531
Siyasət.Hərbi iş
125
illiyi
Şəfi bəy Rüstəmbəyli
1893-1960
2018
Şəfi bəy Mustafa bəy oğlu
Rüstəmbəyli 1893-cü ildə Gəncə
şəhərində anadan olmuşdur. Orta
təhsilini Gəncə gimnaziyasında alan
Şəfı bəy ali təhsil almaq üçün Rusiyaya
getmiş, 1910-cu ildə Kiyev Universite-
tinin hüquq fakültəsinə daxil olmuşdur.
Şəfi bəy Rüstəmbəyli həmin ilin so-
nunda Kiyevdə təhsil alan tələbələrlə bir
yerə yığışaraq özlərinin “Həmyerlilər
Cəmiyyəti”ni (“Zemlyaçestvo”) yarat-
mışdır. Cəmiyyətin sədri Kiyev Univer-
sitetinin Tibb fakültəsinin tələbəsi Mir
Əbülfət xan Talışlı, katibi Xəlilulla Yeni-
keyev, xəzinədarı Şəfı bəy Rüstəmbəyli
seçilmişdir.
Tələbələr Rusiya imperiyasında
təhsil alan müsəlman tələbələrin arasın-
da əlaqə yaratmaq və onların qurultayını
çağırmaq üçün xüsusi komissiya təşkil
etmişlər. Kiyevdə təhsil aldığı illərdə
“Həmyerlilər Cəmiyyəti”nin yaranma-
sında və fəaliyyətində yaxından iştirak
edən Şəfi bəy, eyni zamanda, Ümum-
rusiya müsəlman tələbələrinin qurulta-
yının nizamnaməsini hazırlayanlardan
biri olmuşdur.
Kiyevdə təhsilini başa vuran Şəfi bəy
1915-ci ildə Gəncəyə qayıtmışdır. Şəhər
məhkəməsində vəkil kimi çalışmışdır.
1917-ci ilin mart ayında N.Yusifbəylinin
rəhbərliyi altında Gəncədə “Türk-
ədəmi Mərkəziyyət” Partiyası yaradıl-
mış, onun ən fəal üzvlərindən biri Şəfi
bəy olmuşdur. 1917-ci ilin iyununda
M.Ə.Rəsulzadənin rəhbərliyi altında
Bakıda fəaliyyət göstərən “Müsəlman
Demokrat Müsavat” Partiyası ilə
Gəncədəki “Türk-ədəmi-Mərkəziyyət”
Partiyası birləşərək “Türk-ədəmi-
Mərkəziyyət Müsavat” Partiyası ad-
lanmışdır. Həmin partiyanın Mərkəzi
Komitəsi səkkiz nəfərdən ibarət idi.
Bunun da dörd nəfəri Gəncə büro-
sunda fəaliyyət göstərirdi: Nəsib bəy
Yusifbəyli, Həsən bəy Ağayev, Şəfı bəy
Rüstəmbəyli və Məhəmməd Axundzadə.
İctimai-siyasi baxışlarına görə Şəfi bəy
müsəlman fraksiyasına daxil idi. 1917-
ci ilin aprelində Bakıda, həmin ilin
may ayında Moskvada keçirilən Rusiya
Müsəlmanlarının qurultayında Şəfı bəy
fəal iştirak etmişdir.
1918-ci ilin may ayının 28-də
Azərbaycan Xalq Cümhuriyyəti elan
olunduqdan sonra Şəfi bəy İstiq-
lal Bəyannaməsini - Azərbaycanın
müstəqilliyi barədə sənədi imzalayan
Milli Şuranın 27 nəfər üzvündən biri ,
rus dilində nəşr olunan “Azərbaycan”
qəzetinin ilk redaktoru olmuşdur.
Azərbaycanın milli istiqlalı uğrunda
gedən mübarizənin fəal iştirakçısı Şəfı
bəy 1918-ci ilin dekabrında fəaliyyətə
başlayan Azərbaycan parlamentinə üzv
seçilmişdir. 1919-cu ildə Azərbaycan
hökumətində mətbuat qanununun ha-
zırlanmasında və parlamentdə müzakirə
edilməsində Şəfi bəyin xidmətləri bö-
yükdür.
O, bir müddət Azərbaycan hökuməti
Daxili İşlər nazirinin müavini kimi
məsul vəzifədə çalışmışdır.
Milli
hökumətin
süqutundan
sonra xaricə mühacirət etmək
məcburiyyətində qalmış, uzun müddət
Türkiyədə yaşamış, bir sıra məsul
vəzifələrdə çalışmışdır.
Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə
Türkiyədə vəfat etmiş, orada da dəfn
olunmuşdur.
Ə d ə b i y y a t
Aşırlı, A, Şəfi bəy
Rüstəmbəyli //Aşır-
lı A. “Türk ocağı”
Azərbaycanda.-Bakı,
2015.-S.44-45.
Rüstəmbəyli Şəfi
bəy Mustafa bəy
oğlu //Azərbaycan
Xalq Cümhuriyyəti
Ensiklopediyası:2 cilddə.-
Bakı, 2004.-C.II.- S.317.
Şəymən. Vətən və
Azərbaycan fədaisi -
Şəfi bəy Rüstəmbəyli:
Bu böyük mücahid son
nəfəsinədək öz əqidəsini
dəyişmədi /Şəymən //Şərq.-
2014.- 2 iyul.- S.11.
Tahirqızı, Ü.“Mətbuat
haqda qanun”un
ilk müəllifi...: Bir
çox azərbaycanlı
vətənpərvərlər kimi, onun
istiqlal arzuları da bolşe-
vik işğalı nəticəsində ya-
rımçıq qaldı... /Ü.Tahirqızı
//Xalq cəbhəsi.- 2014.- 9
avqust.- S.11.
İctimai xadim
532
Sovet İttifaqı Qəhrəmanı
Sovet İttifaqı Qəhrəmanı
Siyasət.Hərbi iş
Məstan Əliyev
1918-1945
2018
Məstan Astan oğlu Əliyev 1918-ci ildə Tovuz
rayonunun Əsrik Çırdaxan kəndində anadan ol-
muşdur.
1939-cu ildə kənd məktəbində müəllim
işləyən Məstan Əliyev orduya xidmətə getmiş-
dir. Müharibə başlandığı zamandan 47-ci ordunun
tərkibində cəbhədə olmuş, Berlin ətrafında gedən
döyüşlərə kimi müharibədə iştirak etmişdir.
Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən
biri 1945-ci ilin aprel ayının 16-da Oder çayının
sol sahilində olmuşdur. Bu döyüşdə onun bölməsi
72 əsgər və zabitini əsir götürmüşdü, şəxsən özü
isə 20 nəfərə qədərə faşisti məhv etmişdir. Məstan
Əliyev aprel ayının 23-də Berlin uğrunda gedən
döyüşlərdə həlak olmuşdur.
1945-ci il mayın 31-də M.Əliyevə “Sovet İttifa-
qı Qəhrəmanı” adı verilmişdir.
Almaniyada dəfn edilmişdir. Doğma kəndinin
məktəbi onun adını daşıyır.
Gəray Lətif oğlu Əsədov 1923-cü ildə Beyləqan
rayonunun Şahsevən kəndində anadan olmuşdur.
1942-ci ildə hərbi xidmətə getmişdir. Serjant
Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur
Kursk əməliyyatında döyüşmüş, Ukrayna, Molda-
viya və Rumıniyanın azad edilməsinə fəal iştirak
etmişdir.
Qvardiya serjantı Gəray Əsədov Rumıniya-
nın Markita şəhəri uğrunda döyüşdə misilsiz
qəhrəmanlıq göstərmişdir: Öz bədəni ilə düşmənin
güclü atəş nöqtəsini susduraraq əməliyyatın uğur-
lu olmasını təmin etmişdir.
12 oktyabr 1944-cü ildə Marqkita adasında
(Rumıniya) dəfn edilmişdir.
1945-ci il mart ayının 24-də ona “Sovet İttifaqı
Qəhrəmanı” adı verilmişdir.
Təhsil aldığı kənd məktəbinə və rayonun bir
küçəsinə onun adı verilmişdir.
Gəray Əsədov
1923-1944
Ə d ə b i y y a t
Babayev, S. Sovet İttifaqı Qəhrəmanı Məstan Əliyev /S.S.Babayev.- Bakı: Gənclik, 1975.- 28 s.
Əliyev Məstan Astan oğlu //Sovet İttifaqı Qəhrəmanları.- Bakı: İşıq, 1975.- S.15.
Əliyev Məstan Astan oğlu //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1980.- C.IV.- S.175.
Sadıqlı, F. Qəhrəmanlıq dərsi: Faşizm üzərində Qələbədən 70 il keçir /F.Sadıqlı //Azərbaycan.- 2015.- 29 aprel.- S.9.
http://www.anl.az/down/meqale/azerbaycan/2015/aprel/433266.htm
100
illiyi
95
illiyi
Ə d ə b i y y a t
Alıcanov, M. Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədov /M.S.Alıcanov.-Bakı: Gənclik, 1975.- 28 s.
Əsədov Gəray Lətif oğlu //Sovet İttifaqı Qəhrəmanları.- Bakı: İşıq, 1975.- S.17.
Əsədov Gəray Lətif oğlu //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.-Bakı, 1980.- C.IV.- S.232.
Qəhrəmanların izi ilə //Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.11.
http://www.anl.az/down/meqale/medeniyyet/2016/oktyabr/509074.htm