Kbt я25 uot (059) Baş redaktor


 Musiqi.Opera.Balet 145



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə251/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   247   248   249   250   251   252   253   254   ...   276

523

 Musiqi.Opera.Balet

145

 illiyi

125

 illiyi

Qasım Abdullayev 

1873-1927     

Əli Zülalov   

1893-1963  

2018

Qasım  İbrahim  oğlu Abdullayev  1873-cü  ildə 

Şuşada anadan olmuşdur. “Zabul-Segah” muğamı-

nın bənzərsiz ifaçısı olmuş və xalq arasında “Za-

bul Qasım” adı ilə məşhurlaşmışdır.

Qasım  Abdullayev  məclis  xanəndəsi  olsa  da 

Şuşanın  səfalı  yerləri  sayılan  “Səkili  bulaq”da, 

“Şır-şır”da və “Şəmilin bağı”nda, zəhmətkeş kənd 

adamlarının ən çox toplandığı yerlərdə tez-tez çı-

xış edərdi.

Şuşada  və  Bakıda  muğam  məclislərində  və 

“Şərq konsertləri”ndə çıxış etmişdir. 

Zabul Qasım təkcə peşəkar xanəndə deyildi, o, 

eyni zamanda bir opera artisti kimi də tanınmışdır. 

Zülfüqar bəy Hacıbəylinin xahişi ilə 1913-cü il av-

qust ayının 7-də Şuşa yay klubunda tamaşaya qo-

yulmuş “Leyli və Məcnun” operasında Məcnunun 

atası rolunu məharətlə oynamışdır. 

Zabul Qasım “Sport-Rekord” şirkətinin dəvəti 

ilə 1914-cü ildə Tiflis şəhərinə gedərək  “Zabul-

Segah”,  “Bayatı-Şiraz”,  “Hümayun”,  “Şur”, 

“Mahur-Hindi” təsniflərini oxumuş və qrammafon 

valına yazdırmışdır. 

Görkəmli xanəndə ömrünün son illərində Şuşa 

musiqi  məktəbində  muğamatdan  dərs  demiş, 

incəsənət işçilərinin Respublika Həmkarlar İttifaqı 

Şurasının sədri vəzifəsində çalışmışdır.

Qasım  Abdullayev  1927-ci  ildə  Şuşada  vəfat 

etmişdir.

Əli  Əbdül  oğlu  Zülalov  1893-cü  ildə  Şuşa 

şəhərində anadan olmuşdur. 

1917-ci ildə musiqiyə həvəsi onu teatra gətirmiş, 

Zülfüqar  və  Üzeyir  Hacıbəyli  qardaşlarının  teatr 

truppasında  səhnə  fəaliyyətinə  başlamışdır.  Bül-

bülcanla dostluq edən Üzeyir Hacıbəyov Əli Züla-

lovun incəsənətə olan marağını duymuş, onu biril-

lik sınaq müddətinə özünün rəhbərlik etdiyi opera 

və  operetta  truppasının  xoruna  işə  götürmüşdür. 

Əhməd  Ağdamskidən  sonra  qadın  rollarının  ilk 

ifaçılarından biri də Əli Zülalov olmuşdur. 

Sonralar  təhsilini  davam  etdirən  Əli  Zülalov 

1925-1933-cü  illərdə  Bakı  Musiqi  Texnikumunu 

və Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş-

dir. O, həyatda da, sənətdə də Üzeyir Hacıbəylidən 

dərs almışdır. Əli Zülalov 1920-ci ildən 1952-ci ilə 

qədər Mirzə Fətəli Axundov adına Opera və Balet 

Teatrında çalışmış və onlarla digər yaddaqalan ob-

razlar yaratmışdır. 

1938-ci  ildə  Moskvada  keçirilən  Azərbaycan 

incəsənəti  ongünlüyü  çərçivəsində  Müslüm  Ma-

qomayevin “Nərgiz” operasındakı Molla Mütəllim 

roluna görə “Şöhrət nişanı” ordeni ilə təltif edil-

mişdir. O, opera səhnəmizin inkişafında xidmətinə 

görə 1940-cı ildə “Əməkdar artist” fəxri adına la-

yiq görülmüşdür.

  Əli  Zülalov  1963-cü  il  yanvar  ayının  10-da 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Fərəcov, S. O, “Zabul” oxuyanda xanəndələr qavalı yerə qoyardı /S.Fərəcov //Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 15. 

Zabul Qasım //Azərbaycanın musiqi xəzinəsi /F.M.Şuşinski; topl., tərt. ed., nəşrə haz. və ön söz. müəl. A.Kənan; red. V. Quliyev.- Bakı: 

[Vətənoğlu], 2015.-S.45.

Zülalova, Z. Azərbaycan milli operasının fədaisi: Əli Zülalov Azərb. Respublikasının Əməkdar artisti, “Şöhrət nişanı” ordenli 

/Z.Zülalova; red. Ş.Nuruzadə.- Bakı: Nurlan, 2008.-147 s. 

Çəmənli, M. Əli Zülalov //Çəmənli Mustafa. Sənət hekayələri.-Bakı, 2014.- S.356-361.

Xanəndə

Xanəndə



524

Teatr.Kino

135 

illiyi

Rza Darablı

1883-1942   

2018

Rza  Nəcəfəli  oğlu  Hüseynov  (Rza 

Darablı)  1883-cü  ildə  Bakıda  anadan 

olmuşdur.  Əvvəlcə  mədrəsədə,  sonra 

türk-rus məktəbində təhsil almışdır. Sa-

vadını ölkə xaricində ali məktəbdə da-

vam etdirməyə çalışmış, lakin buna nail 

ola bilməmişdir. 

Mədəniyyətin  müxtəlif  sahələrinə 

maraq göstərmiş, 1911-ci ildən ara-sıra 

“Nicat”  mədəni-maarif  cəmiyyətinin 

truppasında  epizodik,  sözsüz  surətlər 

oynamış  və  üç  il  sonra  isə  müntəzəm 

şəkildə  teatr  tamaşalarında  iştirak  et-

mişdir. Azərbaycanın ilk parodiyaçı akt-

yorlarından sayılır.

Rza  Darablı  “Nicat”,  “Səfa”,  “Zül-

füqar bəy və Üzeyir bəy Hacıbəyli qar-

daşlarının  müdiriyyəti”  truppalarında 

dram, faciə, komediya, opera və operet-

ta tamaşalarında maraqlı rollar oynamış, 

Üzeyir bəy Hacıbəylinin “Şah Abbas və 

Xurşidbanu” operasındakı Məstavər ob-

razının yaxşı ifaçısı olmuşdur. 

1919-cu  ildən  bugünkü  Milli  Dram 

Teatrının truppasında aparıcı aktyorlar-

dan biri kimi çıxışlar etmişdir. 

1925-1928-ci  illərdə  Moskvada 

Mərkəzi  Teatr  Sənəti  Texnikumunda 

təhsil almış, yenidən doğma kollektivə 

qayıtmışdır.

Komediya və dram aktyoru Rza Da-

rablının yaradıcılığını iki dövrə ayırmaq 

olar: 1919-cu ilə qədərki dövr və ondan 

sonraki illərdəki fəaliyyəti.

Birinci  dövrdəki  əsas  rolları:  Vəli, 

Hambal (“Arşın mal alan” və “Məşədi 

İbad”,  Üzeyir  bəy  Hacıbəyli),  Qacar, 

Həmzə bəy, İblis (“Ağa Məhəmməd Şah 

Qacar”, “Dağılan tifaq” və “Pəri cadu”, 

Əbdürrəhim bəy Haqverdiyev), Məşədi 

Oruc və Şeyx Nəsrulla (“Ölülər”, Cəlil 

Məmmədquluzadə),  Şamdan  bəy,  Şah 

Təhmasib  (“Dilin  bəlası”  və  “Nadir 

şah”, Nəriman Nərimanov)  və s.

Teatr  dövlət  statusu  alandan  sonra 

Rza Darablı daha uğurla Ənvər bəy, Be-

lokurov,  Yanardağ,  İbad  (“Yulduz,  ya-

xud Trablis müharibəsi”, “Yaşar”, “Od 

gəlini”  və  “Almaz”,  Cəfər  Cabbarlı), 

İbn Yəmin və İblis, Şeyx Sənan, Knyaz 

(“İblis”, “Şeyx Sənan” və “Knyaz”, Hü-

seyn Cavid), Qəhtan (“Dəmirçi Gavə”, 

Şəmsəddin  Sami),  Mixail  Petroviç 

(“Qaçaq  Kərəm”,  Vano  Mçedaşvili), 

Əlimərdan (“Eşq və intiqam”, Süleyman 

Sani Axundov), Arsini (“Nei qülləsinin 

sirri”, Aleksandr  Düma)  və  s.  rollarını 

ifa etmişdir.

“Darablı”  onun  səhnə  təxəllüsüdür. 

Bir  müddət  tamaşalarda  təxəllüsünü 

“Darablinski” yazdırmışdır. Əsasən akt-

yorluqla,  müəyyən  illərdə  isə  rejissor-

luqla da məşğul olmuşdur. 

1933-cü ildə Azərbaycan Respublka-

sının “Əməkdar artist” fəxri adına layiq 

görülmüşdür. 

1940-cı  il  oktyabrın  24-də  Pyer 

Bomarşenin  “Fiqaronun  toyu”  kome-

diyasında  oynadığı  Antonio  rolu  Rza 

Darablının  teatrda  son  səhnə  obrazı-

dır.  Səhnə  fəaliyyəti  ilə  yanaşı,  Bakı 

Teatr  Məktəbində  dərs  demiş,  filmlərə 

çəkilmişdir. 

Rza  Darablı  1942-ci  il  mart  ayının 

23-də Bakı şəhərində vəfat etmişdir.



Aktyor

Ə d ə b i y y a t

Darablı (Hüseynov) Rza 

Nəcəfəli (Nəcəfqulu) 

oğlu //Üzeyr Hacıbəyli 

ensiklopediyasi.- Bakı, 

2008.- S.41.

Rəhimli, İ. Rza Darab-

lı (1883 -23.3.1942)           

//Rəhimli İ. Azərbaycan 

teatr tarixi.- Bakı, 2005.-

S.114.

Səhnəmizin ilk parodiya-

çısı //Mədəniyyət.- 2013.- 

5 iyul.- S.12.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/medeniyyet/2013/

iyul/317929.htm


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə