Kbt я25 uot (059) Baş redaktor


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 145



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə250/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   246   247   248   249   250   251   252   253   ...   276

521

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

145 

illiyi

Zivər bəy Əhmədbəyov 

1873-1925       

2018

Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov 

1873-cü ildə Şamaxı şəhərində anadan ol-

muşdur. 


Orta təhsilini Şamaxıda almış, 1902-ci 

ildə  Peterburq  İnşaat  Mühəndisləri  İnsti-

tutunu bitirmiş və Bakıya geri dönmüşdür. 

1903-cü  ildə  Bakı  Quberniya  İdarəsinin 

Tikinti  Şöbəsində  ştatdankənar  texnik 

vəzifəsində  işə  başlamış,  1910-cu  ilədək 

bu vəzifədə çalışmışdır.

1910-cu ildən Bakı Şəhər idarəsinə şəhər 

memarı vəzifəsinə keçən Zivər bəy, 1914-

cü  ilə  kimi  bu  vəzifədə  çalışmış,  1916-cı 

ildə iş icraçısı, 1916-cı ildən inqilaba qədər 

isə 1-ci sahənin şəhər memarı olaraq çalış-

mışdır.  Zivər  bəy  Əhmədbəyov  peşəkar 

Avropa təhsili almış ilk azərbaycanlı me-

mar və 1918-1925-ci illərdə Bakı şəhərinin 

Baş memarı olmuş ilk azərbaycanlı idi.

Zivər bəy Əhmədbəyov öz ilk layihəsini 

əyalətdə,  1906-1917-ci  illərdə  Göyçay 

ərazisində  həyata  keçirmişdir.  Şamaxıda 

Cümə məscidi, İmam məscidi, Bakıda Təzə 

Pir məscidinin, Əmircanda Murtuza Mux-

tarov  məscidi  (1908)  (məscidi  Kərbəlayi 

Əhməd  tikib)  və  Vladiqafqazda  bir  sıra 

yaşayış və məişət binaları onun layihəsilə 

tikilmişdir.

Əmircanda  layihəsini  verdiyi  məscid 

isə Şərq memarlığının ən yaxşı incilərindən 

biri kimi UNESCO-nun tarixi abidələr si-

yahısına salınmışdır.

Z. Əhmədbəyov öz layihələrində Qərbi 

Avropa və Şərq memarlıq ənənələrini bö-

yük məharətlə birləşdirmişdir. Bakıda Of-

talmologiya  institutunun  binası  və  onun 

layihəsilə  tikilən  bir  sıra  yaşayış  binaları 

bu gün də göz oxşayır.

1917-ci  ildə  Z.Əhmədbəyov  “İslam 

mədəniyyət abidələrini qoruyan”, 1919-cu 

ildə isə Şamaxıda mədəniyyət abidələrinin 

öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” 

cəmiyyətlərini yaratmışdır.

Zivər  bəy  Əhmədbəyov  1925-ci  ildə 

Bakıda vəfat etmişdir.

26  may  2011-ci  ildə  Bakıda  “Niza-

mi”  metrostansiyası  qarşısında  Zivər  bəy 

Əhmədbəyovun heykəlinin və onun adını 

daşıyan parkın açılışı olmuşdur. Prezident 

İlham Əliyev mərasimdə iştirak etmişdir.

Parkla  üzbəüz  bina  Zivər  bəy 

Əhmədbəyovun  layihəsi  əsasında  inşa 

edilmişdir. 

 

Ə d ə b i y y a t

Fətullayev-Fiqarov, Ş.Mülki mühəndis Zivər bəy Əhmədbəyov /Ş.S.Fətullayev-Fiqarov; lay. rəhb. E.Qasım-zadə; dizayn N.Novruzov; 

Azərb. Resp.-nın Memarlar İttifaqı.-Bakı: [Şərq-Qərb], 2013.-43, [1] s.

Mehparə. Zivər bəy Əhmədbəyov fenomeni /Mehparə //Mədəniyyət.- 2014.- 7 may.- S.10.

Mülki mühəndis Zivər bəy Əhmədbəyov //Bakı memarları: XIX əsrin sonu-XX əsrin əvvəlində /Ş.S.Fətullayev; lay. rəhb. E.Qasımzadə; 

[Azərb. Resp. Memarlıq İttifaqı].- Bakı, 2013.- S.270-290.

Fətullayev-Fiqarov, Ş. Civil engineer Ziverbey Ahmadbeyov /Ş.Fətullayev-Fiqarov; design N. Novruzov; Union of Architects of Azerbai-

jan Republic .-Baku: Sharq-Qarb, 2013.-39, [1] p.

İ n t e r n e t d ə

http://www.anl.az/down/meqale/medeniyyet/2014/may/368527.htm

www.ebooks.preslib.az

Memar



522

 Musiqi.Opera.Balet

665

 illiyi

Əbdülqadir Marağayi 

1353-1434/36     

2018

Əbdülqadir ibn Qeybi əl-Hafiz Əl-

Marağayi  1353-cü  ildə Azərbaycanın 

məşhur 


elm 

və 


mədəniyyət 

mərkəzlərindən 

sayılan 

Marağa 


şəhərində  anadan  olmuşdur.  Atası 

Mövlana Qeybi tanınmış musiqiçi idi.

Orta əsrlərin bir çox digər alimləri 

kimi Marağayi də hərtərəfli təhsil al-

mışdır.  O,  Şərq  musiqi  nəzəriyyəsini 

dərindən mənimsəmiş, gözəl xanəndə, 

musiqiçi,  bəstəkar,  rəssam-xəttat  və 

şair  kimi  tanınmışdır.  Marağayi  öz 

şeirlərini  Azərbaycan  türkcəsi,  fars 

və ərəb dillərində yazmışdır. Özünün 

yazdığı kimi, şeirlərinin əksər qismini 

Azərbaycanda və İraq türkləri arasında 

geniş yayılmış Segah, Üşşaq və Nəva 

muğamlarına uyğun vəznlərdə qələmə 

almışdır.

Əbdülqədir  dörd  yaşında  ikən 

“Quran”ı əzbərləmiş, on yaşında mu-

siqi  elminin  əsaslarını  mənimsəmiş, 

qrammatika,  ritorika  və  üslubiyyatı 

öyrənmişdir.  Atası  ilə  birlikdə  dəvət 

edildiyi  alim və şeyxlərin məclislərində 

“Quran”  ayələrini  avazla  oxumuş  və 

mürəkkəb musiqi əsərləri ifa etmişdir.

Teymurun Azərbaycana gəlişindən 

sonra,  bir  çox  incəsənət  xadimləri 

Səmərqəndə aparılmışdır. 1397-ci ildə 

Teymurun çıxardığı edam cəzasından 

canını qurtaran Marağayi də bunların 

siyahısına düşmüşdür. Elə həmin ildə 

Teymur özünün fərmanı ilə başıbəlalı 

alimi “bütün musiqi bilicilərinin pad-

şahı” adlandırmışdı. 

Marağayi Səmərqənddə də yaradı-

cılığından qalmamış, yeni-yeni musi-

qi əsərləri və musiqişünaslıq risalələri 

yazmışdır.  Onun  “Kənz  əl-əlhan” 

(“Melodiyalar xəzinəsi”) risaləsindəki 

melodiyalar  Urməvinin  hərfi-ədədi 

sistemi ilə verilmişdir. Burada hərflər 

səslərin  yüksəkliyini,  rəqəmlər  uzun-

luğunu göstərir, ladın və vəznin adı isə 

melodiyanın ritm və quruluşunu bildi-

rirdi.

Marağayi  öz  musiqi  risalələrinin 



əksər qismini fars dili və Azərbaycan 

türkcəsində yazdığı şeirlərlə tamamla-

mışdır. 

O,  türk  xalqlarının  musiqisinə, 

xüsusilə aşıq musiqisinə böyük diqqət 

yetirmişdir. Alim  öz  əsərlərində  doq-

quz  əsas  türk  ladını  və  bütün  Şərq 

xalqları  üçün  ümumi  olmaqla  türk 

musiqisində  daha  çox  işlənən  ladları 

müəyyənləşdirərək ayırmışdır. 

Marağayi  ömrünün  son  illərini 

Heratda  keçirmiş,  1436-cı  ildə  (bəzi 

mənbələrdə  1434)  orada  vəfat  etmiş-

dir. 


Haqqında  Asyanın 

Kandille-

ri  -  Abdülkadir  El  Meragi  “Büyük 

Hoca”  (bəlgəsəl),  “Muhteşem  Türk-

ler  -  Abdulkadir  Meragi”  (Türkiyə 

türkcəsində  cizgi  filmi),  “Səs  alimi. 

Əbdülqadir  Marağayi”  (2016)  adlı 

filmlər çəkilmişdir.



Ə d ə b i y y a t

Əbdülqədir Marağayi                                    

//100 böyük türk.- Bakı, 

1991.- S.29. 

Əbdülqədir Marağayi         

//Azərbaycan Sovet Ensiklo-

pediyası: 10 cilddə.- Bakı, 

1980.- C.IV.- S.125.

Əliyev, Ə. Azərbaycanlı 

alim UNESCO-nun Baş 

direktoruna müraciət edib 

/Ə.Əliyev //Azərbaycan.-

2013.- 14 noyabr.- S.8.

Fərəcov, S. Musiqi onu dar 

ağacından xilas etmişdi 

“Ey təbiblər, Əbdülqadir 

bu uddan şəfa tapsa, 

təəccüblənməyin. Çünki o, 

özünün şəfasını musiqidə 

axtarır” /S.Fərəcov             

//Mədəniyyət.- 2013.- 11 

yanvar.- S.15.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/azerbaycan/2013/

noyabr/335453.htm

http://www.anl.az/down/

meqale/medeniyyet/2013/

yanvar/288567.htm

http://www.azhistory-

museum.az/index.

php?mod=5&id=1063

Musiqişünas alim


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə