10
Milli ədəbiyyat
İsmayıl bəy Qutqaşınlı
1806-1869
YANV
AR
İsmayıl bəy Nəsrulla Sultan oğlu
Qutqaşınlı 1806-cı il (bəzi mənbələrdə
1809) yanvar ayının 27-də keçmiş Qut-
qaşın mahalında (indiki Qəbələ) anadan
olmuşdur. Dini təhsil almış, ərəb, fars
dillərini öyrənmiş, klassik Azərbaycan
və Şərq ədəbiyyatı ilə yaxından tanış ol-
muşdur.
1822-ci ildə rus ordusunda xidmətə
başlamış, Peterburqda 4 il kadet
məktəbində oxumuşdur. 1822-ci ildə bu
məktəbi bitirib, Əlahiddə Qafqaz Kor-
pusu tərkibindəki Gürcüstan qrenadyor
alayında sıravi əsgər kimi hərbi xidmətə
başlamışdır.
Rusiya-İran (1826-1828) və Rusiya-
Türkiyə (1827-1829) müharibələrində
iştirak etmişdir. Müharibələr qurtardıq-
dan sonra o, hərbi xidmətini davam et-
dirmiş, vəzifəsi ilə əlaqədar bir müddət
Varşavada yaşamışdır. Hərbi işi dərindən
öyrənmiş, sıravi əsgərlikdən general-
mayor rütbəsinə qədər yüksəlmişdir. Çar
hökuməti zamanı hərbi qulluqda qüsur-
suz fəaliyyətinə görə 10-dan yuxarı ən
yüksək və müxtəlif dərəcəli ordenlərə,
böyük həcmdə pul mükafatlarına,
qiymətli hədiyyələrə, fərqlənmə nişan-
larına, qızıl və gümüş qılınclara layiq
görülmüşdür.
Xidmət illərində bir sıra mütərəqqi
rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış,
rus və Qərbi Avropa mədəniyyətlərinin
nailiyyətlərinə yiyələnmiş, dövrünün
ən savadlı Azərbaycan ziyalıların-
dan biri olmuşdur. Eyni zamanda o,
Azərbaycanın böyük maarifçi alimləri -
M.F.Axundzadə, Q.Zakir, A.Bakıxanov
və başqaları ilə yaxından dostluq etmiş-
dir.
1841-ci ildə istefaya çıxaraq
Vətənə qayıtmış, Qutqaşın və Şama-
xıda müəllimlik etmişdir. 1852-ci ildə
həyat yoldaşı ilə Yaxın Şərq ölkələrinə
səyahətə getmiş, 1854-cü ildə Türkiyə
Anadolu ordusunun baş komandanlığı
ilə əlaqə saxlamaqda günahlandırılaraq
həyatının sonuna qədər nəzarət altın-
da qalmışdır. Böyük ədib iki dəfə həcc
ziyarətində olmuş, 1967-ci ildə çap olun-
muş “Səfərnamə” adlı yol qeydlərini
yazmışdır. Burada, təkcə şəxsi həyatı
barədə deyil, Azərbaycan haqqında və
Osmanlı imperiyasına daxil olan ərəb
ölkələri haqqında orijinal məlumatlar
istənilən qədərdir.
İsmayıl bəy Qutqaşınlı Azərbaycan
ədəbiyyatına müasir nəsr, hekayə janrını
gətirən yazıçıdır. Onun 1835-ci ildə Var-
şavada hərbi qulluqda olarkən fransız
dilində buraxılan “Rəşid bəy və Səadət
xanım” hekayəsi, bu dildə nəşr edilmiş
ilk Azərbaycan bədii əsəridir.
Yazıçının “Tutu” adlı əsəri də ol-
muş, ancaq bu əsər günümüzə gəlib çat-
mamışdır. Uzun illər nasir kimi təhlil
edilmiş İsmayıl bəy Qutqaşınlının “İki
quşun söhbəti” adlı şeiri onun poetik
dünyasından xəbər verir. Qutqaşınlının
şeirlərini “Miskin” təxəllüsü ilə yazdı-
ğı məlumdur. Şeir 2004-cü ildə ilk dəfə
“Azərbaycan” qəzetində çap edilərək
oxucuların diqqətinə çatdırılmışdır.
İsmayıl bəy Qutqaşınlı 1869-cu ildə
(bəzi mənbələrdə 1861) vəfat etmiş,
Qəbələdəki Soltanbaba qəbiristanlığında
dəfn edilmişdir. Qəbələ də və Bakıda
adına küçə var. Qəbələdə ədibin heykəli
ucaldılmış, ev-muzeyi yaradılmışdır.
Ə d ə b i y y a t
Əsərləri /H.İ.Qutqaşınlı;
ön söz. müəl.
C.Qəhrəmanov;
tərt. ed. və elmi red.
Ə.Tahirzadə.- Bakı:
Lider, 2005.- 224 s.
Məmmədov, X. İsma-
yıl bəy Qutqaşınlının
xatirə ev-muzeyi
/Xalis Məmmədov; red.
Anar İsabəyli.- Bakı:
Şirvannəşr, 2004.- 44 s.
Azərbaycanın ən
məşhur general yazıçısı
/D.Əhməd //Kaspi.-
2012.- 1-3 sentyabr.-
S.15.
İsmayıl bəy Qutqaşınlı
xatirələrdə: Ürəkdən
qələmə, qələmdən
kağıza... //Mədəniyyət.-
2015.- 30 yanvar.- S.12.
Qəbələ səhnəsində
“Rəşid bəy və Səadət
xanım” //Mədəniyyət.-
2014.- 25 iyul.- S.7.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.adam.az
www.kitabxana.net
27
210
illiyi
Yazıçı
11
Dünya ədəbiyyatı
Cek London
1876-1916
YANV
AR
Con Qriffit Çeyni (Cek London)
1876-cı il yanvar ayının 12-də San-
Fransisko şəhərində anadan olmuşdur.
Yazıçının anası Flora Vellman musiqi
müəllimi idi. Doğma atası U.Çeyni on-
dan imtina etmişdir. Cek London dün-
yaya gəldikdən sonra anası elə həmin il
Con London adlı əlil və müharibə vete-
ranı ilə ailə qurmuş, uşaq atalığının so-
yadını - Con London soyadını daşımağa
başlamışdır.
14 yaşında konserv fabrikində işləmiş,
lakin çox ağır olduğundan işi tərk etməli
olmuş, qadağan edilməsinə baxma-
yaraq San-Fransisko limanında dəniz
ilbizləri ovu ilə məşğul olmuşdur. 1893-
cü ildə Yaponiya sahillərinə və Berinqə
dəniz pişiyi ovuna çıxan gəmiyə matros
düzəlmişdir. İlk dəniz səfəri onda olduq-
ca böyük təəssüratlar oyatmaqla gələcək
yaradıcılığına böyük təsir göstərmişdir.
Cek London XX əsrin ilk onilliyində
ən məhsuldar işləyən və ən çox nəşr
edilən Amerika yazıçısı olmuşdur.
O dünya ədəbi proseslərini diqqətlə
izləmiş, ədəbiyyat sahəsində xidmətləri
ilə ən böyük korifeylər cərgəsində da-
yanmışdır. Yaradıcılığa 1893-cü il no-
yabr ayının 12-də dərc edilən “Yaponi-
ya sahillərində tayfun” adlı oçerki ilə
gəlmiş və bu onun ədəbiyyat karyerası-
nın başlanğıcı olmuşdur.
1896-cı ildə Berkeley Universitetinə
daxil olmuş, 1897-ci ildə maddi problem-
lər səbəbindən universiteti tərk edərək,
Alyaskaya qızıl axtarı-şına getmişdir.
Bu səfəri 1898-ci ildə San-Fransiskoya
qayıdan yazıçıya qızıl əvəzinə gələcək
əsərlərinin qəhrəmanlarını bəxş etmiş-
dir.
İlk Şimal hekayələri 1899-cu ildə
dərc edilmiş, 1900-cü ildə isə onun ilk
kitabı “Canavar oğlu” – hekayələr top-
lusu nəşr edilmişdir. Sonralar “Ataları-
nın tanrısı” (Çikaqo, 1901), “Şaxtanın
övladları” (Nyu-York, 1902), “İnsana
inam” (Nyu-York, 1904), “Ayüzlü”
(Nyu-York, 1906), “İtirilmiş sima”
(Nyu-York, 1910) hekayələrindən
ibarət toplu, “Həyat eşqi”, “Qarlar qızı”
(1902), “Dəniz canavarı” (1904) “Martin
İden” (1908/09-cu ildə) yazıçıya böyük
şöhrət gətirmişdir. Əsərlərinin motivləri
əsasında 50-dən artıq film çəkilmişdir.
Onun əsərlərini dilimizə ilk dəfə
hələ XIX-XX əsrlərdə X.Əzizbəyli
və A.Əliyev tərcümə etmiş, “İtirilmiş
səma”, “Ağ diş” və “Belyu qoxusu” ki-
tabları ərəb əlifbası ilə çapdan çıxmış-
dır. XX əsrin altmışıncı illərindən onun
yaradıcılığına maraq daha da artmışdır.
Xüsusilə “Martin İden” avtobioqrafik
romanı tərcümə ədəbiyyatımız tarixində
ciddi hadisə sayıla bilər. Azərbaycan
Respublikasının
Prezidenti
cənab
İlham Əliyevin “Azərbaycan dilində la-
tın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında” 12 yanvar 2004-
cü il tarixli Sərəncamı ilə yazıçının “Se-
çilmiş əsərləri” 2005-ci ildə nəşr edil-
mişdir.
Cek London 1916-cı il noyabr ayı-
nın 22-də Kaliforniyanın Qlen-Ellen
şəhərciyində vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri
/C.London; ön söz. müəl.
Z.Ağayev.- Bakı: Öndər,
2005.- 512 s.
Dəmir daban: [roman]
/C.London; ruscadan
tərc. Y.Əzimzadə.- [Bakı]:
[Qanun] [Əli və Nino],
2014.- 299 s.
Oyun: [roman]
/C.London; ruscadan tərc.
R.Şıxəmirova.- [Bakı]:
[Qanun], [2013].- 244 s.
Martin İden: [ro-
man] /C.London; tərc.
İ.İbrahimov.- Bakı: Qa-
nun, 2013.- 462 s.
Mustafa, Ə. Dahi-
nin müəmmalı ölümü
/Ə.Mustafa //Zaman.-
2013.- 16 yanvar.- S.12.
Полное собрание
романов: в двух
томах: [романы]
/Джек Лондон;
пер. с англ.; [ред.
Б.Акимов; коммент.
А.Филиппова].- Москва:
Престиж Бук, Армада-
Арбалет, Литература,
2010.- Т.2.- 1230 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.anl.az
www.kitabxana.net
12
140
illiyi
Amerika yazıçısı