Kbt я25 uot (059) Baş redaktor


Siyasət.Hərbi iş   165



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə253/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   249   250   251   252   253   254   255   256   ...   276

527

Siyasət.Hərbi iş  

165 

illiyi

Əmir Kazım Mirzə Qovanlı-Qacar 

1853-

1920 

2018

Əmir  Kazım  Mirzə  Bəhmən  Mirzə 

oğlu  (Əmir  Kazım  Mirzə  Qovanlı-

Qacar)  1853-cü  ildə  Şuşa  şəhərində 

anadan  olmuşdur.  İlk  təhsilini  Tiflis 

gimnaziyasında  almış,  iyirmi  yaşında 

isə  Peterburqdakı  Nikolayev  süvari 

məktəbini bitirmişdir. 

1873-cü ildə kornet-zabit rütbəsində 

Əmir Kazım hərbi xidmət üçün Qafqaz 

Əlahiddə  ordusunun  44-cü  Nijeqorod 

alayına göndərilmişdir. Ən yaxşı süvari 

zabitləri  sırasında  mayor  Əmir  Kazım 

Mirzə 1881-ci ildə imperator III Alek-

sandrın  tacqoyma  mərasimində  iştirak 

etmişdir. 

Əmir  Kazım  Mirzə  Qacar  Rusiya-

Türkiyə (1877-1878), Rusiya-Yaponiya 

(1904-1905) müharibələrinin və Birin-

ci  Dünya  savaşının  (1914-1918)  işti-

rakçısı  olmuşdur.  Əmir  Kazım  Mirzə 

Port-Artura  Amur  Kazak  süvari  pol-

kunun  komandiri  kimi  qatılmışdır.  Bu 

müharibədə ona polkovnik rütbəsi ve-

rilmişdir. Orden-medallardan başqa ona 

üstüyazılı qızıl silah da bağışlamışlar. 

Süvari  podpolkovniki  Əmir  Kazım 

Mirzə 1895-ci ildə eskadronun koman-

diri təyin edilmişdir. 

XX yüzilin ikinci ilində alay koman-

dirinin  birinci  müavini  kimi  yüksək 

vəzifəyə  təyin  edilən  polkovnik  Əmir 

Kazım Mirzə 1910-cu ildə general ma-

yor rütbəsinə ucaldılmışdır.

Əmir Kazım Mirzə təkcə hərbçi de-

yildi.  O,  xalqımızın  maariflənməsində 

də  yaxından  iştirak  etmiş,  Tiflisdə  və 

ayrı-ayrı qəzalarda ibtidai məktəblərin 

açılmasına  maddi  cəhətdən  kömək 

göstərmiş  və  kasıb  balalarını  öz  he-

sabına  oxutmuşdur.  Onun  ən  böyük 

xidmətlərindən biri 1912-ci ildə Tiflisdə 

Azərbaycan dram cəmiyyətinin təsisi və 

tamaşa binasının açılmasında yaxından 

iştirakı  olmuşdur.  1911-ci  ildə  drama-

turq  M.F.Axundovun  yüzillik  yubileyi 

də  general-mayor  Əmir  Kazım  Mirzə 

Qovanlı-Qacarın sədrliyi ilə keçmişdir.

İyirmi  beş  il  bu  alayda  qüsursuz 

xidmət  edən  Əmir  Kazım  imperiya-

nın yüksək orden və medalları ilə təltif 

olunmuşdur.

1877-1878-ci  illərdə  olan  Rus-

Osmanlı  müharibəsində  o,  dördüncü 

dərəcəli  “Müqəddəs  Stanislav”,  1895-

ci  ildə    Buxara  əmirliyinin  üçüncü 

dərəcəli  “Parlayan  ulduz”  ordenləri 

ilə  mükafatlandırılmışdır. XIX yüzilin 

yetmişinci  illərindən  hərbi  xidmətdə 

sürətlə irəliləyən igid zabit Əmir Kazım 

Mirzəni hökumət səxavətlə təltif etmiş-

dir.  O,  1879-cu  ildə  üçüncü  dərəcəli 

“Müqəddəs  Anna”,  ikinci  dərəcəli 

“Müqəddəs Stanislav” (qılıncla birgə), 

1881-ci ildə ikinci dərəcəli “Müqəddəs 

Anna”, altı il sonra üçüncü və dördüncü 

dərəcəli  “Müqəddəs  Vladimir”,  1890-

cı  ildə  isə  İranın  dördüncü  dərəcəli 

məşhur  “Şiri-Xorşid”  ordenləri  ilə  və 

iyirmi  beş  il  orduda  qüsursuz  xidmət 

etdiyinə  görə,  üstündə  tuncdan  tö-

külmüş  atlı  fiquru  olan  stolüstü  saatla 

mükafatlandırılmışdır.  Üstündə  “Əmir 

Kazım  Mirzəyə  əla  xidmətinə  görə” 

sözləri yazılmış saat indi də işləyir.  

Aprel çevrilişindən sonra Əmir Ka-

zım Mirzə Qacar Gəncə üsyanında fəal 

iştirak etmiş, əsir düşmüşdür və 1920-

cu  ildə  Gəncə  ÇK-sı  (Fövqəladə  Ko-

missiyası) tərəfindən fövqəladə komis-

sar Tixarelinin əmri ilə Gəncə şəhərində 

vəhşicəsinə qətlə yetirilmişdir. 

Məhəmməd 

Əmin 


Rəsulzadə 

“Azərbaycan  Cümhuriyyəti”  əsərində 

Əmir Kazım Mirzə Qacarı da xatırlamış 

və onu “istiqlal şəhidi” adlandırmışdır.



Hərbi xadim

Ə d ə b i y y a t

Çingizoğlu, Ə. Qa-

carlar və Qacar kəndi 

/Ə.Çingizoğlu.- Bakı: 

Şuşa, 2008.- 334 s.

Nəzirli, Ş. Qacarlar            

/Şəmistan Nəzirli; red. 

Ə.Ol; rəssam Ədalət.-

Bakı: Şur, 1995.- 64 s.

Əmir Kazım Mirzə Bəhmən 

Mirzə oğlu //Azərbaycan 

Xalq Cümhuriyyəti Ensik-

lopediyası: 2 cilddə.- Bakı, 

2005.- C.II.- S.93.

İ n t e r n e t d ə

https://www.azadliq.

org/a/24908994.html

https://www.azadliq.

org/a/24908994.html


528

Siyasət.Hərbi iş  

160 

illiyi

Əbülfət ağa Şahtaxtinski  

1858-1913

   

 

2018

Əbülfət  ağa  Nəcəfqulu  ağa  oğlu 

Şahtaxtinski  1858-ci  ilin  oktyabr  ayın-

da  Şərur-Dərələyəz  qəzasının  Şahtaxtı 

kəndində  anadan  olmuşdur.  Onun  adı-

nı  daşıdığı  nəsil  Azərbaycan  tarixinə 

Məhəmməd  ağa,  Behbud  ağa,  İsa  Sul-

tan,  Həmid  ağa  Şahtaxtinskilər  kimi 

görkəmli şəxsiyyətlər bəxş etmişdir.

Əbülfət  ağa  ilk  təhsilini  Tiflis  real 

məktəbində  aldıqdan  sonra  1877-

ci  ildə  Sankt-Peterburq  Texnologiya 

Universitetinə daxil olmuşdur. Bir il son-

ra onu ilk marksist Q.V.Plexanovla birgə 

tələbələri qadağan olunmuş yığıncaqla-

ra  təhrik  etdiyinə  görə  universitetdən 

xaric  edilmişdir.  1878-ci  ildə  Həsən 

bəy  Zərdabi  və  Nəcəf  bəy  Vəzirovun 

təşəbbüsü ilə yaradılmış Moskva və Pe-

terburqda təhsil alan qafqazlı tələbələrin 

üzv  olduqları  “İmdadiyyə”  adlı  gizli 

dərnəyin  üzvü  olmuşdur.  Ekstern  yol-

la  M.P.Lazarev adına Şərq Dilləri İns-

titutuna  daxil  olan  Əbülfət  ağa  oranı 

uğurla  bitirmiş,    1880-ci  ildə  Heydel-

berq Universitetində diplom işi müdafiə 

edərək bakalavr dərəcəsi almışdır. 

Əbülfət ağa 1883-cü ildə Peterburq-

dakı  Yunkerlər  məktəbinə  daxil  olmuş 

və oranı fərqlənmə diplomu ilə bitirmiş-

di. Bir il sonra, avqust ayının 8-də 77-ci 

Tengin süvari alayında zabit rütbəsində 

xidmətə  başlayan  Əbülfət  ağa  Şahtax-

tinski qısa müddətdə divizion komandiri 

təyin olunmuşdur. 

Əbülfət  ağa  Şahtaxtinski  bir  sıra 

Şərq dillərilə yanaşı, alman, fransız və 

ingilis dillərini də mükəmməl bildiyinə 

görə  İsveçrə  ordusunun  manevrlərinə 

müşahidəçi ezam olunmuş və polkovnik 

rütbəsi  almışdır.  1904-1905-ci  illərdə 

Rus-yapon  müharibəsində  iştirak  edən 

Əbülfət  ağa  Şahtaxtinski  batalyon  ko-

mandiri  kimi  məsul  vəzifədə  xidməti 

borcunu ləyaqətlə yerinə yetirmişdir.

1892-ci  ildə  üçüncü  dərəcəli 

“Müqəddəs  Stanislav”,  1900-cü  ildə 

isə  üçüncü  dərəcəli  “Müqəddəs Anna” 

ordenləri   ilə təltif olunmuşdur. Polkov-

nik Əbülfət ağa Şahtaxtinskinin şəxsi işi-

nin təltif “qrafasında” aldığı xarici ölkə 

orden və medallarının da sayı göstərilir. 

O,  İranın  dördüncü  dərəcəli  “Şire-

Xorşid”  (1900-cu  il),  üçüncü  dərəcəli 

“Şire-Xorşid” (1889-cu il) ordenləri ilə, 

Buxara  Əmirinin  ikinci  dərəcəli  “Uca-

lan ulduz” qızıl medalı ilə (1899-cu il), 

yenə İranın və “Fransa-Sudan xilasetmə 

cəmiyyəti”nin  Yuxarı  Reyn  şəhərinin 

qızıl medalı ilə (1903-cü il) təltif olun-

muşdur.

Əbülfət  ağa  istər  ədəbi,  istərsə  də 



maarifçilik  sahəsində  xalqımız  üçün 

təmənnasız  xidmətlər  göstərmişdir. 

Əbülfət  ağa  Şahtaxtinski  vətəndən 

uzaqlarda yaşayıb işləsə də, nə ana di-

lini, nə də mənsub olduğu İslam dinini 

unutmamışdır.  Bu  görkəmli  şəxsdən 

xalqımıza  əvəzsiz  bir  hədiyyə  də  ya-

digar  qalmışdır...  Azərbaycan  Tarixi 

Muzeyində 1877-ci ildə fransız dilində 

nəşr  olunmuş  “Quran”  kitabı  saxlanı-

lır. Kitabın titul səhifəsinə “Əbülfət ağa 

Şahtaxtinski”nin  şəxsi  möhürü  vurul-

muşdur. Hətta Əbülfət ağanın öz dəsti-

xətti  ilə  yazdığı  avtoqraf  da  oxunur. 

M.Kaşimirovskinin orijinaldan tərcümə 

etdiyi bu qiymətli eksponatı polkovnik 

Əbülfət ağanın vaxtilə Tbilisidə yaşayan 

qızı Qönçə xanım qoruyub saxlamışdır.

Polkovnik  Əbülfət  ağa  Şahtaxtins-

ki 1913-cü il mart ayının 13-də Kutai-

si  şəhərində  vəfat  etmiş,  doğma  kəndi 

Şahtaxtıda dəfn olunmuşdur.



Hərbi xadim

Ə d ə b i y y a t

Nəzirli, Ş. Polkovnik 

Əbülfət ağa Şahtaxtinski 

//Nəzirli Ş. 1920-ci ildə 

Qarabağ döyüşləri.- 

Bakı, 2009.- S.397-402.

Şahtaxtinski Əbülfət 

Nəcəfqulu oğlu //Nax-

çıvan ensiklopediyası.-

Bakı, 2002.- S.532.

Şahtaxtinski Əbülfət 

Nəcəfqulu oğlu              

//Azərbaycan Sovet 

Ensiklopediyası: 10 

cilddə.- Bakı, 1987.-

C.X.- S.480.

İ n t e r n e t d ə

http://news.milli.az/

culture/141489.html

https://az.wikipedia.org/

wiki/Əbülfət_ağa_Şah-

taxtinski


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə