Kbt я25 uot (059) Baş redaktor


Musiqi.Opera.Balet 100



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə41/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   37   38   39   40   41   42   43   44   ...   204

88

Musiqi.Opera.Balet

100 

illiyi

Zakir Bağırov

1916-1996     

MART

Zakir Cavad oğlu Bağırov 1916-cı il 

mart ayının 16-da Şuşada anadan olmuş-

dur. Ailə vəziyyəti  ilə əlaqədar 1924-cü 

ildə onu Bakıdakı N.Nərimanov adına 8 

saylı uşaq evinə vermişlər. 1929-cu ildən 

böyük qardaşının himayəsində yaşamış, 

16 yaşında musiqi ilə ciddi məşğul ol-

mağa  başlamış  və  Azərbaycan  Dövlət 

Konservatoriyasının  nəzdindəki  musi-

qi fəhlə fakültəsində fortepiano sinfinə 

qəbul  olmuşdur.  1934-cü  ildə  musiqi 

təhsilini davam etdirmək P.İ.Çaykovski 

adına  Moskva  Dövlət  Konservatori-

yasına  göndərilmişdir.  1939-cu  ildə  o,  

hərbi  borcunu  yerinə  yetirmək  üçün 

ordu sıralarına çağırılmış, 1939-1941-ci 

illərdə  Ryazan  şəhərində  avtonəqliyyat 

alayında qulluq etmişdir. 1941-1945-ci 

illərdə  Avstriya,  Macarıstan,  Rumıni-

ya, Finlandiya və Mancuriyada xidmət 

etmişdir.  Ordudan  tərxis  olunduqdan 

sonra təhsilini davam etdirmiş, 1949-cu 

ildə  Moskva  Dövlət  Konservatoriyası-

nı bitirmişdir. Həmin ildən Azərbaycan 

Dövlət  Konservatoriyasının  müəllimi, 

1950-1958-ci illərdə Azərbaycan Radio 

və  Televiziya  Verilişləri  Komitəsinin 

bədii  rəhbəri  vəzifəsində  çalışmışdır. 

Bu  illər  ərzində  bəstəkar  bir  çox  ma-

raqlı  əsərlər  bəstələmiş,  1950-ci  ildə 

S.Hacıbəyovla birlikdə “30 il” kantata-

sını  yazmışdır.  1951-ci  ildə  Z.Bağırov, 

T.Quliyev və M.S.İsmayılovun birlikdə 

topladıqları “Azərbaycan xalq rəqsləri” 

məcmuəsində  22  qədim  xalq  rəqs  me-

lodiyaları  indiyə  qədər  də  ifa  olunur.  

Azərbaycan musiqisi tarixində muğamın 

nota köçürülməsi ilk dəfə Z.Bağırov və 

T.Quliyev tərəfindən 1936-cı ildə böyük 

ustalıqla  həyata  keçirilmişdir.  1963-

1965-ci  illərdə  M.Maqomayev  adına 

Azərbaycan  Dövlət  Filarmoniyasında 

bədii  rəhbər  vəzifəsində  çalışmışdır. 

1970-ci  ildən  Musiqi  nəzəriyyəsi  ka-

fedrasının  müdiri  olmuşdur.  1958-ci 

ildə  “Kəndimizin  mahnısı”,  1964-cü 

ildə “Qayınana” operettalarını, 1956 və 

1969-cu illərdə xalq çalğı alətləri orkest-

ri üçün süitaları, 1970-ci ildə fortepiano 

ilə  orkestr  üçün  konserti,  1972-ci  ildə 

“Aygün” operasını, 1973-cü ildə orqan 

üçün improvizasiya və fuqanı, kamera-

instrumental əsərlərini, mahnı və romans-

ları  yazmış,  bir  çox  dram  tamaşası  və 

“Ağ qızıl ustaları”, “Aygün”, “Bərəkətli 

torpaq”,  “Nizami”,  “Sədaqət  yolu  ilə”, 

“Təbiətin dostları”, “Quba bağlarında”, 

“Bizim Azərbaycan” kimi bədii, sənədli 

filmlərə musiqi bəstələmişdir. Ömrünün 

45  ilini  konservatoriyada  tədris  işinə 

sərf  edən  bəstəkar,  bir  çox  musiqiçilər 

yetişdirmişdir. 

Musiqi  mədəniyyətinin  inkişafın-

da  göstərdiyi  xidmətlərə  görə  1961-ci 

ildə “Azərbaycanın Əməkdar incəsənət 

xadimi”  fəxri  adına  layiq  görülmüş, 

“Şərəf”  nişanı  ordeni  və  “Yubiley  me-

dalı” ilə təltif edilmişdir.

Görkəmli  bəstəkar  Zakir  Bağırov 

1996-cı  il  yanvar  ayının  8-də  Bakıda 

vəfat etmişdir.



Ə d ə b i y y a t

Aygün: 3 pərdəli opera: 

klavir /Z.Bağırov.- Bakı, 

1973.- 337 s.

Tar və simfonik orkestr 

üçün konsert: partitura 

/Z.Bağırov.- Bakı, 1986.- 

129 s.

Abbasova, İ. Bəstəkar 

Zakir Bağırovun həyat 

və yaradıcılıq yolu 

/İ.Abbasova.- Bakı, 

2009.- 291 s.

Bağırov, N. Zakir Bağırov 

/N.Bağırov.- Bakı: Şur, 

1993.- 21 s.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

16

Bəstəkar


89

Musiqi.Opera.Balet

65 

illiyi

Azad Əliyev

1951-2014     

MART

Azad  Sabir  oğlu  Əliyev  1951-ci 

il  mart  ayının  29-da  Bakıda  anadan 

olmuşdur.  1974-cü  ildə  Azərbaycan 

Dövlət Konservatoriyasınının fortepia-

no sinfini, 1980-ci ildə isə vokal ixtisa-

sı  üzrə  bitirmişdir.  Pedaqoji  fəaliyyətə 

1980-ci ildə 6 saylı musiqi məktəbində 

başlamış, sonralar A.Zeynallı adına orta 

ixtisas musiqi məktəbində və Sumqayıt 

orta ixtisas musiqi məktəbində dərs de-

mişdir. 


1974-1982-ci  illərdə  Azərbaycan 

Dövlət  Konservatoriyasının  Simli 

alətlər  kafedrasında  konsertmeyster 

vəzifəsində  çalışmışdır.  1972-1980-ci 

illərdə Respublika Sarayında baş musiqi 

rejissoru vəzifəsində çalışmış, bu illərdə 

maestro  Niyazi  ilə  sıx  əməkdaşlıq  et-

mişdir.  1980-ci  ildə  Sumqayıt  Musiqi 

Texnikumunda müdir müavini işləmiş, 

kamera  orkestri  yaratmış,  bu  orkestr 

ilə müxtəlif konsertlər vermişdir. Bakı 

Musiqi  Akademiyasının  Solo  oxuma 

və  opera  hazırlığı  kafedrasının  dosen-

ti  olmuş,  pedaqoji  fəaliyyətlə  yanaşı 

ifaçı  kimi  də  fəaliyyət  göstərmişdir. 

1981-1985-ci illərdə Xalq artisti, skrip-

ka  ifaçısı  S.Qəniyevlə  birgə  pianoçu 

kimi  keçmiş  SSRİ-nin  bütün  respubli-

kalarında  çıxış  etmişdir.  1992-ci  ildən 

Ş.Məmmədova  adına  Opera  studiyası-

nın direktoru olmuş,  Bakı Musiqi Aka-

demiyasının Opera hazırlığı kafedrası-

nın  müəllimi  vəzifəsində  çalışmışdır. 

İşlədiyi müddətdə Verdinin “Traviata”, 

“Trubadur”,  “Aida”,  Leonkovallonun 

“Payatsı”,  Rimski-Korsakovun  “Tsars-

kaya nevesta”, Bizenin “Karmen”, Mot-

sartın “Bastyen və Bastyena”, Əmirovun 

“Sevil”,  Ü.Hacıbəylinin  “Arşın  mal 

alan”, Raxmaninovun “Aleko” operala-

rını tamaşaya qoymuşdur. 1999-cu ildən 

Bülbül  adına  Musiqi  məktəbində  dərs 

demiş,  kamera  ansamblı  və  müşayiət 

sinfinin müəllimi olmuşdur. 

2001-ci  ildən  Niyazi  adına  Radio 

və  Televiziyanın  Simfonik  Orkestri-

nin  və  Ü.Hacıbəyli  adına  Azərbaycan 

Dövlət  Simfonik  Orkestrinin  II  dirijo-

ru  vəzifəsində  çalışmış,  2002-ci  ildən 

maraqlı konsert proqramları ilə çıxış et-

mişdir. Opera hazırlığı sinfində 20-dən 

artıq  məzun  yetişdirmişdir.  Onlardan 

əksəriyyəti  Opera  və  Balet  Teatrının 

solisti,  bəziləri  isə Azərbaycanın  Xalq 

artistləridir. 

2006-cı  ildən  “Azteleradio”  Qapa-

lı Səhmdar Cəmiyyətinin Niyazi adına 

Simfonik  Orkestrinin  bədii  rəhbəri  və 

baş dirijoru vəzifəsində çalışmışdır. 

2012-ci ildə “Əməkdar incəsənət xa-

dimi” fəxri adına layiq görülmüşdür.

Dirijor Azad Əliyev 2014-cü il mart 

ayının 30-da vəfat etmişdir.

Ə d ə b i y y a t

Violonçel məktəbi: 

ibtidai siniflər üçün 

dərslik /A.Əliyev; tərt. 

red. N.Abbaszadə; rəy.: 

T.Atakişiyev, A.Rzayev, 

A.Əliyev; Azərb. Resp. 

Təhsil Nazirliyi; Azərb. 

Resp. Təhsil Problemləri 

İn-tu, Bakı Musiqi Akad.- 

Bakı: Adiloğlu, 2009. 

120 s.

Azərbaycan 

bəstəkarlarının yaradıcı-

lığında xalq mahnılarının 

işləmələri /A.Əliyev        

//Musiqi dünyası.- 2011.- 

№2/47.- S.81-83.

Axundova, N. İfaçılıq: 

[Azad Əliyev haq.] 

/N.Axundova //Musiqi 

dünyası.- 2000.- №2 (3).- 

S.135.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.adam.az

29

Dirijor



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə