533
Tarix
245
illiyi
Mirzə Camal bəy
1773-1853
2018
Mirzə Camal bəy Məhəmmədxan
bəy oğlu Hacılı-Cavanşir (Mirzə Camal
Cavanşir Qarabaği) 1773-cü ildə Hacı-
lı icmasında, Gecəgözlü obasında ana-
dan olmuşdur. Atası Məhəmmədxan
bəy Şuşaya Qalabəyi təyin olunduq-
dan sonra paytaxta köçmüşdülər. Bu-
rada mədrəsə bitirmişdir. Bir neçə
dil bilirdi. Ədəbiyyatçı Adolf Berje
yazır: “Mirzə Camal fars, ərəb və os-
manlı dillərindən başqa avar və ləzgi
dillərini də bilirdi. Tarix, coğrafiya və
astronomiya haqqında yaxşı məlumatı
vardı. Aydın və savadlı adam olan Ca-
mal bəy divanda katib işləmiş, xanın
əsasən daxili yazışmalarını apardığına
görə ona Mirzə adını qoymuşlar.”
1797-cı ildə baş vəzir Molla
Pənah Vaqif öldürüldükdən son-
ra İbrahimxəlil xan xanlığa baş vəzir
vəzifəsinə divanxana katibi Mirzə
Camal bəy Hacılı-Cavanşiri təyin
etmişdir. 1822-ci ildə xanlıq ləğv
olunduqdan sonra Mirzə Camal bəy
rus hərbi idarəsi tərəfindən yaradı-
lan məhkəməyə işə keçirilmişdi. On
səkkiz il məhkəmə sistemində çalış-
dıqdan sonra qocalığı ilə bağlı, 1840-
cı ildə istefaya çıxmışdır.
Mirzə Camal bəy tibb elmini gözəl
bildiyindən həkimliklə məşğul olmağa
başlamışdır. Ömrünün sonuna qədər
adamları pulsuz müalicə etmişdir.
Mirzə Camal bəy Cavanşir Qaraba-
ği tarixçi idi və onun zəngin kitabxa-
nası olmuşdur.
1815-ci ildə “İran tarixi haqqında
qısa icmal”nı, 1847-ci ildə isə Qara-
bağın siyasi olaylarından bəhs edən
“Qarabağ tarixi” adlı tarixi əsərlərini
yazmışdır.
Mirzə Camal bəy 1853-cü ildə vəfat
etmişdir.
Ə d ə b i y y a t
Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi //Qarabağnamələr /tərt. ed. A.Fərzəliyev; elmi red. N. Axundov.- Bakı, 2006.-
K.I.-S.117-167.
Hüseynov, Y. “Qarabağnamələr”də yaşayan tarix /V.Hüseynov //Azərbaycan.-2015.- 12 fevral.- S.11.
Axundov, N. Qarabağ xanlıqlarının ictimai-iqtisadi vəziyyəti və mədəni həyatı //Axundov N. Qarabağ salnamələri.- Bakı, 1989.-
S.154-206.
Qarabağ tarixini yazan soylardan biri: Mirzə Camal Cavanşir Qarabağinin varisləri //Azadlıq.- 2013.- 2 sentyabr.- S.14.
İ n t e r n e t d ə
https://az.wikipedia.org/.../Mirzə_Camal_Cavanşir_Qarabaği
http://www.anl.az/down/meqale/azadliq/2013/sentyabr/323875.htm
http://www.anl.az/down/meqale/azerbaycan/2015/fevral/420591.htm
Tarixçi
534
Ə d ə b i y y a t
“Ədalətli sultanın bir günlük ədaləti...”: Anadolu qazisi Siracəddin Urməvi //Azadlıq.- 2013.- 22 fevral.- S.14.
Məmmədov, Z. Siracəddin Urməvi /Zakir Məmmədov; Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutu.- Bakı: Elm,1990. - 48 s.
Siracəddin Urməvi //Azərbaycanda ənənəvi din [A.Şirinov [və b.]]; red. N.Məmmədov; elmi red. A. Şirinov.- Bakı, 2014.- S.91-92.
Uğur. Siracəddin Urməvinin yaradıcılığında azadfikirlilik: O, insanı əhatə edən şeylər və hadisələr haqqında maraqlı mühakimələr
yürüdüb /Uğur //Xalq cəbhəsi.- 2014.- 28 yanvar.- S.11.
Fəlsəfə.İqtisadiyyat.Hüquq
820
illiyi
Siracəddin Urməvi
1198-1283
2018
Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi
1198-ci ildə Cənubi Azərbaycanın Urmi-
ya şəhərində anadan olmuşdur. Onun uşaqlıq
illəri burada keçsə də, təhsilini Mosulda o döv-
rün böyük təbiətşünas, məntiqçi filosoflarından
Kəmaləddin Musa İbn Yunusun (1156-1242) və
başqa nüfuzlu şəxslərin yanında almış, fəlsəfə,
məntiq, hüquq, tibb, riyaziyyat, astronomiya və s.
elmləri mükəmməl öyrənmiş, bu sahələrin bilici-
si kimi ətraf məmləkətlərdə də məşhurlaşmışdır.
Azərbaycan alimi həmin dövrdə görkəmli
şəxsiyyətlərlə - elm adamları və siyasi xadimlərlə
yaxınlıq etmiş, dövlət və hüquq işlərinə maraq
göstərmişdir.Görkəmli filosof bir müddət Suriya-
da, sonra Kiçik Asiyada yaşamışdır.
Siracəddin Urməvi 1246-cı ildən əvvəl Konya-
nın, 1277-ci ildən etibarən bütün Rum ölkəsinin
baş qazisi (kadi əl-küdat) vəzifəsini icra etmişdir.
Bu dövrdə müsəlman Şərqində fəlsəfə, məntiq
və hüquq elmlərini dərindən bilən alimlər dövlət
işlərinə cəlb olunurdular.
Yazılı mənbələrdə Siracəddin Urməvinin aşağı-
dakı əsərlərinin adı çəkilir: “Məntiqə və fəlsəfəyə
dair Nurların doğuşları”, “Hikmət incəlikləri”,
“Haqqın bəyanı”, “Metodlar”, “Ziddiyyətin misal-
larına dair traktat”, “Dialektikaya dair traktatlar”,
“Həkimanə sözlərin islahı”, “Təhsil”, “Suallar” və
başqaları.
Görkəmli filosofun kitabları içərisində ən geniş
şöhrət tapan “Nurların doğuşları” əsəridir. Bu kita-
ba, xüsusən onun məntiq hissəsinə onlarla şərh və
haşiyə yazılmışdır. “Nurların doğuşları” əsərinin
məntiq hissəsinin Qahirədə Xədiviyyə kitabxana-
sında saxlanılan əlyazması Siracəddin Urməvinin
sağlığında - 1278-ci il iyulun əvvəlində Konya
şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçü-
rülüb tamamlanmışdır. Azərbaycan filosofunun bu
kitabının həmin hissəsi Qütbəd-din Razinin (1291-
1365) ona yazdığı şərh ilə birlikdə Təbrizdə, İs-
tanbulda və Tehranda müxtəlif illərdə çap edilmiş-
dir.
Siracəddin Urməvinin “Nurların doğuşla-
rı” kitabına özünün yazdığı təfsirin - “Nurların
doğuşları”nı işıqlandırmalar” traktatının Qahirədə
saxlanılan nüsxəsini Əbu Abdulla Əhməd Mikayıl
oğlu Təbrizi 1278-ci il oktyabr ayının 10-da kö-
çürüb qurtarmışdır. Filosofun digər böyük əsəri
“Hikmət incəlikləri” kitabının dibaçəsində deyil-
diyi kimi, müəllif onu 1257-ci ildə yazıb qurtar-
mışdır. Əsər 1972-ci ildə Tehranda çapdan çıxmış-
dır. Onun “Haqqın bəyanı” traktatının 1587-ci ildə
köçürülmüş nüsxəsi İranda Astanqüds kitabxana-
sında saxlanılır.
Siracəddin Urməvi İbn Sinanın və Əfzələddin
Xunəcinin fəlsəfəyə dair, Əbuhamid Qəzalinin və
Fəxrəddin Razinin hüquqa dair kitablarına dəyərli
şərhlər yazmışdır.
Siracəddin Urməvi 1283-ci ildə Türkiyənin
Konya şəhərində vəfat etmiş, orada Müsəlla
qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycanda Siracəddin Urməvi irsinin ilk
tədqiqatçısı mərhum alimimiz Zakir Məmmədov
olmuşdur. O, Urməvinin həyatını və bütünlükdə
irsini ilk dəfə geniş şəkildə tədqiq etmişdir.
Azərbaycan filosofu