529
Siyasət.Hərbi iş
135
illiyi
Nurməmməd bəy Şahsuvarov
1883-1958
2018
Nurməmməd bəy Ədilxan oğlu Şah-
suvarov 1883-cü ildə Azərbaycanın
Laçın rayonunun Minkənd kəndində
doğulmuşdur. İbtidai təhsilini kənd
məktəbində almış, 1889-1903-cü illərdə
Qori Müəllimlər Seminariyasında oxu-
muşdur. H.Şahsuvarov bir müddət
Gəncədə rus dili müəllimi işlədikdən
sonra Tiflis Aleksandr Müəllimlər İns-
titutuna daxil olmuş, 1912-ci ildə oranı
bitirmiş, Kiyev Universitetinin hüquq
fakültəsində təhsilini davam etdirmiş
və həmin ali məktəbi ekstern yolu ilə
1915-ci ildə başa vurmuşdur. Dağıstan
Vilayəti Xalq Təhsili İdarəsi üzrə Tey-
murxanşura şəhərinə inspektor təyin
edilmişdir.
1917-ci ildə Rusiyada fevral-
burjua inqilabı başlayanda bitərəf
Nurməmməd bəy Şahsuvarov siyasi
hadisələrdə yaxından iştirak etməyə
başlamışdır.
1918-ci ilin yayında Şimali Qaf-
qazda yaşayan xalqların milli-azadlıq
hərəkatı nəticəsində Dağlılar Respub-
likası yaradılmışdır. N.Şahsuvarov
həmin respublikanın Xalq Maarif nazi-
ri təyin olunmuşdur.
1919-cu il iyun ayının əvvəlində Ba-
kıya gələn N.Şahsuvarov Azərbaycan
Demokratik Respublikası Nazirlər
Şurasının sədri N.Yusifbəylinin təşkil
etdiyi birinci hökumət kabinəsində
Maarif nazirinin müavini vəzifəsini
icra etməyə başlamışdır. Azərbaycanın
şəhər və kəndlərində ana dilində
məktəb və seminariyaların açılmasına
və digər mütərəqqi tədbirlərin həyata
keçirilməsinə böyük əmək sərf etmiş-
dir.
Azərbaycanın ilk ali məktəbi Bakı
Dövlət Universitetinin təşkilində də
N.Şahsuvarovun xidmətlərini qeyd
etmək lazımdır.
İttihad
partiyasının
üzvü
N.Şahsuvarov Nazirlər Şurasının sədri
N.Yusifbəylinin II hökumət kabinə-
sində 1920-ci il martın 5-də istefaya
çıxan H.Şahtaxtinskinin (1880-1943)
yerinə Maarif və Dini Etiqad naziri
təyin olunmuş, 25 gün sonra – martın
30-da bütün kabinə ilə birlikdə istefaya
çıxmışdır.
1920-ci il aprel ayının 27-də baş
verən hadisələrdən sonra N.Şahsuvarov
Azərbaycan SSR Xalq Maarif Ko-
missiyasının müavini təyin olunmuş-
dur. Sonralar isə Azərbaycan Dövlət
Universitetində Rus dili kafedrasının
müdiri, Azərbaycan Neft İnstitutun-
da isə rus dili müəllimi vəzifəsində
işləmişdir.
1940-cı ildə həbs olunan və Kras-
nodar diyarına sürgünə göndərilən
Nurməmməd Şahsuvarov orada da öz
ixtisası üzrə dərs demişdir. Üç il sonra
1943-cü ildə sürgündən Bakıya qayıdan
N.Şahsuvarov Azərbaycan Tibb İnsti-
tutunda Rus dili kafedrasının müdiri və
müəllimi işləmişdir. O, Azərbaycanda
rus dili sahəsində bir mütəxəssis kimi
məşhur olmuşdur.
Nurməmməd Şahsuvarov 1958-ci
il avqust ayının 11-də Bakı şəhərində
vəfat etmişdir.
Ə d ə b i y y a t
Qoca, E. Sibir dərsi
/Elşad Qoca; red.
Azərbaycan Respublikası
Milli Təhlükəsizlik Nazir-
liyinin İdarə rəisi Fuad
İsgəndərov; rəyçi filol.
elm. nam. Şamil Vəliyev,
filol. elm. nam. Bədirxan
Əhmədov.- Bakı: Şuşa,
2000.- 320 s.
Repressiya fırtınasında
sovrulan Şahsuvarovlar
//Azadlıq.-2013.- 4 av-
qust.- S. 14.
Şahsuvarov Nurməmməd
bəy //Azərbaycan De-
mokratik Respublikası:
Azərbaycan hökuməti
(1918-1920).- Bakı,
1990.- S.72-73.
İ n t e r n e t d ə
http://www.anl.az/down/
meqale/azadliq/2013/
avqust/320708.htmz
www.history.az
Dövlət xadimi
530
Siyasət.Hərbi iş
125
illiyi
Əhməd bəy Pepinov
1893-1938
2018
Əhməd bəy Ömər oğlu Pepinov
1893-cü ildə Gürcüstanın Axalkələk
mahalının Bolazur kəndində anadan
olmuşdur.
Tiflis gimnaziyasını bitirmiş,
1913-cü ildə Moskva Dövlət Uni-
verstitetinin hüquq fakültəsinə daxil
olmuş, eyni zamanda, iqtisadiyyat
fakültəsində də oxumuşdur. Təhsil
illərində “Azərbaycan Həmyerlilər
Təşkilatı”nın rəhbərlərindən biri ol-
muş, “Axalkələkli Əhməd Cövdət”
imzası ilə “Açıq söz” qəzeti ilə
əməkdaşlıq etmişdir.
1918-ci ildə ali təhsilini başa vura-
raq Bakıya qayıdan Pepinov Cənubi
Qafqazda baş verən siyasi hadisələrə
fəal surətdə qoşulmuş, Zaqafqaziya
Seyminin Müsəlman fraksiyasının
üzvü seçilmişdir. Azərbaycan Milli
Şurasının, sonra isə Azərbaycan De-
mokratik Cumhuriyyəti Parlamenti-
nin üzvü və katibi vəzifəsini icra et-
mişdir.
Ə.Pepinov parlamentin bir sıra
mühüm məsələlərin həllində , o
cümlədən 1919-cu il oktyabr ayının
20-də qəbul etdiyi “Nəşrlər istehsalı
haqqında” qanunun hazırlanmasında
bilavasitə iştirak etmişdir. Pepinov
Azərbaycan Müəssislər Məclisinə
seçkilər üzrə komissiyanın sədr mü-
avini (sədri M.Ə.Rəsulzadə idi) se-
çilmişdir. Lakin “Hümmət” partiya-
sının üzvü kimi, müəyyən siyasi və
iqtisadi məsələlərdə Azərbaycan De-
mokratik Cumhuriyyəti hökumətinin
mövqeyi ilə razı olmamış və onun
fəaliyyətini tənqid etmişdir. Nəsib
bəy Yusifbəylinin təşkil etdiyi ikin-
ci, Cumhuriyyətin isə sayca beşinci
hökumət kabinəsində (24.12.1919-
30.03.1920) Pepinov Əmək və
əkinçilik naziri olmuşdur.
Bakı
Dövlət
Universitetinin
təşkilində (1919) yaxından işti-
rak edən Pepinov Parlamentdə
bu məsələ ilə bağlı müzakirələrin
sürətləndirilməsinə,
universitetin
açılması üçün pul vəsaitinin ay-
rılmasına böyük əmək sərf etmiş-
dir. Cümhuriyyət dövründə Bakıda
təntənəli “Türk gecələri” konsertinin
və digər müsabiqələrin təşkili də Pe-
pinovun adı ilə bağlıdır.
İşğalçı on birinci Qırmızı ordu-
nun Bakıya gözlənilən yürüşünü
ləngitmək məqsədilə 1920-ci il apre-
lin əvvəllərində Pepinov Parlamentin
digər üzvü Rəhim bəy Vəkilovla danı-
şıqlar aparmaq üçün Qroznı şəhərinə
göndərilmişdir.
Aprel işğalından sonra Bakı-
ya qayıdan Pepinov Azərbaycanda
mədəni-maarif və nəşriyyat işlərinə
rəhbərlik etmişdir. İyirminci illərin
dövri mətbuatında onun çox sayda
məqalələri dərc olunmuşdur.
Təqiblərlə üzləşən Pepinov 1930-
cu ildə Ulyanovsk şəhərinə köçməyə
məcbur olmuşdur. Daha sonra 1934-
cü ildə Alma-Ataya (indiki Almatı)
köçmüş Qazaxıstan SSR Maarif nazi-
rinin müavini işləmişdir.
Əhməd bəy Pepinov 1938-ci
ildə repressiyaya məruz qalmış və
güllələnmişdir. 1955-ci ildə bəraət al-
mışdır.
Ə d ə b i y y a t
Fərəcov, S. Cümhuriyyət
tariximizin şəxsiyyətləri:
Əhməd bəy Pepinov
/S.Fərəcov //Mədəniyyət.-
2013.- 19 iyun.- S.15.
Quliyeva, S. İstiqlal
yolunun şanlı mücahidləri
- Cümhuriyyət dövrünün
dövlət və hökumət xadimləri
/S.Quliyeva //525-ci qəzet.-
2015.- 19 may.- S.6.
Pepinov Əhməd bəy Ömər
oğlu, Pepinov Əhməd
Cövdət //Azərbaycan
Xalq Cümhuriyyəti
ensiklopediyası:2 cilddə.-
Bakı, 2004.- C.II.- S.287-
288.
İ n t e r n e t d ə
https://az.wikipedia.org/
wiki/Əhməd_bəy_Pepinov
https://www.azadliq.
info/17002.html
Dövlət xadimi