Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə261/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   257   258   259   260   261   262   263   264   ...   276

543

90 

illiyi

C.Cabbarlı adına Respublika Gənclər 

Kitabxanası 

 1928      

2018

Kütləvi kitabxana kimi 1928-ci ildə 

yaradılmışdır.  İlk  illər  çox  məhdud 

şəraitdə,  bir  otaqda    təkcə  qiraət  zalı 

ilə  fəaliyyət  göstərmişdir.  1937-ci 

ildən  Azərbaycan  dramaturgiyasının 

banilərindən biri sayılan C.Cabbarlının 

adını  daşıyır.  Tədricən    abonentlərinin 

sayını  və  kitab  fondunu  artıran  ki-

tabxananın  həyatında  1950-ci  ildən 

başlayaraq      ciddi  dönüş  yaranmış-

dır.  Böyük  sahə  ilə  təmin  olunmuş, 

fondunu  Azərbaycan  və  rus  dillərində 

ədəbiyyatlarla  zənginləşdirmiş,  oxucu-

larının,  şöbələrinin  sayını  artırmışdır. 

1976-cı ildə Gənclər kitabxanası statu-

sunu almışdır.

2009-cu ilin mart ayından kitabxana-

da İRBİS-64 Avtomatlaşdırılmış Kitab-

xana  İnformasiya  Sistemi  yaradılmış, 

kitabxanada Elektron kataloq   yaradıl-

mışdır ki, bu texnologiyanın tətbiqi ilə 

əlaqədar  olaraq  məlumat-biblioqrafiya 

xidməti  yeni  mərhələyə  çıxmışdır. 

Ənənəvi  kartoteka  ilə  yanaşı  Elektron 

Kartoteka  və  Tam  Mətnli  Sənədlərin 

Kartotekası    yaradılmışdır.  Elektron 

Kartotekada verilənlər bazasının əsasını 

dövri  mətbuatda  çap  olunan  müxtəlif  

məqalələr təşkil edir.

Azərbaycan  Respublikasının  Prezi-

denti  İ.Əliyevin  2006-cı  il  28  dekabr 

tarixli  “Azərbaycan  Respublikasında 

insan hüquqlarının müdafiəsi üzrə Mil-

li  Fəaliyyət  Planının  təsdiq  edilməsi 

haqqında” 

imzaladığı 

Sərəncama 

əsasən  2007-ci  il,  fevral  ayının  27-də 

kitabxanada  İctimai  Hüquqi  İnforma-

siya Mərkəzi yaradılıb. Həmin tarixdən 

mərkəzdə  Rusiya Qanunvericilik toplu-

su proqramı fəaliyyətə başlamışdır.

2011-ci ildə kitabxana ilə “Digesta” 

firması arasında bağlanmış müqaviləyə 

əsasən  “Azərbaycan qanunvericilik ba-

zası” yaradılmışdır.

Azərbaycan  kitabxanalarının  birgə 

kataloqlaşdırma  sisteminin  yaradıl-

masını,  Azərbaycanda  yaradılan  milli 

elektron  resursların,  biblioqrafik  ya-

zıların  keyfiyyətinin  yüksəldilməsini, 

İRBİS-64  Avtomatlaşdırılmış  Kitabxa-

na  İnformasiya  Sistemi  istifadəçilərin 

elektron  resurslarının vahid mərkəzdən 

idarə  olunmasını  nəzərə  alaraq  kitab-

xanada  ümumrespublika  əhəmiyyətli 

Azərbaycan Milli Kitabxana İnformasi-

ya  “AzlibNet” mərkəzi yaradılmışdır. 

Kitabxana  xarici  ölkə  kitabxanaları 

ilə əlaqələr saxlayır, hər il Rusiya, Uk-

raynada keçirilən beynəlxalq kitabxana  

konfranslarında iştirak edir. Bosniya və 

Hersoqoviniyanın Tuzla şəhərinin Uni-

versal və kütləvi kitabxanası ilə 2012-

ci  ilin  avqust  ayında  imzalanmış    me-

maranduma  əsasən  birgə  layihələrdə 

iştirak  etmək,  elektron  kitabxana  və 

elektron  kataloqdan  qarşılıqlı  istifadə, 

beynəlxalq  kitab  mübadiləsi,  kitab 

nəşrində  elmi  axtarışlar,  mədəniyyət 

günlərinin  keçirilməsi,  həmin  kitabxa-

nada Azərbaycan haqqında, kitabxana-

da isə Bosniya-Hersoqoviniya haqqında 

guşənin yaradılması və digər məsələlər 

öz əksini tapmışdır. 



Ə d ə b i y y a t

C.Cabbarlı adına  

Respublika Gənclər Ki-

tabxanası //Azərbaycan 

Kitabxana Ensiklope-

diyası: AKE.- Bakı, 

2015.- S.530.

C.Cabbarlı adına 

Respublika  Gənclər 

Kitabxanası //

Azərbaycan kitabxana-

ları XXI əsrin informa-

siya məkanında.- Bakı, 

2007.-C.1-2.-S.24-25.

www. ryl.az

Kitabxanaşünaslıq.Biblioqrafiya


544

Kitabxanaşünaslıq.Biblioqrafiya

80 

illiyi

75 

illiyi

Gəncə Dövlət Universiteti kitabxanası 

1938       

Ağsu Rayon Qəsəbə Kitabxanası  

1943    

2018

Kitabxana 1938-ildən fəaliyyət göstərir. 1953-

1954-cü  tədris  ilində  Zərdabi  adına  Kirovabad 

Dövlət Pedaqoji İnstitutunun nəzdində fəaliyyətə 

başlamışdır.

2000-ci ildən Gəncə Dövlət Unuversiteti kitab-

xansı kimi öz fəaliyyətini davam etdirir.

Kitabxana 3 şöbə və 3 qiraətxanadan ibarətdir. 

Komplekləşdirmə  şöbəsi,  Biblioqrafiya  şöbəsi, 

Abonoment şöbəsi. 

Kitabxanaya  kitablar  mühasibatlıq  yolu  ilə 

alınır.  Universitetdə  keçirilən  elmi  konfransların 

materialları,  müəllimlərin  əsərləri  və  ayrı-ayrı 

müəlliflərin öz təşəbbüsü ilə hədiyyə olaraq kitab-

xanaya təqdim olunur. Bundan başqa  Prezidentin   

sərəncamı   ilə   (12.01.2004-cü il tarixli)   kitabxa-

naya hədiyyə olaraq 585 adda 15613 nüsxə kitab 

göndərilmişdir. Kitabxana hər il 26 adda qəzetlərə 

və 20 adda jurnallara (Azərbaycan, rus və ingilis 

dillərində) abunə yazılır. 

GDU-nun  kitabxanasının  ümumi  fondu 

590815  nüsxə  təşkil  edir.  Bunlardan  362693-ü 

kitab, 71273-ü jurnal, 228122-si qəzetdir. Kitab-

xanada  362693  nüsxə  ədəbiyyat  saxlanılır.  Bun-

lardan  50670-i  elmi,  125987-si  dərslik  və  dərs 

vəsaiti, 64122-si bədii, 121914-ü isə ictimai-siyasi 

ədəbiyyatdır.  

Ağsu rayonunda ilk kitabxana 1943-cü ildə Bö-

yük Vətən müharibəsində vuruşan həmyerlilərimizə 

göndərilmək  üçün  toplanmış  kitablar  hesabına 

təşkil edilmişdir. Toplanmış 5135 nüsxə kitabın çox 

hissəsi cəbhəyə göndərilmiş, qalan kitablar bir ota-

ğa yığılmış və qəsəbə kitabxanası kimi fəaliyyətə 

başlamışdır.  Həmin  kitabxana  sonralar  Mərkəzi 

Kitabxana (MK) kimi fəaliyyət göstərmişdir. MK-

ya 1979-cu ildə görkəmli şair Əhməd Cavadın adı 

verilmişdir. MKS-də 1 mərkəzi, 1 şəhər, 36 kənd 

kitabxana  filialı  var.  MKS-in  fondunda  230  min 

nüsxəyə yaxın kitab saxlanılır (2014). MK-da eyni 

vaxtda 30 nəfər oxucuya xidmət edən oxu zalı və 

“Hüquq  İnformasiya  Mərkəzi”  fəaliyyət  göstərir. 

MKS-də 88 nəfər kitabxana işçisi çalışır. 

Hazırda  MKS-da  242421  nüsxə,  o  cümlədən 

51105 nüsxə latın qrafikalı ədəbiyyat vardır.

Ağsu  rayon  MKS-i  1979-cu  ildə  yaranmışdır. 

MKS-1 mərkəzi kitabxana (6 şöbə ilə), 38 kitabxa-

na filialla oxuculara xidmət göstərir. 

MKS-in Mərkəzi kitabxanasında kompüterləş-

dirilmiş  infrastruktur  qurulmuş,  kitabxana  yeni 

informasiya  texnologiyaları  ilə  təchiz  edilmiş, 

ödənişsiz Wi-Fi zonası yaradılmışdır. Kitabxanada 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 

6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq 

edilmiş  Azərbaycan  Respublikasında  Kitabxana-

informasiya sahəsinin  2008-2013-cü illərdə inki-

şafı üzrə Dövlət Proqramı icrası ilə əlaqədar olaraq 

yeni sayt yaradılaraq vahid mərkəzləşmiş kitabxa-

na portalına (http://aghsu.cls.az) daxil edilmişdir.



Ə d ə b i y y a t

Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi //Azərbaycan Kitabxana Ensiklopediyası: AKE.-Bakı, 2015.- S.19.

İ n t e r n e t d ə

https://gdu.edu.az/?page_id=187


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə