7
Kimya.Biologiya.Tibb
Əməkdar həkim, tibb elmləri doktoru, mikrobioloq-immunoloq
Mahmudbəyova Məryəm Fərəməz qızının (02.01.1921-1992) anadan
olmasının 95 illiyi
Tibb elmləri doktoru Ağayev Faiq Firidun oğlunun (12.01.1951) anadan
olmasının 65 illiyi
Əməkdar həkim, professor Hüseynova Nəsibə Ağa İsmayıl qızının
(25.01.1926) anadan olmasının 90 illiyi
Kitabxanaşünaslıq.Biblioqrafiya
Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasının yaradılmasının
(21.01.1921) 95 illiyi
Tarixdə bu gün
Yeni il bayramı (01.01.)
İstiqlal Muzeyinin yaradılmasının (09.01.1991) 25 illiyi
Bakı İslam İnstitutunun yaradılmasının (14.01.1991) 25 illiyi
Ümumxalq Hüzn Günü (20.01.1990)
Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzvlüyə qəbul
olunmasının (25.01.2001) 15 ili
Gömrük İşçiləri Günü (29.01.1992)
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının
(30.01.2006) 10 illiyi
26
28
27
26
30
29
31
32-33
8
Milli ədəbiyyat
60
illiyi
Sadıq Elcanlı
1956
YANV
AR
Sadıq Qurbanqulu oğlu İbrahimov
(Sadıq Elcanlı) 1956-cı il yanvar ayı-
nın 12-də Dəvəçi rayonunun (indiki
Şabran) Surra kəndində anadan ol-
muşdur. Siyəzən şəhər 1 saylı internat
məktəbində 8-ci sinfə qədər təhsil al-
mış, Bakıda 5 saylı kimya-biologiya
təmayüllü internat məktəbində onuncu
sinfi bitirmişdir.
1974-1979-cu illərdə S.M.Kirov adı-
na Azərbaycan Dövlət Universitetinin
(indi Bakı Dövlət Universiteti) filolo-
giya fakültəsində təhsil almışdır. 1981-
1984-cü illərdə C.Məmmədquluzadənin
ev-muzeyində elmi işçi, baş müha-
fiz, 1984-1986-cı illərdə Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri
şirkətində ştatdankənar müxbir, 1986-
1992-ci illərdə ədəbiyyat və incəsənət
redaksiyasında böyük redaktor, 1992-
1997-ci illərdə “Azərbaycantelefilm”
Yaradıcılıq Birliyinin baş redaktoru,
Ədəbiyyat və publisistika baş redaksi-
yasının baş redaktoru olmuş, 1996-cı
ildən Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri Qapalı Səhmdar
Cəmiyyətində “Ədəbi-dram verilişləri”
redaksiyasının baş redaktorudur.
Bədii yaradıcılığa XX əsrin 70-ci
illərində başlamışdır. Dövri mətbuatda
vaxtaşırı çıxış edir. “Qudyalçay
nəğmələri”, “Yaşıl budaqlar”, “Səhər”
və s. almanaxlarda hekayələri çap olun-
muşdur. İlk povest və hekayələr toplu-
su olan “Sirli səsin sorağı” 1985-ci ildə
nəşr edilmişdir. Əllidən artıq bədii tele-
viziya filminin, eyni zamanda televizi-
ya verilişlərinin (“Vətən”, “Qurtuluş”,
“Vətəndaş”, “Araz”, “Yurd yeri” və s.)
yaradıcısı və ssenari müəllifidir.
Nasirin “mifoloji-fantastik roman”
kimi təqdim etdiyi “Əbədi sevginin
xatirələri”, “Yaddaş yarası”, “Qanlı quz-
ğun meydanı”, “Mənim mövqeyim”,
“Sükutun sonu” (bu kitabda üç romanı,
üç povesti, dörd kinopovesti, iyirmiyə
yaxın hekayəsi əhatə olunmuşdur) ki-
tabları çap edilmişdir.
Sadıq
Elcanlı
1992-ci
ildə
“Azərbaycan Respublikasının Əməkdar
jurnalisti” fəxri adına layiq görülmüş-
dür. Ona Naxçıvan Muxtar Respublika-
sının “Əməkdar incəsənət xadimi” fəxri
adı verilmişdir.
Ə d ə b i y y a t
Qanlı quzğun meydanı: (mifoloji-fantastik roman) /S.Elcanlı; red. G.Kərəm qızı.- Bаkı: Gənclik, 1994.- 280 s.
Elcanlı, S.Mənim mövqeyim: publisistika, ədəbi tənqid, esselər, müsahibələr, resenziyalar, sənət haqqında hekayələr, kinopovestlər
/S.Elcanlı; Z.Şahsevənli.- Bаkı: Gənclik, 1999.- 556 s.
Sükutun sonu: [romanlar, povestlər və hekayələr] /S.Elcanlı.- Bаkı: Şirvannəşr, 2003.- 928 s.
Yaddaş yarası: [roman] /Sadıq Elcanlı; red. S.Məsiyev.- Bakı: Yazıçı, 1991.- 192 s.
“Poeziya”: Aşkarlığın gizlinləri /S.Elcanlı //Ədəbiyyat qəzeti.- 2015.- 9 yanvar.- S.10.
Ədəbi həyat reallıqdan fantastikaya, fantastikadan reallığa (Sadıq Elcanlının romanları haqqında) //Ədalət.- 2014.- 11 oktyabr.- S.20.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
Nasir
12
9
Milli ədəbiyyat
90
illiyi
Mədinə Gülgün
1926-1991
YANV
AR
Mədinə Nurulla qızı Ələkbərzadə
(Mədinə Gülgün) 1926-cı il yanvar
ayının 17-də Bakıda anadan olmuş-
dur. Burada ibtidai təhsilini tamam-
layaraq 1938-ci ildə ailəliklə Cənubi
Azərbaycana – Ərdəbil şəhərinə
köçmüşlər. Sonra Təbriz şəhərində ya-
şamış, əmək fəaliyyətinə burada toxu-
culuq karxanasında başlamışdır. Cənubi
Azərbaycanda milli hökumət yarandı-
ğı dövrdə Təbriz dram teatrında çalış-
mış, gənc yaşlarından milli demokratik
hərəkata qoşulmuşdur. “Azərbaycan”
qəzeti redaksiyasında xüsusi müxbir
işləmişdir. 1946-cı ildə Təbriz qadınlar
klubunun büro üzvü seçilmişdir. 1948-
ci ildə Azərbaycan Pedaqoji İnstitu-
tunun (indiki ADPU) dil və ədəbiyyat
fakültəsinə daxil olmuş, 1952-ci ildə
həmin fakültəni bitirmişdir.
Bədii yaradıcılığa 1940-cı illərdən
başlasa da, ilk şeirlərini 1945-
ci ildə Təbrizdə “Vətən yolunda”,
“Azərbaycan” qəzetlərində və almanax-
larda çap etdirmişdir. “Vətən yolunda”
qəzeti redaksiyasının nəzdindəki “Şairlər
məclisi”nin (1945) və milli hökumət
dövründə Təbrizdə yaranmış “Yazıçılar
və şairlər cəmiyyəti”nin (1946) üzvü
kimi fəaliyyət göstərmişdir.
“Təbrizin baharı” adlı ilk şeir kitabı
1950-ci ildə işıq üzü görmüşdür. Kitab-
da 1945-1949-cu illər ərzində yazdığı
şeirlər toplanmışdır. Həyatının ilk illəri
Azərbaycan xalqının azadlıq və milli
istiqlaliyyət uğrunda apardığı mübarizə
illərinə təsadüf etmiş və bu şeirlərində
də öz əksini tapmışdır.
Şairənin Bakıda, Təbriz və Moskva-
da otuzdan artıq kitabı nəşr edilmişdir.
Onlardan “Təbrizin baharı”, “Savalan
ətəklərində”, “Çinar olaydı”, “Omrün
payız dayanacağı”, “Firidun”, “Seçil-
miş əsərləri” və başqaları daha çox
diqqəti cəlb edir. Təbrizdə ərəb qrafi-
kası ilə “Yora bilməz yollar məni” və
“Mən bu ömrü yaşadım”, Kanadada isə
“Təbrizim mənim” adlı kitabları işıq
üzü görmüşdür. Bu kitabların başlıca
mövzusu insan, azadlıq, Təbriz həsrəti,
insanlara canı yanan bir ana qəlbinin
arzu və istəkləridir. Müəllifin şeirlərində
ayrılıq, vüsal həsrəti, vətən nisgili dərin,
inandırıcı boyalarla ifadə olunmuşdur.
Onun bir sıra lirik şeirlərinə mahnılar
bəstələnmişdir.
Milli hökumət irtica qüvvələri
tərəfindən dağıldıqdan sonra Mədinə
Gülgün mühacirətdə yaşamalı olmuş,
bədii yaradıcılıqla yanaşı, ictimai-
siyasi fəaliyyətini də davam etdirmişdir.
Azərbaycan Demokrat Firqəsi Mərkəzi
Komitəsinin üzvlüyünə namizəd, SSRİ-
də yaşayan iranlı siyasi mühacirlər
cəmiyyəti Azərbaycan şöbəsinin plenum
üzvü, eləcə də Asiya və Afrika ölkələri
həmrəyliyi Azərbaycan Respublika
Komitəsinin üzvü seçilmişdir.
Əsərləri bir sıra xarici dillərə tərcümə
olunmuşdur. Azərbaycan SSR Ali Sove-
ti Rəyasət Heyətinin Fəxri Fərmanları
(1960, 1974, 1986), “Şərəf Nişanı” orde-
ni (1980), “21 Azər” (1946), “Əmək ve-
teranı” (1948) və digər medallarla təltif
olunmuşdur. 1987-ci ildə “Azərbaycan
SSR Əməkdar incəsənət xadimi” fəxri
adına layiq görülmüşdür.
Mədinə Gülgün 1991-ci il fevral ayı-
nın 17-də Bakı şəhərində vəfat etmiş,
Fəxri Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri /Mədinə
Gülgün; ön söz. müəl.
Elçin.- Bakı: Şərq-Qərb,
2004.-224 s.
Mən bu ömrü yaşadım
/Mədinə Gülgün.- Bakı:
Nurlan, 2010.- 208 s.
Yora bilməz yollar məni
/Mədinə Gülgün.- Təbriz,
1991.- 96 s.
Əhməd, V. Artıq demə
laylay ki, yatan ellər
oyanmış… Həbib Sahi-
rin, Hökümə Billurinin,
Mədinə Gülgünün şeirləri
haqqında /V.Əhməd //Xalq
cəbhəsi.- 2015.- 6 yanvar.-
S.14.
Əliyev, F. Mədinə Gülgün
yaradıcılığında Vətən
/F.Əliyev //Kredo.- 2014.-
22 noyabr.- S.15.
İsmayıl. Mədinə Gülgünün
Azərbaycan “davası” ...
/İsmayıl //Şərq.- 2014.- 18
iyul.- S.11.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.elibrary.az
www.kitabxana.net
17
Şairə