəpik
sana vermərəm. Və bəni öldürməklə qorxutmağın dəxi
əfsanədir. Bən bu yolda ölümdən qorxan adam
degiləm.
Übeyd Ziyad Əbdullaha bu sözindən dilgir
olaraq qəhrlənüb Əbdullahın və Cündəbin başını
kəsdirdi. Ümmi Amiri öldürmək istədisə də,
müşavirləri mane` oldılar. Fövqəlbəyan qət`namənin
Əbdürrəhmana göndərilməsi bəyanını qəbul
etmədikdə Ümmi Amirin qətlini məsləhət gördilər.
Übeyd  Ziyad  qəbul  edüb  müşarileyhin  hüzurına  bir
adam göndərdi. Sifarişçi isə vəzifəsini ifa etdi.
Əbdürrəhman  bu  xəbəri  eşidərkən  Büğrayı  və
başqa əsirləri qətl, sifarişçini: “Biz diriligimizi ölmək
bilərik” - cəvabı ilə yola saldılar. Sifarişçi övdətlə almış
oldığı cəvabı Übeyd Ziyada bəyan etdi. Übeyd Ziyad
dübarə Ümmi Amiri öldürmək istədisə də, yenə
müşavirlər: “Qızı öldürmək ardır” - deyə mane` olub
Rafe` adınlı bir kişiyə təslimlə mühafizəsini tapşırdılar
və ondan ötri məs`ul olacağını ona bildirdilər.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə