Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün Xоcalı Sоyqırımı günü



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə33/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   29   30   31   32   33   34   35   36   ...   204

71

Tarixdə bu gün

Xоcalı Sоyqırımı günü

 1992 

FEVRAL

Ötən  əsrin  1992-ci  ilinin  fevralında  tarixdə 

görünməmiş qətliam baş verdi. Türkləri özlərinin 

əbədi düşməni hesab edən ermənilər məskunlaş-

dıqları  türk  torpaqlarında  insanlığa  xas  olmayan 

vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini 

yer üzündən sildilər – insanlar amansızlıqla qətlə 

yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalan-

dı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi 

idi. 


1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə 

erməni-daşnak  silahlı  qüvvələri  və  keçmiş  sovet 

366-cı  motoatıcı  alayı  Xocalıya  divan  tutdu,  ən 

dəhşətli  soyqırım  törədildi.  Buna  qədər  isə  Xo-

calı erməni-daşnaklar tərəfindən tam mühasirəyə 

alınmışdı. Yollar  tamam  kəsilmiş,  Xocalı  taleyin 

ümidinə  buraxılmışdı.  Halbuki  xocalılar  erməni-

daşnak  hərbi  qüvvələrinə  mərdliklə  müqavimət 

göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayır-

dılar. Düşmən elə buna görə də Xocalı sakinlərini 

vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə ye-

tirdi.


Faciənin miqyası son dərəcə böyük və dəhşətli 

idi.  Ağdam  istiqamətində  düzlər,  dərələr,  dağlar 

günahsız  insanların  cəsədləri  ilə  dolmuşdu. Yer-

göy  qan  ağlayırdı.  Ermənilər  qadınlara  və  uşaq-

lara, qocalara və xəstələrə rəhm etmədən hamını 

güllələyərək süngüdən keçirmişdilər. Xocalı soy-

qırımına siyasi qiymət verən və bu barədə dünya-

nın ən yüksək tribunalarından danışan ümummilli 

lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə 

demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cava-

bını  verək,  şəhidlərin  qanının  yerdə  qalmaması 

gününü  görək.  Azərbaycanın  ərazi  bütövlüyünü 

təmin  edək.  Müstəqil  Azərbaycanın  hüdudlarını 

tamamilə  bərpa  edək.  İnanıram  ki,  Azərbaycan 

xalqı belə qüdrətə malikdir”.

Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi 

yer  üzündən  silinib,  azərbaycanlılara  qar-

şı  amansız  soyqırımı  törədilib:  613  nəfər  qətlə 

yetirilib,  1275  nəfər  əsir  götürülüb.  Qanunsuz 

erməni  silahlı  qüvvələri  mühasirədən  çıxıb  qaç-

mağa  müvəffəq  olmuş  azərbaycanlıları  mil-

li  mənsubiyyətlərinə  görə  yollarda,  keçidlərdə, 

meşələrdə  təqib  edərək  vəhşicəsinə  öldürüblər. 

Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov 

götürdükləri  azərbaycanlıları  xüsusi  amansızlıq-

la,  işgəncə  verərək  qətlə  yetiriblər.  Mühasirədən 

çıxıb  qaçmağa  müvəffəq  olan  sakinlər  təqib 

edilərək  Kətik  meşəsində,  Naxçıvanik  yolunda, 

Qaraqaya  ətrafında,  Dəhraz  kəndi  yaxınlığında, 

Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı 

kilometrliyində  və  digər  ərazilərdə  amansızlıqla 

qətlə  yetiriliblər.  Əsir  götürülənlərdən  18  nəfəri 

Əsgəran  rayon  Daxili  işlər  şöbəsində  işgəncə 

verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə 

qarşı  ağlasığmaz  vəhşiliklər  törədilib,  dözülməz 

işgəncələr verilib, insanların başlarının dərisi so-

yulub,  müxtəlif  əzaları  kəsilib,  gözləri  çıxarılıb. 

Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisa-

diyyatına 170 milyon dollardan artıq ziyan vurub. 

Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə ob-

yekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif 

dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab 

verməlidirlər.  Əgər  bunu  edə  bilməsək,  gələcək 

nəsillər bizi heç vaxt bağışlamayacaqdır!

Azərbaycan  Respublikasının  Milli  Məclisi  24 

fevral 1994-cü ildə  1992-ci il fevralın 26-da erməni 

təcavüzkarları  tərəfindən  törədilmiş,  Azərbaycan 

xalqının milli faciələrindən və bəşər tarixinin qan-

lı səhifələrindən biri olan Xocalı hadisələri hər il 

fevralın 26-da “Xocalı soyqırımı günü” elan olun-

ması  barədə  qərar  vermiş  və    Xocalı  hadisələri 

barəsində həqiqətin dünya xalqlarına çatdırılması 

və “Xocalı soyqırımı günü”nün beynəlxalq miq-

26

Xocalı rayonu 

• 

Ərazisi: 936 km² 

• 

Əhalisi: 25332 nəfər

• 

İşğal tarixi: 26.02.1992

• 

İnternet saytı http://xocali-ih.gov.az

• 



72

yasda  keçirilməsi  üçün  dünya  azərbaycanlılarına 

müraciət etmişdir.

Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan 

xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini 

yad edir.

Doğma  yurdlarından  didərgin  düşmüş  və 

Azərbaycanın  48  rayonuna  səpələnmiş  Xocalı 

sakinləri  Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli 

həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün 

dəf  edilməsi,  ölkənin  ərazi  bütövlüyünün  bərpa 

edilməsi  ümidi  ilə  yaşayırlar.  Onlar  dünya  xalq-

larına,  dövlətlərinə,  beynəlxalq  təşkilatlara  haqq-

ədaləti  və  həqiqəti  müdafiə  etmək,  Xocalıda 

törədilmiş  terrorizm,  etnik  təmizləmə  faktları-

nı  pisləmək  barədə  müraciətlər  edirlər.  Heydər 

Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımı-

nın dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdı-

rılması istiqamətində böyük işlər görüb. Dünyanın, 

Avropanın  onlarla  ölkəsində  Xocalı  soyqırımının 

ildönümlərində  tədbirlərin,  sərgilərin  keçirilməsi, 

filmlərin nümayiş olunması və sair bu qəbildəndir. 

Xocalı soyqırımına dair müxtəlif dillərdə Heydər 

Əliyev Fondu tərəfindən filmlər hazırlanıb, həmin 

filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soy-

qırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın 

onlarla  ölkəsində  düzənlənib.  Xocalı  soyqırımı 

ilə  bağlı  xarici  kütləvi  informasiya  vasitələrinin 

əməkdaşlarının  qələmə  aldıqları  məqalələrin 

sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqların 

gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər təşkil 

olunub.  Bunlar  hamısı  Heydər  Əliyev  Fondunun 

və ələlxüsus ölkənin birinci xanımı, millət vəkili 

Mehriban  xanım  Əliyevanın  Xocalı  soyqırımının 

tanıdılması istiqamətində çox böyük xidmətləridir. 

Özü də nəinki Xocalı soyqırımının, ümumilikdə bü-

tün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində 

bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Ley-

la xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini 

erməni  işğalçılarının  Azərbaycan  xalqına  qarşı 

törətdikləri  dəhşətli  cinayətlər  haqqında  obyek-

tiv  məlumatlara  cəlb  etmək,  sözügedən  faciələrə 

beynəlxalq  səviyyədə  siyasi-hüquqi  qiymət 

vermək,  eyni  zamanda,  Azərbaycanın  Qarabağ 

münaqişəsində milli maraqlarının müdafiə olunma-

sı məqsədilə “Xocalıya ədalət – Qarabağa azadlıq” 

(“Justice for Khojaly, Freedom for Karabakh”) de-

vizi altında beynəlxalq kampaniyanın keçirilməsi 

təşəbbüsü ilə çıxış etmişdir.

“Xocalıya ədalət!” - dünyada bu kampaniyaya 

qoşulan  insanların  sayı  günü-gündən  çoxalmaq-

dadır.  Bu  kampaniya  və  təbii  ki,  bu  istiqamətdə 

görülən  işlər  bundan  sonra  da  davam  edəcək. 

Amma  söhbət  ondan  gedir  ki,  bizim  hər  birimiz 

bu  kampaniyalara  dəstək  verməliyik.  Harada  ya-

şamağından  asılı  olmayaraq  –  Azərbaycanda 

da,  Azərbaycandan  kənarda  da.  Hərənin  gücü 

nəyə  çatırsa,  Azərbaycan  həqiqətlərinin,  Xoca-

lı  həqiqətlərinin  təbliğ  edilməsi,  bütövlükdə  Qa-

rabağ  savaşında  şəhid,  əlil  olmuş,  yaralanmış 

qəhrəmanlarımızın,  ümumən  Azərbaycan  xal-

qının  başına  gətirilən  bütün  müsibətlərin  təbliğ 

edilməsi,  erməni  yalanlarının  qarşısının  alınması 

istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. 

Tarix heç nəyi unutmur!

Allah bütün şəhidlərə rəhmət eləsin!



Ə d ə b i y y a t

Fələk belə qismət yazmaz, Xocalı!: kitab Xocalı Soyqırımı gününə həsr olunur /G.Pənah; red. A.Arif qızı; dizayn S.Hüseynzadə; [ön söz. 

müəl. Ə. R. Xələfli, S. Tahir].-Bakı: UniPrint, 2011.-306 s.

Xocalı soyqırımı/[Qarabağ Azadlıq Təşkilatı] ; red. hey. A. Nağı [və b.]; [naşir N. Həbibov].-Bakı: [s. n.], 2014.-36 s.

Xocalı soyqırımı-20: biblioqrafiya /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası tərt. 

M.Məmmədova; burax. məs. və ixt. red. K.Tahirov; red. G.Səfərəliyeva.- Bakı, 2012.- 313 s.

Leyla Əliyeva: “Xocalıya Ədalət!”: Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V.Səmədov, R.Vəlizadə; ön sözün 

müəl. R.Hüseynov; baş elmi məsl. A.Mustafayeva; elmi red. İ.Quliyev, C.Bəhramov; red. İ.Məmmədova, S.Sadıxqızı; Azərb. MEA, İnsan 

Hüquqları İn-tu; “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; “Kaspian İzvestiya” Beynəlxalq İnforma-

siya Agentliyi.-Bakı: [s. n.], 2014.- C.1.- 341 s.; C.2.- 373 s.; C.3.-476 s.

Khojaly genocide/Embassy of the Republic of Azerbaijan Jakarta.Jakarta: [s.n.], 2015.-44, [44] р

İ n t e r n e t d ə

www.khojaly.org.az

www.azerigenocide.org 


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə