519
Milli ədəbiyyat
135
illiyi
Əliabbas Müznib
1883-1938
2018
Əliabbas Mütəllib oğlu Mütəllibzadə
- Əhmədov (Əliabbas Müznib) 1883-cü
ildə Bakı şəhərində anadan olmuşdur.
İbtidai təhsilini mədrəsədə almış, ərəb-
fars dillərini mükəmməl öyrənmişdir.
Bir müddət də rus-tatar (Azərbaycan)
məktəbində təhsilini davam etmişdir.
Kiçik yaşlarından şeirə böyük maraq
göstərmiş, bu həvəs onu Bakıda 1880-
ci illərdən fəaliyyət göstərən “Məcmə
üş-şüəra”ya gətirmişdir.
Müznib də bir çox yazıçı və şair
çağdaşları kimi ədəbiyyat və mətbuat
aləminə 1905-ci ilin rus qiyamından
sonra gəlmiş və iti qələm, üsyankar
ruhu, milliyyətçi və Türkçü inancları ilə
qısa zamanda ədəbi dairələrdə böyük
maraq toplamışdır. 1907-ci ildən başla-
yaraq “Tazə Həyat”, “İttifaq”, “Zənbur”
kimi qəzet və jurnallarda ilk şeirlərini
nəşr etdirən Əliabbas Müznib, qısa bir
müddət sonra, 1910-cu ildə “Hilal” adlı
bir qəzeti nəşr etdirmiş, həddindən ar-
tıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti
çəkən bu qəzetin ilk sayı hələ mətbuatda
ikən müsadirə olunmuşdur. 1911-ci ildə
Müznib hökumətə qarşı yazılarına görə
əvvəl qısa müddət üçün həbs olunmuş
və cəzalandırılaraq. ömür boyu Sibirə
sürgün edilmişdir.
1913-cü ildə Romanovlar sülaləsinin
hakimiyyətə gəlməsinin 300 illiyi
münasibətilə elan olunmuş aministiya
ömürlük Sibirə sürgün edilmiş Müznibə
də şamil edilmişdir. Lakin ona qəzet-
jurnal çap etməyə icazə verilmədiyindən
savadsız qardaşı Əbülfəzin adına icazə
alaraq 1914-cü ildə ictimai-siyasi
ədəbi “Dirilik”, 1915-ci ildə satirik
“Babayi Əmir” jurnallarını nəşr etməyə
başlamışdır. Kərbəlayı Vəli Mikayı-
lov, Məhəmmədəli Rəsul-zadə, Ab-
bas Kazımzadə, Seyid Hüseyin və b.
məsləkdaşları ilə birlikdə Müsavat
partiyasının formalaşmasında əlindən
gələni əsirgəməyən naşir “Dirilik” jur-
nalını “partiya”nın tribunasına çevir-
mişdir.
Bolşevik və erməni silahlılarının
1918-ci ilin martında müsəlmanları
kütləvi qırmasından bəhs edən “Mart
hadisələri”, məşhur Ənvər Paşaya həsr
etdiyi kitabça böyük maraqla qarşılan-
mışdır.
Ədəbiyyat
tariximizin
öyrənilməsində böyük xidmət göstərən
Ə.Müznib 1928-ci ildə XIX əsr
Azərbaycan ədəbiyyatı seriyasından
“Nakam (seçmə parçalar)”, “Aşıq Pəri
və onun müasirləri” kitablarını nəşr et-
dirmişdir. Tərtib etdiyi “Natəvan”, “Sa-
bir”, “Abbas Səhhət”, “Hacı Seyid Əzim
Şirvani” və onlarla başqa kitablara yaz-
dığı ön sözlər, çap etdirdiyi məqalələr
ədəbiyyatşünaslığımıza gözəl töhfədir.
Onlarca şairimizin əsərlərini toplamış,
elmi məqalələr yazmışdır. Nəşriyyatla
Məhəmməd Hadinin, Molla Pənah
Vaqifin, Cəfər Cabbarlının əsərlərinin
tərtibi və nəşrə hazırlanması haqqında
müqavilə bağlamışdır. Lakin onları,
eləcə də üzərində işlədiyi neçə-neçə ki-
tabı, yazmış olduğu məqaləni çap etdirə
bilməmiş, bir çoxu da həbs zamanı itib
batmışdır.
1936-cı il dekabr ayının 12-
də Əliabbas Müznib həbs edilmiş,
işgəncələrə məruz qalmış və 1938-ci il
avqustun 28-də Sovetlər Birliyinin ən
uzaq şəhərlərindən biri olan Vladivos-
tokdakı xüsusi həbs məntəqəsində vəfat
etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri /Əliabbas
Müznib; nəşrə hazırla-
yan, ön sözün və lüğətin
müəl. S.Xəyal; AMEA,
Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu.-Bakı:
Nurlan, 2007.-163 s.
Türkcə qəzəllər /Ə.Müznib;
nəşrə haz. S.Gəncəli; red.
A.Ramazanov; AMEA,
M.Füzuli ad. Əlyazmalar
İn-tu.-Bakı: “Elm və
təhsil”, 2013.-193 s.
Xəyal, S. Əliabbas Müznib
Bakı və bakılı şairlər
haqqında /Sona Xəyal; elmi
red. Azadə Musayeva; rеd.
Vüsalə Səmədova; АМЕА,
Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu.-Bakı:
Nurlan, 2003.-80 s.
Dünyaminqızı, Q. Vətən
uğrunda fəda olmuş
qardaşlar: Sovet hökuməti
Əliabbas Müznib və
Əmin Abidin taleyinə
də acı sonluq yazmışdı
/Q.Dünyaminqızı //Kaspi.-
2014.-19-21 dekabr.-S.7.
Şair
520
Folklor
150
illiyi
90
illiyi
Hüseyn Bozalqanlı
1868-1941
Aşıq İmran
1928-1999
2018
Hüseyn Cəfərqulu oğlu Quliyev (Bozalqan-
lı) 1868-ci ildə Yelizavetpol quberniyası Qa-
zax qəzasının (indiki Tovuz r-nun) Bozalqanlı
kəndində anadan olmuşdur. Kənddə yeni açılan
molla Səməd Axundun məktəbində üç il təhsil al-
mış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir.
Kiçik yaşlarından aşıqlığa - saz çalıb, söz qoşmağa
həvəsi olmuş, hələ on iki yaşında ikən şeir yazma-
ğa başlamışdır. 1890-cı ildən el arasında çalıb oxu-
mağa başlamış, şeirləri dövri mətbuatda müntəzəm
çap edilmişdir. Bədahətən söz deməkdə də Aşıq
Hüseynin əvəzi olmamışdır. Buna görə də sevimli
Xalq şairimiz Səməd Vurğun onu “əli qılınclı şair”
adlandırmışdır.
Aşıq Ələsgər məktəbinin davamçısı olan Aşıq
Hüseynin Azərbaycan xalq yaradıcılığının inkişa-
fında böyük xidməti olmuşdur. O, “Qara Tanrıver-
di”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanla-
rının yaradıcısıdır. “Koroğlu” dastanının ən kamil
bilicisi məhz Aşıq Hüseyn hesab edilmişdir. Das-
tanın bir neçə qolu - “Koroğlunun Toqat səfəri”,
“Bağdad səfəri”, “Həmzənin Qıratı aparması”,
“Koroğlunun vuruşması” və s. qolları Aşıq Hüsey-
nin dilindən yazılmışdır. 1937-ci il noyabr ayının
13-də aşıq Hüseyn Bozalqanlı Azərbaycan Yazıçı-
lar İttifaqının üzvü və ittifaq nəzdində olan Aşıq-
lar bölməsinin rəhbəri seçilmişdir. I və II Aşıq-
lar qurultayının, Mockvada keçirilən Azərbaycan
ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı
olmuşdur. “Şərəf nişanı” ordeni və fəxri fərmanla
mükafatlandırılmış, 1941-ci il oktyabrın 16-da isə
Azərbaycan Respublikasının “Əməkdar incəsənət
xadimi” fəxri adına layiq görülmüşdür.
Hüseyn Bozalqanlı 1941-ci il noyabr ayının
13-də Bozalqanlı kəndində vəfat etmişdir.
Ə d ə b i y y a t
Əsərləri: 2 cilddə /H.Aşıq Bozalqanlı.- Bakı: Nurlan, 2008. - C.1: Şeirləri.- 296 s.; C.2.-287 s.
Qasımova, S. Hüseyn Bozalqanlının poetik irsi /S.H.Qasımova; elm. red. M.Qasımlı.-Bakı: Elm və təhsil, 2012.-173, [3] s.
Aşıq
Aşıq
İmran Mehralı oğlu Həsənov (Aşıq İmran)
1928-ci ildə Göyçənin Ağbulaq kəndində anadan
olmuşdur.
Aşıq sənətinin sirlərini əmisi Aşıq Dünyama-
lıdan, Göyçəli Aşıq Məhərrəm Hacıyevdən, Aşıq
Hüseyn Dəmirçidən öyrənmiş, 1950-ci ildə To-
vuz rayonuna köçərək ustad aşıqlar - Aşıq Əsəd
və Mirzədən bəhrələnmişdir.Zil tembrli səsə malik
olduğuna görə ona “Koroglu aşığı” deyirdilər. Saz
havalarının kamil bilicisi, dastanlarımızın mahir
ustadı kimi tanınmışdır.
Aşıq İmran əsasən Koroğlu havalarının (11 “Ko-
roğlu” havası var) mahir ifaçısı kimi şöhrət qazan-
mışdır. Aşıq İmran dünyanın bir çox ölkələrində
oxumuş və Azərbaycan aşıqlarının III və IV qurul-
taylarının nümayəndəsi olmuşdur.
7 aşıq havasının yaradıcısı, 2 şeirlər kitabı-
nın müəllifidir.12 aşıga ustadlıq etmiş, uzun illər
yaşayıb-yaratdığı Tovuz rayonunda “Aşıqlar” an-
samblının rəhbəri olmuşdur.
İmran Həsənov bir çox dövlət mükafatları,
1959-cu ildə Moskvada keçirilmiş Azərbaycanın
mədəniyyəti və incəsənətinin ongünlüyündə iş-
tirakına görə “Şərəf Nişanı” ordeni və Fəxri
Fərmanla təltif edilmişdir. 1967-ci ildə “Əməkdar
mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Aşıq İmran 1999-cu il dekabr ayının 15-də vəfat
etmişdir.
Ə d ə b i y y a t
Sənətimin sultanıyam: şeirlər və dastanlar /Aşıq İmran; naşir M. Ələkbərli; red. və ön sözün müəll. M.Hüseynli; toplayıb tərtib ed.
F.İmranoğlu; məsləhətçi Aşıq M.Məmmədov (və b.).-Bakı: Şur, 2013.-343 s.
Sarıyeva, İ. Koroğlu aşığı Aşıq İmran /İradə Sarıyeva //Türküstan.- 2015.- 3-9 may.- S.14.