517
Milli ədəbiyyat
155
illiyi
150
illiyi
Ağadadaş Müniri
1863-1940
2018
Ağadadaş Müniri (Cəfərov) 1863-cü ildə Bakı
şəhərinin Hövsan kəndində anadan olmuşdur.
“Müniri” təxəllüsünü “Münir” sözündən
(ərəbcə “işıq” deməkdir) götürən şairin yazıları in-
qilabdan əvvəl və sonra mətbuatda dərc olunmuş-
dur. (“Dirilik” (1916), “Türkcə qəzəllər” kitabı,
(1917), “Ədəbi parçalar” (1926) və s.)
Hövsanlı şair Ağadadaş Münirinin ölməz
bədii irsi onun klassik şeirin müxtəlif janrlarında
(qəzəl, məsnəvi, rübai, qitə, qəsidə) yazdığı ədəbi
nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri
haqqında yazılan müxtəlif kitablarda şairin bir neçə
qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq
olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan
Milli Elmlər Akademiyasının M.Füzuli adına
Əlyazmalar İnstitutunun fondunda saxlanılır.
Hövsanlı şair Ağadadaş Müniri 1880-ci ildə
Bakıda təşkil olunan “Məcməüş-şüəra” ədəbi
məclisinin görkəmli nümayəndələrindən sayılırdı.
Şairin ən məşhur əsərlərindən biri onun “Ənar”
qəsidəsidir. İmam Əlinin (ə) və Həzrəti Fatimənin
(s.ə) ailəsində baş vermiş, olduqca əxlaqi bir
hadisənin bədii tərənnümü olan bu qəsidə klassik
şeir şəklini olduğu kimi saxlamışdır.
Ağadadaş Müniri 1940-cı ildə vəfat etmiş, Ba-
kının Buzovna kəndində dəfn olunmuşdur.
Şair
Jurnalist, yazıçı
Haşımbəy Vəzirov
1868-1916
Haşım bəy Mir Haşım bəy Mir İman bəy oğlu
Vəzirov
1868-ci ildə
Şuşa şəhərində anadan olmuş-
dur. Müəllimlər Seminariyasını tamamladıqdan
sonra Böyük Vedi kəndində, Cavanşir qəzasının
Alpout, Bərdə, Şəki qəzasının Kiçik Köynük
kəndlərində müəllimlik etmişdir. Bir müddət isə
məktəb naziri (müdiri) vəzifəsində işləmişdir. Şu-
şada müsəlman-rus məktəbinin direktoru olmuş,
məktəbdə işləməklə bərabər Şəhər Bələdiyyə
İdarəsinə qlasnı seçilmişdir. Mir Haşım bəy
təəssübkeş bir millətçi idi. 1905-1906-cı illərdə
erməni quldurlarına qarşı mübarizə aparmışdır.
1906-cı ildə hökumət tərəfindən tutulmuş, sürgün
edilməsinə qərar verilmişdir. 1906-cı ilin ortaların-
da sürgündən azad olunan Mir Haşım bəy Şuşa-
ya, sonra Bakıya qayıtmış və ömrünün axırınadək
Bakı şəhərində yaşamışdır.
Əhməd Ağaoğlunun “İrşad” qəzetilə əməkdaşlıq
etmişdir. “İrşad”dakı fəaliyyəti ilə Mir Haşım bəyin
professional jurnalistlik dövrü başlamışdır. O, özü
müstəqil bir qəzet yaratmaq fıkrinə düşmüşdür və
1907-ci il aprelin 1-də “Tazə həyat” qəzetini nəşr
etməyə başlamışdır. Bu qəzet tərəqqipərəst möv-
qe tutduğundan uzun müddət yaşaya bilməmiş,
1908-ci ildə oktyabr ayının 7-də qapanmışdır. Ha-
şım bəy “İttifaq” qəzetini nəşr etdirmişdir ancaq,
bu qəzet də 1909-cu ildə bağlanmışdır. Həmin ildə
o, “Səda” qəzetinin nəşrinə başlamışdır ki, Haşım
bəyin nəşr etdiyi mətbuat içərisində ən çox yayılan
bu qəzet olmuşdur.
“Səda” qəzeti qapandıqdan sonra “Qafqazist”
adlı rus qəzetini, “Sədayi-vətən”, “Sədayi-həqq”,
nəhayət, “Sədayi-Qafqaz” qəzetlərini nəşr etdir-
mişdir. Sonuncu qəzet 180 nömrə çıxdıqdan sonra
hökumət tərəfindən rəsmən qapanmışdır.
Haşım bəy məşhur məzhəkə jurnalı olan
“Məzəli”nin də mühərriri olmuşdur. Bu jurnal
“Molla Nəsrəddin”dən sonra mətbuat tarixində ən
görkəmli satirik jurnaldır. Haşım bəy Vəzirov həm
də yaxşı bir yazıçı idi. O, “Döymə qapımı, döyərlər
qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan”
adlı komediyalar yazmış, bu komediyalarında
köhnə adətlərə, ailə-məişət məsələlərində xəstə
əhvali-ruhiyyələrə gülmüşdür.
Haşım bəyin rus dilindən bir neçə tərcüməsi də
vardır. Şekspirin məşhur “Otello” əsərini tərcümə
etmişdir.
Haşım bəy Vəzirov 1916-cı il fevral ayının 4-də
vəfat etmişdir.
518
Milli ədəbiyyat
140
illiyi
Əli Nəzmi
1878-1946
2018
Əli Məhəmməd oğlu Məmmədzadə
(Əli Nəzmi) 1878-ci ildə Yelizavetpol
(Gəncə şəhəri) yaxınlığındakı Sarov
kəndində anadan olmuşdur. İbtidai
təhsilini mollaxanada alan Əli sonra rus-
tatar məktəbində oxumuşdur. O, atası-
nın vəfatından sonra güzəran üzündən
doğma yurdunu tərk edərək Orta Asi-
yaya getmiş, Buxara və Səmərqənd
şəhərlərində iki il tacir dükanında şagird
olmuşdur. İşləməklə bərabər, mütaliə
yolu ilə təhsilini artırmış, klassik Şərq
ədəbiyyatını dərindən öyrənmişdir.
Əli Nəzmi ədəbi fəaliyyətə 1904-cü
ildə “Şərqi-Rus” qəzetində dərc etdir-
diyi “Kənddə ibtida” adlı ilk şeri ilə
başlamışdır. “Molla Nəsrəddin” ədəbi
məktəbinin görkəmli nümayəndəsi kimi
tanınan şairin jurnalın 11-ci nömrəsində
“Əli dəyənəkli” imzası ilə kiçik bir
məktubu dərc olunmuşdur. Sonralar
o, satirik şeirlərini “Məşədi Sicimqu-
lu”, “Kefsiz” və başqa gizli imzalar-
la “Molla Nəsrəddin”in səhifələrində
müntəzəm çap etdirmişdir. “İstibdad”,
“Qorxuram”, “Olacaqmı”, “Sizə nə”,
“Ey füqəra”, “Od tutub odlandı vətən”
və başqa şeirlərində azadlıq ideyalarını
təbliğ edir, zavallı xalqının acınacaqlı
halına acıyırdı.
Şair sonralar doğma kəndində təqib
olunduğuna görə ailəsi ilə Gəncəyə
köçmüş, burada kiçik ticarətlə
məşğul olmuşdur. O, eyni zaman-
da öz satirik şeirlərini gizli imzalarla
(A.S.Əlidəyənəkli, “Həcamətverdi”,
“Sərsəri”, “Qanacaqsız”, “Şəmşir”,
“Şəmşirək”, “Peşiman qoca”, “Gəncə
cavanları”, “Müt-şair”, “Şallax”, “Kav-
mahi”, “Qoca zığ-zığ”, “Papirosçəkən”
və s.) çap etdirməyi də dayandırmır.
Onun “Bikəs” təxəllüsü ilə şeirləri də
xalq arasında məhşur idi.
Sabirin ən layiqli davamçısı, “Molla
Nəsrəddin” jurnalının ən fəal yazarla-
rından biri Əli Nəzmi olmuşdur. Sabir
ilə Əli Nəzminin şeirlərini biri-birindən
yalnız imzaları ayırırdı.
M.Ə.Sabirin
vəfatından
sonra
istər “Molla Nəsrəddin”də, istərsə də
“Məzəli”, “Zənbur”, “Tuti” və başqa
mətbu orqanlarda ən yaxşı satirik şeirlər
yazan Əli Nəzmi olmuşdur.
1924-1926-cı illərdə o, Gəncə
məktəblərində müəllimlik etmiş, son-
ra “Yeni Gəncə” qəzeti redaksiyasında
çalışmış, 1926-1931-ci illərdə Bakı-
ya köçərək “Kəndli” qəzeti və “Mol-
la Nəsrəddin” jurnalı redaksiyasın-
da məsul katib olmuş, 1934-cü ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü
seçilmişdir.
Nizami, Firdovsi, Krılov kimi
sənətkarlardan
tərcümələr
etmiş,
eyni zamanda qiymətli ədəbi-tənqidi
məqalələr yazmışdır. “Keçmiş günlər”
(1944) adlı mənzum xatirəsi XX əsr
Azərbaycan ədəbiyyatı və mətbuatını
öyrənmək üçün dəyərli mənbədir.
Əli Nəzmi 1946-cı il yanvar ayının
4-də Bakıda vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri /Ə.Nəzmi;
tərt. və ön sözün müəl.
F.Hüseynov; red.
E.Qasımova.-Bakı: Şərq-
Qərb, 2006.-544 s.
Keçmiş günlər: xatirələr:
[şeirlər] /Ə.Nəzmi; trans-
literasiya edib çapa haz.,
ön söz, lüğət və izahların
müəll. E.Qasımova; red. X.
Məmmədov; Azərbaycan
Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat
İnstitutu.-Bakı: Adiloğlu,
2006.-176 s.
Əli Nəzmi. Satiralar //XX
əsr Azərbaycan şeiri anto-
logiyası: 1905-1920-ci illər
/tərt. ed., ön söz və şərhlərin
müəl. M. Məmmədov.-Bakı:
Şərq-Qərb, 2005.-S.23-28.
İsmayıl. Milliliyimizin
təbliğatçısı...: Əli Nəzminin
yaradıcılığının əsas xəttini
azərbaycançılıq tutub
/İsmayıl //Şərq.- 2014.- 9
oktyabr.- S.11.
Publisist