527
Siyasət.Hərbi iş
165
illiyi
Əmir Kazım Mirzə Qovanlı-Qacar
1853-
1920
2018
Əmir Kazım Mirzə Bəhmən Mirzə
oğlu (Əmir Kazım Mirzə Qovanlı-
Qacar) 1853-cü ildə Şuşa şəhərində
anadan olmuşdur. İlk təhsilini Tiflis
gimnaziyasında almış, iyirmi yaşında
isə Peterburqdakı Nikolayev süvari
məktəbini bitirmişdir.
1873-cü ildə kornet-zabit rütbəsində
Əmir Kazım hərbi xidmət üçün Qafqaz
Əlahiddə ordusunun 44-cü Nijeqorod
alayına göndərilmişdir. Ən yaxşı süvari
zabitləri sırasında mayor Əmir Kazım
Mirzə 1881-ci ildə imperator III Alek-
sandrın tacqoyma mərasimində iştirak
etmişdir.
Əmir Kazım Mirzə Qacar Rusiya-
Türkiyə (1877-1878), Rusiya-Yaponiya
(1904-1905) müharibələrinin və Birin-
ci Dünya savaşının (1914-1918) işti-
rakçısı olmuşdur. Əmir Kazım Mirzə
Port-Artura Amur Kazak süvari pol-
kunun komandiri kimi qatılmışdır. Bu
müharibədə ona polkovnik rütbəsi ve-
rilmişdir. Orden-medallardan başqa ona
üstüyazılı qızıl silah da bağışlamışlar.
Süvari podpolkovniki Əmir Kazım
Mirzə 1895-ci ildə eskadronun koman-
diri təyin edilmişdir.
XX yüzilin ikinci ilində alay koman-
dirinin birinci müavini kimi yüksək
vəzifəyə təyin edilən polkovnik Əmir
Kazım Mirzə 1910-cu ildə general ma-
yor rütbəsinə ucaldılmışdır.
Əmir Kazım Mirzə təkcə hərbçi de-
yildi. O, xalqımızın maariflənməsində
də yaxından iştirak etmiş, Tiflisdə və
ayrı-ayrı qəzalarda ibtidai məktəblərin
açılmasına maddi cəhətdən kömək
göstərmiş və kasıb balalarını öz he-
sabına oxutmuşdur. Onun ən böyük
xidmətlərindən biri 1912-ci ildə Tiflisdə
Azərbaycan dram cəmiyyətinin təsisi və
tamaşa binasının açılmasında yaxından
iştirakı olmuşdur. 1911-ci ildə drama-
turq M.F.Axundovun yüzillik yubileyi
də general-mayor Əmir Kazım Mirzə
Qovanlı-Qacarın sədrliyi ilə keçmişdir.
İyirmi beş il bu alayda qüsursuz
xidmət edən Əmir Kazım imperiya-
nın yüksək orden və medalları ilə təltif
olunmuşdur.
1877-1878-ci illərdə olan Rus-
Osmanlı müharibəsində o, dördüncü
dərəcəli “Müqəddəs Stanislav”, 1895-
ci ildə Buxara əmirliyinin üçüncü
dərəcəli “Parlayan ulduz” ordenləri
ilə mükafatlandırılmışdır. XIX yüzilin
yetmişinci illərindən hərbi xidmətdə
sürətlə irəliləyən igid zabit Əmir Kazım
Mirzəni hökumət səxavətlə təltif etmiş-
dir. O, 1879-cu ildə üçüncü dərəcəli
“Müqəddəs Anna”, ikinci dərəcəli
“Müqəddəs Stanislav” (qılıncla birgə),
1881-ci ildə ikinci dərəcəli “Müqəddəs
Anna”, altı il sonra üçüncü və dördüncü
dərəcəli “Müqəddəs Vladimir”, 1890-
cı ildə isə İranın dördüncü dərəcəli
məşhur “Şiri-Xorşid” ordenləri ilə və
iyirmi beş il orduda qüsursuz xidmət
etdiyinə görə, üstündə tuncdan tö-
külmüş atlı fiquru olan stolüstü saatla
mükafatlandırılmışdır. Üstündə “Əmir
Kazım Mirzəyə əla xidmətinə görə”
sözləri yazılmış saat indi də işləyir.
Aprel çevrilişindən sonra Əmir Ka-
zım Mirzə Qacar Gəncə üsyanında fəal
iştirak etmiş, əsir düşmüşdür və 1920-
cu ildə Gəncə ÇK-sı (Fövqəladə Ko-
missiyası) tərəfindən fövqəladə komis-
sar Tixarelinin əmri ilə Gəncə şəhərində
vəhşicəsinə qətlə yetirilmişdir.
Məhəmməd
Əmin
Rəsulzadə
“Azərbaycan Cümhuriyyəti” əsərində
Əmir Kazım Mirzə Qacarı da xatırlamış
və onu “istiqlal şəhidi” adlandırmışdır.
Hərbi xadim
Ə d ə b i y y a t
Çingizoğlu, Ə. Qa-
carlar və Qacar kəndi
/Ə.Çingizoğlu.- Bakı:
Şuşa, 2008.- 334 s.
Nəzirli, Ş. Qacarlar
/Şəmistan Nəzirli; red.
Ə.Ol; rəssam Ədalət.-
Bakı: Şur, 1995.- 64 s.
Əmir Kazım Mirzə Bəhmən
Mirzə oğlu //Azərbaycan
Xalq Cümhuriyyəti Ensik-
lopediyası: 2 cilddə.- Bakı,
2005.- C.II.- S.93.
İ n t e r n e t d ə
https://www.azadliq.
org/a/24908994.html
https://www.azadliq.
org/a/24908994.html
528
Siyasət.Hərbi iş
160
illiyi
Əbülfət ağa Şahtaxtinski
1858-1913
2018
Əbülfət ağa Nəcəfqulu ağa oğlu
Şahtaxtinski 1858-ci ilin oktyabr ayın-
da Şərur-Dərələyəz qəzasının Şahtaxtı
kəndində anadan olmuşdur. Onun adı-
nı daşıdığı nəsil Azərbaycan tarixinə
Məhəmməd ağa, Behbud ağa, İsa Sul-
tan, Həmid ağa Şahtaxtinskilər kimi
görkəmli şəxsiyyətlər bəxş etmişdir.
Əbülfət ağa ilk təhsilini Tiflis real
məktəbində aldıqdan sonra 1877-
ci ildə Sankt-Peterburq Texnologiya
Universitetinə daxil olmuşdur. Bir il son-
ra onu ilk marksist Q.V.Plexanovla birgə
tələbələri qadağan olunmuş yığıncaqla-
ra təhrik etdiyinə görə universitetdən
xaric edilmişdir. 1878-ci ildə Həsən
bəy Zərdabi və Nəcəf bəy Vəzirovun
təşəbbüsü ilə yaradılmış Moskva və Pe-
terburqda təhsil alan qafqazlı tələbələrin
üzv olduqları “İmdadiyyə” adlı gizli
dərnəyin üzvü olmuşdur. Ekstern yol-
la M.P.Lazarev adına Şərq Dilləri İns-
titutuna daxil olan Əbülfət ağa oranı
uğurla bitirmiş, 1880-ci ildə Heydel-
berq Universitetində diplom işi müdafiə
edərək bakalavr dərəcəsi almışdır.
Əbülfət ağa 1883-cü ildə Peterburq-
dakı Yunkerlər məktəbinə daxil olmuş
və oranı fərqlənmə diplomu ilə bitirmiş-
di. Bir il sonra, avqust ayının 8-də 77-ci
Tengin süvari alayında zabit rütbəsində
xidmətə başlayan Əbülfət ağa Şahtax-
tinski qısa müddətdə divizion komandiri
təyin olunmuşdur.
Əbülfət ağa Şahtaxtinski bir sıra
Şərq dillərilə yanaşı, alman, fransız və
ingilis dillərini də mükəmməl bildiyinə
görə İsveçrə ordusunun manevrlərinə
müşahidəçi ezam olunmuş və polkovnik
rütbəsi almışdır. 1904-1905-ci illərdə
Rus-yapon müharibəsində iştirak edən
Əbülfət ağa Şahtaxtinski batalyon ko-
mandiri kimi məsul vəzifədə xidməti
borcunu ləyaqətlə yerinə yetirmişdir.
1892-ci ildə üçüncü dərəcəli
“Müqəddəs Stanislav”, 1900-cü ildə
isə üçüncü dərəcəli “Müqəddəs Anna”
ordenləri ilə təltif olunmuşdur. Polkov-
nik Əbülfət ağa Şahtaxtinskinin şəxsi işi-
nin təltif “qrafasında” aldığı xarici ölkə
orden və medallarının da sayı göstərilir.
O, İranın dördüncü dərəcəli “Şire-
Xorşid” (1900-cu il), üçüncü dərəcəli
“Şire-Xorşid” (1889-cu il) ordenləri ilə,
Buxara Əmirinin ikinci dərəcəli “Uca-
lan ulduz” qızıl medalı ilə (1899-cu il),
yenə İranın və “Fransa-Sudan xilasetmə
cəmiyyəti”nin Yuxarı Reyn şəhərinin
qızıl medalı ilə (1903-cü il) təltif olun-
muşdur.
Əbülfət ağa istər ədəbi, istərsə də
maarifçilik sahəsində xalqımız üçün
təmənnasız xidmətlər göstərmişdir.
Əbülfət ağa Şahtaxtinski vətəndən
uzaqlarda yaşayıb işləsə də, nə ana di-
lini, nə də mənsub olduğu İslam dinini
unutmamışdır. Bu görkəmli şəxsdən
xalqımıza əvəzsiz bir hədiyyə də ya-
digar qalmışdır... Azərbaycan Tarixi
Muzeyində 1877-ci ildə fransız dilində
nəşr olunmuş “Quran” kitabı saxlanı-
lır. Kitabın titul səhifəsinə “Əbülfət ağa
Şahtaxtinski”nin şəxsi möhürü vurul-
muşdur. Hətta Əbülfət ağanın öz dəsti-
xətti ilə yazdığı avtoqraf da oxunur.
M.Kaşimirovskinin orijinaldan tərcümə
etdiyi bu qiymətli eksponatı polkovnik
Əbülfət ağanın vaxtilə Tbilisidə yaşayan
qızı Qönçə xanım qoruyub saxlamışdır.
Polkovnik Əbülfət ağa Şahtaxtins-
ki 1913-cü il mart ayının 13-də Kutai-
si şəhərində vəfat etmiş, doğma kəndi
Şahtaxtıda dəfn olunmuşdur.
Hərbi xadim
Ə d ə b i y y a t
Nəzirli, Ş. Polkovnik
Əbülfət ağa Şahtaxtinski
//Nəzirli Ş. 1920-ci ildə
Qarabağ döyüşləri.-
Bakı, 2009.- S.397-402.
Şahtaxtinski Əbülfət
Nəcəfqulu oğlu //Nax-
çıvan ensiklopediyası.-
Bakı, 2002.- S.532.
Şahtaxtinski Əbülfət
Nəcəfqulu oğlu
//Azərbaycan Sovet
Ensiklopediyası: 10
cilddə.- Bakı, 1987.-
C.X.- S.480.
İ n t e r n e t d ə
http://news.milli.az/
culture/141489.html
https://az.wikipedia.org/
wiki/Əbülfət_ağa_Şah-
taxtinski