Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə254/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   250   251   252   253   254   255   256   257   ...   276

529

Siyasət.Hərbi iş 

135 

illiyi

Nurməmməd bəy Şahsuvarov

 1883-1958  

2018

Nurməmməd bəy Ədilxan oğlu Şah-

suvarov  1883-cü  ildə  Azərbaycanın 

Laçın  rayonunun  Minkənd  kəndində 

doğulmuşdur.  İbtidai  təhsilini  kənd 

məktəbində almış, 1889-1903-cü illərdə  

Qori Müəllimlər Seminariyasında oxu-

muşdur.  H.Şahsuvarov  bir  müddət 

Gəncədə  rus  dili  müəllimi  işlədikdən 

sonra Tiflis Aleksandr Müəllimlər İns-

titutuna daxil olmuş, 1912-ci ildə oranı 

bitirmiş,  Kiyev  Universitetinin  hüquq 

fakültəsində  təhsilini  davam  etdirmiş 

və həmin ali məktəbi ekstern yolu  ilə 

1915-ci ildə başa vurmuşdur. Dağıstan 

Vilayəti Xalq Təhsili İdarəsi üzrə Tey-

murxanşura  şəhərinə  inspektor  təyin 

edilmişdir.

1917-ci  ildə  Rusiyada  fevral-

burjua  inqilabı  başlayanda  bitərəf 

Nurməmməd  bəy  Şahsuvarov  siyasi 

hadisələrdə  yaxından  iştirak  etməyə 

başlamışdır.

1918-ci  ilin  yayında  Şimali  Qaf-

qazda  yaşayan  xalqların  milli-azadlıq 

hərəkatı  nəticəsində  Dağlılar  Respub-

likası  yaradılmışdır.  N.Şahsuvarov 

həmin respublikanın Xalq Maarif nazi-

ri təyin olunmuşdur.

1919-cu il iyun ayının əvvəlində Ba-

kıya  gələn  N.Şahsuvarov  Azərbaycan 

Demokratik  Respublikası  Nazirlər 

Şurasının  sədri  N.Yusifbəylinin  təşkil 

etdiyi  birinci  hökumət  kabinəsində 

Maarif  nazirinin  müavini  vəzifəsini 

icra etməyə başlamışdır. Azərbaycanın 

şəhər  və  kəndlərində  ana  dilində 

məktəb  və  seminariyaların  açılmasına 

və  digər  mütərəqqi  tədbirlərin  həyata 

keçirilməsinə böyük əmək sərf etmiş-

dir.

Azərbaycanın  ilk  ali  məktəbi  Bakı 



Dövlət  Universitetinin  təşkilində  də 

N.Şahsuvarovun  xidmətlərini  qeyd 

etmək lazımdır.

İttihad 


partiyasının 

üzvü 


N.Şahsuvarov Nazirlər Şurasının sədri 

N.Yusifbəylinin  II  hökumət  kabinə-

sində  1920-ci  il  martın  5-də  istefaya 

çıxan  H.Şahtaxtinskinin  (1880-1943) 

yerinə  Maarif  və  Dini  Etiqad  naziri 

təyin olunmuş, 25 gün sonra – martın 

30-da bütün kabinə ilə birlikdə istefaya 

çıxmışdır.

1920-ci  il  aprel  ayının  27-də  baş 

verən hadisələrdən sonra N.Şahsuvarov 

Azərbaycan  SSR  Xalq  Maarif  Ko-

missiyasının  müavini  təyin  olunmuş-

dur.  Sonralar  isə Azərbaycan    Dövlət 

Universitetində  Rus  dili  kafedrasının 

müdiri,  Azərbaycan  Neft  İnstitutun-

da  isə  rus  dili  müəllimi  vəzifəsində 

işləmişdir.

1940-cı  ildə  həbs  olunan  və  Kras-

nodar  diyarına  sürgünə  göndərilən 

Nurməmməd Şahsuvarov orada da öz 

ixtisası üzrə dərs demişdir. Üç il sonra 

1943-cü ildə sürgündən Bakıya qayıdan 

N.Şahsuvarov Azərbaycan  Tibb  İnsti-

tutunda Rus dili kafedrasının müdiri və 

müəllimi  işləmişdir.  O, Azərbaycanda 

rus dili sahəsində bir mütəxəssis kimi 

məşhur olmuşdur.

Nurməmməd  Şahsuvarov  1958-ci 

il  avqust  ayının  11-də  Bakı  şəhərində 

vəfat etmişdir. 



Ə d ə b i y y a t

Qoca, E. Sibir dərsi           

/Elşad Qoca; red. 

Azərbaycan Respublikası 

Milli Təhlükəsizlik Nazir-

liyinin İdarə rəisi Fuad 

İsgəndərov; rəyçi filol. 

elm. nam. Şamil Vəliyev

filol. elm. nam. Bədirxan 

Əhmədov.- Bakı: Şuşa, 

2000.- 320 s.

Repressiya fırtınasında 

sovrulan Şahsuvarovlar           

//Azadlıq.-2013.- 4 av-

qust.- S. 14.

Şahsuvarov Nurməmməd 

bəy  //Azərbaycan De-

mokratik Respublikası: 

Azərbaycan hökuməti 

(1918-1920).- Bakı, 

1990.- S.72-73.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/azadliq/2013/

avqust/320708.htmz

www.history.az

Dövlət xadimi


530

Siyasət.Hərbi iş 

125 

illiyi

Əhməd bəy Pepinov   

1893-1938

2018

Əhməd  bəy  Ömər  oğlu  Pepinov 

1893-cü  ildə  Gürcüstanın  Axalkələk 

mahalının  Bolazur  kəndində  anadan 

olmuşdur.

Tiflis  gimnaziyasını  bitirmiş, 

1913-cü  ildə  Moskva  Dövlət  Uni-

verstitetinin  hüquq  fakültəsinə  daxil 

olmuş,  eyni  zamanda,  iqtisadiyyat 

fakültəsində  də  oxumuşdur.  Təhsil 

illərində  “Azərbaycan  Həmyerlilər 

Təşkilatı”nın  rəhbərlərindən  biri  ol-

muş,  “Axalkələkli  Əhməd  Cövdət” 

imzası  ilə  “Açıq  söz”  qəzeti  ilə 

əməkdaşlıq etmişdir. 

1918-ci ildə ali təhsilini başa vura-

raq  Bakıya  qayıdan  Pepinov  Cənubi 

Qafqazda baş verən siyasi hadisələrə 

fəal  surətdə  qoşulmuş,  Zaqafqaziya 

Seyminin  Müsəlman  fraksiyasının 

üzvü  seçilmişdir.  Azərbaycan  Milli 

Şurasının,  sonra  isə Azərbaycan  De-

mokratik  Cumhuriyyəti  Parlamenti-

nin üzvü və katibi vəzifəsini icra et-

mişdir.

Ə.Pepinov  parlamentin    bir  sıra 



mühüm  məsələlərin  həllində  ,      o 

cümlədən  1919-cu  il  oktyabr  ayının 

20-də  qəbul  etdiyi  “Nəşrlər  istehsalı 

haqqında”  qanunun  hazırlanmasında 

bilavasitə  iştirak  etmişdir.  Pepinov 

Azərbaycan  Müəssislər  Məclisinə 

seçkilər  üzrə  komissiyanın  sədr  mü-

avini  (sədri  M.Ə.Rəsulzadə  idi)  se-

çilmişdir.  Lakin  “Hümmət”  partiya-

sının  üzvü  kimi,  müəyyən  siyasi  və 

iqtisadi  məsələlərdə Azərbaycan  De-

mokratik  Cumhuriyyəti  hökumətinin 

mövqeyi  ilə  razı  olmamış  və  onun 

fəaliyyətini  tənqid  etmişdir.  Nəsib 

bəy  Yusifbəylinin  təşkil  etdiyi  ikin-

ci,  Cumhuriyyətin  isə  sayca  beşinci 

hökumət  kabinəsində  (24.12.1919-

30.03.1920)  Pepinov  Əmək  və 

əkinçilik naziri olmuşdur. 

Bakı 


Dövlət 

Universitetinin 

təşkilində  (1919)  yaxından  işti-

rak  edən  Pepinov  Parlamentdə 

bu  məsələ  ilə  bağlı  müzakirələrin 

sürətləndirilməsinə, 

universitetin 

açılması  üçün  pul  vəsaitinin  ay-

rılmasına  böyük  əmək  sərf  etmiş-

dir.  Cümhuriyyət  dövründə  Bakıda 

təntənəli  “Türk  gecələri”  konsertinin 

və digər müsabiqələrin təşkili də Pe-

pinovun adı ilə bağlıdır.

İşğalçı  on  birinci  Qırmızı  ordu-

nun  Bakıya  gözlənilən  yürüşünü 

ləngitmək məqsədilə 1920-ci il apre-

lin əvvəllərində Pepinov Parlamentin 

digər üzvü Rəhim bəy Vəkilovla danı-

şıqlar aparmaq üçün Qroznı şəhərinə 

göndərilmişdir. 

Aprel  işğalından  sonra  Bakı-

ya  qayıdan  Pepinov  Azərbaycanda 

mədəni-maarif  və  nəşriyyat  işlərinə 

rəhbərlik  etmişdir.  İyirminci  illərin 

dövri  mətbuatında  onun  çox  sayda 

məqalələri dərc olunmuşdur. 

Təqiblərlə  üzləşən  Pepinov  1930-

cu ildə Ulyanovsk şəhərinə köçməyə 

məcbur  olmuşdur.  Daha  sonra  1934-

cü  ildə  Alma-Ataya  (indiki  Almatı) 

köçmüş Qazaxıstan SSR Maarif nazi-

rinin müavini işləmişdir.

Əhməd  bəy  Pepinov  1938-ci 

ildə  repressiyaya  məruz  qalmış  və 

güllələnmişdir. 1955-ci ildə bəraət al-

mışdır.


Ə d ə b i y y a t

Fərəcov, S. Cümhuriyyət 

tariximizin şəxsiyyətləri: 

Əhməd bəy Pepinov 

/S.Fərəcov //Mədəniyyət.-

2013.- 19 iyun.- S.15.

Quliyeva, S. İstiqlal 

yolunun şanlı mücahidləri 

- Cümhuriyyət dövrünün 

dövlət və hökumət xadimləri 

/S.Quliyeva //525-ci qəzet.-

2015.- 19 may.- S.6.

Pepinov Əhməd bəy Ömər 

oğlu, Pepinov Əhməd 

Cövdət //Azərbaycan 

Xalq Cümhuriyyəti 

ensiklopediyası:2 cilddə.-

Bakı, 2004.- C.II.- S.287-

288.

İ n t e r n e t d ə

https://az.wikipedia.org/

wiki/Əhməd_bəy_Pepinov

https://www.azadliq.

info/17002.html

Dövlət xadimi


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə