Kbt я25 uot (059) Baş redaktor


Mədəniyyət.Maarif.Təhsil 2018



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə258/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   254   255   256   257   258   259   260   261   ...   276

537

Mədəniyyət.Maarif.Təhsil

2018

Hacı  Kərim  Kərbəlayı  Hüseyn  oğlu  Sanıyev 

1878-ci  ildə  Qazax  qəzasının  Çaylı-Kəsəmən 

kəndində anadan olmuşdur. İbtidai təhsilini kənd 

mollaxanasında  aldıqdan  sonra,  1893-1898-ci 

illərdə Zaqafqaziya Qori Müəllimlər Seminariya-

sını bitirmişdir. 

1898-1902-ci  illərdə  Xaçmaz  kəndində  pe-

daqoji  fəaliyyətə  müəllim  və  məktəb  nəzarətçisi 

kimi  başlamışdır.1902-1904-cü  illərdə Yelizavet-

polda (indiki Gəncədə) olan rus-tatar məktəbində 

müəllimlik  etmiş,  eyni  zamanda  şəhərin  mədəni 

işlərində  fəal  çalışmışdır.1904-1910-cu  illərdə 

Qazax  mahalının  Poylu,  eləcə  də  Dağkəsəmən 

kəndlərində müəllimlik etmişdir. 

1913-cü  ildə  pedaqoji  fəaliyyətinə  görə  III 

dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edil-

mişdir. Ədəbi yaradıcılığa inqilabdan əvvəl başla-

mış, ilk şeirlərini dövri mətbuatda çap etdirmişdir. 

Onun “Mahnılar” adlı ilk şeir məcmuəsi 1919-cu 

ildə    Bakıda  çap  olunmuşdur.  Sovet  hakimiyyəti 

qurulduqdan  sonra  maarif  sahəsində  fəaliyyət 

göstərmişdir. Yeni əlifbanın yaradılması və həyata 

keçirilməsi, dərsliklərin tərtibində uğurla çalışmış, 

eyni  zamanda  Azərbaycan  istehlak  kooperasiya-

sı  və  Sovet  ticarəti  institutlarında,  həyatının  son 

illərində isə 25 saylı Bakı şəhər məktəbində müəllim 

işləmişdir. Azərbaycan İstehlak-Kooperasiya İns-

titutunda  (1933-35),  Sovet  Ticarəti  İnstitutunun 

nəzdindəki işçi fakültəsində müəllim (1933-1936), 

Azərbaycan  Dövlət  Elmi-tədqiqat  İnstitutunda 

elmi işçi, Bakı Xalq Maarifi şöbəsində inspektor 

vəzifələrində işləmişdir.

1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin 

üzvü olmuşdur. 

Hacı  Kərim  Sanılı  bədii  yaradıcılıqla  məşğul 

olmuş,  “Aran  köçü”,  “Namus  davası”,  “Turut 

qaçaqları”,  “Zülmün  sonu”,  “Novruz  və  Gülarə” 

kimi lirik-epik poemaların, “Canavarlar hökuməti” 

mənzum  satirik  əsərinin,  lirik  şeirlərin  müəllifi 

kimi tanınmışdır.

1937-ci ildə repressiya dövründə həbs olunub 

güllələnməyə məhkum edilmişdir.

Hacı Kərim Sanılı    

1878-1937

140 

illiyi

Pedaqoq

Rəcəb Əsədulla oğlu Əfəndizadə 1893-cü ildə 

Şəkidə anadan olmuşdur.   

1900-1901-ci illərdə Şəkidə mollaxanada, 1902-

1910-cu illərdə altısinifli şəhər məktəbində, 1910-

1914-cü illərdə Qori Müəllimlər Seminariyasında 

təhsil  almışdır.  1930-cu  ildə Azərbaycan  Dövlət 

Universitetinin  (BDU)  Pedaqogika  fakültəsini 

bitirmişdir.  1914-1915-ci  illərdə  Göyçay  ikinci 

dərəcəli  şəhər  məktəbində,  1915-1922-ci  illərdə 

Şəki  kişi-qadın  gimnaziyasında,  1922-1927-ci 

illərdə  Şəki  Pedaqoji  Texnikumunda  müəllim, 

1928-1929-ci illərdə Tiflis Pedaqoji Texnikumun-

da direktor, 1929-1934-cü illərdə Ali Pedaqoji İns-

titutda müəllim və dosent, Azərbaycan Dövlət Qi-

yabi Pedaqoji İnstitutunda Tədris və Elmi işlər üzrə 

direktor müavini, 1945-1949-cu illərdə Pedaqogi-

ka kafedrasının müdiri vəzifələrində işləmişdir. 

Rəcəb  bəy  Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə Nuxa qəzasında Hökumətin xalq maa-

rifi sahəsində tədbirlərini həyata keçirmiş, “Türk 

qiraəti” (1918) dərsliyini nəşr etdirmişdir. “İş ota-

ğı” (1933), “Müəllimlərin ixtisasını artırma işinin 

təşkili” (1934), “Xalq maarifi üzrə məlumat kitabı” 

(1935), “Fiziki coğrafiya” (1935), “İzahlı pedaqoji 

lüğət” (1939), “Şagirdlərin fiziki tərbiyəsi və hərbi 

hazırlığı”  (1942),  “Uşaqlarda  səhiyyə  vərdişləri 

tərbiyəsi” (1947) və s. əsərləri Azərbaycanda xalq 

maarifi  və  tərbiyə  işlərinin  elmi-metodik  əsaslar 

üzərində qurulmasında mühüm rol oynamışdır. 

Əfəndizadə ali və orta məktəblər üçün Mosk-

vada  nəşr  olunmuş  “Psixologiya”  və  “Pedaqogi-

ka” dərsliklərinin də ilk tərcüməçisidir. 

Rəcəb Əfəndizadə 1956-cı il dekabr ayının 20-

də Bakıda vəfat etmişdir.

Rəcəb Əfəndizadə

1893-1956 

125 

illiyi

Maarif xadimi



538

2018

Riyaziyyat.Fizika.Astronomiya

1045 

illiyi

Əbu Reyhan Əl-Biruni 

973-1048

Əbu  Reyhan  Məhəmməd  İbn  əl-

Biruni  miladi  tarixi  ilə  973-cü  ildə 

Xarəzm feodal dövlətinin paytaxtı Kət 

şəhərində anadan olmuşdur. Biruni et-

nik mənşəyi etibarilə Özbək türküdür.

Hökmdar  Kabus  İbn-Vəşmgirin 

dəvəti  ilə  988-ci  ildə  Biruni  Xəzər 

dənizinin 

cənub-şərq 

sahilində 

yerləşən  Cürcan  vilayətinin  pay-

taxtı  Cürcan  şəhərinə  gəlmiş,  dəqiq 

elmlərlə  məşğul  olmağa  başlamışdır. 

Cürcanda  11  il  yaşamış,  özünün  ilk 

əsərini  -“Əsarrabaqiyə  an  əl  -quruni 

əl-haliyə”ni – “Keçmiş nəsillərdən qa-

lan izləri”(“Xronologiya”) yazmışdır.

1009-cu  ildə  o,  yenidən  Xarəzmə 

qayıdaraq 1017-ci ilə kimi Əbu Abbas 

İbn Məmunun sarayında Xarəzmşahın 

siyasi məslətçisi kimi çalışmışdır. Öz-

zünün  empirik  müşahidələri  əsasında 

Hindistana  həsr  olunmuş  “Hindis-

tan” adlı irihəcmli əsər yazmışdır.  Bu 

əsərdə  Biruni,  ilk  dəfə  olaraq  yerin 

Günəş ətrafında hərəkətini və dünya-

nın  hərəkətsiz  deyil,  dönən  bir  kütlə 

olduğunu  Kopernikdən  500  il  əvvəl 

söyləmiş  və  məşhur  hind  astrono-

mu  Brahmaquptanın  “Yer  hərəkətdə, 

göylər  isə  sükunətdədir”  fikrini 

əsaslandırmışdır.  Evklidin  “Başlan-

ğıc”, Ptolomeyin “Almaqest” və özü-

nün  müəllifi  olduğu  “Astrologiya” 

əsərini hind dilinə tərcümə etmişdir.

Orta Asiyanın topoqrafiyasına dair 

əsərində Amu-Dərya çayının bir neçə 

dəfə  öz  yatağını  dəyişməsi  barədəki 

tədqiqatları  xüsusilə  maraqlıdır.  Bi-

runi  Azərbaycanın  o  zaman  məlum 

olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, 

Bəzz, Təbriz, Ərdəbil kimi qədim və 

böyük  şəhərlərinin  enlik  və  uzunluq 

dairələrini göstərmişdir. Ömrünün so-

nuna yaxın yazdığı “Kitâbü’l-Camahir 

fi 

Marifeti’l-Cevahir” 



kitabında 

müxtəlif mineralların və qiymətli daş-

ların mənşəyi, xarakteri və mədənləri 

haqqında geniş məlumat vermişdi.

Biruni  riyaziyyat,  astronomiya, 

coğrafiya,  naturfəlsəfə,  minerologiya, 

təbiətşünaslıq,  tarix,  etnoqrafiya,  fi-

lologiya və elmin bir çox sahələrinin 

aktual  məsələlərinə  dair  170-ə  yaxın 

əsər  yazmışdır.  Bunların  143-ü  onun 

özü tərəfindən tək müəllif kimi, 27-si 

yaxın tələbələri və məsləkdaşları Əbu 

Nəsr ibn İraq, Məsihi, Əbu Əli Həsən 

ibn-Əli Cəlil və b. iştirakı ilə yazılmış-

dır.

Ömrünün son 18-20 ili yaradıcılığı-



nın ən məhsuldar dövrü olmuşdur. Bu 

illərdə görkəmli alim onlarca qiymətli 

əsər yazmış, bunlardan yalnız bir qis-

mi zəmanəmizə gəlib çatmışdır.

Biruni 1035-1036-cı illərdə məşhur 

alim  Əbu  Bəkr  Zəkəriyyə  ər-Razinin 

əsərlərinin  siyahısı  ilə  yanaşı,  öz 

əsərlərinin  siyahısını  “Fihrist”  adı  ilə 

təqdim etmişdir. 

Biruni  təxminən  80  yaşında  ikən 

1048-ci il dekabr ayının 9-da Qəznədə 

vəfat etmişdir.



Ə d ə b i y y a t

Əbu Reyhan Biruni: Araş-

dırma //P.S. Elm, təhsil və 

həyat.- 2015.- 24-31 iyul.- 

S.12, 13.

Məmmədov, E. Əbu Reyhan 

Əl-Biruninin ictimai-

siyasi və tarixi baxışları //

Məmmədov E. Türk dünya-

sının görkəmli şəxsiyyətləri: 

universitetlərin humanitar 

fakültələrinin müəllim və 

tələbələri üçn metodik 

vəsait.- Bakı, 2010.- S.29-

57.

Vəlixanlı, N. XI əsrin 

görkəmli alimi Əbu-Reyhan 

əl-Biruni //Azərbaycan SSR 

EA Xəbərləri: Tarix, fəlsəfə 

və hüquq seriyası.- 1973.- 

№ 3.- S.67-77.

Ensiklopediyaçı alim


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə