521
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
145
illiyi
Zivər bəy Əhmədbəyov
1873-1925
2018
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov
1873-cü ildə Şamaxı şəhərində anadan ol-
muşdur.
Orta təhsilini Şamaxıda almış, 1902-ci
ildə Peterburq İnşaat Mühəndisləri İnsti-
tutunu bitirmiş və Bakıya geri dönmüşdür.
1903-cü ildə Bakı Quberniya İdarəsinin
Tikinti Şöbəsində ştatdankənar texnik
vəzifəsində işə başlamış, 1910-cu ilədək
bu vəzifədə çalışmışdır.
1910-cu ildən Bakı Şəhər idarəsinə şəhər
memarı vəzifəsinə keçən Zivər bəy, 1914-
cü ilə kimi bu vəzifədə çalışmış, 1916-cı
ildə iş icraçısı, 1916-cı ildən inqilaba qədər
isə 1-ci sahənin şəhər memarı olaraq çalış-
mışdır. Zivər bəy Əhmədbəyov peşəkar
Avropa təhsili almış ilk azərbaycanlı me-
mar və 1918-1925-ci illərdə Bakı şəhərinin
Baş memarı olmuş ilk azərbaycanlı idi.
Zivər bəy Əhmədbəyov öz ilk layihəsini
əyalətdə, 1906-1917-ci illərdə Göyçay
ərazisində həyata keçirmişdir. Şamaxıda
Cümə məscidi, İmam məscidi, Bakıda Təzə
Pir məscidinin, Əmircanda Murtuza Mux-
tarov məscidi (1908) (məscidi Kərbəlayi
Əhməd tikib) və Vladiqafqazda bir sıra
yaşayış və məişət binaları onun layihəsilə
tikilmişdir.
Əmircanda layihəsini verdiyi məscid
isə Şərq memarlığının ən yaxşı incilərindən
biri kimi UNESCO-nun tarixi abidələr si-
yahısına salınmışdır.
Z. Əhmədbəyov öz layihələrində Qərbi
Avropa və Şərq memarlıq ənənələrini bö-
yük məharətlə birləşdirmişdir. Bakıda Of-
talmologiya institutunun binası və onun
layihəsilə tikilən bir sıra yaşayış binaları
bu gün də göz oxşayır.
1917-ci ildə Z.Əhmədbəyov “İslam
mədəniyyət abidələrini qoruyan”, 1919-cu
ildə isə Şamaxıda mədəniyyət abidələrinin
öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan”
cəmiyyətlərini yaratmışdır.
Zivər bəy Əhmədbəyov 1925-ci ildə
Bakıda vəfat etmişdir.
26 may 2011-ci ildə Bakıda “Niza-
mi” metrostansiyası qarşısında Zivər bəy
Əhmədbəyovun heykəlinin və onun adını
daşıyan parkın açılışı olmuşdur. Prezident
İlham Əliyev mərasimdə iştirak etmişdir.
Parkla üzbəüz bina Zivər bəy
Əhmədbəyovun layihəsi əsasında inşa
edilmişdir.
Ə d ə b i y y a t
Fətullayev-Fiqarov, Ş.Mülki mühəndis Zivər bəy Əhmədbəyov /Ş.S.Fətullayev-Fiqarov; lay. rəhb. E.Qasım-zadə; dizayn N.Novruzov;
Azərb. Resp.-nın Memarlar İttifaqı.-Bakı: [Şərq-Qərb], 2013.-43, [1] s.
Mehparə. Zivər bəy Əhmədbəyov fenomeni /Mehparə //Mədəniyyət.- 2014.- 7 may.- S.10.
Mülki mühəndis Zivər bəy Əhmədbəyov //Bakı memarları: XIX əsrin sonu-XX əsrin əvvəlində /Ş.S.Fətullayev; lay. rəhb. E.Qasımzadə;
[Azərb. Resp. Memarlıq İttifaqı].- Bakı, 2013.- S.270-290.
Fətullayev-Fiqarov, Ş. Civil engineer Ziverbey Ahmadbeyov /Ş.Fətullayev-Fiqarov; design N. Novruzov; Union of Architects of Azerbai-
jan Republic .-Baku: Sharq-Qarb, 2013.-39, [1] p.
İ n t e r n e t d ə
http://www.anl.az/down/meqale/medeniyyet/2014/may/368527.htm
www.ebooks.preslib.az
Memar
522
Musiqi.Opera.Balet
665
illiyi
Əbdülqadir Marağayi
1353-1434/36
2018
Əbdülqadir ibn Qeybi əl-Hafiz Əl-
Marağayi 1353-cü ildə Azərbaycanın
məşhur
elm
və
mədəniyyət
mərkəzlərindən
sayılan
Marağa
şəhərində anadan olmuşdur. Atası
Mövlana Qeybi tanınmış musiqiçi idi.
Orta əsrlərin bir çox digər alimləri
kimi Marağayi də hərtərəfli təhsil al-
mışdır. O, Şərq musiqi nəzəriyyəsini
dərindən mənimsəmiş, gözəl xanəndə,
musiqiçi, bəstəkar, rəssam-xəttat və
şair kimi tanınmışdır. Marağayi öz
şeirlərini Azərbaycan türkcəsi, fars
və ərəb dillərində yazmışdır. Özünün
yazdığı kimi, şeirlərinin əksər qismini
Azərbaycanda və İraq türkləri arasında
geniş yayılmış Segah, Üşşaq və Nəva
muğamlarına uyğun vəznlərdə qələmə
almışdır.
Əbdülqədir dörd yaşında ikən
“Quran”ı əzbərləmiş, on yaşında mu-
siqi elminin əsaslarını mənimsəmiş,
qrammatika, ritorika və üslubiyyatı
öyrənmişdir. Atası ilə birlikdə dəvət
edildiyi alim və şeyxlərin məclislərində
“Quran” ayələrini avazla oxumuş və
mürəkkəb musiqi əsərləri ifa etmişdir.
Teymurun Azərbaycana gəlişindən
sonra, bir çox incəsənət xadimləri
Səmərqəndə aparılmışdır. 1397-ci ildə
Teymurun çıxardığı edam cəzasından
canını qurtaran Marağayi də bunların
siyahısına düşmüşdür. Elə həmin ildə
Teymur özünün fərmanı ilə başıbəlalı
alimi “bütün musiqi bilicilərinin pad-
şahı” adlandırmışdı.
Marağayi Səmərqənddə də yaradı-
cılığından qalmamış, yeni-yeni musi-
qi əsərləri və musiqişünaslıq risalələri
yazmışdır. Onun “Kənz əl-əlhan”
(“Melodiyalar xəzinəsi”) risaləsindəki
melodiyalar Urməvinin hərfi-ədədi
sistemi ilə verilmişdir. Burada hərflər
səslərin yüksəkliyini, rəqəmlər uzun-
luğunu göstərir, ladın və vəznin adı isə
melodiyanın ritm və quruluşunu bildi-
rirdi.
Marağayi öz musiqi risalələrinin
əksər qismini fars dili və Azərbaycan
türkcəsində yazdığı şeirlərlə tamamla-
mışdır.
O, türk xalqlarının musiqisinə,
xüsusilə aşıq musiqisinə böyük diqqət
yetirmişdir. Alim öz əsərlərində doq-
quz əsas türk ladını və bütün Şərq
xalqları üçün ümumi olmaqla türk
musiqisində daha çox işlənən ladları
müəyyənləşdirərək ayırmışdır.
Marağayi ömrünün son illərini
Heratda keçirmiş, 1436-cı ildə (bəzi
mənbələrdə 1434) orada vəfat etmiş-
dir.
Haqqında Asyanın
Kandille-
ri - Abdülkadir El Meragi “Büyük
Hoca” (bəlgəsəl), “Muhteşem Türk-
ler - Abdulkadir Meragi” (Türkiyə
türkcəsində cizgi filmi), “Səs alimi.
Əbdülqadir Marağayi” (2016) adlı
filmlər çəkilmişdir.
Ə d ə b i y y a t
Əbdülqədir Marağayi
//100 böyük türk.- Bakı,
1991.- S.29.
Əbdülqədir Marağayi
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı,
1980.- C.IV.- S.125.
Əliyev, Ə. Azərbaycanlı
alim UNESCO-nun Baş
direktoruna müraciət edib
/Ə.Əliyev //Azərbaycan.-
2013.- 14 noyabr.- S.8.
Fərəcov, S. Musiqi onu dar
ağacından xilas etmişdi
“Ey təbiblər, Əbdülqadir
bu uddan şəfa tapsa,
təəccüblənməyin. Çünki o,
özünün şəfasını musiqidə
axtarır” /S.Fərəcov
//Mədəniyyət.- 2013.- 11
yanvar.- S.15.
İ n t e r n e t d ə
http://www.anl.az/down/
meqale/azerbaycan/2013/
noyabr/335453.htm
http://www.anl.az/down/
meqale/medeniyyet/2013/
yanvar/288567.htm
http://www.azhistory-
museum.az/index.
php?mod=5&id=1063
Musiqişünas alim